Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olivin
Olivin - mineral, forsterit-fayalit fasiləsiz izomorf seriyanın üzvü, ümumi formulu - (Mg, Fe)2[SiO4]. Rombik Habitus izometrik, qısa prizmatik, yastılaşmış. İkiləşmə {100}, {011}, {012} üzrə. Ayrrılma {010}, {100} üzrə qeyri-mükəmməl. Aqreqat dənəvər. Müxtəlif çalarlı yaşıl. Sərtliyi 6,5. Xüsusi çəki ~4. Olivin tərkibində az miqdarda Mn, Ni və daha az - Co, Ca, Zn, Ti olur. Hidrotermal və aşınma proseslərində asanlıqla dəyişilir, serpentinə, xloridə və b.
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Stiven
Stiven — ad. Stiven Spilberq — görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi. Stiven Kinq – öz qorxu janrlı romanları ilə məşhur olan ABŞ-lı yazıçı. Stiven Frirz — Akademiya mükafatına namizədliyi olan İngilis film rejissoru. Stiven Hokinq — Stiven Cerrard — İngilis futbolçu. Stiven Soderberq — ABŞ rejissoru.
Sivan
Sivan (Xoy)
Sığın
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Əli Şirin Şükürlü (Ali Shirin Shukurlu)
Əli Şirin Şükürlü – Fəlsəfə doktoru, şair-esseist, yazıçı, 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Həyat və yaradıcılığı == Əli Şirin Şükürlü 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Müxtəlif dövlət qurumlarında, elm və ali təhsil müəssisələrində işləyib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində işə başlamış, Ali təhsil üzrə sektorun müdiri vəzifəsində çalışmışdır. 2023-cü ildən Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan Abituriyent jurnalı redaksiyasında Yaradıcı qrupun rəhbəri vəzifəsində işləyir. 1986-cı ildən etibarən elmi, 1991-ci ildən elmi-pedoqoji fəliyyətlə məşgul olur. Fəlsəfə doktoru (riyaziyyat – Ehtimal nəzəriyyəsi: təsadüfi proseslərin tədqiqi), fəxri professordur. Hazırda təsadüfi proseslər nəzəriyyəsi və elm fəlsəfəsi üzrə elmi-tədqiqat işlərini davam etdirir.
I Şərvin
Şərvin Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == II Söhrabın 772-ci ildə ölümündən sonra yerinə oğlu Şərvin keçmişdi. Elə bu il, Şərvin Təbəristan valisi Xalid ibn Bərməkin getməsindən istifadə edən Vəndad Hörmüzdlə birlikdə Abbasilərə qarşı üsyana başladı. Onların orduları müsəlman şəhərlərini yandırır, əhalini sürgün edirdi. 10 il sonra artıq Təbəristanda heç müsəlman qalmamışdı. Şərvin bundan sonra Padəşvərgərşah (Dağların şahı) titulunu qəbul etmişdi. 785-ci ildə yenidən Abbasilərə tabe olmuşdu. 805-ci ildə Harun əl-Rəşidin Rey şəhərini ziyarətindən sonra Şərvinin nəvəsi I Şəhriyar Bağdada girov kimi getmişdi. Şərvin 817-ci ildə vəfat etdi. == Mənbə == Madelung, W. (1975).
Konstantin Slavin
Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin; 1970, Bakı) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru == Həyatı == Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir. 1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür. İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub.
Simon Stevin
Simon Stevin (ing. Simon Stevin; 1548[…], Brügge – fevral 1620 və ya ən tezi 20 fevral 1620 və ən geci 18 aprel 1620, Haaqa) — Holland riyaziyyatçısı və mühəndisidir; onluq kəsrləri (Avropada) tənliyin mənfi köklərini istifadəyə daxil etmişdir.
Stiven Frears
Stiven Artur Frirz (d. 20 iyun 1941[…], Lester) — Akademiya mükafatına namizədliyi olan İngilis film rejissoru. The Queen və The Grifters filmləri ilə "Ən Yaxşı Rejissor" namizədliyində Akademiya Mükafatına namizəd olmuşdur. 2007 Cannes Film Festivalında baş münsif olaraq yer almışdır.
Stiven Frirz
Stiven Artur Frirz (d. 20 iyun 1941[…], Lester) — Akademiya mükafatına namizədliyi olan İngilis film rejissoru. The Queen və The Grifters filmləri ilə "Ən Yaxşı Rejissor" namizədliyində Akademiya Mükafatına namizəd olmuşdur. 2007 Cannes Film Festivalında baş münsif olaraq yer almışdır.
