Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi. Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür. Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir.
Tulaş
Tulaş və ya Tolaşt (fars. طولش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,372 nəfər yaşayır (306 ailə).
Ulas
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Adam Halas
Bürc-əl-Huas
Bürc-əl-Huas (ərəb. برج الحواس‎, fr. Bordj El Haouès) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,400 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1088 metr yüksəkdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 21 mm). Orta illik temperatur 23,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 11,9°C, ən isti ayda (iyun) 31,6°C-dir.
Ulaş Tuna Astepe
Ulaş Tuna Astepe (5 may 1988, İzmit) — Türk aktyor. == Həyatı == Ulaş Tuna Astepe 5 may 1988-ci ildə İzmit-də anadan olub. İlk və orta təhsilini orada tamamlayandan sonra İstanbul liseyində oxuyub. Bütün bunlardan sonra bir çox teatr və televizor layihələrində iştirak edib. Karadayı kinosunda Orhan, Analar ve Anneler kinosunda Mustafa, Rüya adlı kinoda Alaz, Sen Anlat Karadeniz'də isə Tahir karakterini canlandırıb. Berkun Oyanın Bayrak və Babamın Cesetleri, Sami Berat Marçalının səhnələdiyi Cam Yarpaklar oyunlarında rol alıb. Emre Yeksanın Körfez filmində isə Selim karakterini canlandıran Astepe, həmçinin Üniversiteli, Zayiat, Meşşakat ve karısı, Balık havuzu adlı qısa filmlərdə də yer almışdır.
Atlas
Atlas (coğrafi) – 1)xəritə; 2)albom və ya məcmuə şəklində tərtib edilmiş xəritə; 3)cürbəcür xəritələrin, sxemlərin toplusu; 3)müəyyən sistem üzrə toplanmış xəritələr toplusu; 4)dilçilikdə dil və ya dialektlərin yayılma areallarını əks etdirən xəritələr toplusu; 5)göy cismlərinin xəritə və cədvəllərinin toplusu (astronomik atlas); 6)coğrafi müəyyən sistemlə yığılıb, ümumi proqram əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafi xəritələrin məcmuəsi. Atlasdan müxtəlif sorğu və tədris məqsədi ilə istifadə olunur. "Atlas" adını ilk dəfə 16 cı əsrdə Herard Merkator tərəfindən gəlmişdir. O, tərtib etdiyi xəritələri toplu halında hazırlayıb və onu "Atlas" adlandırıb və çap olunub. Azərbaycanda nəşr olunmuş atlaslar: "Dünyanın fiziki atlası" (1964), "Dünyanın kiçik atlası" (1975), "Azərbaycanın atlası" (1949, 1963). Azərbaycan Respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərbaycan Milli Elmlər Akademiyasının akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu nəşrə hazırlamışdır. == Ədəbiyyat == R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009.
Bulan
Bulan—Xəzər xaqanlığı xaqan yəhudilikin yayıcısı. == Həyatı == Bulanın həyatına aid az məlumat var. Onun adı ilk dəfə İosif Bulanın məktublarında çəkilir. Yəhudili qəbul edəndən sonra adı Sabriel olmuşdur. Həyat yoldaşı Serax xatun yəhudi idi. Onun xaqan yaxud bəy olduğu dəqiqləşdirilməyib. Bulan və Obadiyah xaqan zamanlarında xalq arasında yayılma sürəti artan yəhudilik inancının yayılması üçün hər hansı bir təsir göstərməyən xaqanlar, xalqın dini inancına qarışmamışlar.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır. Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Cults
Cults - Manhattan, Nyu-Yorkdan olan indie-pop qrupudur. == Qrupun tarixi == Qrup 2010-cu ildə 2 tələbə Brayan Oblivionom və Madlin Follin tərəfindən qurulub. Madlin əvvəl "Youth Gone Mad" pank-qrupunun Touching Cloth adlı albomunun üzərində işləyirdi. Qrup ilin sonunda Cults 7" adlı mini albomunu buraxır. Albomdakı "Go Outside" treki «ən yaxşı musiqi» kimi Pitchfork saytında qeyd olunub. 7 iyun 2001-ci ildə Cults, In the Name Of adlı debüt albomunu buraxdı. Albom hamı tərəfindən müsbət qarşılandı və Billboard 200 sırasında 52-ci yeri tutdu. Qrup ikinci dəfə Pitchfork'da «Abducted» treki ilə "ən yaxşı yeni musiqi" adına layiq görüldü.
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Duqlas
Duqlas — ad. Duqlas Nort — amerikalı iqtisadçı. Duqlas Mouson — avstraliyalı geoloq, Antarktida araşdırmaçısı Duqlas Kenni — amerikalı komediyaçı.
Fulad
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. Fulad FK — İranın Əhvaz şəhərinin futbol klubu. Zaqe Fulad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü. Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır.
Gülab
Gülab - Azərbaycanda qida məhsullarının hazırlanmasında (əsasən içkilərin və müxtəlif xörəklərin), toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə müxtəlif içkilərə qatılaraq susuzluğu yatırmaq üçün içilir. == Ümumi məlumat == Gülab ayrıca içilən içki deyildir. Ondan yeyilən və içilən qidaların ətirli olması üçün istifadə edilir. Dörd kiloqram qızılgüldən altı litr əla keyfiyyətli gülab alınır. == Tərkibi == Bu içkidən 6 litrt hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qızılgül ləçəyi – 4 kq, su – 6 litrdən çox. == Hazırlanma qaydası == Gülab çəkməkdən ötrü qızılgülü dərib, adi mis qazanın içərisinə yığır və gülün üst səthindən azacıq yuxarı qalxmaq şərtilə su tökürlər. Qazan ocağın üstünə qoyulur. Sonra qazanın ağzına gildən və ya misdən hazırlanmış əngənək adlanan qabı çevirib kip bərkidilir. Boş qalan yer səliqə ilə xəmirlənir. Bundan sonra əngənəyin böyründəki deşiyə, təxminən 1-1,5 metr uzunluğunda qamış (plasmas və ya xüsusi metal boru) taxılır.
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsi ilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. == Ümumi məlumat == Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Hablas
Hablas (Piranşəhr)
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qulac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. == Xüsusiyyətləri == Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Qulam
Qulam (ərəb. غلام‎) — ərəbcə qulluqçu, köməkçi, oğlan və ya gənc mənalarını daşıyan söz. Cənnətdəki gənc qulluqçuları təsvir etmək üçün istifadə olunur. Sözün cəm forması olan "qılman" məqaləsində təsvir olunduğu kimi Abbasilər, Osmanlılar, Səfəvilər və daha az dərəcədə Moğol imperiyalarında qul əsgərlərinə istinad etmək üçün də istifadə olunur. == Ad == Qulam Yəhya — General-mayor. Qulam Qədirov — Qarabağ müharibəsi döyüşçüsü, şəhid. Qulam İsgəndərov — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Qulam Babai – xalça ustası, bərpaçı-rəssam.