Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
CTO
CTO (ing. chief technology officer) — İnformasiya Texnologiyalarından cavabdeh olan rəhbər.
Çao Çao
Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[…] – 220[…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı". Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir. == Həyatı == Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı.
CEO
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər.Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Çao
Çao — ilk dəfə Yuan sülaləsində Xubilay xan dövründə dövriyyəyə buraxılmış valyuta vahidi, əskinas. İlk dəfə 1260-cı ildə tədavülə buraxılmışdır və Toqhon Temür dövrünəcən dövriyyədə olmuşdur. Marko Polo xatirələrində bu əskinasdan bəhs etmişdir. == Elxanilər dövlətində == Çao, 1294-cü ildə Keyxatu xan dövründə Elxanilər dövlətində də dövriyyətə buraxıldı. İlk Çao əskinası 12 sentyabr 1294-cü ildə, Təbrizdə dövriyyəyə buraxılmışdı. Əskinasların çap olunduğu yerlər çaoxana adlanırdı. Yeni valyutanın dövriyyəyə buraxılmasının səbəbi Keyxatunun dövlət xəzinəsini yerli-yersiz xərcləməsi idi. Vəzir Sədrəddin Zəncaninin təşəbbüsü ilə çaonu qəbul etməyən hamıya ölüm cəzası verilməsi barədə qanun qəbul edildi. Qanunda qızıl və gümüş sikkələrin kəsilməsi də qadağan olunurdu.Lakin bu, bahalaşma və bazarların boşalmasına gətirib çıxardı. Hökumət məcbur olub ərzaq üçün qızılın istifadəsinə yenidən icazə verdi.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
Bella Çao
"Bella Çao" (it. Bella ciao — Əlvida, Gözəl) — II Dünya müharibəsində Moden dağlarında müqavimət göstərən İtaliya partizanlarının marş ya himn kimi ifa etdikləri, italyan xalq mahnısı. 1940-cı illərin dillər əzəbərinə çevrilən bu mahnı bütün dünyada məşhurlaşır. == Tarixi == Mahnı italyan partizanları tərəfindən ifa olunması sənədlərdə təsdiqlənmişdir. Onun bir həkim və ya feldşer olan bir naməlum partizan tərəfindən bəstələndiyi zənn edilməkdədir, lakin əsasən Mahnının sözlərinin müəllifi bilinmir, amma mahnının köklərinin 20-ci əsrin əvvəlində Po çayı ətrafında düyü yığanlar tərəfindən oxunan "Alla mattina appeana alzata" adlı xalq mahnısına gedib çıxdığı versiyalar arasındadır. Başqa versiyaya görə isə 1930-cu ildə İtaliyaya qayıdan mühacirlər tərəfindən gətirilib. Musiqisi Bethovenin sonata "Parhetique"nın 3-cü hissəsinə bənzəyir. Mahnı Giovanna Daffini tərəfindən 1962-ci ildə yenidən oxunmuşdur. Sözləri demək olar ki, xalq mahnısı olan it. Fior di tomba ("Məzarüstü çiçək") ilə də eynilik təşkil edir.
Cao Zihan
Cao Zihan (d. 4 sentyabr 1993) — Çini təmsil edən su poloçusu. == Karyerası == Cao Zihan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Cunya İto
Cunya İto (9 mart 1993, Yokosuka[d], Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 2 qol vurub.
Hu Çao
Hu Çao dövləti — 330-351-ci illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Kanako İto
Naoci İto
Naoci İto (1 iyul 1959, Mie prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Oto Nemsadze
Oto Nemsadze (gürc. ოთო ნემსაძე; 18 iyun 1989, Qori) — Gürcüstan müğənnisi. O, "Sul tsin iare" mahnısı ilə Gürcüstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Nemsadze Gürcüstanda əsasən 2010-cu ildə Geostar yarışmasının qalibi kimi tanınır. O 2013-cü ildə Ukraynanın Holos Krainy (ukr. Голос країни) səs yarışmasında iştirak edərək, nəticədə ikinci yeri qazanmışdır. 2017-ci ildə isə Nemsadze "Dear God" mahnısı ilə Limbo qrupunun üzvü kimi Gürcüstanın Avroviziya milli seçim turunda iştirak etmişdir.
Teruyoşi İto
Teruyoşi İto (d. 31 avqust 1974) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 27 oyun keçirib.
