Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cicer
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Cicer arietinum
Qoyunnoxudu (lat. Cicer arietinum) — paxlakimilər fəsiləsindən bitki növü. == Yayılması == Bitki dünyanın 30 ölkəsində becərilir. Qoyunnoxudu əkilən yerlərin ümumi sahəsi 8,6 mln. ha-dır və bunların 90%-i Asiyanın tropik və subtropik ərazilərində — Hindistan, Çin və Pakistanın payına düşür. Afrikada (Mərakeş, Tunis, Efiopiya) və Amerikada (Kolumbiya və Meksika) əkin sahələri azdır. Bitkinin məhsuldarlığı 0,6-0,8 t/ha-dır.
Cicer hirsutum
Vicia hirsuta (lat. Vicia hirsuta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Endiusa hirsuta (L.) Alef.
Cicer lens
Vicia lens (lat. Vicia lens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Vicia lens subsp. lamottei (Czefr.) H.Schaef., Coulot & Rabaute Vicia lens subsp.
Cicer tetraspermum
Vicia tetrasperma (lat. Vicia tetrasperma) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cicer tetraspermum (L.) Vest Ervilia tetrasperma (L.) Opiz Ervum tetraspermum L. Vicia tetrasperma subsp. eutetrasperma Briq.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir. Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Lathyrus cicera
Lathyrus cicera (lat. Lathyrus cicera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Qara ciyər
Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig.
Sünbül (çiçək)
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir. "Quran"da sünbül haqqında belə bir ifadə var: "Allah yolunda mallarını xərcləyənlərin nümunəsi sünbül kimidir ki, hər sünbüldə yüz dənə vardır. Allah dilədiyinə qat-qat çoxunu verər.
Təbii çiçək
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Çiçen-İtsa
Çiçen-İtsa — mayyalılar tərəfindən ən son klassik mədəniyyət dövründə tikilmiş Kolumb əvvəli şəhərdir. O, arxeoloji cəhətdən Meksinanın Yukatan ştatındakı Tinum bələdiyyəsində yerləşir. Çiçen-İtsa son klassik dövrdən (600-900) başlayaraq ən son klassik dövrdə (800-900) bütövlükdə və hətta post-klassik dövrün (900-1200) erkən illərində şimali mayya ovalıqlarının əsas fokus nöqtəsi olmuşdur. Ərazidə Şimali Mayya ovalıqlardakı Puuk və Çenes və həmçinin mərkəzi Meksikada rast gəlinən digər arxeoloji üslubların qalıqları cəmləşmişdir. Burada mərkəzi Meksika üslublarına rast gəlinməsi ilk öncə birbaşa miqrasiya və ya Meksika tərəfindən işğalın nəticəsi kimi başa düşülürdü, lakin ən müasir araşdırmalar bunun mədəni diffuziya nəticəsində baş verdiyini qeyd edir. Çiçen-İtsa mayya sivilizasiyasına aid ən böyük şəhərlərdən biri idi. Mayalılara məxsus “Chichen İtsa” adı “İtsa quyusunun ağzında” mənasını verir. Yəni, chi' sözü ağız və ya kənar, chʼen və ya chʼeʼen sözləri isə quyu kimi tərcümə olunur. Itzá isə şimali yarımadada iqtisadi və siyasi üstünlük əldə etmiş etnik qrupun adıdır. Bu sözün tərcüməsi ilə bağlı ehtimallardan biri “suyun sehrbazı (və ya sehri)” dir.
Çiçək (Salmas)
Çiçək (fars. چيچك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Çiçək adı türkcə bir kəlmədir Çiçək vəya kiçik gül anlamına gəlir. Dilman dəprəmindən öncə kəndin qurulduğu məkan indi kənd yeri adlanan məntəqədə yer alırdı və əhalinin dediyinə görə Üst Çiçək və Aşağı Çiçəkəyə bölünürdü. Kəndin bir neçə tarixi yeri vardır o cümlədən: Kafir təpə, Üç qardaşlar qəbiri, Girdəsərə, Gicələn, Daşlar. Və birdə Kəndin mərkəzində olan Şehid Təpəsi (Murad Şehidi Təpəsi və ya Şeyid Böyrü) qəbristanlığıdır. Güney Azərbaycanı Ruslar və Ermənilərin işğalından qurtarmaq üçün köməyinə gələn Osmanlı ordusundan şəhidlərin məzarlığıdır (823 şəhid Avacıq döyüşü). Bu məzarlıq məscid həyətini böyütmək nədəniylə böyük bir xisarət alıbdır. 2006-cı il məlumatına görə kənddə 706 nəfər yaşayır (147 ailə). Kənd əhalisini əsasən şiə və qismən sünni-şafi (Kürəsünni) Azərbaycan Türkləri təşkil edir.
