Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çukot dili
Çukot dili və ya luoravetlan dili (ԓыгъоравэтԓьэн йиԓыйиԓ) — Çukot-kamçat dilləri ailəsinə daxil olan çukçaların dilləri. Rusiyanın Çukot Muxtar Dairəsində, Koryak muxtar dairəsində, həmçinin Saxa (Yakut) Respublikasının Nijne-Kolım rayonunda yayılıb. 1989-cu il siyahıyalınmasına görə sayları 15 min nəfərdir, onlardan 70 % çukot dilini doğma dil sayırlar. 1920-ci illərdə çukot dili luoravetlan dili adlandırılsa da, termin işləmədi. == Çukot dilinin gender xüsusiyyətləri == Çukot dilində kişi və qadınların danışığı üçün fərqli sözlər mövcuddur. Qadınlar ərinin qohumlarının adlarını və ona oxşar sözlərin tələffüzünə qadağa var. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Языки народов Сибири, находящиеся под угрозой исчезновения: Чукотский язык Arxivləşdirilib 2008-03-05 at the Wayback Machine "Шарль Венстен. Чукотский язык, чукотская литература (грамматика, тематический словарь, литература)". 2011-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.
Çukot dənizi
Çukot dənizi — (rus. Чуко́тское мо́ре) Şimal Buzlu Okeanında yerləşən dənizdir. Alyaska yarımadası ilə Çukot yarımadası arasında yerləşir. Dəniz qərbdən Lonq boğazı, şərqdən Alyaska yarımadasında yerləşən Borrou burnu ilə əhatə olunmuşdur. Şimaldan isə o, Şimal Buzlu okeanının kontinental yamacı ilə sərhədlənir. Berinq boğazı onu cənubda Sakit okean da yerləşən Berinq dənizi ilə birləşdirir. Dənizin əsas limanı olan Uelen Rusiya Federasiyasında yerləşir. == Ədəbiyyat == Шамраев Ю. И., Шишкина Л. А. Океанология. Л.: Гидрометеоиздат, 1980.
Çukot platosu
Çukot platosu — böyük Orta-Okean silsiləsinə daxil silsilə Şimal Buzlu okean ərazisində yerləşir. İl boyu buzla örtülü olur. Çukot platosu Alyaskanın Barrou burnundan başlayaraq 800 km uzanır. Plato «Şimal qütbü-2» (1950—1951) elmi ekspedisiyasının fəaliyyəti nəticəsində aşkarlanmışdır.
Çukot rayonu
Çukot rayonu (çuk. Чукоткакэн район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. Rusiya Federasiyasının ən şərqdə yerləşən rayonudur. İnzibati mərkəzi Lavrentiya kəndidir. == Coğrafi yerləşmə == Çukot rayonu dairənin şimal-şərqində yerləşir (demək olar ki, hamısı Çukot yarımadasındadır) və şimalda Çukot dənizinin və şərqdə Berinq boğazının suları ilə yuyulur. ABŞ ilə dəniz sərhədi vardır. Onun təbii olaraq iki okeana birbaşa çıxışı olan - Şimal Buzlu okean və Sakit okean - Rusiyanın yeganə bölgəsidir. Rayonun Çukot dənizinin sahil zolağının uzunluğu 580 km, Berinq dənizinin isə 370 km-dir. Cənubdan Çukot Muxtar Dairəsinin Providenski rayonu ilə, qərbdən İultinski rayonu ilə həmsərhəddir. İqlim Rayonun iqlim son dərəcə sərtdir.
Çukot yarımadası
Çukot yarımadası (rus. Чукoтка) — Avrasiya mmaterikinin uzaq şimal-şərqində qərar tutur. Sahillərini Şimal Buzlu okeanına daxil olan Çukot dənizi və Sakit okeana daxil olan Berinq dənizi yuyur. Alyaskadan dar Berinq boğazı ilə ayrılır. Yarımadanın şərq hissəsində Arakamçeçen adası yerləşir. Yarımadanın şərq qutaraçağında materikin ən ucqar şərq nöqtəsi olan Dejnyov burnu yerləşir. Bura Asiyanın yeganə ərazisidir ki, qərb yarımkürrəsində yerləşir. Yarımada inzibati cəhətdən Rusiya Federasiyası Çukot Muxtar Dairəsinə daxildir. Burada Providenski və Çukot rayonlarına bölünür. == Tarixi == Yarımada ilk dəfə 1728-ci ildə Berinq tərəfindən yerli əhali olan çukçaların şərəfinə adlandırmışdır.
Çukot-kamçat dilləri
Çukot-kamçat dilləri — Şimal-şərqi Sibirdə dil ailəsi. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Чукотско-камчатские языки — статья А. П. Володина в сборнике «Языки мира: Палеоазиатские языки». М., 1997.
Çukot Muxtar Dairəsi
Çukotka Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.