Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bahram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Korben Şarrah
Korben Şarrah (20 aprel 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Korben Şarrah ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. Korben Şarrah 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.876 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 1:05.902 saniyəlik nəticəsi ilə 16-cı yeri tutdu.
Sarah Attar
Sarah Attar (27 avqust 1992, Eskondido, Kaliforniya, Amerika Birləşmiş Ştatları) — Səudiyyə Ərəbistanı təmsil edən marafonçu. Sarah Attar Səudiyyə Ərəbistanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı. Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.
Zahra Çihi
Zarah İliyev
Zarah İliyev (8 sentyabr 1966, Qırmızı Qəsəbə, Quba rayonu) — Rusiyada fəaliyyət göstərən yəhudi iş adamı. Zarah Bension oğlu İliyev 1966-cı il sentyabrın 8-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Atası Bension İliyev idi. 5 oğul atası onlara da çəkməçiliyə öyrədib. Bension İliyev daha çox “aerodrom” adlanan papaqları tikirmiş. Qubadakı kolxoz bazarında onu tanımayan yox idi. Zarah İliyev bu işdə atasına köməkçi olsa da, ömürlük papaqçı olmaq fikrində deyildi. Xeyli vaxtdır ki, Rusiyada yaşayan əmilərinin dəvəti ilə 1983-cü ildə, 17 yaşındaykən o, Moskvaya gedir. Əvvəlcə “Çeremuşka” adlanan ərazidə gül alveri ilə məşğul olur. Sonralar İliyevin gül satdığı ərazidə “Panorama” ticarət mərkəzi tikilir.
Sarah Hadland
Sarah Hadland (20 fevral 1971, London)- ildə anadan olub. Sarah Hadland ingilis aktrisasıdır. O, daha çox BBC BAFTA-ya namizəd komediya televiziya serialı Miranda (2009-2015) filmindəki Stiv Sutton rolu ilə tanınır. Onun digər film rollarına Sehrbazlar (2007), Sıçrayış ili (2010) və Öyrənənlər (2007) daxildir. Hadland komediya-dram televiziya serialında Hərəkətli divar kağızı(2008-2009) senari müəllifi Qiylan kimi göründü və İngilis komediya televiziya şoularında oynadı. O, BBC-nin Ay daşı mini seriyasında (2016) göründü. Sarah Hadland 20 fevral 1971-ci ildə anadan olub və üç yaşından rəqslə məşğul olub. Çeşirdəki Vilmslov Liseyində oxuduğu müddətdə o, Vilmslovda Tempo gənclər qrupu ilə həvəskar dramaturgiyalarda iştirak etdi. Surrey ştatının Epsom şəhərindəki Laine Teatr İncəsənət Kollecində təhsil aldıqdan sonra o, teatr karyerasına 19 yaşında Pişiklər və Yağlar kimi musiqili filmlərdə görünməyə başladı. Hadlandın televiziya karyerası, "Pis Qızlar" və "Qanun layihəsi" filmlərində köməkçi rollarla başladı.
Aşrah (Mortal Kombat)
Aşrah (ing. Ashrah) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Farah Zeynəb Abdullah
Farah Zeynəb Abdullah (tam adı: türk. Farah Zeynep Abdullah; 17 avqust 1989, İstanbul) — Türkiyə aktrisası və müğənnisi. Farah 17 avqust 1989-cu ildə İstanbulun Beşiktaş səmtində dünyaya göz açmışdır. Anası Gülay Makedoniya, Türkiyə (Krımdan) və Bosniya əsillidir. Atası Osman İraq türkmanlarındandır (Ərbildən). Müharibənin başlaması ilə atası Osman hələ uşaq olarkən ailəsi Türkiyəyə miqrasiya edir. Osman türk əsillidir və ərəb dilini bilmir. Bununla belə, İraqda hərbi xidmət keçmişdir. Farahın iki qardaşı var. Atasının işi ilə əlaqədar ailəsi Londona köçənədək orta təhsilini Sen-Mişel fransız liseyində almışdır.