Çiçək Mahmudqızı
Çiçək Mahmudqızı (Məmmədova Çiçək Mahmud qızı; 5 mart 1964, Qaymaqlı, Qazax rayonu) — Azərbaycan şairi, publisist, televiziya aparıcısı. "Aşıq Pəri" məclisinin (1984), Azərbaycan Aşıqlar Birliyinin (2016) və Azərbaycan Yazıçılar Birliyinin (2022) üzvü. Məmmədova Çiçək Mahmud qızı 1964-cü il mart ayının 5-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 1971-ci ildə Qaymaqlı kənd orta məktəbin birinci sinfinə gedib və orta təhsilini 1981-ci ildə bitirib. 1982-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olub və 1987-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1987-ci ildən etibarən Azərbaycanın müxtəlif rayonlarında müəllim kimi işləyir. Çiçək Mahmudqızı dövri mətbuatda şeirlərlə və publisistik yazılarla çıxış edib. Azərbaycan Dövlət Radiosu və Televiziyası verlişlərində ştatdankənar müxbir kimi çalışıb. 1993-cü ildən Gəncə şəhərinə köçüb, həm orta məktəbdə, həm də Gəncə Dövlət Universitetində müəllim kimi işləyir. 2002–2003-cü illərdə Gəncənin "Kəpəz" kanalında " Mənim şeirli dünyam" verlişinin aparıcısı, 2008-ci ildən Tovuzda fəaliyyət göstərən televiziyada "Saz-Söz Dünyası" verlişinin müəllif-aparıcı kimi çalışıb.
Çiçək Xatun
Çiçək Xatun (d. 1443 – ö. may 1498) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi və Cem Sultanın anası. Həyatının ilk illəri bilinmir. Sadəcə doğum tarixinin 1443-cü il olduğu məlumdur. Bəzi mənbələrə görə Türkmən bəyi Əli bəyin bacısıdır. Ancaq bu məsələ mübahisəlidir. Çünki xarici mənbələrə görə bu qadın əslən serbdir. 1458-ci ildə ildə II Mehmedlə evləndirildi.
Çiçək passajı
Çiçək passajı (türk. Çiçek Pasajı) — İstanbulun Beyoğlu rayonunda yerləşən tarixi passaj. Passaj İstanbulun İstiqlaliyyət küçəsini Səhnə küçəsi ilə birləşdirir. 1876-cı ildə açılmış olan Çiçək passajı tarixi kafelər, şərab barları və restoranlarla örtülü bir qalereyadır. Binanın İstiqlaliyyət küçəsinə baxan girişinin ən üst hissəsində yer alan saatdakı rəqəmlar rum rəqəmlarından ibarətdir. Saat bu gündə oluduğu kimi işləyir. Əvvəllər Çiçək passajının yerində Naum qardaşlarına aid teatr binası yerləşirdi. Teatr 1870-ci yanğınından böyük zərər görmüşdür. Teatrı tez-tez Osmanlı sultanları Əbdüləziz və II Əbdülhəmid ziyarət edirdi. Hətta burada Cüzeppe Verdinin Trubadur operası Parisdən öncə nümayiş etdirilmişdir.
Çiçək pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir. 1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Çiçək tozu
Çiçək tozu – cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur proteinlər(zülallar) – 11 – 35% karbohidratlar (qlükoza, fruktoza,saxaroza) – 20 – 39% lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20% makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, I və sair). vitaminlər: karotinoidlər (provitamin А), С, Д, Е, В qrupu, Р, РР, К) bütün əvəzedilməz amin turşuları fitoharmonlar, flavonoidlər, su – 3 – 4%[mənbə göstərin] Пчелиная обножка, Журнал "Ратель медоед" — спец. выпуск — Пермь’08 — стр. 3–7 (Rus dilində) Şaqidanova F.A. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2004, səh 147–169 (Rus dilində) Sinyakov A. F. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2009 səh 127–157(Rus dilində) Sinyakov A. F. PÇELİNAYA APTEKA, izdatelstvo FİZKULTURA İ SPORT Moskva 1999, səh 63–88 (Rus dilində) Arı Bal Arı südü Vərəmum Пыльца в Научно-техническом энциклопедическом словаре Проверено 24 января 2009 г. База данных по морфологии пыльцы. Ботанический институт им.
