Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çayoba
Çayoba (əvvəlki adı:Telman (?-2015)) — Azərbaycan Respublikasının Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılmışdır. Kəndin ən ilk adı Dızdəvişə (talışca "dızd"-oğru, "vişə"-meşə) olmuş, Sovet hakimiyyəti illərində Telman adlanmışdır.
Tasoba
Persicaria (lat. Persicaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Peutalis Raf.
Cucumis melo var. casaba
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Bayoba
Bayoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Yergüc inzibati ərazi vahidində kənd. == Adının mənası == Yerli əhalinin verdiyi məlumata görə, obanın əsasını əslən Quba rayonunun Cek kəndindən olan Bay adlı bir şəxs qoymuşdur. Oykonim bay və oba komponentlərindən ibarət olub, "bəy kəndi" və ya "bəy obası" deməkdir. Bayoba kəndi Xaçmaz rayonun Quba rayonuna yaxın ərazisində yerləşir. Bu kəndin hər tərəfi müxtəlif meyvə bağları ilə əhatə olunmuş füsünkar bir ərazidir. Bayoba kəndi adını 18 əsrin sonlarında yaşamış Bay adlı adamın adıyla bağlıdır. Deyilənlərə görə Bay və onun ailəsi bu kəndə ilk məskən saldıqları üçün kəndin adı Bayoba qalıb. Kiçik bir kəndir təxmini əhali sayı 500-600 nəfər və ev sayı isə təxmini 110-120-dir. == Tarixi == Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Cek kəndinə aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir.
Casema
Casema — Niderlandın əsas kabel televiziyası, internet və telefon provayderi. Şirkət əsasən Haaqa, Amersfoort, Utrext, Amstelven və Breda şəhərlərinin ətrafında aktivdir.
Cassia
Kassiya (lat. Cassia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Daqoba
Daqoba (ing. Dagobah) — "Ulduz müharibələri" kainatında uydurma planet. Daqoba isti və rütubətli planetdir, müxtəlif canlılarla doludur. Planet güc adlanan enerji sahəsi baxımından bütün qalaktikada ən təmiz yerlərdən biridir. Daqoba əsasən bataqlıqlarla örtülmüş, saysız-hesabsız dayaz göl, laqun və çoxsaylı mağarası olan sirli, dumanlı planetdir. Daqobanın kontinental və okean qabığı sadəcə qeyri-müəyyən şəkildə müəyyən edilmişdir və vulkanik fəaliyyət, ya da zəlzələlər az olmuşdur. Planet hər hansı inkişaf etmiş və ya yerli sayıqlı sivilizasiyadan məhrumdur. Daqobanın iki mövsümü var: quraq və yağışlı. Uzun quraqlıq mövsümünün pik dövründə yüksək dağlıq ərazilər çox isti və əksər həyat formaları üçün əlverişsiz olur, orada yaşayanlar isə dağdibinə köçməyə məcbur qalır. == İstinadlar == == Xarici keçidlər == Dagobah — Vukipediya saytında.
Maşıoba
Maşıoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin axırlarında yaranmış Maşı-oba kəndinin əsası Hacı Məhəmməd oğlu Əhməd bəy tərəfindən qoyulmuşdur. Kənd sıx meşələrlə əhatəli olduğundan Meşə-oba adlanıb. Sonradan Maşı-oba kimi sənədləşib. Buna səbəb həmin sənədləri tərtib edənlərin rus və digər millətlərdən olmasıı olub. 1980-ci illərə kimi kəndin köçürülməsi (Xruşov planına əsasən) nəzərdə tutulduğundan inkişafı üçün heç bir tədbir görülməyib. Kənd tarixi kurqanlarla əhatə olunub. Kəndin ərazisində Tunc dövründən (e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmişdir) qalma yaşı 2500-3000 il olan iki kurqan mövcuddur. Həmin kurqanlarda Tunc dövrünə aid dulusçuluq sənətinə dair əşyalar tapılmışdır.
Paşaoba
Paşaoba — Azərbaycan Respublikasının Quba rayonunun Vəlvələ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Quba rayonunun Vəlvələ kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Paşaoba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Tatoba
Tatoba — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Coğrafi adı talış dilindəki tat "isti", ov "su" komponentlərindən, yer, məkan bildirən hissədən və "ə" şəkilçisindən ibarətdir , kəndin düzgün adı Tatovə olmalıdır.
Xanoba
Xanoba — Azərbaycan ərazisində bir neçə yaşayış məntəqələrinin adları: Xanoba (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xanoba (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx. Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi.
İşoba
İşoba və ya Eyşabad — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşinin Şimali Mişab dehestanında yerləşən kənd. Mərənddən 20 kilometr aralı, Mişov dağlarının ətəyində geniş qoz və ərik bağları arasında, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Kəndin yaxınlığında İşoba şəlaləsi mövcüddür. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 339 nəfərdən və 103 ailədən ibarət idi. Milli tərkibi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Daucus carota var. carota
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Karelinia caspia
Karelinia (lat. Karelinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Karelinia caspia (Pall.) Less. Sinonim Serratula caspia Pall.
