Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşağı çənənin çıxıqları
Aşağı çənənin (gicgah-çənə oynağının) çıxıqları - aşağı çənənin oynaq başının (kondilus çıxıntısının) oynaq çuxurunda yerdəyişməsidir. Aşağı çənə başının yerdəyişmə istiqamətindən asılı olaraq aşağı çənə çıxıqları bölünür: ön çıxıqlar (çənə başı önə doğru yerini dəyişib); arxa çıxıqlar (çənə başı arxaya doğru yerini dəyişib); birtərəli çıxıqlar; ikitərəfli çıxıqlar. Daha çox ön çıxıqlara rast gəlinir. Çənə başının daxilə və ya xaricə yerdəyişməsi çox az müşahidə edilir, ona yalnız kondilus çıxıntısının sınığı ilə birləşdikdə rast gəlinir (sınıqlı çıxıq). == Etiologiyası və patogenezi == Ön çıxıqların əmələ gəlməsinə səbəb olur: kapsulyar-bağ aparatının zəifləməsi; oynaq elementlərinin deformasiyası (hipertrofiyası); oynaqarası diskin formasının, ölçüsünün və strukturunun dəyişməsi. Adətkar çıxıqlar çənələrin bəzi deformasiyaları, dişlərin qapanma anomaliyaları (məsələn, arxa dişlərin itirilməsilə progeniya) ilə əlaqədardır. Aşağı çənənin önə doğru çıxığı adətən əsnəmə, qışqırma, qusma, dişlərin çəkilməsi və ya böyük ölçülü qida topasını udma zamanı ağızın həddindən artıq açılması nəticəsində baş verir. Bəzən bu çıxıq mədənin zondlanması, traxeyanın intubasiyası zamanı, traxeobronxoskopiya zamanı narkoz vəziyyətində müşahidə edilir. Yaranma tezliyindən asılı olaraq çıxıqlar kəskin və adətkar olmaqla iki yerə ayrılır. Travmatik çıxıq adətən aşağı çənə nahiyəsinə zərbə endirərkən əmələ gəlir: zərbənin sagital istiqaməti zamanı çənə aşağı sallanmış vəziyyətdədirsə ikitərəfli çıxıq baş verir; zərbə yan tərəfdən olanda birtərəfli çıxıq əmələ gəlir (zərbənin dəydiyi tərəfdə).