Aytun Çıray

Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi.

Aytun Çıray
türk. Aytun Çıray
bayraq
Türkiyə Böyük Millət Məclisi XXIV, XXV, XXVI və XXVII çağırışının millət vəkili
bayraq2
28 iyun 2011 – 14 may 2023
bayraq
İYİ Partiyanın baş katibi
bayraq2
28 oktyabr 2017 – 16 avqust 2018
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıMehmet Cihan Paçacı
Türkiyə Respublikası səhiyyə nazirinin müşaviri
13 iyul 1993 – 18 avqust 1997
ƏvvəlkiSedat Ünal
SonrakıAhmet İlhan Özdemir
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri
Partiya
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur.[1] Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.

DYP-ANAP[redaktə | mənbəni redaktə et]

1995-ci il Parlament seçkilərində Tansu Çillərin lideri olduğu Doğru Yol Partiyasından İzmir millət vəkili namizəd namizədi olmuşdur. Partiya daxili seçkidə 3-cü sıraya seçildi, ancaq mərkəzi rəhbərliyin qərarı ilə sırası 5-ci yerə dəyişdirildi. Buna baxmayaraq, partiyası kifayət qədər səs ala bilmədiyi üçün həmin il millət vəkili seçilmədi. 1999-cu il parlament seçkilərində yenidən Doğru Yol Partiyasından millət vəkili namizəd namizədi oldu. Deputat namizədinin partiyadaxili ön seçimində birinci oldu, ancaq qərargah tərəfindən siyahıdan çıxarıldı. Bu səbəbdən Aytun Çıray DYP sıralarında istefa verdi.

2002-ci il Parlament seçkilərində Ana Vətən Partiyası İzmir siyahısında 2-ci sırada millət vəkili namizədi oldu, ancaq partiyası 10%-lik sərhəddi keçə bilmədiyi üçün millət vəkili seçilə bilmədi. 2007-ci ildə Demokrat Partiyaya üzv oldu və partiyanın 2007-ci il qurultayında sədrliyinə namizəd oldu. Həmin dönəmdə sədrliyə əsas üç namizəddən biri kimi qəbul edilirdi, ancaq qurultay siyasi olaraq qanuni hesab etmədiyi üçün namizədliyindən imtina etdi.[2]

CHP[redaktə | mənbəni redaktə et]

Cümhuriyyət Xalq Partiyası sıralarında XXIV, XXV, XXVI çağırış Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilmişdir.

İYİ Partiya[redaktə | mənbəni redaktə et]

23 oktyabr 2017-ci ildə Cümhuriyyət Xalq Partiyasından istefa verdi və Meral Akşenərin rəhbərlik etdiyi İYİ Partiyanın qurucu üzvü oldu. O, İYİ Partiyada baş katib və partiya sözçüsü vəzifəsinə təyin edildi.

20 sentyabr 2020 tarixli İYİ Partiyanın növbədənkənar olmayan II Qurultayında yaranan "İdarə Heyətinə daxil olmayacaqlar" siyahısı krizisi sonrasında partiyanın qurucu üzvlərindən İstanbul millət vəkili Ümit Özdağ partiyadan ixrac edilmiş[3]Adana millət vəkili İsmail Koncuk İYİ Partiyadan istefa vermişdir.[4] Beləliklə partiya daxilində qarışıqlıq başlamışdır. Eyni zamanda Cümhuriyyət Xalq Partiyasından prezidentliyə sabiq namizəd Məhərrəm İncənin öz partiyasını quracağını elan etməsi eks-CXP üzvlərinin İYİ Partiyadan istefa verəcəyi kimi mediada səsləndirilmişdir. Aytun Çırayın İYİ Partiya rəhbərliyini sosial şəbəkələr üzərindən tənqid etməsi bu iddiaları gücləndirmişdir. Bu məsələlərdən sonra İYİ Partiya lideri Meral Akşenər müəyyən adımlar atmağa başlamış və 7 fevral 2020 tarixində Aytun Çırayla 1.5 saatlıq görüş keçirmişdir. Görüşün nəticəsində Aytun Çıray İYİ Partiya liderinin siyasi məsələlər üzrə baş məsləhətçisi təyin olunmuşdur.[5]

2023-cü il seçkilərində İYİ Partiya böyük şəhərlərdə namizədlər siyahısının hazırlanması üçün ön seçki (praymeriz) keçirmiş, lakin Aytun Çıray bu seçkilərə qatılmamışdır. Partiya sədri isə hər şəhər üzrə 2 və 4-cü sıralara şəxsləri birbaşa özü tərəfindən seçmişdir. Ön seçkiyə qatılmadığı üçün İzmirdə ikinci sıraya adı düşən Aytun Çıray buna etiraz edərək namizədliyini geri çəkmişdir. Daha sonra prezident seçkiləri ilə bağlı Kamal Kılıçdaroğlunu dəstəkləsə də, zaman-zaman Millət İttifaqıİYİ Partiyanı hədəfinə alan tənqidlərlə mediada çıxışlar etmişdir. Seçkilərdən sonra, yəni 6 iyun 2023-cü il tarixində Aytun Çıray İYİ Partiyadan istefa vermişdir.[6]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evlidir və iki övladı var.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yeni Akit". 2021-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  2. "Aytun Çıray". 2017-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  3. "Ümit Özdağ ixrac edildi". 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  4. "İYI Partiya Adana millət vəkili İsmail Koncuk partiyasından istefa verdi". T24. 16 noyabr 2020. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  5. "Aytun Çıray başdanışman atandı". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  6. "İyi Partili Aytun Çıray partisinden istifa etti". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.