Stiven Harper
Stiven Cozef Harper (ing. Stephen Joseph Harper; 30 aprel 1959, Toronto) — 6 fevral 2006-cı ildən Kanada baş naziri, 2006-cı il yanvarın 23-də növbədənkənar parlament seçkilərində qalib gələn Kanada Mühafizəkarlar Partiyasının lideri. Stiven Harper 1959-cu ildə Torontoda doğulub. Alberta əyalətində Kalqari universitetində iqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildə ilk dəfə parlamentə seçilib, 2004-cü ildə isə sağ cərəyanın əvvəl mövcud olan iki qrupunun birləşməsi nəticəsində formalaşan Mühafizəkarlar Partiyasının lideri olub. Liberalların on iki il hakimiyyətdə qalması 2006-cı il yanvarın 23-də seçkidə müxalifət partiyası olan Mühafizəkar partiyanın seçilməsi ilə sona çatdı. Partiyanın lideri Stiven Harper baş nazir vəzifəsində Pol Martini əvəz etdi. Mühafizəkarlar parlamentdə mütləq çoxluq təşkil etmədiyindən, hakimiyyətdə yalnız müxalifət partiyalarının dəstəyi ilə qala bilərlər. Seçkiqabağı kampaniya dövründə mühafizəkarlar vergiləri aşağı salmaq, cinayətkarlıqla mübarizəni gücləndirmək, hərbi xərcləri çoxaltmaq və ABŞ-la münasibətdə yaranmış problemləri aradan qaldırmaq vədləri vermişdilər. Harper siyasi opponentlərinin onda ultrasağ ideologiyaya olan meyli barədə fikirlərini qəbul etmirdi.
Stiven Hillenburq
Stiven Hillenburq (ing. Stephen Hillenburg; 21 avqust 1961[…], Fort Sill[d], Oklahoma[…] – 26 noyabr 2018, San Marino[d], Kaliforniya) — Amerikalı rəssam, animator, rejissor, "Spanç-Bob" personajının qurucusu. 1979-cu ildən bəri 15 filmdə yer almışdır. 21 avqust 1961-ci ildə ABŞ-də Lavton şəhərində doğulmuşdur. 2018-ci ilin noyabr ayının 26-da 57 yaşında vəfat etmişdir. Hillenburq evli idi və bir oğlu var.
Stiven Hokinq
Stiven Uilyam Hokinq (ing. Stephen William Hawking; 8 yanvar 1942[…], Oksford – 14 mart 2018[…], Kembric) — müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir. Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olmuşdur. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlamışdır. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir. Həmin dövrdən ölümünə qədər fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlamışdır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ əlinin şəhadət barmağı vasitəsi ilə verir.
Stiven Kainat
Stiven Kainat (ing. Steven Universe) — Rebekka Şuqar(en) tərəfindən Cartoon Network üçün yaradılmış amerikan cizgi serialı. Serialda Çimərlik şəhərində (ing. Beach City) yaşayan Stiven Kainat(en) və onun minerallardan təşkil olunmuş kristal yadplanetli dostları — Qarnet(en), Ametist(en) və Perl(en) dünyanı təhlükə yaradacaq şeylərdən müdafiə edir. Serialın pilot epizodu ilk dəfə 2013-cü ilin mayında efirə çıxdı və sonra serial 2013-cü ilin noyabrından başlayaraq 2019-cu ilin yanvarına qədər beş mövsüm olmaqla davam etdi. 2019-cu ilin sentyabrında serialın filmi "Steven Universe: The Movie(en)" buraxıldı, bunun ardınca iyirmi epizoddan ibarət "Steven Universe Future(en)" 2019-cu ilin dekabrından 2020-ci ilin martına qədər yayımlandı.
Stiven Keyz
Stiven Keyz (ing. Stephen McConnell "Steve" Case; 21 avqust 1958[…], Honolulu) — ABŞ milyarderi, "America Online" (AOL) nəhəng internet korporasiyasının yaradıcısı. Stiven Keyz 21 avqust 1958-ci ildə Havay adalarının Honolulu şəhərində anadan olmuşdur. 1980-ci ildə Uiliams kollecini siyasi elmlər ixtisası üzrə bitirib. İki il "Procter & Gamble" şirkətində brend menecer vəzifəsində çalışıb. 1982-ci ildən isə "Pizza Hut Inc."-də marketinq üzrə menecer kimi fəaliyyət göstərib. 1970-ci illərin sonlarında Keyz kompüter şəbəkələri ilə çox maraqlanırdı. O, 1983-cü ildə onlayn rejimində videooyunları təklif edən şirkətə işə düzəlir. Şirkətin oyun kompüterinə qoşulmaq modemin köməyi ilə mümkün idi. O zaman "Atari" oyunları xüsusilə məşhur idi.
