Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selio Dias
Selio Dias (8 fevral 1993) — Portuqaliyalı cüdoçu. Selio Dias Portuqaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Selio Dias birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Beninin nümayəndəsi Seltus Dossou Yovo ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 1:100 hesabı ilə uduzdu.
Çarski Selo
Çarski Selo (Rusca: Ца́рское Село́, "Çarın kəndi") — Sankt Peterburq şəhərinin 24 km cənubunda yerləşən, imperiyanın keçmiş iqamətgahıdır. Hal-hazırda Puşkin şəhərinin də bir hissəsidir. Sovet dönəmində Detski Selo da adlanmışdır.
Çarskoye selo
Çarski Selo (Rusca: Ца́рское Село́, "Çarın kəndi") — Sankt Peterburq şəhərinin 24 km cənubunda yerləşən, imperiyanın keçmiş iqamətgahıdır. Hal-hazırda Puşkin şəhərinin də bir hissəsidir. Sovet dönəmində Detski Selo da adlanmışdır.
Covani Lo Selso
Covani Lo Selso (9 aprel 1996-cı ildə anadan olub) — Rosario Sentral klubunda yarımmüdafiəçi kimi çıxış edən Argentina futbolçusudur. Lo Selso öz karyerasına Rosario Sentral klubunun gənclər yığmasında başlamışdır. O, öz karyerasında debütünü komandasının evdə Velez Sarsfild klubu ilə 0-0 bərabərə qaldığı oyunda gerçəkləşdirmişdir.
Gelon
Gelón (özb. Gelon / Гелон) — Özbəkistan Respublikası nın Kaşkadarya vilayətində bir kəndin ərazisində yerləşən, Şahrisabz şəhərinin bir rayonu. Kishlak 1305 -ci ildə quruldu. Kənd sakinləri hələ də qədim adət və həyat tərzini qoruyub saxlayırlar, 2018-ci ilin ortalarına qədər xarici turistlər xüsusi sərhəd rejimi səbəbindən bu kəndə gedə bilmədilər. Gelon Özbəkistanın cənubunda, Kaşkadərya çayının hövzəsində, Pamir-Alay dağlarının qərb yamacında yerləşir. Ərazi Özbəkistan və Tacikistan sərhədində, Şahrisabzdan 80 kilometr aralıda yerləşir. Kishlak, hər tərəfdən yüksək dağlarla əhatə olunmuş, şərqdə 4000 metrdən çox yüksəkliyə çatmışdır. Özbəkistanın ən yüksək dağ kəndlərindən biridir. Çoxsaylı serpantinləri olan çətin, lakin mənzərəli bir dağlıq yolla bura getmək asan deyil. İqlimi kontinental, quru, bəzi yerlərdə subtropikdir.
Melön
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
Saldo
Saldo (it. saldo - hesablaşma, əvəzini çıxma) — müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasında fərqdir. Mühasibat Uçotunda - mühasibat hesabları (sintetik və analitik) üzrə hər ayın sonunda müəyyən edilən debet dövriyyəsi ilə kredit dövriyyəsi arasındakı fərqdir. Tədiyə Balansında - müəyyən ölkənin rezidentlərinin ixracının və İdxalının dəyər qiymətləndirilməsi (ticarət balansının saldosu) və ya onların xarici tədiyələri ilə daxilolmalan arasında fərqdir (tədiyə balansı saldosu). Demoqrafiyada miqrasiya saldosu - müəyyən dövr ərzində ölkənin ərazisinə gələn (yerləşən) və ölkənin ərazisindən gedən insanların sayı arasında fərqdir. Milli hesablar statistikasında - yenidən bölgü saldosu hər hansı bir şəxs (iqtisadiyyatın sahə və ya sferası) üçün milli gəlirin yenidən bölgüsünün nəticəsi, bu prosesin gedişində onların əldə etdiyi gəlirlərlə sərf olunmuş xərclər arasında fərqdir.
Salmo
Qızılbalıq (lat. Salmo) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Avropa, Şimali Asiya, Şimali və Mərkəzi Amerika sularında geniş yayılmış qızılbalıqların 9 cinsə mənsub olan 400-dən çox növü məlumdur. Xəzər dənizində qızılbalıqların 2 cinsə mənsub olan 1 növü -Stenodus leucichthys və 1 yarım növü-Salmo trutta caspius (Xəzər kumjası) yaşayır.
