ÇAPA

(Gədəbəy, Kəlbəcər)
kətmən. – Çapeynan qartopun, qardalının alasını vuroylar; – Qartofun divini çapeynan doldur (Gədəbəy)
ÇANDI
ÇAPACAĞ
OBASTAN VİKİ
Ağ çapaq
Ağ çapaq (lat. Blicca bjoerkna) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Blicca sinsinə daxil olan yeganə növ. Uzunluqları 35 sm, çəkiləri isə 1,3 kq qədər olan balıq. Adətən isə çəkiləri 100-200 q arasında dəyişir. Çapaqlar cinsinə daxil olan növlərə bənzərlikləri ilə seçilirlər. Əsasən sürü halında yaşayırlar. Gümüş gövdəsi, yan tərəfdən gənc bir çapağı xatırladır. Ağ çapaqlar çapaqlardan udma dişlərinin sayı baxımından fərqlənir. Belə ki, çapaqlardan fərqli olaraq ağ çapaqlarda yanlarda 5 əvəzinə 8 diş olur.
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. == Təsviri == Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. == Həyat tərzi == Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. == Yayılması == Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Otari Çaparidze
Otari Mixayloviç Çaparidze(gürc. ოთარ მიხეილის ძე ჯაფარიძე; 16 sentyabr 1921, Tiflis – 10 iyul 2020) — sovet və gürcü tarixçisi, arxeoloq, tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının akademiki. Tbilisi Dövlət Universitetinin rektoru. Tbilisinin fəxri vətəndaşı. == Həyatı == Otari Çaparidze 1929–1939-cu illərdə Tiflisdəki 25 saylı orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra 1939-cu ildə Tbilisi Dövlət Universitetinə daxil olmuş, 1943-cü ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il aspiranturaya daxil olub. Çaparidze 1944–1950-ci illərdə Gürcüstan Dövlət Muzeyində kiçik elmi işçi işləyib. Bu dövrdə 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1950–1952-ci illərdə İvan Cavaxişvili adına Tarix İnstitutunda baş elmi işçi olub.
Vasili Çapayev
Vasili Çapayev (rus. Василий Иванович Чапаев; 28 yanvar (9 fevral) 1887, Budayka[d], Kazan quberniyası, Rusiya imperiyası – 5 sentyabr 1919) — XX əsrin əvvələrindəki vətəndaş müharibəsi qəhrəmanlarından biri, Qızıl Ordunun komandiri. == Həyatı == 32 yaşında sirli ölüm İndi isə qəhrəmanımız, damarlarında türk qanı olan Vasili İvanoviç Çapayevdən bəhs edəcək. Kimdir Çapayev? Vasili İvanoviç Çapayev 1887-ci il fevralın 9-da Kazan quberniyasının (indiki Çuvaşıstan Respublikası) Budayka kəndində anadan olub. Onun milliyyəti isə yarı çuvaş, yarı erzyalı olub. Erzyalılar Mordoviyada etnik qrupdur. Onun atası İvan Stepanoviç mordovalı, anası isə Yekaterina Semyonovna isə çuvaş olub. Çoxuşaqlı ailənin 6-cı uşağı Vasili rus akademik elminə əsasən, "rus kökənlidir". 32 yaşında, 1919-cu il sentyabrın 5-də hərbi liderliklə fəaliyyət göstərən Vasili İvanoviç Çapayev Qazaxıstanda boğulma səbəbi ilə vəfat edib.
Çapacaq nekropolu
Çapacaq nekropolu — Sədərək rayonunun Sədərək qalasının şərqində, müasir suvarma kanalının ərazisində arxeoloji abidə. == Ümumi məlumat == Nekropoldakı kurqanların biri N. Müseyibli tərəfindən tədqiq edilmişdir. Kurqanaltı qəbir kamerası daş qutu tipli olub orta həcmli daşlardan hörülərək qurulmuşdur. Qəbirin uzunluğu 1.85 metr, eni 1.5 metr, dərinliyi 0.6 metrdir. Qəbir kamerasında insan skeletinin qalıqlarına rast gəlinməmişdir. Tədqiqat zamanı qonur rəngdə bişirilmiş gil qabların parçaları, obsidian qəlpəsi və daşdan hazırlanmış bir ədəd yağdan aşkar olunmuşdur. Çapacaq kurqanı aşkar olunmuş arxeoloji materiallara əsasən əsasən eradan əvvəl 14–13-cü əsrlərə aid edilişdir.
Çapada Diamantina
Çapada Diamantina (portuqalca: "Almaz təpələr") — Braziliyanın Bahia əyalətində San-Fransisko çayı ilə sahil arasında kvarsit zirvələri olan 1850 m hündürlükdə yayladır.