Stiven Kinq
Stiven Kinq (21 sentyabr 1947[…], Portlend[d], Men ştatı) – öz qorxu janrlı romanları ilə məşhur olan ABŞ-lı yazıçı. Stiven Edvin Kinq (ingiliscə Stephen Edwin King) 21 sentyabr 1947-ci ildə Men ştatının Portlend şəhərində dünyaya göz açıb. Ailənin ikinci övladı idi. Atasının əsl soyadı Spənski olmuşdur amma o, soyadını daha yaxşı səslənən Kinqə dəyişdirmişdi. Stivenin həyata göz açması ailə üçün gözlənilməz bir hadisə olmuşdur. Belə ki, Stivenin anası Nelli Rut sağlamlığı ilə bağlı problemləri olduğundan uşaq dünyaya gətirə bilməməsini bildirirdi. Ailənin ilk uşağı olan Devid isə ailənin əsl övladı deyildi. Stivenin hələ iki yaşı olanda onun atası ailəni tərk edərək bir daha geri qayıtmamışdır. Uşaqları tənha böyüdən ana isə eyni zamanda iki işdə – çamaşırxanada və çörəkçixanada çalışırdı. Stivenin uşaqlıq illəri İndiana ştatının Fort Ueyn şəhərində (orada onun ata tərəfdən baba-nənəsi yaşayırdılar), Konnektikut ştatının Stratford şəhərində (orada Lois xalası yaşayırdı), Massaçusets ştatının Molden şəhərində və Men ştatının Paunal şəhərində (orada onun xalaları yaşayırdılar) keçmişdir.
Stiven Koen
Stiven Frend Koen (ing. Stephen Frand Cohen; (1938, Ouensboro, Kentukki, ABŞ) — SSRİ tarixi ilə məşğul olan ABŞ tarixçisi. Əsas tədqiqat sahəsi Sovet Rusiyasının 1917-ci ildə Oktyabr Sosialist İnqilabından sonrakı inkişafı və həmçinin ABŞ ilə münasibətləridir. The Victims Return: Survivors of the Gulag After Stalin ISBN 978-1-933002-40-8 Pub. 2010 by PublishingWorks Soviet Fates and Lost Alternatives: From Stalinism to the New Cold War ISBN 978-0-231-14896-2 Published 2009 by Columbia University Press Failed Crusade: America and the Tragedy of Post-Communist Russia ISBN 978-1-933002-40-8 Updated edition Pub. 2000 by W. W. Norton & Company Voices of Glasnost: Interviews With Gorbachev's Reformers ISBN 978-0-393-02625-2 Pub. 1989 by W W Norton & Co Inc Sovieticus: American Perceptions and Soviet Realities ISBN 978-0-393-30338-4 Pub. 1986 by W W Norton & Co. Rethinking the Soviet Experience: Politics and History since 1917 ISBN 978-0-19-504016-6 Pub.1985 by Oxford University Press An End to Silence: Uncensored Opinion in the Soviet Union, from Roy Medvedev's Underground Magazine "Political Diary" ISBN 978-0-393-30127-4 Pub.1982 Norton Bukharin and the Bolshevik Revolution: A Political Biography, 1888-1938 ISBN 978-0-19-502697-9 Pub.1980 by Oxford University Press Stiven Koenin rus dilində məqalələri Провальная американская (двухпартийная) политика в отношении России Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine (28.02.2012) Советский Союз: Жизнь после смерти Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine (21.12.2011) Отчего такой пессимизм по поводу возвращения Путина? (06.10.2011) «Перезагрузка» с Россией: ещё один упущенный шанс?
Stiven Kruqer
Stiven Kruqer (ing. Steven Krueger) — Amerikalı aktyor. Coşua Rossa rolu ilə İlk Doğulmuşlar serialı və Devidson rolu ilə Qusebumps filmi ilə tanınır.
Stiven Mənn
Stiven Mənn — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Stiven Nzonzi
Steven Nzonzi (15 dekabr 1988), Konqo əsilli fransız yarımmüdafiəçi. İcarə əsasında Super Liqada "Qalatasaray" klubunda oynayır.