Melo cassaba
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Neoseiulus caobae
Neoseiulus caobae (lat. Neoseiulus caobae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nestor Lakoba
Nestor Appolonoviç Çiçuyeviç Lakoba (1 may 1893 – 28 dekabr 1936, Tbilisi) — Sovet Abxaziyasının dövlət xadimi. Eşitmə əngəlli Lakobanı "Adaqua" ("Kar") ləqəbi ilə də çağırırdılar. 1922-ci ilin fevralında Xalq Komissarları Sovetinin sədri, 1930-cu ilin aprelindən isə Abxaziya SSR-nin Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. Stalinin özünün dediyinə görə, onun ən yaxın dostu olub. Lakoba kəndli ailəsində anadan olub. Doğulmamışdan bir neçə ay əvvəl atası öldürülüb. Kilsə məktəbində oxuyan Lakoba, sonra doğma kəndində iki illik məktəbi də bitirib. Laakoba uşaqlıqdan çox bacarıqlı olub.. С детства был весьма способным 1905-1910-cu illərdə oxuduğu Tiflis İlahiyyat Kollecini bitirib. Sonra seminariyaya girdi, 1911-ci ildə inqilabi təbliğ etdiyi üçün qovuldu.
Nobuko Caşima
Nobuko Caşima (d. 26 dekabr 1959) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Qorx-mazoba
Qorxmazoba (Tat. Dərəsiyəo) — Azərbaycan Respublikasının Quba rayonunda, dağlarda yerləşən bir kənddir. Əhalisi təxminən 600 nəfərdən ibarətdir və əsasən etnik Tatlar təşkil edir. Kəndin Dərəsiyəo adı, ərazinin təbii mənzərəsini əks etdirir. "Dərə" dərə, "siyə" qara, "o" isə Tat dilində su deməkdir. Kənd yamyaşıl bitki örtüyü və təbii bulaqlarla əhatə olunub ki, bu camaatı bol su və ruzi bərəkət ilə təmin edir. Kənd kontinental iqlimə malikdir, qışı çox soyuq və yayı isti keçir. Çoxlu ağaclar, bitkilər, meyvələr və tərəvəzlərlə örtülüb ki, gözəl və yaşıl bir mühit təmin edir. Kənd təsərrüfatının əsasını əkinçilik, maldarlıq, meyvə, heyvan və ət satışı təşkil edir. Burada yaşayan sakinlərin özünəməxsus adət-ənənələri və mədəniyyəti var ki, onlar bununla fəxr edirlər.
Sabanejewia caspia
Xəzər ilişgəni (lat. Sabanejewia caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Aşağı Kürün əlavə su hövzələrində Şilyan, Hacıqabul, Ağçala göllərində, Lənkəran yaxınlığındakı gölməçələrdə, Qumbaşı çayında, Kiçik körfəzi Xəzərlə birləşdirən kanallarda yayılmışdır. Ural, Emba, Ənzəli çaylarının mənsəbində, Pəhləvi körfəzində təsadüf edilir. D II-III 6-7,A I-II 5,P I 6-7, V I 5 şüa var, fəqərələrinin sayı 41-42-dir. Bədəni yanları çox basıqdır. Bədəninin hündürlüyü gövdəsinin uzunluğu qədərdir. Böyürlərində tünd zolaq var, xalları yoxdur. Bığcıqları əvvəlki növlərin ikisindən də uzundur. Gözönü tikanın quruluşu qızılı ilişgəndəki kimidir.
Sariya Lakoba
Sariya Əhmədovna Lakoba (anadan olanda Cihoğlu; 1904, Batum, Batum vilayəti, Rusiya imperiyası – 16 may 1939, Tbilisi, SSRİ) — NKVD həbsxanasında dözümlülüyü, mərdliyi ilə seçilən ərinə qarşı ifadəyə məcbur edilsə də, bunu etməyən Sovet Abxaziyasının dövlət xadimi "xalq düşməni" Nestor Lakobanın həyat yoldaşı. Sariya Əhmədovna Cihoğlu Batumi şəhərində varlı acar ailəsində anadan olmuşdur . Atası Əhməd-Məmməd Cihoğlu bir çörək, bir neçə kiçik dükan, habelə çimərlik sahilində icarəyə verilən üç evə sahib idi. Anası Mələk Patladze, əslən Oçamçiradan olan müsəlman gürcülərdən idi. O, Əhməd Cihoğlu ilə 7 övlad böyüdürdü. 1920-ci ildə Nestor Lakoba İngilis işğalçılarından onun valideynlərinin evində gizlənirdi. 1921-ci ildə onlar nigaha daxil oldular. Onlar ailə quranda Sariya hələ məktəbi bitirməmişdi, bu səbəbdən Nestor Lakoba Suxumda onun üçün repititor tutmuşdu. Sariya ekstern şəkildə imtahan verdikdən sonra yetkinlik atestatı aldı, sonra isə "özünü təhsili ilə məşğul oldu, çoxlu mütaliə etdi" - Adilə Abbas oğlu xatirələrində yazırdı . "Saria çoxlu mütaliə edir və nadir kitablar toplayırdı" - Abbas oğlu danışırdı.
Serratula caspia
Karelinia (lat. Karelinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Karelinia caspia (Pall.) Less. Sinonim Serratula caspia Pall.
Sterna caspia
Hydroprogne caspia
Hydroprogne caspia (lat. Hydroprogne caspia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin hydroprogne cinsinə aid heyvan növü.
Laurus cassia
Laurus cassia Nees — Cinnamomum iners bitki növünün sinonimi. Laurus cassia Wall. — Cinnamomum sulphuratum bitki növünün sinonimi. Laurus cassia L. — Neolitsea cassia bitki növünün sinonimi. Laurus cassia Nees — Cinnamomum aromaticum bitki növünün sinonimi. Laurus cassia Roxb. — Cinnamomum tamala bitki növünün sinonimi. Laurus cassia Wight ex Nees — Cinnamomum bejolghota var. bejolghota bitki yarımnövünün sinonimi. Laurus cassia Burm.f.