Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surikat
Surikat — Herpestidae fəsiləsinə aid olan heyvan cinsi. Cənubi Afrikada (Kalaxari səhrası ərazisində: Anqola, Namibiya, Botsvana, CAR-ın şimal-qərbində) geniş yayılmışdır. Əvvəllər Madaqaskarda da rast gəlinib. Manqustlar fəsiləsinə aid olan surikatlar əsasən ağacların bitmədiyi daha açıq və boş torpaqlarda yaşayırlar. Onları savannalarda və açıq düzənliklərdə tapmaq olar. Surikatlar kiçik manqustlara aid olduğundan onların çəkisi 700-750 qramdır. Surikatın başı ilə birlikdə bədəninin uzunluğu 25-35 sm, quyruğunun uzunluğu isə 17,5-25 sm olur. Surikatların diş formulu belədir: I 3 3 C 1 1 P 3 3 M 2 2 , {\displaystyle I{3 \over 3}C{1 \over 1}P{3 \over 3}M{2 \over 2}\,\,,} (burada I {\displaystyle I} - kəsici dişlər, C {\displaystyle C} - köpək dişləri, P {\displaystyle P} - kökaltı dişləri M {\displaystyle M} - azı dişləri) onların sayı 36-dır. Tüklərinin rəngi adətən narıncı-qəhvəyi rəngdə olur. Bütün surikatlarda xarakterik olaraq qara zolaq vardır.
Çarikar
Çarikar — Əfqanıstanda şəhər. Hindi Quş dağları ilə əhatələnib.
Lirika
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Aleksey Çirikov
Aleksey Çirikov (rus. Алексей Ильич Чириков) — Rus səyyahı.
I Tiridat
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir. 66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi. Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. Silikat turşusunun duzlarına silikatlar deyilir.
Çirikov adası
Çirikov adası (ing. Chirikof Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində (ABŞ) sahəsi 114,7 km² olan ada. Kadyak arxipelaqına daxildir. Kadyak adasından 290 km cənub-qərbdə yerləşir. Ada 1741-ci ildə rus səyyahı Aleksey Çirikov tərəfindən kəşf edilmişdir. 1798-ci ildə ingilis kəşfiyyatçısı Corc Vankuver adaya onun adını verir. Ada 1817–1819-cu illərdə ekspedisiya zamanı 2-ci dərəcəli kapitan Vasili Qolovninin tərəfindən "Kamçatka" gəmisində yenidən tətqiq edilir. Alyaskanın satın alınması haqqında müqaviləyə əsasən ABŞ-n ərazisinə çevrilir. Adada yaşayış yoxdur.
Çirikov binası
Çirikovun gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Budyonnovski prospekti ev 60 ünvanında yerləşir. Bina 1913-cü ildə Leonid Feodroviç Eberqin layihəsi əsasında inşa edilmişdir. Bina eklektina stilinə,uygun inşa edilmişdir. Hazırda binada dövlət müəsissəsi yerləşir. Çirikov binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Gəlirli ev Taqanroq prospektində (harır ki Budyonnovski prospekti) XX əsrin əvvəllərində fabrik sahibi, idarəsinkn üzvü və şəhər sovetinin kreditlər üzrə cəmiyyətinin üzvü Vladimiroviç Kirilloviç Çirikovun təşəbbüsü ilə inşa edilmişdir. Binanın layihəsi Leonid Feodroviç Eberqə məxsusdur. O, həmcinin tikintiyə şəxsən özü nəzarət etmişdir. 1912-ci ildə Çirikov tikinti meydançasına gələrən tikinti işləri ilə maraqlanmışdır. Bu zaman o, binanın fasad hissəsində iki kollonun quraşdırılmasını tələb edir.
Çirikov burnu
Çirikov burnu (çuk. Нунъэмун) — Çukot yarımadası sahillərində yerləşən qayalı burun. Sahillərini Berinq dənizinin suları yuyur. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazisinə daxildir. Burun Rudder buxtası ilə Anadır körfəzinə tökülən Nunyamovvam çayının mənsəbi arasında yerləşir. Burunun hündürlüyü 542 metr təşkil edir. Buruna ən yaxın yaşayış məntəqəsi 28 km şimalda yerləşir. Çukotkaça çuk. Нунъэмун adı isə tərcümədə — «piylik» mənasını verir. Burun yaxınlığında XVII-XX əsrlərə aid eyni adlı tarix-mədəni kompleks yerləşir.
Çirkab (film, 2013)
Çirkab (ing. Filth) – 2013-cü ildə irland yazıçısı İrvin Uelşin eyniadlı romanı əsasında Con S. Beyrdin rejissorluğu ilə kriminal komediya-dram janrında çəkilmiş şotland filmidir. Film Şotlandiyada 27 sentyabr, İrlandiya və Britaniyada isə 4 oktyabr 2013-cü ildə vizyona girmişdir. ABŞ kinoteatrlarında filmin debütü 30 may 2014-cü ildə baş tutmuşdur. Bryus Robertson (Ceyms MakEvoy) Edinburqda polis serjantıdır; intriqant, manipulyativ, insanlara dəyər verməyən bir insandır, vaxtını narkotik alkoqol və bəzən də cinsi təcavüzlə keçirir, şəxsi evfemizmindən doğan çirkli oyunlarına ətrafındakı bir çox insanları cəlb edir. Robertson əxlaqlı və yaxşı tərbiyə görmüş dostu Klifford Bleysdi (Eddi Marsan) tez-tez qorxutmaqdan zövq alır, o, tez-tez masson lojasının üzvü olan bu dostunun arvadına zənglər edərək, oyunlarından biri kimi, onu qorxudur. Robertsonun həyatda əsas məqsədi detetktiv inspektor vəzifəsinə yüksəlməkdir və yapon tələbəbib öldürülməsi ilə bağlı araşdırmanı aparmağa başladıqda bu arzusuna gedən yolun açıldığını düşünür. Yavaş-yavaş o reallığa nəzarətini itirir, bununla belə oyunlarını davam etdirir, ağır hallüsinasiyalardan əziyyət çəkir. Filmin sonuna yaxınlaşdıqca onunhallüsinasiyaları daha da ağırlaşır və Bryus havalanır. Yuxu şəklində görünən və ona ağır psixotrapik dərmanlar verən həkimi vasitəsiylə məlum olur ki, Bryus körpəliyinin hansısa dövründə kiçik qardaşının ölümünə səbəb olmuş qəzanın baş verməsində özünü günahlandırır.