Stiven Peddok
Stiven Kreyq Peddok (ing. Stephen Craig Paddock, 9 aprel 1953, Klinton[d], Ayova – 1 oktyabr 2017, Mandalay-Bey[d], Nevada) — 1 oktyabr 2017 tarixində ABŞ-nin Nevada ştatında, 59 insanın ölümü və 489 insanın yaralanmansıyla nəticələnən Las-Veqas Stripdə baş vermiş hadisəni törədən amerikalı kütləvi qatil. Stiven Kreyq Peddok 9 aprel 1953 tarixində ABŞ-nin Ayova ştatında anadan olmuşdur. 1969-cu ildə 15 yaşındaykən həbsxanadan qaçan bir bank soyğuncusu olan Bencamin Hoskins Peddokun oğlu olaraq, Kaliforniyanın San Velley qonşuluğunda böyümüşdür. 1971-ci ildə Con H. Fransis adına Politeknik Liseyini bitirmiş və 1977-ci ildə Kaliforniya Dövlət Universitetini biznes administrasiyasında dərəcə ilə bitirmişdir. Məhkəmə qeydlərinə görə Peddok iki dəfə evlənmiş və boşanmışdır. İlk evliliyi 1977–1979-cu illərdə, ikinci evliyi isə 1985–1990-cı illərdə olmuşdur. 1985–1988-ci illərdə Lakiid Martin şirkətinin sələfi üçün "daxili auditor" işləmişdir. 2013–2015-ci illərdə Peddok, Florida ştatının Melburn şəhərində, təqaüdçü cəmiyyətində yaşamışdır. 2016-cı ildə Las-Veqasın təxminən 80 kilometr şimal-şərqindəki Nevada ştatının Meskit şəhərindəki yeni bir təqaüdçü evinə qardaşı Erikin köməyi ilə köçmüşdür.
Stiven Qoldblat
Stiven Qoldblat (rus. Stephen Goldblatt; 24 aprel 1945, Yohannesburq, CAR) — Cənubi Afrika mənşəli Britaniya kinooperatoru, "Yüksəliş şahzadəsi" və "Betmen həmişə" filmlərində ən yaxşı operator işinə görə 2 dəfə Oskar mükafatı nominasiyasına layiq görülmüşdür. 24 aprel 1945-ci ildə Yohannesburq şəhərində anadan olmuşdur. 18 yaşından London qəzeti olan "The Sunday Times" ("Bazar günü xəbərləri") qəzetində fotojurnalist işləmişdir. Londonda Kraliça incəsənət kollecində oxumuş, oranı bitirdikdən sonra 1969-cu ildən operator işləmişdir. Aclıq (1983), Kotton klubu (1984), Öldürücü silah (1987), Öldürücü silah 2 (1989), Ev qulluqçusu (2011) filmləri ilə məşhurdur. 1990-cı illərdə Goldblatt rejissor Joel Schumacher ilə Batman seriyasına qoşulub Batman Forever (1995) və Batman və Robin (1997) çəkdirdi. 1990-cı illərin sonlarında, bir "film sabbatalı" və yalnız bir neçə ildən sonra anlar çəkərkən, Goldblatt bir qaranlıq otaq tikdi və yenidən həyatını və ətrafını fotoşəkil çəkməyə başladı. [7] Sabbatalı Goldblatt Mike Nichols'un Amerikada Angels (2003), Closer (2004) və Charlie Wilson's War (2007), Chris Columbus Rent (2005) və Percy Jackson və Olympians: The Lightning Thief (2010) ), Nora Ephron, Julie & Julia (2009) və ən yaxın zamanda Tate Taylor haqqında (2011) və Get Up (2014). Stephen Goldblatt indi Meksikanın San Miguel de Allende şəhərində yaşayır və üç böyüyüdür.
Stiven Ri
Stefan Qraham Ri (31 oktyabr 1946, Belfast) — İrlandiyalı aktyor. The Crying Game filmindəki roluna görə Oscara namizəd seçildi. O Neil Jordanın işləməyi ən sevdiyi aktyorlardandır; Jordanın dünyaca tanınmış bir çox filmində rol almıştır. Ri Şimali İrlandiyanın Belfast şəhərində anadan olub. Atası avtobus sürücüsü, anası isə evdar qadın idi. O, Belfast Universitetində və Dublindəki Abbey Teatr Məktəbində oxuyub. Uzun illər İrlandiyada və İngiltərədə səhnədə göründükdən sonra Ri "Aclıq oyunları" filmi üçün ən yaxşı aktyor adına Akademiya mükafatına namizəd olanda beynəlxalq diqqət mərkəzinə düşdü. O, İrlandiyalı rejissor Neil Jordan ilə tez-tez işləyir. Ri uzun müddət İrlandiyanın ən vacib yazıçıları əlaqədə olub. Məsələn, dramaturq Stüart Parkerlə tanışlığı Belfastda birlikdə oxuduqları zaman başladı.