Tenqku Tenqah Zaharah məscidi
Tenqku Tenqah Zaharah məscidi — Malayziyada su üzərində inşa edilmiş ilk üzən məscid. Məscid Kuala Trenqanu şəhərinin 4 km-də Kuala İbay çayının enli mənsəbi yaxınlığında Kuala İbay laqun yaxınlığında yerləşir. 1993-cü ildə tikintisinə başlanılmış və 1995-ci ildə tamamlanmışdır. Məscidin rəsmi açılışı Trenqanunun keçmiş sultanı Əl-Mərhum Sultan Mahmud Əl-Müktəfi Billah Şah tərəfindən 1995-ci ilin iyulunda olub. Məscid müasir və mavritan memarlığının elementlərini özündə birləşdirir. Məscidin ağ strukturu təxminən 5 akr ərazini əhatə edir və eyni zamanda 2000 nəfər ibadət edə bilər. İki piyada körpüsü hər iki tərəfdən məscidi quru ilə əlaqələndirir.
Farah (Prince of Persia)
Farah (ing. Farah) - Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Farah personajı Prince of Persia: The Sands of Time və Prince of Persia: The Two Thrones seriyalarında peyda olur. Farah Prince of Persia seriyasında Şahzadə personajının uzunqulağının adı olur və bu ad keçmiş seriyalardakı Farah personajına hörmət olaraq xatırlanmışdır. Farah Hind maxaracasının qızıdır. Fara nəinki cazibədar xarakterə malikdir, o cümlədən, ox atmaq və akrobatik hərəkətlər üzrə ustadır. Atası Zaman adasında gəzinti zamanı "Sehrli medalyon" tapır və qızı Faraha bəxş edir.
Padrao
Padrao (port. Padrão) - Portuqaliyalı dəniz səyyahları tərəfindən yeni kəşf edilən ərazilərdə yerləşdirlən üzərində Portuqaliyaya aid simvollar və xaç daşı. Padrao xaç daşları ilk dəfə Bartolomeu Dias və Vasko da Qama kimi səyyahlar tərəfindən tikilmişdir. Bununla da kəşf olunan ərazilərin Portuqaliya krallığına məxsus olduğu göstərilirdi.
Padşah
Padşah — Orta əsr şərqində feodal dövlətlərin başında duran monarx. Sözün mənşəyi fars dilinə söykənir. Osmanlı hökmdarları üçün istifadə edilsə də, XIV - XV əsrlərdə onlar İslamın təsiri ilə sultan və ənənəvi olaraq bəy, xan titullarını da seçirdilər. İlk dövrlərdə "Böyük Hökmdar" mənasına gələn "Hudavəndigar" titulu istifadə edilsə də sonradan, yəni II Muraddan etibarən padşah titulu qəbul edildi. Osmanlıda padşahların hökmdarlıq səlahiyyətləri ilkin türk dövlətlərinin və yaxın-şərqdəki tarixi imperiyaların ənənələrinə bağlı idi. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin yaradılması ilə milli iradəni təmsil edən hökumət Osmanlı İmperiyasının və padşahlıq sisteminin yerinə gəldi. İranda hakimiyyətdə olmuş türk və fars mənşəli hökmdarlar şahənşah (şehinşah) ünvanı ilə tanınırdılar. 1979-cu ildə İranda şah rejimi devrildi və ölkədə dini dövlət quruldu.
Patras
Patras (q.yun. Πάτραι, yun. Πάτρα, lat. Patrae) və ya Baliyabadra (türk. Balyabadra) – Yunanıstanda şəhər. Konstantinos Stefanopulos — 1995-2005-cı illərdə Yunanıstanın prezidenti.
