Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. == Tarix == Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. == Vəziyyət == Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
İnjiç-Çuqun
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiya == Kənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir. Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez. Kənd respublikanın dağətəyi zonasında yerləşir.
İsmail Alper Coşkun
İsmail Alper Coşkun — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2016)
Çuqun körpüsü (Vladiqafqaz)
Çuqun körpüsü Rusiyanın , Şimali Osetiya bölgəsində Vladiqafqaz şəhərindəki Terek çayı üzərində yerləşir. Şəhərin çay hissəsini mərkəzlə birləşdirir. Körpüdən Terekin sol sahilində General Pliev küçəsi başlayır. Sağ sahildə körpü Ştıba meydanına gedir. == Tarixi == 1860-cı ildə İngiltərədə şəhər rəhbərliyinin əmri ilə çuqun körpü hazırlanmışdır. Daha sonra, Vladiqafqaza çatdırılmış, quraşdırılmış və 22 noyabr 1863-cü ildə açılışı olmuşdu. Əvvəlcə Qafqaz valisi Böyük Qubernatorun Mixail Nikolayeviç Romanovun həyat yoldaşı Olqa Fedorovnanın şərəfinə "Olginski körpüsü" adlandırılmışdı. Körpünün uzunluğu 104 m və eni 6.5 m təşkil edirdi. 1902-ci ildə tramvay qurmağa başlayan və Olginski körpüsündə izlər qoyan Belçika və Alman mühəndisləri Vladiqafqaza gəldi. 1930-cu illərin əvvəllərində, Elektrosink zavodunun ehtiyacları üçün körpünün şimal tərəfində su kəməri quruldu.
Ceyms Kukun üçüncü dünya səyahəti
Ceyms Kukun üçüncü dünya səyahəti 1776-1780-ci illərdə baş tutdu və Kral Cəmiyyətinin tövsiyəsi ilə Britaniya hökuməti tərəfindən təşkil edildi. Onun məqsədi şimal-qərb keçidini tapmaq idi. Ceyms Kuk Şimali Amerikanın Sakit okean sahillərinə çatdı, qitənin qərb sahilinin xəritəsini çəkdi və Berinq boğazından keçdi. Lakin buz onun həm şərqə, həm də qərbə üzməsinə mane olurdu. Gəmilər Sakit Okeana qayıtdılar və qış üçün Havay adalarına çatdılar. Yerlilərlə atışma oldu və 14 fevral 1779-cu ildə Kuk atışmada öldürüldü. Ekspedisiyanın komandanlığını şimal-qərb keçidini tapmağa cəhd edən Çarlz Klerk öz üzərinə götürdü. Ölümündən sonra ekspedisiyaya Con Qor rəhbərlik edirdi. Gəmilər 1780-ci ilin oktyabrında İngiltərəyə qayıtdı. Orada onlar təmkinli qəbulla qarşılaşdılar.