Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. == Samba no pé == Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Sayda
Pollachius virens (lat. Pollachius virens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin treskalar fəsiləsinin pollachius cinsinə aid heyvan növü.
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. == Təsviri == Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Sayqa
Sayqak (lat. Saiga tatarica) – Qazaxstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Hal hazırda iki yarımnövü mövcuddur – əsl sayqak (lat. Saiga tatarica tatarica) və monqol sayqakı (lat. Saiga tatarica mongolica). == Görünüşü == Məhv olma həddindədir. Bədənin uzunluğu 110–116 sm. Peysərdə hündürlüyü 60–67 sm. Quyruğun uzunluğu 8 sm. Gövdəsi uzunsovdur.
Sayra
Sayra (lat. Cololabis saira) — Sayralar cinsinə daxil olan dəniz balığı. Mühüm sənaye əhəmiyyəti vardır. == Təsviri == Uzunsov formaya malikdir. Pulcuqları kiçik ölçülüdür. Alt çənəsi üst çənəyə nisbətdə uzundur. Beli tünd-yaşıl və ya mavi-yaşıldır. Böyür nahiyəsi gümüşüdür. Bədəninin maksimal uzunluğu 40 sm, çəkisi isə 180 q. Orta ömür müddəti 5—6 ildir.
Seyba
Seyba (lat. Ceiba) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceiba aesculifolia (Kunth) Britten & Baker, 1896 Ceiba glaziovii (Kuntze) K.Schum., 1900 Ceiba insignis (Kunth) P.E.Gibbs & Semir, 1988 Ceiba pentandra (L.) Gaertn.
Saba
Saba (nid. Saba) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən ən kiçiyi. Rəsmi dili Niderland dilidir. Ərazisi 13 km² olan bu adada 1,811 nəfər yaşayır. Paytaxtı Bottom şəhəridir.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Qızıl Samba
Futbol mükafatı sayılan "Qızıl Samba" Avropa qitəsində ilin ən yaxşı braziliyalı oyunçusuna təqdim olunur. Mükafat Sambafoot şirkəti tərəfindən təsis edilmişdir. İlk mükafat 2008-ci ildə öz sahibini tapmışdır. Qalib 3 mərhələlik sorğu ilə müəyyən edilir. Buraya jurnalistlər, futbolçunun yoldaşları və internet üzərindən səsvermə daxildir. == Tarix == 2008-ci ildə qalib Milan FKın yarımmüdafiyəçisi Kaka olmuşdur. Mançester Sitidən Robinyo və Sevilyadan Luis Fabiano ardıcıl olaraq ikinci və üçüncü yerləri tutmuşdur. Namizədlər sırasında 30 futbolçu var idi. Səsvermə dekabr ayının 1-dən 30-dək davam etmişdir. Nəticədə səslərin 25.03%-ı Kaka lehinə, 14.34% Robinyo üçün, 13.65% səs isə Luis Fabiano üçün verilmişdir.
Saybağ rayonu
Saybağ rayonu (Çincə: 沙依巴克区/沙依巴克區; Pinyin: Shāyībākè Qū; Uyğurca: سايباغ رايونىى , Saybağ Rayoni, Saybaƣ Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonu şimalında, Urumçiyə bağlı bir rayondur. 2002-ci ildəki siyahıyaalmaya görə əhalisi 440 min nəfərdir.
Saybu Swag
Saybu Swag (əsl adı: Səbuhi Məcnunlu; 30 mart 1991, Razin) — azərbaycanlı reper. == Həyatı == === Erkən illəri === İlk mahnıları 2014-2015-ci illərdə işıq üzü görüb. İlk rəsmi musiqi videosu youtube-da 100.000-dən çox baxış toplayan "PSYCHO" adlı mahnısını olmuşdur. 5 aydan sonra o, hal-hazırda youtube-da 115.000+ baxış toplayan "Asta Dur" adlı mahnısını da buraxdı. 2016-cı ildə Orxan Qarabasma ilə tanışmışdır. Həmin il onlar bir layihə üzərində əməkdaşlıq etdilər. Hal-hazırda YouTube-da 1.000.000-dan çox baxış toplayan əməkdaşlıq çox uğurlu oldu. “30 Gram Qruz” onun karyerasının ən uğurlu layihələrindən biri oldu. === Sonraki illər === 2020-ci ildə o, Pasterin "BINA" adlı albomunda yer almışdır. 2022-ci ildə Azərbaycanda keçiriləcək rep festivalına dəvət almışdır.
Sayda (dəqiqləşdirmə)
Sayda — balıq. Sayda (rayon) — Livanda rayon. Sayda (şəhər) — Livanın üçüncü ən böyük şəhəridir.
