Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərzani
Mustafa Bərzani — kürd siyasi və hərbi xadimi Məsud Bərzani — İraq Kürdüstanının birinci prezidenti. Neçirvan Bərzani — İraq Kürdüstanının ikinci prezidenti.
Mustafa Bərzani
Mustafa Bərzani (kürd. مەلا مسته‌فا بارزانی) və ya Molla Mustafa Bərzani (kürd. Mela Mustefa Barzanî; 14 mart 1903, Bərzan[d], Mosul vilayəti, Osmanlı imperiyası – 1 mart 1979, Vaşinqton) — kürd lideri, komandiri və müasir kürd siyasətinin ən görkəmli siyasi xadimlərindən biri. O, 1946-cı ildə İraq rejimlərinə qarşı kürd inqilabına öndərlik etmək üçün Kürdüstan Demokrat Partiyasının (KDP) lideri seçilmişdir. Bərzani 1979-cu ilin martında ölənə qədər kürd inqilabının əsas siyasi və hərbi lideri olmuşdur. O, İraq və İran hökumətlərinə qarşı silahlı mübarizə kampaniyalarına rəhbərlik etmişdir. == Erkən illəri == Mustafa Bərzani 1903-cü ildə İraq Kürdüstanının Bərzan kəndində anadan olmuşdur. Tayfasının üsyanından sonra o cəmi üç yaşı olanda ailəsi ilə birlikdə həbs olunmuşdur. Bərzaninin atası, babası və bir qardaşı daha sonra digər üsyanlara görə Osmanlı hakimiyyəti tərəfindən edam edilmişdir. Bərzani kiçik yaşlarında böyük qardaşı və tayfa başçısı Əhməd Bərzani tərəfindən Zibardakı kürd başçılarının İraqda ingilislərə qarşı qiyamına qoşulmaq üçün göndərilmişdir.
Məsud Bərzani
Məsud Bərzani (16 avqust 1946[…], Məhəbad, Mahabad Cümhuriyyəti) — İraq Kürdüstan Regional Hökuməti başçısı (2005 — indiyə kimi).
Neçirvan Bərzani
Neçirvan İdris Bərzani (kürd. نێچیرڤان بارزانی, Nêçîrvan Îdrîs Barzanî; 21 sentyabr 1966, Bərzan[d], İraq) — kürd siyasətçi. O, İraq Kürdüstanının ikinci prezidentidir. == Həyatı == Neçirvan Bərzani 21 sentyabr 1966-cı ildə anadan olmuşdur. O, Tehran Universitetindən məzun olmuşdur. Neçirvan Bərzani 2010-cu ildə Kürdüstan Demokrat Partiyasının vitse-prezidenti təyin edilmişdir. O, bundan əvvəl 2007-ci ilin martından 2009-cu ilin avqustuna və 2012-ci ilin mart ayından 2019-cu ilin may ayına qədər Kürdüstan Regional Hökumətinin baş naziri vəzifəsində çalışmışdır. Neçirvan Bərzani həm də Kürdüstan Universitetinin təsisçisidir. O, hal-hazırda İraq Kürdüstanının ikinci prezidentidir. Neçirvan Bərzani 2019-cu ilin iyununda Kürdüstan Parlamenti tərəfindən vəzifəyə seçilmişdir.
Atlantik Okeanı
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Cənub Okeanı
Cənub Okeanı və ya Antarktik okean — Yerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km². (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m. Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir. Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar həmin vaxt təsdiq edilmir.
Dünya okeanı
Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi. Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi. Atlantik okean Hind okeanı Şimal Buzlu okean Sakit okean Cənub okeanı Okeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır. == Dünya okeanının öyrənilməsi == Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədi ilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsi ilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir.
Hind Okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir. == Ümumi təsviri == Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur).
Tetis okeanı
Tetis (yun. Θέτις, ing. Thetis) — qədim okean olaraq Mezozoy erası dövründə mövcud olmuş, Qondvana və Lavrasiya kimi materiklərin arasında yerləşmişdir. Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Aral gölü bu okeanın qalıqlarıdır. == Tarixi == Avropanın hündür nöqtələri Alp, Karpat dağlarında və Asiyanın Himalay dağlarının zirvələrində dəniz canlılarının qalıqları aşkarlanır. Bu isə onu deməyə əsas verir ki, bu ərazilər tarixən suyun altında olmuşdur. Bunu əsas gətirən Zyoss Eduard 1893-ci ildə bu qədim okeanı Tetis adlandırmışdır. Bu ad yunan ilahəsinin adıdır. Bəzən isə bu okeanı Sarmat dənizi və ya Ponti dənizi adlandırılır. == Müasir baxış == Tetis okeanı milyard il önçə Qondvana və Lavraziya qitələrinin arasında meydana gəlmişdir.
Diezani Alison-Madueke
Diezani Alison-Madueke (6 dekabr 1960) — OPEK prezidenti (1 yanvar 2015-ci ildən). O, OPEK tarixində ilk qadın prezidentdir.
Mir Mehdi Xəzani
Mirməhsəti Haşımzadə — tarixçi, şair. == Həyatı == Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir nəsilbənəsil onların uruğuna bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkəni Aslan bəy Məlik-Aslanovun dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu.Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi. Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi.
