Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çernoqor dili
Monteneqro dili (Venetçə: łéngoa montenegrina) ya da Qaradağ dili(Qaradağca: crnogorski jezik) — Qərb yarımqrupuna daxil olan cənubi slavyan dili. Monteneqro dili Monteneqroda (Qaradağda) istifadə olunan serb-xorvat dil sisteminin iyekav-ştokav dialekti bazasında qurulub. Müqayisəli dilçilik nöqteyi-nəzərindən bu dil sisteminin serb, xorvat və bosniya dilləri ilə yanaşı standartlaşdırılmış qarşılıqlı anlaşılan variantlarından biridir. Konstitusiyaya görə 1992-ci ilə qədər Monteneqronın dövlət dili serb-xorvat dili, 2007-ci ilə qədər serb dilinin iyekav forması (serb. српски језик ијекавског изговора), 2007-ci ildən isə monteneqro dilidir.
Marina Çernova
Marina Çernova — Rusiyalı akrobatika gimnastıdır. Rusiya Federasiyasını 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 qızıl medal qazandı. Marina xanım Georgi Pataraya ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində qızıl medal qazandı. Rusiyanın əməkdar idman ustasıdır. 2014-cü ilin Dünya Çempionatınında qızıl medalçısıdır. == Həyatı == Marina Çernova 7 mart 1996-cı ildə anadan olmuşdur. == Karyerası == Marina Çernova ilk uğurunu 2014-cü ildə Fransada qazandı. O Levallus-Perredə Dünya Çempionatının qızıl medalını qazandı. 1 il sonra isə Marina xanım 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Georgi Pataraya ilə birgə 3 qızıl medal qazandı.
Nadejda Çernova
Nadejda Çernova (rus. Надежда Михайловна Чернова; 15 yanvar 1947 və ya 1947, Bayanaul[d], Qazaxıstan SSR, SSRİ) — rus əsilli qazax şairəsi, tərcüməçi və jurnalist, publisist, ədəbiyyatşünas. Qazaxıstan Yazıçılar Birliyinin üzvü. Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Prostor jurnalının şeir şöbəsinin müdiridir. == Bioqrafiyası == Ədəbiyyata gedən yol Aleksandr Puşkinin əsərlərini oxumağı sevən atası Mixail Timofeeviç Çernovun göstərişi ilə başlayır. Uşaqlığını Semipalatinskdə keçirmişdir. Nadejda Çernova 10 yaşında şeirlər yazmağa başlamış və 15 yaşında "Günəş" şeiri "Leninski Smena" və "Kazakhstanskaya Pravda" qəzetlərində dərc edilmişdir. Məktəbi bitirdikdən sonra Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olur. Sonra iyirmi beş il Prostorda çalışdı, burada ədəbiyyat sahəsində məşhur şəxsiyyətlərlə tanış oldu: Moris Simaşko, Viktor Vasiliev, Anatoli Kim, İlyas Yesenberlin, Mixail Pak və başqaları.
Tamara Çernova
Tamara Aleksandrovna Çernova (rus. Чернова Тамара Александровна; d. 2 yanvar 1928, Sverdlovsk, RSFSR) — Sovet kino və teatr aktrisası, RSFSR əməkdar artisti (1966). == Həyatı == Tamara Çernova 1928-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) dünyaya gəlmişdir. Atası Aleksandr Çernov partiya işçisi, anası Anastasiya isə maliyyəçi olmuşdur. Ailədə 3 qız uşağından biri olan Tamaranın Viktoriya adlı ekiz bacısı və Klara adlı böyük bacısı olmuşdur. Böyük Vətən Müharibəsi illərində "Uralmaş" zavodunda çalışmış, həmçinin hospitallarda növbətçi olmuşdur. 1947-ci ildə Kiyevdə rus teatrının teatr studiyasını bitirmiş, daha sonra Leninqrada yollanaraq burada Teatr institutunun aktyorluq fakültəsinə qəbul olunmuş və bir ilə yaxın burada təhsil almışdır. 1950-ci ildə filmlərin çox az çəkildiyi dövrdə ekranlara çıxan "Qoçaq insanlar" ("Смелые люди") filmində debüt edən Tamara dərhal məşhurlaşdı. Həmin il ailə quran aktrisa tezliklə ana olduğu üçün yeni filmlərdə çəkilmək təkliflərinə razı olmurdu.
Yuliya Çernova
Yuliya Çernova (d. 2 mart 1986) — Ukraynanı təmsil edən bədii gimnast. Yuliya Çernova 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yuliya Çernova 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Olena Dziubçuk, Yelizaveta Karabaş, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Karapet Çernovun binası
Karapet Çernov binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 4 ünvanında yerləşən bina. Bina 1911-1913-cu illərdə modern stilində inşa edilmişdir. Bina XIX əsrin sonları inşa edilmiş, bir müddət sonra isə rekonstruksiya edilmişdir. Karapet Çernovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Üç mərtəbədən ibarət olan bina 1890-cu illərdə Karapet Çernovun vəsaiti hesabına inşa edilmişdir. Bina sonradan beş mərtəbəyə qədər artırılır. Xalq arasında belə bir əfsanə vardır ki, Karapet Çernov ilə Qavril Melkanov-Ezekov arasında mərc olur. Onlar kimin daha varlı olmasına aydınlıq gətirməli idilər. Hər iki tacir Bolşoy Sadovnaya küçəsində bina inşa etməli idilər. Yarışmanı daha geniş ev inşa edəcək tacir udacaqdı.