Çapada dos Veadeyros Milli Park
Çapada dos Veadeyros — YUNESKO-nun dünya irsi siyahısına salınmış Braziliyada milli park. Park Qoyas ştatının ərazisində yerləşir və 655 km² ərazini tutur. Bu park 1961-ci il yanvarın 11-də yaradlılıb. == Fiziki-coğrafi xüsusiyyətləri == Orta illik temperatur selsi ilə 24–26 dərəcəyə bərabərdir. Minimal temperatur 4–8 dərəcəyə , maksimal temperatur isə 40–42 dərəcəyə bərabərdir. Park dəniz səviyyəsindən 1650 m yüksəklikdə yerləşir. Burada çoxlu şəlalələr var. Onlardan ən böyüyü hündürlüyü 120 m olan Rio-Pretu-Fols şəlaləsidir.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapal çayı
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Çapala gölü
Çapala (Chapala) — Meksikada, Meksika yaylasının cənubunda göl. == Sahəsi == Sahəsi 1,100 km2 (ölkədə ən böyük). == Coğrafi xüsusiyyətləri == Təqribən 1500 m hündürlüyündədir. Orta dərinliyi təqribən 7 m, ən dərin yeri 33 m; son illər suqoruyucu meşələrin qırılması və suyunun suvarmaya götürülməsi ilə əlaqədar səviyyəsi aşağı düşməkdədir. Gölə Lerma çayı tökülür. Sakit okeana tökülən Rio-Qrande-de-Santyaqo çayı göldən axır. Sahillərində kurortlar var. Okotlan şəhəri Çapalanın sahilindədir. Qvadalaxaru şəhərinin su təchizatı Çapaladandır.
Çapan (Əhər)
Çapan (fars. چاپان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 323 nəfər yaşayır (57 ailə).
Çapand
Çapand — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çapand kəndi Horovlu kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. == Yayılması == Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. == Morfoloji əlamətləri == Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Çapaqan (Meşkinşəhr)
Çapaqan (fars. چپقان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsində, Şərqi Meşkin kəndistanında, Meşkinşəhr-Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 447 nəfər yaşayır (99 ailə).
Çapaqcur
Bingöl — Türkiyənin Bingöl ilinin inzibati mərkəzi. == Tarixi == Bingölün əvvəlki adı Çapaqcur olmuşdur. 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı torpaqları varkən Çapaqcur adıyla il oldu. 1950-ci ildə isə adı Bingöl adını daşıyır. Çapaqcur öncə Qaraqoyunluların, sonra Ağqoyunluların əlində olmuşdur.
Çapaqcur döyüşü
Çapaqcur Döyüşü 1387-ci ildə Qaraqoyunlu Və Teymurilər arasında baş vermiş müharibə == Döyüşdən əvvəlki siyasi şərait == 1386–1388-ci illər ərzində Teymur Şimali İrana və Azərbaycana yürüşlər təşkil edir. 1386-cı ildə Səmərqəndə yola düşən Teymur əvvəlcə Luristan hakimi Məlik İzzəddin üzərinə yürüş edir. Məlik İzzədini və ailəsini Türküstana sürgün etdikdən sonra ikinci hədəfini gerçəkləşdirmək üçün Azərbaycana yola düşür. Bu ərəfədə Cəlairi Sultanı Əhmədin Təbrizə gəlişi xəbərini eşidir, lakin Cəlairi Əhməd Teymurun da bu bölgəyə səfərindən xəbər tutaraq Bağdada doğru yönəlir. Teymur həmin yazı Təbrizdə keçirdikdən sonra Naxçıvana və Qarsa yürüş edərək bu əraziləri ələ keçirir. Daha sonra Gürcüstan və Şərqi Anadoluya yönələn Teymur burada Avnik, Muş, Van, Əhlət qalalarını ələ keçirir. Teymurun yürüşlərə başının qarışdığı bir dövrdə çoxlu qüvvə toplayan Toxtamış Təbriz üzərinə hücuma keçir. Toxtamışın Təbrizi yağmalaması xəbərini eşidən Teymur da Təbrizə yönəlir. 1387-ci ilin əvvəllərində Teymur Qarabağda olarkən Toxtamış da Dərbəndi keçərək Samur çayı yaxınlığına gəlir. Tərəflər arasında baş verən döyüşdə Toxtamış geri çəkilmək məcburiyyətində qalır.
