Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cuniyə
Cuniyə (ərəb. جونية‎) — Livanın qərbində şəhər, Kisrəvan—Cübeyl mühafəzəsinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 102,2 min (2012). == Coğrafiyası == Aralıq dənizi sahilində, dağlarlaəhatə olunmuş Cuniya buxtasında, Beyrutdan 20 km şimadadırdadır. Nəqliyyat qovşağıdır. Port. Paytaxt Beyrutu ölkənin şimalı ilə birləşdirən sahil avtomobil yolu Cuniyədən keçir. == Tarixi == Vətəndaş müharibəsinin başlamasından sonra (1975) sürətlə inkişaf etmişdir. == Memarlığı == Cuniyə turizm mərkəzidir; sahil boyunca çox saylı hotellər, restoranlar, əyləncə kompleksləri (o cümlədən Yaxın Şərqdə ən iri kazinolardan biri “Kazino dü Liban”) var. Şəhərin görməli yeri ətrafında 20-dək monastır və kilsənin (ən qədimi Paduyalı Müqəddəs Antoni kilsəsi, 1628) yerləşdiyi Müqəddəs Məryəm heykəlidir (tunc, 19-cu əsrin sonları).
Hadisə
Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Müdrisə
Müdürsə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar.Turizm və yay istirahəti üçün əlverişlidir.Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
Tudişk
Tudişk – İranın İsfahan ostanının İsfahan şəhristanının Kuhpaya bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,940 nəfər və 1,100 ailədən ibarət idi.
Çudihu
Çudihu şanyü (v. e.ə. 95) — əmisinin ölümündən sonra cavan yaşda hakimiyyətə gəldi. == Hakimiyyəti == Yaşının azlığına baxmayaraq siyasəti bilən hökmdar taxta çıxan kimi onun yanına gələn Çin elçisinə yaşının azlığını bəhanə edərək müzakirələri sonraya təxirə salmağı təklif etdi. Bütün saxlanılmış Çin elçilərini göndərdi. Əsl adı Çedi olan şanyü həmin il yeni bir Çin elçi heyətini qarşıladı. Heyətin bir üzvü olan Çanq Şenq Hunların çinli məhbuslarını üsyana, şanyünün anasını qaçırdıb şanyünün məsləhətçisini öldürməyə təhrik etməyə çalışdı. Şanyü planın üstünü açanda əsəbləşərək bütün elçiləri Baykal gölü ətrafına sürgünə göndərdi. Sülh danışıqlarının işləmədiyini görən İmperator Vudi yenidən hücumlara başladı. Üç tərəfdən ordu göndərdi.
Əndişə
Əndişə(fars. انديشه‎) — İranın Tehran ostanının Şəhriyar şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 75,596 nəfər və 19,945 ailədən ibarət idi.
Edişə
Edişə (Cəlilabad)
Udine
Udine — İtaliyanın Friuli-Venesiya-Culiya regionunda şəhər.
Çumış
Çumış çayı — Rusiyanın Kemerov vilayəti və Altay diyarı ərazisindən axan çay. Ob çayının sağ qolunu təşkil edir. == Coğrafi yerləşməsi == Çayın uzunluğu 644 km, hövzəsinin sahəsi isə 23 900 km² təşkil edir. Öz başlanğıclarını Kemerov vilayətinin ərazisində Qara-Çumış və Tom-Çumış çaylarının birləşməsindən götürür. Mənsəbə yaxın iki qola ayrılır. Barnaul şəhərindən 88 km aşağıda Ob çayına tökülür. == Hidrologiya == Çumış çayı əsasən qar suları ilə qidalanır. İllik su sərfiyyatı mənsəbə 74 km qalmış 146 m³/s təşkil edir. Çay noyabrın birinciyarısında donur. Aprelin ikinci yarısında isə buzdan azad olur.
Amavratik hadisə
Amensalizm — özü xeyir verməyən və başqa populyasiyaya birtərəfli ziyan vuran yaşayış forması. == Ümumi məlumat == Su hövzələrinin dibində yaşayan xərçənglər çox vaxt torpağı qarışdırmaqla oradakı yosunların inkişafına mənfi təsir göstərirlər. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsirdə olan növlərdən biri üçün birgə yaşama mənfi nəticə göstərir. Digər növ isə ondan nə fayda alır, nə də zərər çəkir. Daha çox bu formada olan qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə «qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır.
Aydişə (Qoşaçay)
Aydişə (fars. ايديشه‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 831 nəfər yaşayır (185 ailə).
