Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çokan Vəlixanov
Çokan Çingiz oğlu Vəlixanov (qaz. Шоқан Шыңғысұлы Уәлихан, əsl adı Məhəmməd Hənəfiyə; 1835 – 10 aprel 1865) — qazax alimi, tarixçisi, etnoqrafı, folklorçusu, səyyahı, maarifçisi, Rusiya Ordusu Baş Qərargahının zabiti, kəşfiyyatçı. == Həyatı == Qazaxlar Şokan Şınğızsulı Vəlixanov kimi yazdıqları ad və soyad rus dilinin təsirilə bir çox sənədlərdə Şokan və Çokan Valixanov kimi yazılır. Qazaxların tayfa ittifaqı Üç Cuza, Böyük Cuza, Orta Cuza və Kiçik Cuza bölünür. Orta Cuzda doğulan uşağın qulağına əzan oxuyan Ablay xanın şəxsi həkimi, qazaxlar arasında Maral baba kimi tanınan Kalkay İşan ona Mühammad Hanafi adını qoyduğunu söyləyir. Vətəninin ağır günlərə düşdüyünü, xalqının güzəranının getdikcə pisləşdiyini görən Kalkay İşan istəyridi ki, VII yüzildə Ərəb çöllərində Məhəmməd peyğəmbərin xalqı üçün etdiklərinə bənzər bir işi də Ablay xanın nəvəsi etsin. Bu şirin və xoş bir arzuydu. Zaman isə başqa bir zamandı. Şokana atası Çingiz Sultan oğluna xan övladlarına layiq bir təhsil verməyə çalışırdı. Onun üçün şəxsi müəllimlər və məşqçilər təyin etmişdi.
Cockayne
Leonard Kokeyn (ing. ; 7 aprel 1855 – 8 iyul 1934, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Leonard Kokeyn toxumlu bitkilər, qıjıkimilər, fosil üzrə ixtisaslaşmışdır. == Əsərləri == New Zealand Plants and Their Story, 1910. Observations Concerning Evolution, Derived from Ecological Studies in New Zealand. Vegetation of New Zealand. The Cultivation of New Zealand Plants. Trees of New Zealand (with E. Phillips Turner). Report on the dune-areas of New Zealand: their geology, botany and reclamation. Report on a botanical survey of Stewart Island.
Corone
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Kokand
Kokand (özb. Qo‘qon / Қўқон;fars. خوقند‎; Chagatai: خوقند; rus. Коканд) — Özbəkistanın Fərqanə vilayətində iqtisadi və mədəni mərkəzi olan şəhər. == Tarixi == === Buxara xanlığı === === Cığatay xanlığı === === Kokand xanlığı === == Coğrafiyası == Şəhər, paytaxt Daşkəndin 228 km. cənubi-şərqində yerləşir. == Əhalisi == Fərqanə vilayətində olan şəhərin 2001-ci ildə rəsmi əhalisi 197.450-dir. Burada Özbəklər üstünlük təşkil edirlər.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Çoçkan
Çoçkan (erm. Ճոճկան), Çöçkən — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Çoçkan bələdiyyəsi"ni (erm. Ճոճկան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.559 nəfərdir.
Çökərə
Çökərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 28 nəfərdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindəki Çoqara kəndi Çökərə kəndi adlandırılmışdır.
Çövkan
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. "Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.
Çəqanə
Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir. == Tarixçə == XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. == Söz açımı == Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir. == Quruluşu == Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Çeknə
Çeknə — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Sərvilayət bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,363 nəfər və 421 ailədən ibarət idi. Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan türkcəsində danışırlar.
Çoban
Çoğan
Çoğan (lat. Gypsophila) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == İkirəng çoğan (Gypsophila bicolor (Freyn et Sint.) Grossh.) Başcıqlı çoğan (Gypsophila capitata Bieb.) Daur çoğanı (Gypsophila davurica Turcz.
