Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cukia Yoşimura
Cukia Yoşimura (18 fevral 1993) — Yaponiyalı peşəkar kişi BMX velosipedçisi. Yukia Yoşimura Yaponiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Cukia Yoşimura 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.195 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu.
Çuka ryori
Yaponiya Çin mətbəxi (Çuka (中華, 中華料理 çuka ryori, hərfi mənada "Çin yeməyi")) - Çindən Yaponiyaya gəlmiş və illər ərzində dəyişilmiş yapon xörəkləri. Bəzi yaponlar səhv olaraq bu xörəkləri Çin sayırlar, lakin çinlilər heç vaxt onları öz xörəkləri hesab etməyib və elə üsulla hazırlamayıblar. Bəzi hallarda onları Çin xörəyi edən yalnız əriştə olur, digər inqridientlər isə Yaponiyadan (hiyaşi-çuka) və ya hətta Avropadan (vetçina) olur. MDB ölkələrində hərdən yosunu səhvən çukka adlandırırlar, lakin bu salata aidiyyəti olmayan xörək də ola bilər.
Budva
Budva (mont. Будва, Budva) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 10.918 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Bukval
Bukval (fr. Bouqueval) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Cubqa
Cubqa — Krasnodar diyarının Tuapse rayonunda şəhər tipli qəsəbə (kurort qəsəbəsi). Cubqa şəhər qəsəbəsinin inzibati mərkəzi. == Coğrafiyası == Qəsəbə Qara dənizin Cubqa körfəzinin sahilində və Cubqa çayının mənsəbində yerləşir. Ərazidə enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük edir. Rayon mərkəzindən 52 km şimal-qərbdə — Tuapse şəhəri yerləşir. Krasnodardan Cubqaya Adıgeysk, Qoryaçıy Klyuç və Xrebtovı marşrutu ilə 108 km uzunluğunda avtomobil yolu gəlir. Cubqa çimərlikləri əsasən qumlu və qumlu-çınqıldır. Burada düşərgələr, avtoturizm bazaları və "Qolubaya buxta", "Qornı vozdux", "İnal" kimi müxtəlif istirahət mərkəzləri fəaliyyət göstərir. Müxtəlif pansionatlar da var. === İqlimi === Cubqa Aralıq dənizi iqlim zonasına daxildir.
Culfa
Culfa bu cür başa düşülə bilər: Culfa rayonu — Naxçıvan Muxtar Respublikasının tərkibində rayon; Culfa (Azərbaycan) — Naxçıvan Muxtar Respublikasında şəhər, Culfa rayonunun inzibati mərkəzi; Culfa şəhristanı — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının tərkibində şəhristan; Culfa (İran) — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanında şəhər, Culfa şəhristanının inzibati mərkəzi; Culfa (peşə) — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu.
Cunya
Cunya — Yaponiya adı. Cunya Tanaka — Yaponiya futbolçusu. Cunya İto — Yaponiya futbolçusu. Cunya Enoki — Yaponiya aktyoru.
Kuşva
Kuşva — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Lukka
Lukka (it. Lucca) — Toskananın yerləşən şəhərdir, eyni adlı vilayətin inzibati mərkəzidir.
Quava
Psidium (lat. Psidium) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi. Quava — Cənubi Amerikada bitən meyvə. Bəzən bu meyvəyə Şimali Amerikada da rast gəlmək olar. O vitamin A-la zəngindir, dadı turşdan şirinə qədər dəyişilə bilər.
Vulva
Vulva (Latınca: Vulva, cəm: vulvae, pudendum femininum) — qadının xarici genitaliya cinsi orqanlarının ümumi adıdır. Beynəlxalq nomenklatura adı "Qadının cinsi hissəsi" kimi adlanır. Bura klitor, balaca cinsi dodaqlar, böyük cinsi dodaqlar və s. genitaliya orqanları daxildir. Əgər qadın Vulvadan xəstələnərsə, bu xəstəlik "Vulvit" xəstəliyi adlanır. Vulvit xəstəliyinə qonoreya, trixomoniaz və s. xəstəliklər səbəb ola bilər.
Yukka
Yukka (lat. Yucca) — qulançarkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Clistoyucca (Engelm.) Trel. Samuela Trel. Sarcoyucca (Engelm.) Linding. == Növləri == == Mayalanması == Yukka bitkisinin üzərində böyük yarpaqlardan ibarət xonça forması, onun da mərkəzində krem rəngli çiçəkləri olan bir sap yerləşir. Avizə ağacının xüsusiyyəti tozcuqlarının maili olmasıdır. Buna görə bitkinin erkəkciklərindəki çiçək tozunu ancaq maili ağız quruluşuna malik güvə növü toplaya bilir. Yukka ağacının güvəsi topladığı çiçək tozlarını bir-birinə sıxıb top formasına salır və bunu başqa yukka ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur.
