Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hür (Nəmin)
Hür (fars. حور‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,141 nəfər yaşayır (644 ailə).
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Hür Dava Partiyası
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər.20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.2012-ci ilin sonlarında "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" əsasən solçu və kürd milliyətçi Sülh və Demokratiya Partiyasının hegemonluğuna meydan oxumaq üçün siyasi partiya yaratmaq iradəsini açıqlamışdır. 17 dekabr 2012-ci ildə "Hür Dava Partiyası" təsis edilmişdir.
EUR
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
HUD
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Hir
Hir— İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,588 nəfər və 663 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. == Qəbiri == Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
Hum
Hum – Xorvatiyada yaşayış məntəqəsi. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi də var. Hum kifayət qədər qədimdir və onun haqqında ilk qeydlər 1102-ci ilə gedib çıxır.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Jur
Jur (polşa dilində zur, zurek; bolqarca кісяліца) - sulu yeməkdir. Polyakların və bolqarların milli yeməkləridir. Slavyan xalqlarının mətbəxinə bu yemək Vladimir Monomaxanın dövründə daxil olmuşdur. Əsas tərkibini yulaf unu təşkil edir. == Hazırlanma qaydası == thumb|Цежа в процессе брожения Bu yeməyi hazırlamaq üçün əsas ceja (suda həll olunmuş un) adlı məhlulu hazırlamaq lazımdır. Bunu hazırlamaq yarım və bir neçə sutka vaxt tələb olunur. Cejanı hazırlamaq üçün əsas yulaf unundan istifadə olunmalıdır. Bu unun üzərinə su əlavə edilir (150-250 qr una 1 litr) və isti yerdə saxlanılır. Ceja hazır olduqdan sonra supun digər elementlərinin hazırlanmasına başlanılır. Yeməyin əsas prinsipi su ilə unu qatışdırıb alınan məhluldur.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Lur
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Tur
Tur (şəhər)
Xur
Xur — İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,370 nəfər və 1,360 ailədən ibarət idi.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Adi qur-qur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Xırda qur-qur
Ben-Hur (film, 1959)
"Ben-Hur" (ing. Ben-Hur) — rejissor Vilyam Uaylerin filmi. == Məzmun == Bizim eranın 26-cı ilində Roma imperiyası artıq adəti üzrə öz ərazilərini genişləndirmək və yeni-yeni əraziləri istila etmək niyyətində idi. Yəhudilər Allahın oğlunun doğulmasının şahidi olurlar. Yəhudilərin görkəmli və varlı nümayəndəsi Ben-Hur öz uşaqlıq dostu və artıq Roma tribunu olan Messala ilə görüşür. Nə vaxtsa qohum qədər yaxın olan Ben-Hur və Messala bu görüşdən sonra düşmənə çevrilirlər. Səbəb Messalanın Ben-Huru yəhudiləri satmağa çəkməsi, Ben-Hurunsa heç vaxt öz xalqını satmayacağını söyləməsi idi. Nəticədə Ben-Huru çoxavarlı gəmiyə təhkim edir, onun ana və bacısını isə həbsxanaya salırlar. Uzun sürən illər Ben-Huru çox sınaqlardan keçirir. Ben-Hur nə vaxtsa intiqam ala biləcəyini fikirləşərək bütün əzablara dözür.
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883–cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Akmal Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Alan Mur
Alan Mur (18 noyabr 1953[…], Northempton, Birləşmiş Krallıq) – ingilis komiks yazıçısı. Frank Miller ilə komiks dünyasında əsaslı yeniliklər gətirmişdir. Onun əsərlərinin çoxu Hallivud tərəfindən filmə çəkilmişdir: "Cəhənnəmdən", "V - Vandetta deməkdir", "Watchman", "Liqa" və s. == Karyerası == 1979-cu ildə İngiltərənin "Sounds" qəzetində karikaturaçı kimi işləməyə başlayan Mur rəsm çəkməyin ondan uzaq olduğunu başa düşüncə yazıçılığa yönəldi. Lakin daha sonra karikaturaları ona şöhrət gətirdi. İngiltərənin "2000AD" jurnalında müxtəlif obrazlar yaradan Mur xüsusilə "Marvelman" seriyası tanındı və buna görə 1982 və 1983-cü illərdə Böyük Britaniyada Ən Yaxşı Karikaturaçı mükafatının sahibi oldu. Alan Mur daha sonra ABŞ-nin "Swamp Thing" jurnalında işləməyə başladı. 1986-cı ildə yaratdığı Watchman superqəhrəmanı ilə komiks dünyasını sarsdı. O bununla superqəhrəman anlyışını siyasi cəhətdən tənqid edirdi.