Corvus corone
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Covani Infantino
Covani Infantino (23 mart 1970, Briq-Qlis[d]) — FİFA-nın IX prezidenti. == Həyatı == Covani Infantino 23 mart 1970-cı ildə İsveçrədə anadan olub. Hal-hazırda FIFA -nın prezidentidir. 2000-cı ildə UEFA ilə işləməyə başlayıb və UEFA-nın Hüquqi İşlər Direktoru olub. Yanvarın 2004-də Klubu Lisenziyalaşdırma Şöbəsinə təyin olunub. 26 Fevral 2016-ci ildə o, 3 il müddətinə FİFA Prezidenti seçilib. İtalyan mənşəlidir. O, İtalyan, Fransız və Alman dillərində sərbəst danışa bilir. Universitetdə hüquq təhsili alıb və həmçinin İngilis, İspan və Ərəb Dillərində bilir.
Daur çoğanı
Daur çoğanı (lat. Gypsophila davurica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
Kokand xanlığı
Kokand xanlığı (özb. Qo'qon xonligi) — 1709–1876-cı illərdə mövcud olmuş və indiki Özbəkistanın əsasən Şərq hissəsində yaranmışdır. Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlıgı idi. Xanlıgın ərazisi Fərqanə vadisi idi ki, burada özbək, tacik və qırğızlar yaşayırdılar. Daşkənd bu xanlıgın tərkibinə daxil idi və əlverişli cografi mövqed yerləşirdi. Əkinçilik və köçəri rayonları birləşdirən nöqtdə yerləşən Daşkəndin cografi mövqeyi qədimdən onun inkişafına əlverişli təşir göştərirdi. Orta Aşiya ilə Rusiyanın iqtişadi əlaqlərinin inkişafı Daşkəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox şərhədə məntəqələri ugrunda xanlıqlar araşında uzun şürən müharibələr gedirdi. Kokand xanlıgında Kokand və Daşkənddən başqa əhalişi ticarət və şəntkarlıqla məşgul olan Əndican, Nəməngan, Mərğilan, Xücənd, Çimkənd kimi şəhərlər var idi. == Tarixi == 1709-cu ildə Şeybani əmirlərindən olan Şahrux xan Minglər Buxara xanlığından ayrılaraq Fərqanə vadisinin qərb hissəsində yerləşən ərazidə öz müstəqilliyini elan etmiş və kiçik Kokand şəhərində öz qəsirini tikdirmişdir.
Nelli Çobanu
Nelly Çobanu (28 oktyabr 1974) — moldovalı müğənni. == Həyatı == Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Rosane Evald
Rosane Evald (27 avqust 1973) — Braziliyalı atıcı. Rosane Evald Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rosane Evald birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 51-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Çiyanə (Piranşəhr)
Çiyanə (fars. چيانه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 390 nəfər yaşayır (63 ailə).
Çiyanə (Sulduz)
Çiyanə (fars. چيانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,283 nəfər yaşayır (551 ailə).
Çokalı (Baltas)
Çokalı (rus. Чукалы, başq. Сокалы) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 119 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 25 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 92 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (51%) tatarlar (45%) üstünlük təşkil edir.
Şoviç çoğanı
Şoviç çoğanı (lat. Gypsophila szovitsii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii). Regional IUCN Statusu: VU B2ab (ii, iii, iv). == Təbii yayılması == Qafqaz endemikidir. Kür düzənliyi və Kiçik Qafqazın mərkəzi hissəsində yayılmışdır. Antropogen təsir nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur. == Botaniki təsviri == Çoxillik ot bitkisidir, hündürlüyü 25 (30)-50 (60) sm-dir. Yarpaqları xətvari, uzunluğu 2-3 (40) sm-ə çatır, eni 0,5-2 (4) mm, itidir, uc hissəsi iynə şəkillidir. Süpürgəsi budaqlı, bit neçə dəfə haçalanmış, uc hissəsi tükcükşəkilli budaqcıqlarla budaqlanmışdır.
Çikaqe Oqi
Çikaqe Oqi (扇 千景, Oqi Çikaqe, 10 may 1933, Kobe – 9 mart 2023, Tokio) və ya əsl adı ilə Hiroko Kimura (木村 寛子, Kimura Hiroko) – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur. == Həyatı və karyerası == === Səhnə === 1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir. Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir. Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur. O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur. Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir. === Siyasət === 1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir.
Cökə
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.