Çakra
Çakra (sanskr. चक्र; tib. khorlo; çin. 轮) sanskrit mənşəli söz olub çarx, dönüş mənasına gəlir. Hindu adətlərinə və bəzi inanc sistemlərinə görə insanın enerji mərkəzlərinin girdab formasında dönən enerji nöqtələrindən ibarət olduğuna inanıldığı üçün onlara bu ad verilmişdir. Çakra Hind fəlsəfəsi və bəzi oxşar Asiya mədəniyyətlərində insan bədənində mövcud olan metafiziki və ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir. Yoqa ustaları insanın görünən fiziki mövcudluğundan əlavə daha həssas bir orqanizmə sahib olduğunu iddia edirlər. Biz isə bunu ancaq bəzi özəl vəziyyətlərdə duyğularımızın vasitəsiylə sezə bilərik. Əslində bədənimizdə bir çox vacib çakra olduğu düşünülür: məsələn, ovucların içində, dabanlarda, diz qapaqlarında, dirsəklərdə olan çakralar digərlərinə görə daha vacibdir, amma əsas çakra mərkəzləri bədənimizdə onurğa boyunca sıralanır. Hind fəlsəfəsinə görə insanın başının üstündə müsbət bir axın, onurğa sümüyünün altında, büzdümdə mənfi bir axın vardır.
Çakvi
Çakvi (gürc. ჩაქვი) — Gürcüstanın Acarıstan ərazisində şəhər tipli qəsəbə. Çakvi Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Qəsəbə Kobuleti rayonunda yerləşir. Qəsəbədə Natanebi-Batumi dəmir yol stansiyası yerləşir. Müasir dövrdə Çakvi populyar turizm və istirahət zonasıdır. == Əhalisi == Çakvi son 20 ildə yetərincə azlmışdır. 2002-ci ilin məlumatına görə qəsəbədə 8100 nəfər yaşayırdı. 2014-cü ilin siyahıya alınmasına görə qəsəbədə 6720 nəfər yaşayır. Milli tərkib baxımdan əhalinin 95,6 %-ni gürcülər təşkil edir.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Çuvar
Çuvar — İranın İlam ostanının İlam şəhristanının Çuvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,574 nəfər və 1,080 ailədən ibarət idi.
Çükəş
Çükəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çükəş Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Talış dilindəki cu (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib. Görünür, qoşqu ləvazimatının taxtadan olan hissəsi bu kənddə düzəldiyi üçün kənd belə adlandırılmışdır. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Əzizov (1995–2014).
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Çüyya
Çüyya (v. e.ə. 7) — Hunların XVI şanyüsü. == Həyatı == Digər qardaşları kimi sakit həyat sürən Çüyya 4 il hakimiyyətdə olduqdan sonra vəfat etdi.
Hemerocallis fulva var. fulva
Kürən günotu (lat. Hemerocallis fulva) — günotu cinsinə aid bitki növü. == Sinonim == Gloriosa luxurians Lour. ex B.A.Gomes Hemerocallis crocea Lam. Hemerocallis disticha var. kwanso (Regel) Nakai Hemerocallis flava Suter [Illegitimate] Hemerocallis fulva var. fulva fulva Hemerocallis fulva var. kwanso Regel Hemerocallis fulva f. kwanso (Regel) Kitam. Hemerocallis fulva var.
Spilanthes calva var. calva
Acmella paniculata (lat. Acmella paniculata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella paniculata f. calva J.Kost. Acmella paniculata f. paniculata Spilanthes acmella var. albescentifolia A.H.Moore Spilanthes acmella var. paniculata (Wall. ex DC.) C.B.Clarke Spilanthes acmella var. paniculata (Wall.
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). == Haqqında == Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Çeka
RSFSR Xalq Komissarları Soveti yanında Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (rus. Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР, ВЧК при СНК РСФСР) və ya qısaca ÇK — SSRİ xüsusi təhlükəsizlik orqanı. Komissiya 7 dekabr 1917-ci ildə yaradılmışdır. 6 fevral 1922-ci ildə səlahiyyətlərin RSFSR XDİK-si yanında DSİ-yə verilməsi ilə ləğv edilmişdir. Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz". Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi. "ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır. == Vəzifələri == Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur.
Çika
Çika (Zadar, XI əsrin I yarısında – 1095-ci ildən sonra Zadar; Latın: Chicca) – Xorvat mənşəli benedikt monax; Zadarda benedikt monastrı olan Müqəddəs Meri kilsəsinin banisi; Avropada şəxsi istifadə üçün olan ən qədim ibadət kitabı Çikanın dua kitabı adlanan əsərin müəllifi. == Haqqında == O, Dujam və Vekeneqanın qızı, Andrijanın həyat yoldaşı, prior Madinin qohumu idi. Madi tanınmış zadəgan ailəsi idi. Ərinin ölümündən sonra 1096-cı ildə Zadarda ailəsinin köməyi ilə Müqəddəs Meri monastrının əsasını qoydu. Kral Petar (Pyotr) IV Kreşimir monastrı kral müdafiəsinə verdiyinə görə onu öz bacısı adlandırdı. Belə bir genealogiya müzakirə mövzusudur. O Vekeneqanın anası idi.