Şimal Buzlu Okeanı
Şimal Buzlu okean — Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsilə digər okeanlardan ayrılır. Dünyada sahəcə ən kiçik okeandır — 13 000 000 km². Şimal Buzlu okeanında bir çox adalar vardır: Novaya Zemlya, Şimal Torpağı, Qrenlandiya, Vrangel, Novosibirsk, Kanada-Arktika arxipelaqı. Dünyanın ən böyük adası olan Qrenlandiya adası da bu okeanda yerləşir. Okeanın bir çox boğazları vadır ki, onlara misal kimi Avstriya boğazı, Matoçkin Şar boğazı, Smit boğazı, Qdansk boğazı, Robeson boğazı, Kennedi boğazı, Parri boğazı, Danimark boğazı, Forlandsundet boğazı,Şahzadə Regent boğazı, Taymır boğazı, Friman boğazı, Lonq boğazı, Sterleqov boğazı, Disko boğazı (körfəz), Franklin boğazı, Qırmızı Ordu boğazı, Kara darvazası (boğaz), Stur-ford boğazı, Şərq boğazı (Şərqi Sibir dənizi), Dis boğazı, Şimal boğazı (Şərqi Sibir dənizi), Yaqorski Şar boğazı, Şokalski boğazı, Fram boğazı, Fram (boğaz), Kuroçkin boğazı, Dmitri Laptev boğazı, Kiçik Caun boğazı, Kostin Şar boğazı, Vilkiç boğazı, Pomorski boğazı, Fari və Hekla boğazı, Eterikan boğazı, Hinlopen boğazı, Cons boğazı, Yevqenov boğazı, Uels Şahzadəsi (boğaz), Malıgin boğazı, Sannikov boğazı, Kildinski boğazı, Şimal boğazı (Laptevlər dənizi), Blaqoveşenski boğazı, Pevek boğazı, Radzeevski boğazı, Zaya boğazı, Kolıma boğazı, Yeddiada Reydi boğazı, Dolfin və Yunion boğazı, Hudzon boğazı, Mak-Klinton boğazı, Ağ dənizinin boğazı, Simpson boğazı və s. göstərmək olar. Şimal Buzlu okean ən şirin okean hesab olunur. Okeanın akvatoriyasında bir sıra dənizlər vardır: Linkoln dənizi, Bofort dənizi, Baffin dənizi, Şərqi Sibir dənizi, Vandel dənizi, Şahzadə Qustav-Adolf dənizi, Norveç dənizi, Barens dənizi == Etimologiya == Okean müstəqil okean kimi 1650-ci ildə coğrafiyaşünas Varenius tərəfindən Hyperborean Ocean - “Həddindən artıq şimalda okean” (qədim yunan Βορέας - şimal küləyinin mifik tanrısı və ya başqa sözlə Şimal, qədim yunan ὑπερ -) adı ilə müstəqil okean kimi müəyyən edilmişdir. bir şeyin artıqlığını göstərən prefiks).
Sakit Okeanı Ölkələri
Sakit Okeanı Ölkələri sakit okean sahillərinə aiddir. Bu terminə həmçinin Sakit okeanda yerləşən adalar da daxildir və materikdə Sakit okeana sahili olan ölkələr də daxildir. Sakit okean seysmik kəməri termini də bu terminin miqyası ilə üst-üstə düşür. == Sakit Okeanı Ölkələri yerləşən ölkələrin siyahısı == Aşağıda qeyd olunan ölkələr Sakit okeanla həmsərhəd ölkələrdir və bu ölkələr Sakit okean sahili kimi tanınır. == Ticarət == Sakit okean dünya ölkələri arasında su nəqliyyatı üçün əsas fəaliyyət sahəsi. Belə ki, Sakit okean sahilində dünyanın ən gur 50 konteyner limanından 29-da yerləşir. Bu limanlar aşağıda qeyd edilmişdir. == Sakit okeandakı təşkilatlar == Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Şərq-Qərb Mərkəzi, Davamlı Sakit Okean Sahil Şəhərləri layihəsi Asiya Tədqiqat İnstitutu kimi təşkilatlar, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları Sakit okeana diqqət yetirirlər. Bundan başqa, Abş Sakit Okean Komandanlığı Sakit okeanda RIMPAC Hərbi Əməliyyatlarını həyata keçirir.
Britaniya Hind okeanı əraziləri
Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir. Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-yə kirayəyə verilmişdir. == Coğrafiya == Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir. == Əhali == Adanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.
Bezni-i Çıraqmərdan (Həştrud)
Bezni-i Çıraqmərdan (fars. بزني چراغ مردان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (5 ailə).
Dünya okeanı və dənizlərin kirlənməsi
Okean və dənizlərin- çirklənməsində karbohidrogenlər, xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələrdir. == Okean və dənizlər == Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir. Dünya okeanını kirləndirən mənbələr üç qrupa ayrılır : Dəniz – hərbi gəmilər, hərbi təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması. Yerüstü– çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olması. Atmosfer — zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlərdir. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar.
Tərcümeyi-bəyani-usuli-ətvari-səba
Tərcümeyi-bəyani-usuli-ətvari-səba — Seyid Yəhya Bakuviyə məxsus olan bu əsərdə vəlinin yeddi seyri izah olunur. Həmin yeddi seyr bunlardır: Seyr ilallah, Seyr lillah, Seyr aləllah, Seyr məallah, Seyr fillah, Seyr anillah. Ehtimal edilir ki, əsli farsca olmuş, sonradan türkcəyə tərcümə edilmişdir. Əsərin yeganə əsli İstanbul Yapı Kredi bankı Sərmət Ciftər kitabxanasındadır.