Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artemisia cana
Artemisia cana (lat. Artemisia cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis cana
Baccharis cana (lat. Baccharis cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Buddleja cana
Buddleja americana (lat. Buddleja americana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja callicarpoides Kunth Buddleja cana Willd. Buddleja dentata Kunth Buddleja floribunda Kunth Buddleja occidentalis L. Buddleja spicata Ruíz & Pav. Buddleja verbascifolia Kunth Buddleja americana var. albiflora Gómez Buddleja americana var. rothschulii Loes.
Callicarpa cana
Callicarpa macrophylla (lat. Callicarpa macrophylla) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Atriplex cana
Ağ sirkən (lat. Atriplex cana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Avropa, Aşağı Volqaboyu, Krım, Qərbi Sibir, Orta Asiyada yayılmışdır. Baltikyanı zonada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20-50 sm, aşağı hissəsində çoxlu budağı olan yarım-kolcuqdur. Budaqları oduncaqlı,qonur-boz rəngli çatlamış qabıqla örtülmüşdür. Alt yarpaqları əyri-üzbəüz, qalıntəhər, uzunsov-ovaldan tərsinə-lansetvariyədəkdir. Yuxarı yarpaqları küt, çox vaxt batıq, kənarları bütövdür. Çiçəkləri yarpaqsız sünbül-süpürgəvari çiçək qrupunda yerləşir. Dişicik çiçəklərin çiçəkaltlıqlari oturaq, üstü enli, üçdişlidir.
Salix rowleei var. cana
Salix discolor (lat. Salix discolor) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Callicarpa cana var. repanda
Callicarpa erioclona (lat. Callicarpa erioclona) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Callicarpa cana var. repanda Warb. Callicarpa erioclona f. glabrescens Moldenke Callicarpa erioclona var. repanda (Warb.) H.J.Lam Callicarpa repanda (Warb.) K.Schum. & Warb.
Mentha aquatica f. cana
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Clanga clanga
Böyük xallı qartal (lat. Clanga clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Mənfi təsirlərə həssasdır. == Genefond əhəmiyyəti == Cinsin 5 növündən biridir. == Qısa təsviri == Bozqır (çöl) qartalından az kiçikdir. Səsi bərk çıxır– "kiyak-kiyak". Rəngi qara-qonurdur. == Yayılması == Avropa və Asiyada yayılıb.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2023-cü ilin məlumatına görə, əhalisi 2.270.298 nəfərdir. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni mərkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Camna
Camna, Yamuna və ya Cumna — Hindistanda ümumi uzunluğu 1376 km olan çay. Qanqın ən uzun və ən yüksək suyu (ildə 110 km³). Mərkəzi Himalayın cənub yamaclarında başlayır, Yamunotri buzlağından (Zaskar silsiləsi) 3255 m yüksəklikdə axır. Hindistanın Haryana və Uttar Pradeş ştatlarından, həmçinin paytaxt Dehlidən axır. Dehlidən əlavə Mathura və Aqra şəhərləri də Camna üzərində yerləşir. Yamunanaqar şəhərinin yaxınlığında, cənuba dönür, Hind-Qanq düzənliyinə baxır və Allahabad şəhərinin yaxınlığında hindular üçün müqəddəs Sanqam təşkil edərək Qanqa axır.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Cenna
Cenna — ad. Cenna Santoromito — Avstraliyanı təmsil edən su poloçusu. Cenna Aşkoviç — Cənubi Koreya doğumlu ABŞ aktrisası Cenna Marbls — amerikalı youtuberdir.
Clanga
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
Cyanea
Sianeya (bitki)
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.
Çansa
Çansa — Çində şəhər. Xunan əyalətinin inzibati mərkəzi. Əhalisi 1,33 mln. (2003). Syantszyan çayı sahilində port. Nəqliyyat qovşağı. Çansa Çinin ən qədim şəhərlərindən biridir. E.ə. 5 əsrdən Çansanın yerində yaşayış məskənləri olmuşdur. Çjanqo dövründə (e.ə.
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Çanza
Çanza və ya şanza (монг. шанз, бур. шаанза) — monqol və buryat simli-mizrablı musiqi aləti. Çanzanın xarici görünüşü olduqca orijinaldır. Böyük ölçülü aşıqlar bərkidilmiş boynu hamar səthli oval çanaq-rezonatora birləşdirilib. Adətə görə , çanağına üzünə ilan dərisi çəkilir.3 ipək və ya bağırsaq simlər (pərdə düzümü kvarta-kvintalıdır) özünəməxsus tembrdə titrəşən, xışıldayan, bir qədər zərb duyumu yaradan səs çıxarır. Çanza alətini XX əsrdə Rusiyada rekonstruksiya ediblər. Bəzi modellərinə 4-cü simi artırılıb, həmçinin , alətin bir neçə növü hazırlanıb. Orkestrlərdə, Çanza alətinə çox zaman müşayiətçi rol verilir, lakin onu həm solo , həm də tematik partiya ilə ifa etmək olar. Xalq təcrübəsində Çanza xalq mahnılarını oxuyanları müşayiət edir.