Cudias Buenoano
Cudias Buenoano (ing. Judias V. “Judy” Buenoano; d. 4 aprel 1943, ABŞ, Texas, Kuana — ö. 30 mart 1998, ABŞ, Florida) — əri Ceyms Qudiyerin 1971-ci ildə öldürülməsinə görə edama məhkum olunan amerikalı bir qatil. O, həmçinin 1980-ci ildə oğlu Maykl Buenoanonun öldürülməsinə və 1983-cü ildə sevgilisi Con Centrini öldürməyə təşəbbüs etdiyinə görə məhkum olundu. Buenoano, həmçinin 1978-ci ildə Koloradoda sevgilisi Bobbi Co Morrisin ölümündən məsuliyyət daşıdığını etiraf etdi. Eyni zamanda hakimiyyət orqanları Buenoano ilə Morris arasında əlaqə yaratdığı vaxt o, artıq Florida ştatında ölüm cəzasına məhkum edilmişdi.Buenoanonun 1974-cü ildə Alabamada baş vermiş cinayətdə və 1980-ci ildə sevgilisi Cerald Dossettin ölümündə də iştirak etdiyi güman edilir. Onun həbsindən sonra Dossettin cəsədi ekshumasiya edildi və arsen zəhərlənməsi əlamətləri üçün analiz edildi. Buenoano 1848-ci ildən bəri Florida ştatında edam edilən ilk qadın idi və 1976-cı ildə edam cəzasının bərpasından sonra ABŞ-də edam edilən üçüncü qadın idi. Dövlət miqyasında 1957-ci ildə Ronda Bell Martin elektrik stulunda edam edildikdən sonra edam olunan ilk qadın idi.
Hadisə (ad)
Hadisə
Hadisə (dəqiqləşdirmə)
Hadisə
Hadisə (müğənni)
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. == Həyatı == Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. === Sweat === Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
Hadisə Açıqgöz
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. == Həyatı == Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. === Sweat === Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
Hadisə üfüqü
Hadisə üfüqü — işıq və maddənin artıq qaça bilmədiyi bölgəni sərhədləyən qurşaq. Hadisə üfüqü hər hansı bir fiziki araşdırma edə bilmədiyimiz bir kosmos parçasıdır. Nə hadisə üfüqündən kənarı bilinən qanunlarla açıqlama imkanı var, nə də orada nə olub bitdiyini bilməyin bir yolu var. Bir ulduzun hadisə üfüqü ulduzun çökmədən əvvəlki kütləsi ilə mütənasibdir. Məsələn, kütləsi 10 günəş kütləsi olan bir ulduz içə çöküb qara dəlik halına gəldiyində diametri 60 km olan bir hadisə üfüqünə sahib olur. Bir qara dəlik maddə udduqca hadisə üfüqünü genişlədir, hadisə üfüqü genişləndikcə də daha güclü qravitasiya sahəsinə sahib olur. Qara dəliyin hadisə üfüqündə nəzəri olaraq zaman tamamən dayanır. Bəzi qara dəliklərdə iki hadisə üfüqü vardır. Bəziləri "hadisə üfüqü" termini yerinə qara dəliyə çox da uyğun olmayan "qara dəliyin səthi" terminini istifadə edirlər. (Terminin uyğun olmamasının səbəbi bir planet və ya ulduzdakı kimi qatı və qazlardan təşkil olan bir səthinin olmamağıdır.) Lakin burada bəzi xüsusi xüsusiyyətlər göstərən bir bölgədən danışılmır; bir müşahidəçi qara dəliyə üfüqü aşacaq qədər yaxınlaşmış ola bilsəydi, özünə səth təəssürat sağlayacaq heç bir xüsusiyyət və ya dəyişiklik hiss edə bilməyəcəkdi.
Təsadüfi hadisə
Təsadüfi hadisə — Verilən sınaq, ya müşahidə zamanı baş verə bilən və bilməyən hadisədir. Təsadüfi hadisə baş verməsi ehtimalla, yaxud ehtimalın sıxlığı ilə xarakterizə olunur. Təsadüfi hadisə ehtimalı ya da hadisənin başvermə tezliyi ilə xarakterizə olunur.
Əl-Cədidə
Əl-Cədidə (ərəb. الجديدة‎, bər. ⴰⵍ-ⵊⴰⴷⵉⴷⴰ, fr. el-Jadida) və ya keçmiş adları ilə Kap Solis, Portus Rutilis, Rusibis, Məzayin (ərəb. مازيغن‎, bər. ⵎⴰⵣⵉⴳⴻⵏ), əl-Breiya (ərəb. البريجة‎, Mazaqao (ərəb. مازاگاو‎, bər. ⵎⴰⵣⴰⴳⴰⵡ), əl-Mahdouma (ərəb. المهدومة‎), Mazaqan (ərəb.
Cudi
Arctostaphylos rudis
Arctostaphylos rudis (lat. Arctostaphylos rudis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü.
Ceryle rudis
Ceryle rudis (lat. Ceryle rudis) — ceryle cinsinə aid quş növü. Bədəninin uzunluğu 25 sm, küləsi 70–110 q-a çatır. Rəngi ağ-qara, ala-bəzək, ayaqları boz, dimdiyi və qüzei qişası qara rəngdədir.. Səsi ağacdələnin səsinə oxşayır. Erkəklərin sinəsində "aşırma qayış"abənzər iki qara zolaq olur. Sıldırımlarda cütlük şəklində, eləcə də 100 cütlüyə qədər və ya daha çox fərdlərdən təşkil olunmuş koloniyalar şəklində yaşayırlar. Çox vaxtı insan məskənlərinə yaxın yerlərdə yaşayırlar. Əsas qidasını çaylarda, gölməçələrdə tutduqları kiçik balıqlar, yengəclər, su onurğasızları, təşkil edir.
Coreopsis rudis
Coreopsis rudis (lat. Coreopsis rudis) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü. == Arealı == Meksikada yayılmışdır. == Sinonim == Epilepis rudis Benth.
Cudit Forsa
Cudit Forsa (d. 7 iyun 1996) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Cudit Forsa, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.