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Seans
Seans (film, 1988)
Secon
Böyük Kral Secon (Devanq) (10 aprel 1397 – 17 fevral 1450), Coson sülaləsinə hökmranlıq etmiş kraldır. Koreya əlifbası olan Hanqıl, onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım (Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. Böyük Secon (Sejong The Great) (6 may 1397–18 may 1450) Coson sülaləsinin dördüncü kralıdır. Koreya əlifbası olan Hanqıl onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım ( Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. Bundan əvvəl isə yazı dil çətin olduğuna görə əhalinin çox az hissəsi Çin hərflərini (simvollarını) öyrənə bilirdi. Koreya dilində yazı sistemi yaratmaq istəyən Kral Secon və dil müdrikləri bu fikri möhkəmləndirmək üçün Çin, Uyğur, Monqol dillərini və hərflərini araşdırmışdılar. Secon "Böyük" adına layiq görülmüş iki idarəçidir biridir. Öldükdən sonra bu ada təltif edilmişdir. Bu ada layiq görülən digər idarəçi də Qoquryo Kralı Qvanqqetodur. Kral Secon Teconun üçüncü oğludur.
Seiko
"Seiko"nun ilk divar saatı 1892-ci ildə, qol saatı isə 1913-cü ildə yaranıb. Firmanın yaradıcısı Kintaro Hottari olub. Ən böyük arzusu saat firması yaratmaq olan Kintaro 18 yaşında ilk mağazasını açıb. 1895-ci ildə firma cib saatlarını kəşf edib. Firma tərəfindən yaradılan batareyasız saatlar 1988-ci ildə meydana gəlib. Əsas məqsədlərinin yüksək keyfiyyət dərəcəsinə görə seçilmək olan "Seiko" dünyanın 4 məşhur saat firmasından biri kimi tanınır. "Seiko" "Sportura" markasını istehsal edərək, dünyada ən güclü idman saatları kolleksiyalarından biri kimi öz mövqeyini daha da möhkəmləndirib. Möhkəmliyi və etibarlı işin təmin edilməsi məqsədilə bu saatların hamısı, yüksək təzyiq altında su keçirməmək qabiliyyətinə malikdir.
Sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Selena
Selena — ay ilahəsi. Yunan mifologiyasındakı analoqu Artemidadır.
Selfi
Selfi (ing. selfie) — rəqəmsal kamera, kameralı mobil telefon və ya planşet ilə çəkilən avto-portret fotoşəkli növüdür. Bu fotoşəkillər, ümumiyyətlə, gündəlik anlardan və bir kamera ilə yuxarıdan qol boyu məsafəsində ya da güzgü qarşısında çəkilir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan selfilər daha çox Instagram, Facebook, Twitter , Google+, Linkedin, Foursquare, Picassa və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur. Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli "selfi" stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar. Məsələn, çox danışılan "selfi"lərdən biri ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarka və İngiltərə baş nazirləri ilə birgə çəkdiyi "selfi"si və həmin şəklin sosial şəbəkədə paylaşması olub. Əksər dillərdə elə selfi kimi deyilməsinə baxmayaraq, bununla bağlı Türkiyədə bu sözün Türkiyə türkcəsinə tərcümə olunması mövzusu da olmuşdur. Bunun üçün Türk Dil Qurumuna müraciət də olunmuşdu. Türk Dil Qurumu isə Qərb mənşəli olan bu sözün Türkiyə türkcəsinə tərcümə olunması üçün heç bir təklif irəli sürmədi.
Selgi
Kareliya MSSR-də relyefin tirə formalarının yerli adıdır. Selgi adətən şam meşələri ilə örtülü olur, aralarındakı çökəkliklərdə isə bataqlıq və göllər yerləşir.
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Səlik
Səlik və ya Sellik — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 34 evdə 70 nəfəri kişilər, 54 nəfər isə qadınlar olmaqla 124 nəfər şiə islam inanclı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan sakinlərin sayı 1,811 nəfər olub. Etnik tərkibinə əsasən kənd əhalisi əsasən azərbaycanlılardan, qismən darginlərdən və tabasaranlılardan ibarətdir. Bu kəndin ilk əhalisi olan tərəkəmələr Şirvan ərazisindən köçüb gəlmədirlər.
Böyük Səhnə
“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır. Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. “Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya. Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib. Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.
Cevat Selam
Cüzeppe Peano
Cüzeppe Peano (ing. Giuseppe Peano, 27 avqust 1858[…] – 20 aprel 1932[…], Turin) — İtaliya riyaziyyatçısıdır, riyaziyyatın, riyazi analizin əsaslarına dair işlərin müəllidir; ədədlərin natural sırasının aksiomatikasını yaratmışdır..
Dehno (Əsədabad)
Dehno (fars. ده‌نو‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 644 nəfər yaşayır (183 ailə).
Delyo buzlağı
Delyo buzlağı (bolq. Дельов ледник, ‘Delyov Lednik’ \'de-lyov 'led-nik\) — 8 km uzunluğu və 2.7 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Rumyana buzlağından şimal-qərbdə, Burdenis buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq qadın üsyan lideri Delyo Voyvodanın (18–19-cu əsr) daşıyır. Delyo buzlağı 78°15′20″ c. e. 86°00′10″ q. u. koordinatlarında yerləşmişdir.