Thin Cjo
Thin Cjo — (birman dili: ထင်ကျော်) — siyasətçi, yazıçı və akademik. 1962-ci ildən bəri Myanma (əvvəlki adı ilə Birmaniya) tarixində seçilmiş ilk mülki şəxs. 30-mart 2016-cı ildən bəri Myanma İttifaqı Respublikasının prezidentidir.
Xan Çao
Xan Çao — 304-329-cu illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Xuan Çao
Xuan Çao (çin. ənən. 黃巢, sadə. 黄巢, pinyin: Huáng Cháo, ?- 884) — Çinli duz taciri və 874–884-cü illərdə Çində üsyan başçısı. == Həyatı == Xuan Çaonun doğum tarixi məlum deyil. 874-cü ildə Çinin şimal-şərqində Xuan Çaonun başçılığı ilə kəndli üsyanı baş verdi. Üsyançılar böyük bir ordu yaratdılar. Üsyançılar cənuba doğru irəliləyərək əvvəlcə Quançjou (Kanton) şəhərini, sonra isə ölkənin paytaxtı Çanan şəhərini ələ keçirdilər. İmperator qaçdı. Xuan Çao imperator elan edildi.
Çao Fanq
Çao Fanq (çin. ənən. 曹芳, pinyin: Cáo Fāng) (* 232; † 274) — Vey sülaləsinin III hökmdarı, Çao Yuinin oğulluğu.
Çao Huan
Çao Huan —
Çao Mao
Çao Mao (çin. ənən. 曹髦, pinyin: Cáo Máo) (* 241; † 260) — Vey sülaləsinin IV hökmdarı, Çao Linin oğlu, Çao Peyin nəvəsi.
Çao Pey
Çao Pey, Çao Pi (çin. sadə. 曹丕, pinyin: Cáo Pī, d.187–ö.29 iyun 226) — Vey hökmdarı, dahi Çin şairi və sərkərdəsi, Çao Çaonun konkubina Biandan olan oğlu, Çao Çjinin qardaşı, Vey sülaləsinin banisi. == Həyatı == Çao Pey dünyaya gələrkən hələ onun atası Çao Çao adi orta dərəcəli perespektivsiz bir məmur idi. Uşaqlıq illəri müharibələrdə iştirak etdiyi üçün atasız keçmışdir. 211-ci ildə Çao Pey atasının — baş vəzir Çao Çaonun müavini təyin edilir. Bu illərdə hərbi yürüşlərdə onun böyük qardaşı Çao Am həlak olur və Çao Pey ailənin böyük oğluna çevrilir. Buna baxmayaraq Çao Çao onu varis kimi elan etməkdə tərəddüd edirdi. Çao Pey və Çao Çjau arasında qalan Çao Çao generalların məsləhətinə əsasən Çao Pey varis elan edilir. Ölkədəki nizam-intizamı saxlamaq baxımından, Çao Çjinin təcrübəsizliyi baxımından bu düzgün qərar sayılırdı.
Çao Yui
Çao Rui ya Çao Yui (çin. ənən. 曹叡, sadə. 曹睿, pinyin: Cáo Ruì, hərfi mənası: "Ts'ao Jui") (* 205; † 239) Vey sülaləsinin II hökmdarı Çao Peyin Çhen Luodan olan oğlu. == Həyatı == Çao Yui dünyaya gələndə onun babası - Çao Çao hələ Han sülaləsinin adi məmuru idi. Çao Yuinin anası Çhen Luo formal sarı çalmalılar üsyanı zamanı sərkərdə olmuş Yuan Şaonun oğlu Yuan Xinin arvadı olmuş, Çao Çao üsyanı yatırdıqdan sonra onun əsarətinə düşmüş Çhen Luonu oğlu Çao Pey ilə evləndirilmişdir. Toydan səkkiz ay sonra dünyaya gələn Çao Yui bəzi şaiyələrə görə Yuan Xinin oğlu hesab olunur. Bu şaiyənin əsasən Çao Pey konkubinası Quo tərəfindən yayılması xüsusi məqsəd güddüyü də güman edilir. Bunun nəticəsi olaraq 221 ci ildə Çhen Luo özü-azünü qəsd edərək öldürür. 222 ci ildə Çao Yui varis şahzadə elan olunur.
