HALAL

sif. [ ər. ]
1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən (haram əksi).
// köhn. Kəbinli, nikahlı; qanuni.
Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın] halal arvadı olub qalırdı. S.Hüseyn.

// İs. mənasında. köhn. Kəbinli arvad.
[Cavad bəy:] Müqabilinizdə oturan arvad ağıllı və dövlətli bir şəxsin halalıdır. İ.Musabəyov.

2. məc. Zəhmətlə, namusla, təmiz əməklə, qanuni yolla qazanılmış, əldə edilmiş.
[Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan!… – deyərək uzun-uzadı deyinərdi. S.Hüseyn.
Onun halal çörəyilə qüvvət gəlir ürəklərə; Bərkiyərək polad olur övladımın sümükləri. S.Rüstəm.

// məc. Halal şey qazanmaq, əldə etmək üçün çəkilən, sərf edilən.
İmran kişinin nəzərində Dilman başqalarının halal əməyi ilə öz eyiblərini örtən bir adamdı. M.Hüseyn.

3. Halaldır şəklində – bax halal olsun! ◊ Halal etmək köhn. – borcunun, yaxud vaxtilə etmiş olduğu pisliyin üstündən keçmək, bağışlamaq.QUOTE [Xan:] Arvad, ay gözəl arvad, bircə asudəlikdə qədrini bilmədim. Məni halal elə. @@@ Çəmənzəminli.
[Səriyyə:] Ah! Hüsniyyə… Məni halal elə, doqquz il səninlə bir məktəbdə bacılıq etmişəm. C.Cabbarlı.

Halal xoşun(uz) olsun! – bax halal(ın) olsun! [Əliməmməd eşikağasına:] Elə bu yüz əşrəfini gətirə bildim, sənə peşkəşdir.
Yuxarıda Allah, yerdə sən, halal xoşun olsun. Çəmənzəminli.

Halal(ın) olsun! – bir şeyi könüllü, əvəzsiz olaraq birinə verəndə deyilir – halaldır, halal xoşun olsun.
Halal olsun İskəndərə; Unudub dünya cifəsin; Tabe olub peyğəmbərə… Aşıq Ələsgər.

Halal süd əmmiş – namuslu, düz, təmiz vicdanlı.
[Kərbəlayı:] Doğrudan arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı olardı. Çəmənzəminli.
[Südabənin anası:] Oğlum, Firidun, sən mənim oğlumsan, halal süd əmmiş bir adama oxşayırsan. M.İbrahimov.

Синонимы

  • HALAL qanuni

Антонимы

  • HALAL HALAL – HARAM – Belə nə üçün? Desin ya halaldır, ya haram (S.S.Axundov)
HALA
HALALCA
OBASTAN VİKİ
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Halal pullar (film, 2008)
== Məzmun == Film aktyor həyatından bəhs edir. Maraqlısı odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni, həyatda olan hadisələri görüb həyatın səhnəsində hər biri öz rolunu oynayır. Film nikbin sonluqla bitir. == Film haqqında == Filmin çəkilişləri 3 aya yaxın davam edib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elmar Kərimov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkarlar: Rəşad Haşımov, Ənvər Sadıqov Səs rejissoru: Teymur Kərimov İkinci rejissor: Kamran Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Ramiz Əzizbəyli — Rasim Nuriyyə Əhmədova Vüsal Murtuzəliyev — Azad Azər Axşam — Hamlet Arif Quliyev Arif Qasımov Rafael İsgəndərov Murad Dadaşov — türk vətəndaşı Ramiz Sərkərov Tamara Babayeva-Nigar Rəfael Dadaşov — Tariyel Samir Ələsgərov Fərid Rzayev Camal Həşimov Bəhram Bağırzadə Cavid İmamverdiyev Kənan Məmmədov Emin Mirabdullayev == Həmçinin bax == 2008-ci ilin Azərbaycan filmləri == İstinadlar == == Xarici keçid == Tahirə.
Halalbooking.com
Halalbooking.com — Birləşmiş Krallıq mərkəzli halal otel axtarış və rezervasiya saytı. Sayt altı dildə və 45 pul vahidində fəaliyyət göstərir. Saytda 32 ölkədən 300-ə yaxın müəssisə mövcuddur. == Tarixi == İndiki adı ilə Halalbooking şirkəti 3 noyabr 2009-cu ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində Elnur Seyidli və Enver Cebi tərəfindən yaradılıb. 'Crescent Tours' adındakı şirkət 2015-ci ilin 23 mart tarixində "Halalbooking Ltd" adını alıb. 15 fevral 2016-cı il tarixi etibari ilə şirkətin investisiyası 800 min dollar təşkil edir. Halalbooking.com hal-hazırda dünyanın ən böyük halal otel saytıdır. Sayt 75 ölkədən 250 mindən çox müştəriyə sahibdir. 2015-ci ildə sayt "Dünyanın ən yaxşı Halal səyahət saytı" mükafatını və Dubayda baş tutan tədbirdə "İslam İqtisadiyyat Mükafatına" layiq görülüb. Şirkətin qurucularından Elnur Seyidli CEO, digər qurucu Enver Cebi isə COO vəzifələrini icra edirlər.

Значение слова в других словарях