Sayda (şəhər)
Sayda (ərəb. صيدا‎‎, Sayda — hərfi mənası «balıqçılıq»), qədim zamanlarda isə Sidon (fin. 𐤑𐤃𐤍, qədim yunan dilində Σιδών) — Livanın üçüncü ən böyük şəhəridir. Aralıq dənizi sahilində yerləşir. Sur şəhərindən 25 mil şimalda, Beyrutdan isə 30 mil cənubda yerləşir. Bu şəhər Livanın paytaxtıdır. Həmçinin qədim Finikiya şəhərlərindən biri olmuşdur. X-IX əsrlərdə ən məşhur ticarət şəhərlərindən biri olmuşdur. Bibliyada Xanaana adı kimi adı çəkilir. Bu şəhərin şərəfinə Avropanın Yupiterdəki peyki belə adlanır.
Sayma gölü
Sayma gölü (fin Saimaa, isv. Saimen) — Finlandiyanın ən böyük gölü. Avropanın isə şirinsulu gölləri arasında dördündü göldür. Ölkənin cənub-şərqində yerləşir. Göl bir-biri ilə əlaqədə olan 8 iri və çoxlu sayla sayda su tutarının birləşməsi nəticəsində əmələ gəlmişdir. Gölün sahəsi 4400 km² təşkil edir. Sahil xətdinin uzunluğu 15 min km-dir. Göl daxilində 13710 ada vardır. Bu adaların ümumi sahəsi 1850 km²-dir. Göldən başlanğıcını götürən yeganə çay Vuoksadır.
Sayma nerpası
Sayma nerpası (lat. Pusa hispida saimensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Vaxtı ilə Ansilovo gölü Baltik dənizi ilə əlaqə itmişdir. Bu səbəbdən 9000–8000 il əvvəl yarımnövə çevrilmişdir. == Yayılması və sayı == Bu yarımnöv Finlandiya ərazisində yaşayan yeganə emdemin məməli növüdür. 2014-cü ildə onların sayı 310 baş təşkil etmişdir. Əz az say göstəricisi 1990-cı ildə müəyyən edilmişdir. Cəmi 180 baş. Müəyyən edilmişdir ki onlar arasında cəmi 90 başı çütləşmə üçün yararlıdır. 2024-cü ildə dövlət proqramına əsasən onların sayını 400 başa çatdırmaq planlaşdırılır.
Sayqa-12
Sayqa-12 (rus. Сайга-12) — Kalaşnikov avtomatı əsasında düzəldilmiş rus yarı avtomat atəş silahı. Adını Sayga antilopundan götürür. Ümumiyyətlə 12 gauge sursatlardan istifadə edirlər, lakin 20 gauge və 410-luq sursatlardan istifadə edən Sayqa-20 və Sayqa-410 modelləri də mövcuddur.
Taras Şamba
Taras Şamba (29 iyul 1938, Suxumi – 13 oktyabr 2020) — Abxaziya və Rusiya ictimai-siyasi xadimi, hüquq elmləri doktoru (1985), Rusiya Dövlət Ticarət və İqtisadiyyat Universitetinin prorektoru (2002-2008), Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri. Qeyri-rəsmi olaraq ömürlük "Abxaziyanın xalq prezidenti" tituluna malikdir. Qardaşı Sergey Şamba Abxaziya Respublikasının keçmiş baş naziridir. == Bioqrafiya == 1963-cü ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İş həyatına Suxumi Prokurorluğunun müstəntiqi olaraq başlamış, Sovet İttifaqı Kommunist Partiyası Abxaziya Regional Komitəsində təlimatçı işləmişdir. 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası İK yanında Ali Partiya Məktəbini, 1975-ci ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. 1975-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dövlətin nəzəriyyəsi və praktikası, demokratiya və qanunun aliliyi, milli dövlət quruluşu və iş hüququ sahəsində mütəxəssisdir. Üstəlik bu mövzularda 300-dən çox nəşrin müəllifidir. 75-dən çox kitab və məqalənin müəllifi, Abxaziya Respublikası Konstitusiyası layihəsinin mətnini hazırlayanvə Abxaziya Respublikası Prezidentinin ilk populyar alternativ seçkilərinin təşəbbüskarı olan şəxsdir.
Şayla Abdullah
Şayla Abdullah (ing. Şayla Abdullah; 1971, Kəraçi) — Pakistan-Amerika yazıçısı və dizayneri. == Həyatı == Şaila Abdullah İngilis dili üzrə Patra Buhari Mükafatı, Qızıl Qələm Mükafatı, Oxucu Baxışları Mükafatı, Yazı İncəsənəti Mükafatı və Hobson Fondundan qrant almışdır. Cayenne Divarından Kənarda Norumbega Fiction Awards-ın ən yüksək mükafatı olan Görkəmli Bədii Ədəbiyyat Münsiflər Heyəti Mükafatını aldı. