Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Çitab
Çitab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Kəbgiyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,561 nəfər və 328 ailədən ibarət idi.Əhalisi Boyer-Əhməd elinin Çitab oymağındandır.
Çita
Çita (rus. Чита) — Rusiya Federasiyasında şəhər, Zabaykal diyarının inzibati mərkəzi.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır.1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi. Yeganə oyunu Norveç komandasına qarşı keçirtmişdir və 4 qol buraxmışdır.1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 5-8-ci yerləri bölüşən Türkiyə milli futbol komandasının heyətində çıxış etmişdir.
Çita (hepard)
Çita Vilayəti
Çita vilayəti — Rusiya Federasiyasının keçmiş subyektlərindən biri. Hazırda Zabaykalsk vilayətinin tərkibinə daxildir.
Çita bayrağı
Çita bayrağı — Rusiya Federasiyasının Zabaykal diyarında yerləşən Çita şəhərinin bayrağı.
Çita yarımadası
Çita yarımadası (yap. 知多半島) — Yaponiyanın Aiçi prefekturası ərazisində yerləşir. Honşu adasının mərkəzi hissəsində Sakit okeanının sahillərində qərar tutur. Şimaldan cənuba doğru uzanır və İse körfəzinin şərq sahillərini təşkil edir. Uzunluğu 40 km, eni 5–14 km təşkil edir. İse və Mikava körfəzlərini ayırır. Relyefi təpəlidir. Şimalda 40 m, mərkəzdə 70 m, cənubda isə 90–100 m təşkil edir. İllik orta temperatur 15 °C-dir. İllik yağıntının miqdarı 1500 mm-dir.
La Mia Città
La Mia Città (azərb. Mənim şəhərim‎) — İtaliyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İfaçısı Emma Marronedir.
Çitab-i Süfla (Miyanə)
Çitab-i Süfla (fars. چتاب سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 175 nəfər yaşayır (43 ailə).
Çitab-i Ülya (Miyanə)
Çitab-i Ülya (fars. چتاب عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 466 nəfər yaşayır (109 ailə).
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
CITES
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cihad
Cihаd, yәni Аllаh yоlundа sаvаşmaq - İslamda dinin vacib əməllərindən biridir. Bu sаvаşdа mәqsәd hаqq аyinlәrin kаfirlәrә qәbul еtdirilmәsi, İslаm hаkimiyyәtinin bәrpаsıdır. Qurаn bir çох аyәlәrdә cihаdı әn hәyаti bir prinsip kimi önә çәkir. Belə ki, Quranda cihаdın fitnә аrаdаn qаlхıb, İslаm hаkimiyyәti bәrpа оlаnаdәk dаvаm еtdirilmәsinin zəruri olduğu qeyd olunur.: "(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir)."Cihadı 5 qismə bölmək olar: Kаfirlәrә tövhidi qәbul еtdirmәk üçün ibtidаi cihаd (аllаhpәrәstliyin, әdаlәtli ictimаi quruluşun bәrqәrаrı, İslаmın bәrqәrаrı, mәzlumlаr vә mәhrumlаrın zülm-sitәmdәn qurtuluşu, fitnә-fәsаdın аrаdаn qаldırılmаsı, hаqpәrәstlik) Zamənə imamının icаzәsi ilә şәrtlәnmiş cihаd (şiə məzhəbində - zamanə imamı qeybə olduğundan bu cihad hazırda mümkünsüzdür); Müsәlmаnlаrı öldürmәk vә yа qаrәt еtmәk mәqsәdi ilә hücum еdәn kаfirlәrlә sаvаş; оnlаrın mәqsәdi İslаmın kökünü kәsmәk оlur; Müsәlmаnlаrı öldürmәk, оnlаrın mаlını qаrәt еtmәk üçün hücum еdәn kаfirlәrlә cihаd; bu cihаddа kаfirlәrin İslаmı mәhv еtmәk mәqsәdi оlmur; Cаnın, mаlın vә nаmusun müdаfiәsi üçün sаvаş; bu sаvаşdа mәqsәd İslаm tоrpаqlаrını, müsәlmаnlаrın cаn vә mаlını düşmәndәn qоrumаqdır. Bu sаvаş yаlnız düşmәnin hücumundаn sоnrа bаş vеrir vә siz mаlınızı, cаnınızı, nаmusunuzu, şәrәfinizi qоrumаq üçün düşmәnlә sаvаşа qаlхmаlısınız.
Cihaz
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. == Elektrik cihazlarının siyahısı == Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirəəsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Cinah
Cinah — İranın Hörmüzgan ostanının Bəstək şəhristanının Cinah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,636 nəfər və 1,322 ailədən ibarət idi.
Cinas
Cinas – formaca eyni, lakin mənaca müxtəlif omonim sözlərdən yaradılır.Bu qafiyə növü orta əsr sufi qəzəliyyatında geniş yayılmışdı və fars dili vasitəsi ilə Azərbaycan dilinə və poeziyasına da keçmişdi. Bu beytin birinci misrasında xali sözü "ayrı, uzaq", ikincidə isə "xal" mənasındadır. Burada biz təmiz cinas görürük. Amma poeziyada sınıq cinaslardan da geniş istifadə olunur. Bu halda mürəkkəb qafiyənin forma eyniliyi bir-iki artıq həriflə sınır: Burada üç tərkibli cinas ikinci misradakı artıq "a" səsi ilə sınmış olur. Xalq şeirində cinas qafiyə geniş yayılmışdır. Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə qafiyələnmiş qoşma deməkdir. Aşıqlar arasında cinaslı qoşma demək ən çətin yarışdır. Burada formaca eyni, amma mənaca müxtəlif sözləri təkcə tapmaq yox, həm də qafiyə kimi işlətmək böyük sənətkarlıq sayılır. Xalq poeziyasında cinaslı qoşmanın məna, forma baxımından çoxlu növləri fərqləndirilir.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI-XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bu günkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V-VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu -13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Çatax
Çatax (Borçalı)
Çilət
Çilət — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çıldıran kəndindən cənubda dağ. Hündürlüyü 1561 m. Cilet variantında da qeydə alınmışdır. Çilət "ciskin, sis, qatı duman" mənasındadır.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azerbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. == Yayılması və ekologiyası == Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Çistay
Çistay və ya Çistopol (tatar. Чистай; rus. Чистополь) — Rusiya Federasiyasında yerləşən şəhər, Tatarıstan Respublikasına daxildir.
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Astragalus cimae
Astragalus cimae (lat. Astragalus cimae) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Aytun Çıray
Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi. == Həyatı == Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir. == Siyasi fəaliyyəti == Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur. Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.