Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sivilizasiya
Sivilizasiya (lat. civilis — mülki, dövlət)– müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyi. Sivilizasiya tarixin müəyyən bir mərhələsində bir neçə mədəniyyətin birləşməsini əks etdirir, elm və texnikanın təsiri nəticəsində həyat rifahının yaxşılaşdırılmasını səciyyələndirir. Bu termin ilk dəfə XVI əsrdə meydana gəlmişdir. Lakin ən qədim dövrlərdə də sivilizasiya mövcüd olmuşdur. Şumer, Misir, Roma, Azərbaycan, ərəb və s. son onminillikdə mövcud olmuş sivilizasiyalardan bir neçəsidir. Sivilizasiyalar hər şeydən əvvəl texniki-iqtisadi inkişaf dərəcəsinə görə; iqtisadi və sosial proseslərin sürəti, mənbələri, üzvilik mexanizmi və dərəcəsinə görə; hakim dini və dünyagörüşü xüsusiyyətlərinə və mədəni proseslərdə tutduqları yerə görə fərqlənirlər. Beləliklə, sivilizasiyalar nəzəriyyəsi tarixi prosesin fasiləsizliyinə, insan nəslinin vəhdətinə, ümumbəşəri nailiyyətlərin varisliyi və zənginləşdirilməsi ideyalarına üstünlük verir, onu üzə çıxarır. Tarixdə hələ ən qədim dövrlərdən şərq və qərb sivilizasiya tipləri daha çox diqqət çəkmiş və geniş yer almışdır.
Kolumbaqədərki sivilizasiya
Kolumbdaqədərki sivilizasiya — Şimali və Cənubi Amerika qitələrində mövcud olan və XV əsrdə Avropa kolonistlərinin regiona gəlməsindən əvvəl yoxa çıxan sivilizasiyalar. == Tarixi == Hinduların və eskimosların əcdadlarının 30-20 min il əvvəl Şimal-Şərqi Asiyadan Berinq dənizi və boğazı vasitəsilə Amerikaya köç etdiyi güman edilir. İlk köçkünlərin mədəniyyət səviyyəsi Köhnə dünyanın Son Paleolit ​​və Mezolit mədəniyyətlərinə uyğun gəlirdi. Hinduların hər iki qitədə məskunlaşması və onlar tərəfindən yeni torpaqların mənimsənilməsi minilliklər boyu davam etmişdir. Avropa müstəmləkəçiliyindən əvvəl (XVI əsrdə başlamışdır) Şimali və Cənubi Amerikanın əksər qəbilələri kommunal-qəbilə sisteminin müxtəlif mərhələlərində idi: bəzilərində ana qəbilə (irokezlər, muskoqi, hopi, Amazonkanın bir çox qəbilələri) üstünlük təşkil edirdi. çay hövzəsi və s.), başqaları ata qəbiləsini (Şimali Amerikanın şimal-qərb və cənub-qərbindəki tayfalar, Cənubi Amerikanın bir çox tayfaları) təşkil edirdi. Bəzi xalqlar ümumi cəmiyyətdən sinfi cəmiyyətə keçidin müxtəlif mərhələlərində olmuşlar. Mərkəzi və Cənubi Amerika hinduları (asteklər, mayyalar, inklər) artıq sinfi cəmiyyətlərdə yaşayırdılar. == Ədəbiyyat == Индейцы // Энциклопедический словарь Брокгауза и Ефрона: в 86 т. (82 т.
Sivilizasiya sərdabəsi
Sivilizasiya sərdabəsi (ing. Crypt of Civilization) – 1937-1940-cı illərdə ABŞ-nin Corciya ştatında yerləşən Oqltorp Universitetində tikilən möhürlü, havakeçirməz otaq. 57 m3 həcmə malik otaqda bir çox artifakt və sənəd saxlanılır və 8113-cü ildə açılması planlaşdırılır. Otağın yaradılma məqsədi hazırkı dövrün mədəniyyətini gələcək dövrlərə çatdırmaqdır. Sivilizasiya sərdabəsi gələcək nəslə mədəniyyəti çatdırmaq üçün edilən ən yaxşı cəhd kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. == Tarixi == Zaman kapsulası funksiyası daşıyan otağı yaratmaq ideyası universitetin keçmiş rektoru Tornvell Yakobsa məxsusdur. T.Yakobs keçmiş mədəniyyətlərin gələcək nəsillərə çox az məlumat buraxdığından şikayətçi idi. Buna görə də bu cür otağın yaradılmasını çox istəyirdi. Otaq dünyada ilk zaman kapsulu hesab olunur.Yakobs bu işdə ona kömək etməsi üçün ABŞ kinematoqrafı, fotoqrafı və ixtiraçısı Tomas Pitersə müraciət etmişdir. Piters layihə arxivçisi və inşaat müdiri vəzifəsinə gətirildi.
Çibça (sivilizasiya)
Çibça (isp. Chibcha), Muiska və ya Moska — Cənubi Amerikada XII -XIV əsrlərə aid sivilizasiya. == Tarixi == Aralıq vilayətinin digər məşhur mədəniyyətindən biri Çibça sivilizasiyası (b.e.-nın 1200-1500) idi. Çibçanın iqtisadi əsasını təsərrüfatçılıq təşkil edirdi. Onlar qarğıdalı, kartof, lobya, pomidor, ananas, tütün əkib-becərirdilər. Əti yalnız ovçuluq yolu ilə əldə edirdilər. Təsərrüfatda mübadilə əsas rol oynayan vasitələrdən idi. Onun başlıca əşyası duz, kətan, zümrüd, qızıl idi. Bu qiymətli daşlar Çivore, sumundoki şaxtalarından çıxarılırdı. Bu ərazidə qızıl olmadığından onu uzaq yerlərdən gətirirdilər.
Sivilizasiya muzeyi (Kvebek)
Sivilizasiya muzeyi (fr. Musée de la civilisation à Québec) - Kanadanın Kvebek şəhərində yerləşən muzey. 19 dekabr 1988-ci ildə açılıb. Muzeyin binası Moşe Safdi tərəfindən tərtib edilib. Muzeydə əsasən tarixi və etnoloji eksponatlar üstünlük təşkil edir. Mövcud olduğu ilk 20 il ərzində Sivilizasiya muzeyi 13 milyon nəfər tərəfindən ziyarət edilib.