Çapaqcur döyüşü (1387)
Çapaqcur Döyüşü 1387-ci ildə Qaraqoyunlu Və Teymurilər arasında baş vermiş müharibə == Döyüşdən əvvəlki siyasi şərait == 1386–1388-ci illər ərzində Teymur Şimali İrana və Azərbaycana yürüşlər təşkil edir. 1386-cı ildə Səmərqəndə yola düşən Teymur əvvəlcə Luristan hakimi Məlik İzzəddin üzərinə yürüş edir. Məlik İzzədini və ailəsini Türküstana sürgün etdikdən sonra ikinci hədəfini gerçəkləşdirmək üçün Azərbaycana yola düşür. Bu ərəfədə Cəlairi Sultanı Əhmədin Təbrizə gəlişi xəbərini eşidir, lakin Cəlairi Əhməd Teymurun da bu bölgəyə səfərindən xəbər tutaraq Bağdada doğru yönəlir. Teymur həmin yazı Təbrizdə keçirdikdən sonra Naxçıvana və Qarsa yürüş edərək bu əraziləri ələ keçirir. Daha sonra Gürcüstan və Şərqi Anadoluya yönələn Teymur burada Avnik, Muş, Van, Əhlət qalalarını ələ keçirir. Teymurun yürüşlərə başının qarışdığı bir dövrdə çoxlu qüvvə toplayan Toxtamış Təbriz üzərinə hücuma keçir. Toxtamışın Təbrizi yağmalaması xəbərini eşidən Teymur da Təbrizə yönəlir. 1387-ci ilin əvvəllərində Teymur Qarabağda olarkən Toxtamış da Dərbəndi keçərək Samur çayı yaxınlığına gəlir. Tərəflər arasında baş verən döyüşdə Toxtamış geri çəkilmək məcburiyyətində qalır.
Çapayev və boşluq (roman)
Çapayev və boşluq — yazıçı Viktor Pelevinin 1996-cı ildə yazdığı roman == Süjeti == 1996-cı ildə yazılmış "Çapayev və Pustota" romanı haqqında müəllifin özü deyir: "Bu əsər dünyada hadisələrin tamamilə boşluqda baş verdiyi ilk ədəbiyyat nümunəsidir". Əslində isə hadisələr 1919-cu ildə Çapayevin diviziyasında baş verir. Əsərin prataqonisti Pyotr Pustota bu diviziyada komissar olaraq xidmət edir və eyni zamanda bugünkü günlərdə və Pelevinin virtual fəzasında mövcudiyyətini sürdürərək "Kavabata", "Şvaşneqr" və "Sadəcə Mariya" ilə görüşür. Tənqidçilərin fikrinə görə, "Çapayev və Pustota" rus ədəbiyyatında ilk den-buddist romandır. Roman 2001-ci ildə ingiliscə tərcümədə - "The Clay Machine-Gun" ("Глиняный пулемет") Dublin ədəbiyyat mükafatının finalına çıxmışdır Mənim iradəmlə qürub edən günəşə doğru yarışa çıxmış atların üzünə və insanların sifətinə - ucsuz-bucaqsız canlı axıntıya baxa-baxa tez-tez düşünürəm: bəs bu axıntıda mən haradayam? – Çingiz xan Prinsip etibariylə roman iki hissədən ibarətdir: 1919-cu illərdə cərəyan edən hadisələr və 1990-cı illərin əvvəllərində psixiatrik klinikada cərayan edən hadisələr. Roman Vasili Çapayev və Pyotr Pustota kimi iki şəxsiyyətdən bəhs edir. Digər ikinci planda olan obrazlar, bilavasitə Rusiyanın gələcəkdə baş verəcək qərblə alximik nigahını simvolizə edən aspektlərdir. Romanda demiurq kimi motiv də yer alıb. Roman ilk cümlələrindən hiss olunur ki, Pyotr Pustota aydınlanmaq istəyən birisidir.
Çapayevka
Xanağa (əvvəlki adı: Çapayevka) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi vahidi tərkibindəki Çapayevka kəndi Xanağa kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Araz çayının sol sahilində, Ordubad-Vənənd avtomobil yolunun kənarında yerləşir. == Əhalisi == Əhalisi 720 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini bağçılıq, əkinçilik və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə klub, kənd kitabxanası mövcuddur. == Təhsil == Kənddə orta məktəb fəaliyyət göstərir. == Din == Kənddə pir var. == Səhiyyə == Kənddə tibb məntəqəsi var.
Çapağan
Çapağan (lat. Megacephala) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin qaçağanlar fəsiləsinə aid heyvan cinsi.
Çapağan bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çapağanlar
Çapağan (dəqiqləşdirmə)
Çapağan (lat. Megacephala) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin qaçağanlar fəsiləsinə aid heyvan cinsi. Çapağan (Şəki) — Şəki rayonunda kənd.
Çapağan (Şəki)
Çapağan — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Küngüt kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çapağan Şəki rayonunun Aşağı Küngüt inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim eyniadlı çayın adındandır. == Əhalisi == Kəndin əhalisi 326 nəfər təşkil edir ki, onun da 161 nəfəri kişi, 165 nəfəri isə qadındır. .

Значение слова в других словарях