İlxan Çilər
İlxan Çilər (1972, Dənizli) — türk yazıçısı və iş adamı. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları 'Möhtəşəm Hekayə Mükafatını' qazanan yazıçı Sürgün kitabı ilə 2011-ci ildə Avropa Birliyi Ədəbiyyat Mükafatına layiq görülüb. Onun hekayə və məqalələri iyirmidən çox milli və beynəlxalq antologiyada dərc olunur. Dənizlidə doğulub, İzmirdə böyüyüb. 1990-cı ildə İzmir Özəl Türk Kollecini bitirmişdir. 10 yaşında şeir yazmağa başlayıb. Orta məktəbdə oxuyarkən teatr tamaşaları və daha sonra gündəliklər yazaraq ədəbi əsərlər yaratmağa davam etmişdir. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları "Möhtəşəm Hekayə Mükafatı"na layiq görülüb. Boğaziçi Universitetinin Beynəlxalq Əlaqələr və Siyasi Elmlər fakültəsini bitirib. Öz ifadəsinə görə, o, Boğaziçi Universitetində tələbə olarkən şüurlu şəkildə öz sözləri ilə hekayələr yazmağa başlayıb.
Çingiz Çiçək
Çingiz Çiçək (1978, Tuncəli) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çingiz Çiçək 1978-ci ildə Tunceli ilində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. HDP İstanbul il şöbəsinin həmsədri, HDP İdarə Heyətinin üzvü və HDP həmsədrinin müavini olub. 2009-cu ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın hüquqlarını müdafiə edib. 2011-ci ildə Abdullah Öcalanı təmsil edən 45 digər hüquq müdafiəçisi ilə birgə həbs edilib. 2014-cü ilin martında Kürdüstan İcmalar İttifaqı (KCK) ilə əlaqəli fəaliyyətlərdə ittiham olunaraq istintaqa cəlb edilən digər doqquz hüquq müdafiəçisi ilə birgə sərbəst buraxılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çiçək Abbas
Çiçək Abbas (türk. Çiçek Abbas) — Sinan Çətinin rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1982-ci ildə çəkilən Türkiyə filmi. Çiçək Abbas (İlyas Salman), Şakir adında (Şənər Şən) bir minibus sürücüsünün yanında müavindir. Şakir şorgözün biridir. Abbas isə tam tərsinə saf-sadə biridir. Tək xəyalı minibusçu olmaq və aşiq olduğu və patronunun da evlənmək istədiyi qızla (Pəmbə Mutlu) evlənməkdir. Abbas sınıq-salxaq bir minibusu sələmçidən borclanaraq alır və çalışaraq borcunu ödəməyə başlayır. Bu sırada patronun ayrıldığı nişanlısı ilə bir-birlərinə aşiq olurlar. Şakir bunu həzm edə bilmir və Abbasın minibusunun təkərlərini və motorunu oğurlayır. Zor duruma düşən Abbas borcunu ödəyə bilmir və sələmçi minibusu geri istəyir.
Çiçək Otlu
Çiçək Otlu (1973, Ulduzəli, Sivas ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Çiçək Otlu 1973-cü ildə Sivas ilinin Yıldızeli ilçəsində anadan olub. Orta təhsillidir. 90-cı illərdə Kommunist Partiyasının nəşri olan Atılım qəzetində çalışıb. 2005-2009-cu illərdə Fəhlə Qadınlar Assosiasiyasının prezidenti olub. 2009-2016-cı illərdə Məzlumların Sosialist Partiyası sədrinin müavini, 2016-2019-cu illərdə sədri vəzifəsində təmsil olunub. 2021-2023-cü illərdə Sosialist Qadınlar Assambleyalarının sözçüsü, Sosialist Qadınlar Jurnalının isə rəhbəri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çiçək diaqramı
Çiçək diaqramı çiçək strukturunun qrafik təsviridir. Çiçək orqanlarının sayını, düzülməsini və birləşməsini göstərir. Çiçəyin müxtəlif hissələri öz simvolları ilə nümayiş olunur. Çiçək diaqramları çiçəkləri tanımaq üçün faydalı olub, çiçəkli bitkilərin təkamülünü başa düşməyə kömək edir. Bu üsuldan XIX əsrin axırlarından etibarən istifadəyə etməyə başlamışdırlar və əsasən August W. Eichlerə ithaf edilirlər.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.