Çiçək Xatun

Çiçək Xatun (d. 1443 – ö. may 1498) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi və Cem Sultanın anası.[2]

Çiçək Xatun
چیچک خاتون‎
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bursa, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi taun[1]
Dəfn yeri
Həyat yoldaşı II Mehmed
Uşağı Cem Sultan
Ailəsi Osmanlı xanədanı

Həyatının ilk illəri bilinmir. Sadəcə doğum tarixinin 1443-cü il olduğu məlumdur. Bəzi mənbələrə görə Türkmən bəyi Əli bəyin bacısıdır.[3][4] Ancaq bu məsələ mübahisəlidir. Çünki xarici mənbələrə görə bu qadın əslən serbdir.[4]

1458-ci ildə ildə II Mehmedlə evləndirildi. 22 dekabr 1459-cu ildə taxtın ən kiçik varisi olan Şahzadə Cemi dünyaya gətirdi.[5] Osmanlı ənənələrinə uyğun olaraq, 1469-cu ildə 10 yaşlı oğlu ilə birlikdə Kastamonu sancaqbəyliyinə göndərildi.[5] 3 may 1481 tarixində ərinin ani vəfatının ardından çıxan taxt mübarizəsində oğluna dəstək verdi. Ancaq baş verən ilk döyüşlərdə məğlub olan Cem Sultan anası və hərəmi ilə birlikdə Qahirəyə qaçdı və Məmlük sultanına sığındı.[5]

Bir müddət burda yaşadıqdan sonra oğlu Cem Sultan özünə tərəfdar toplamaq məqsədilə Avropaya getmiş, Çiçək Xatun və oğlunun hərəmxanaMisirdə qalmışdır. Burda oğlundan ayrı keçirdiyi illərə aid yazışmalar qalmaqdadır. 1495-ci ildə oğlunun Avropa saraylarının birində şübhəli olaraq vəfat etməsinə şahid oldu. Oğlunun vəfatından 3 il sonra Misirdə epidemiya halını alan vəba xəstəliyinə yaxalandı və 1498-ci ilin may ayında Qahirədə vəfat etdi.

  1. Ərəbcə Vikipediya. 2003.
  2. Ahmed Akgündüz, Said Öztürk (2011). Ottoman History: Misperceptions and Truths Arxivləşdirilib 2017-10-18 at the Wayback Machine. Oxford University Press. ISBN 978-9-090-26108-9.
  3. Muhammad Syaari Abdul Rahman, Berfikir Gaya Al-Fateh
  4. 1 2 Franz Babinger, Mehmed the Conqueror and His Time, pg.173
  5. 1 2 3 Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine. Oxford University Press. pp. 106–107. ISBN 978-0-195-08677-5.