Cigna
Cigna korporasiyası — Şimali Amerika Sığorta Şirkətinin ana korporasiyası. == Tarixi == Cigna 1982-ci ildə Connecticut General Life Insurance Company (CG) və INA Corporation (Amerikada ilk səhm sığorta şirkəti olan ) birləşməsi nəticəsində yaranmışdır. Şirkətin adı, Cigna, birləşən şirkətlər, CG və INA hərflərinin qarışığıdır. 1871-ci ilin oktyabrında böyük Çikaqo yanğını iki gün ərzin də yandı, 2000 akr ərazini məhv etdi və İllinoys ştatında 100.000 insanı evsiz qoydu. İNA iddiaları tam ödəmək üçün yalnız 51 sığorta şirkətindən (ümumi 202 sığorta şirkətindən) biri olan 650.000 dollar ödəmişdir. 1990-cı illərin sonlarında yerli və beynəlxalq əmlakını və zərərçəkmiş biznesini Bermudada yerləşən ACE Sığorta şirkətinə satmazdan əvvəl Cigna AIG, Allianz və Sürix ilə müqayisə oluna bilən geniş beynəlxalq şəbəkəyə malik şirkətlər sırasında idi. Satışın arxasında duran strategiya əsas biznes üzərində cəmləşmək idi. O zamanlar Bermuda və Lloyds sığorta bazarının əsas oyunçusu olan ACE, digər tərəfdən, ənənəvi sığorta bazarında beynəlxalq şəbəkənin genişləndirilməsində maraqlı idi. Cigna 1997-ci ildə həyat sığortası əməliyyatlarının əksəriyyətini Lincoln National Corporation -a satdı. 2002-ci ildə o, gəlirlərin manipulyasiyası üçün Qiymətli Kağızlar Birjası Qanununu pozduğu iddia edildi.
Canva
Canva — sosial media üçün onlayn qrafik redaktor platforması və proqramıdır. == Haqqında == Canva istifadəçilərə sosial media qrafikası, təqdimatlar, afişalar və digər vizual məzmun yaratmağa imkan verən qrafik dizayn platformasıdır. Canva onlayn və cihazlarda proqram təminatı olaraq mövcuddur, daxilində milyonlarla şəkilləri, şriftləri, şablonları və illüstrasiyaları birləşdirir. Platformanın istifadəsi pulsuzdur və Canva Pro və Canva for Enterprise kimi ödənişli abunələr əlavə funksionallıq təklif edir. 2019-cu ilə olan məlumata görə, Canva 3.2 milyard dollar dəyərinə yaxın qiymətləndirilmişdir və 190 ölkədə 20 milyondan çox istifadəçisi var. == Tarixi == Canva 1 yanvar 2013-cü ildə Avstraliyanın Pert şəhərində Melanie Perkins, Cliff Obrecht və Cameron Adams tərəfindən təsis edilmişdir. 2015-ci ildə Canva for Work istifadəyə verildi və müəssisələrə marketinq materialları istehsal etmək üçün alət təqdim etdi. 2019-cu ilin dekabr ayında Canva tələbələr və müəllimlər arasında əməkdaşlığı asanlaşdırmaq məqsədi daşıyan məktəblər və digər təhsil müəssisələri üçün pulsuz məhsul olan Canva for Education-ı elan etdi. Həmin ilin may ayında Canva təxminən 139 milyon istifadəçi məlumatının sındırıldığı təhlükəsizlik pozuntusuna məruz qaldı. Görünən məlumatlar həqiqi adlar, istifadəçi adları, ünvanlar və coğrafi məlumatlar idi.
Karataş (Adana)
Karataş — Adana ilinin ilçəsi. Şərqi Aralıq dənizi bölgəsində Seyhan və Ceyhan çaylarının təbii sərhədləri daxilində yaradılmışdır. Adanadan 48 km uzaqlıqdadır. 1986-cı ildə Adanada Yüreğir ilçəsinin qurulması ilə bəzi kəndlərin bir qismi Karataş ilçəsinin tabeçiliyinə verilmişdir. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 24.559 nəfər yaşayır. == Mühüm günlər == 19 iyun: Karataş ilçəsinin qurulması.
Kennet Brana
Kennet Çarlz Brana (10 Dekabr 1960, Belfast), Şimali İrlandiyalı aktyor, rejissor. 23 yaşında, Royal Shakespeare Company-yə qatılmışdır. Burada Vilyam Şekspirin V Henri və Romeo və Cülyetta tamaşalarında baş rolları almışdır. 29 yaşında V Henri filminin rejissorluğunu edib baş rolunda o zamankı həyat yoldaşı Emma Tompson ilə birlikdə oynadı. Film Branaya Ən Yaxşı Aktyor və Rejissor nominasiyasında Oskar namizədlikləri gətirdi. 1993-cü ildə yenə Şekspirin "Much Ado About Nothing" adlı əsərini səhnələşdirmişdi. Denzel Vaşinqton, Keanu Reeves kimi bir çox Hollivud ulduzu filmdə yer alıb. 30 yaşında tərcümeyi-halını yayıb və 34 yaşında Mari Shelley-dən Frankenstein adlı filmi çəkdi və oynadı. Bu filmdə Frankensteini Kennet Brana canlandırdı. 1995-ci ildə Brana və Thompson boşandılar.
Lethe diana
Lethe diana – Nimfalidlər fəsiləsindən kəpənək növü. Qanadları tünd qəhvəyi rənglidir, üzərlərində arpacıqlar olur, qanad açıqlığı 45–55 mm təşkil edir. Lethe confusa növünü xatırladır, lakin Lethe confusa kəpənəyinin qanadlarında ağ zolaq olur. == Görünüş == Qanad açıqlığı 45–55 mm arasında dəyişir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, üzərlərində kiçik ağ zolaqlar olur, dişilərdə bu daha aydın sezilir. Bir qanadının üzərində 6-yə qədər arpacıq olur. Damarları açıq-aydın sezilə bilir. == Yayılması == Növə Rusiyanın regionlarında – Primorye, Saxalin və Cənubi Kurildə təsadüf edilir. Həmçinin Yaponiyada yayılmışdır: Hokkaydo, Honşu, Şikoku, Kyuşu və Tsuşima. Əsasən enliyarpaqlı meşələrdə, dağlarda və düzənlikdə rast gəlinir.
Melaleuca idana
Melaleuca idana (lat. Melaleuca idana) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.