Çeto məbədi
Çeto məbədi — (indonez. Candi Ceto) — Mərkəzi və Şərqi Yava əyalətləri arasında sərhəddə, Lau dağının qərb yamacında (dəniz səviyyəsindən 1495 m yüksəklikdə) yerləşən 15-ci əsrə aid Yava-Hindu məbədi. Keto, XV əsrdə Lau dağının şimal-qərb yamaclarında tikilmiş bir neçə məbəddən biridir. Bu zamana qədər Yava dini və incəsənəti 8-10-cu əsrlərdə məbəd üslublarına belə təsir edən hind göstərişlərindən uzaqlaşdı. Bu ərazi 16-cı əsrdə adanın məhkəmələri İslamı qəbul etməzdən əvvəl Yavada son əhəmiyyətli məbəd tikintisi ərazisi idi. Məbədlərin fərqliliyi və o dövrə aid Yava mərasimləri və inanclarına dair qeydlərin olmaması tarixçilər üçün bu qədimliklərin mənasını şərh etməyi çətinləşdirir.Suku məbədinin yaxınlığında yerləşir.
Masatoşi İto
Masatoşi İto (伊藤 雅俊, İto Masatoşi, 30 aprel 1924, Tokio – 10 mart 2023) – Yaponiya biznesmeni. ABŞ-nin "7-Eleven" mağazalar şəbəkəsini Yaponiyada tanıtmış və bir çox filialını açdıraraq Yaponiyada öz pərakəndə satış imperiyasını qurmuşdur. "Seven & I" pərakəndə satış şirkətinin qurucusudur. == İlk illəri == Masatoşi İto 30 aprel 1924-cü ildə Yaponiyanın Tokio şəhərində Senzo və Yuki İto cütlüyünün ailəsində doğulmuşdur. Ailəsi "Yokado" adlı quru mallar dükkanı işlədirdi. 1944-cü ildə liseydən məzun olduqdan sonra qısa müddət Yaponiya ordusunda xidmət göstərmişdir. Daha sonra "Yokado"ya qoşulmuş, 1956-cı ildə böyük qardaşının ölümündən sonra mağazanın sahibi olmuşdur. == Karyerası == 1958-ci ildə "Ito-Yokado" mağazalar şəbəkəsini qurmuşdur. 1961-ci ildə ABŞ-yə səyahət etmiş və Amerikanın istehlak mədəniyyətindən təsirlənmişdir. ABŞ-yə mütəmadi ziyarətlər etməyə davam etmişdir.
Barnaul-Т
"Barnaul-T" - HHM avtomatlaşdırma vasitələri dəsti . "Barnaul-T" hava hədəflərinin kəşfiyyatını və əlaqəli aşkarlama sistemlərindən məlumat alınmasını həyata keçirir, hədəflərin trayektoriyası haqqında məlumat verir, zenit bölmələrinin hərəkətləri ssenarisini formalaşdırır və konkret çölmələrin imkanları, onların mövqeləri, döyüş hazırlıqları, döyüş sursatlarının vəziyyəti və s. nəzərə alınmaqla hər bir idarəetmə səviyyəsində hədəflərin paylanmasını həyata keçirir. Kompleksin məhsulları bütün mövcud zenit vasitələri və HHM bölmələrinin radiolokasiya stansiyaları, o cümlədən xaricdə istehsal olunanlar ilə qarşılıqlı əlaqədə qura bilər. Müxtəlif növ zenit qurğularının döyüş imkanlarından maksimum dərəcədə istifadə etməklə sistem kütləvi düşmən basqınının qarşısını effektiv şəkildə əks etdirir. Kompleks modul quruluşa malikdir, xarici müştərilərin tələblərinə uyğun olaraq konkret HHM qruplaşmalarının strukturuna çevik şəkildə uyğunlaşa bilir. AVD daxildir: təkərli şassidə planlaşdırma modulu (MP-K) 9C931-1 tırtıllı şassidə kəşfiyyat və idarəetmə modulu (MRU-B) 9S932-1 tırtıllı şassidə planlaşdırma modulu 9S931 zenit atıcıları bölümünün avtomatlaşdırma vasitələri kompleksi 9C935 Zenit Əleyhinə Raket Qurğularının zenitçi-atıcı tağımının komandiri üçün atəşə nəzarət səyyar modulu (ANSM) 9S9332015-ci ilə olan məlumatlara əsasən xarici müştərilərə 7 modul çatdırılıb.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. == Xarici keçidlər == Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.