Pаkrаç
Pаkrаç (xorv. Pakrac) — Xorvatiyanın Pоjеjskо-Slаvоnskаya vilayətində yerləşən bir şəhər və bələdiyyədir. Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 8,460 nəfərdir Şəhərin ilk dəfə adı 1237-ci ildə çəkilmişdir. Şəhər 1543-cü ildə Osmanlı İmperiyası tərəfindən tutuldu. Pakraçdakı Osmanlı hakimiyyəti 1691-ci ildə avstriyalılar şəhəri ələ keçirənə qədər davam etdi. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Pakraç Xorvatiya-Slavoniya krallığının Pozeqa qraflığının tərkibində idi.
Cahargah
Çahargah — Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri.
Cərrah
Müasir tibbdə cərrah cərrahiyyə əməliyyatını həyata keçirən həkimdir. Fərqli dövrlərdə və yerlərdə fərqli ənənələr mövcud olsa da, müasir cərrah eyni zamanda lisenziyalı bir həkimdir və ya cərrahiyyə sahəsində ixtisaslaşmadan əvvəl həkimlərlə eyni tibbi təhsili almışdır. Pediatriya, stomatologiya və baytarlıq sahəsində də cərrahlar var. Cərrahların hər il dünyada 300 milyondan çox cərrahi əməliyyat apardığı təxmin edilir.
Çarhan
Çarhan (əvvəlki adı: Çarxan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Çarxan kənd inzibati ərazi dairəsi tərkibindəki Çarxan kəndi Çarhan kəndi, Çarxan kənd inzibati ərazi dairəsi Çarhan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Çarhan Hun Çarın yaşadığı yer və igamətgahı olub. (Gədəbəy, Neftcala) sinonimidir. Kənd əhalisi 2823 nəfərdir ki, onunda 1374 nəfəri kişi, 1449 nəfəri isə qadınlar təşkil edir. Əhalisini azərbaycan türkləri təşkil edir. Kənddə Çarhan kənd məscidi dini icması fəaliyyət göstərir.
Çayrab
Çayrabçay — Balakən rayonu ərazisində çay. Çayrabçay Balakənçayın qoludur. Yerli əhalinin verdiyi məlumata görə, çayın adı çay (su hövzəsi) və ərəb (etn.) sözlərindən düzəlib. "Ərəb çayı" mənasındadır. Əslində, çay (su hövzəsi) və -rab (avar. -lı şəkilçisi) komponentlərindən düzəlmiş bu hidronim "çaylı, çay yatağı" deməkdir.
Parad
Parad, marş və ya rejə — bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Bəzən piyada gedişə keçən dəstələr və böyük balonları ilə müşayiət olunur. Paradların səbəbləri genişdir, lakin adətən bir növ şadlıq üçün keçirilir.
CAMAH
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. Empirizm Kainat Qlobus World. The World Factbook. Central Intelligence Agency.
Capra
Dağ keçisi (lat. Capra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Çahar
Çahar — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Çakra
Çakra (sanskr. चक्र; tib. khorlo; çin. 轮) sanskrit mənşəli söz olub çarx, dönüş mənasına gəlir. Hindu adətlərinə və bəzi inanc sistemlərinə görə insanın enerji mərkəzlərinin girdab formasında dönən enerji nöqtələrindən ibarət olduğuna inanıldığı üçün onlara bu ad verilmişdir. Çakra Hind fəlsəfəsi və bəzi oxşar Asiya mədəniyyətlərində insan bədənində mövcud olan metafiziki və ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir. Yoqa ustaları insanın görünən fiziki mövcudluğundan əlavə daha həssas bir orqanizmə sahib olduğunu iddia edirlər. Biz isə bunu ancaq bəzi özəl vəziyyətlərdə duyğularımızın vasitəsiylə sezə bilərik. Əslində bədənimizdə bir çox vacib çakra olduğu düşünülür: məsələn, ovucların içində, dabanlarda, diz qapaqlarında, dirsəklərdə olan çakralar digərlərinə görə daha vacibdir, amma əsas çakra mərkəzləri bədənimizdə onurğa boyunca sıralanır. Hind fəlsəfəsinə görə insanın başının üstündə müsbət bir axın, onurğa sümüyünün altında, büzdümdə mənfi bir axın vardır.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 219 nəfər təşkil edir.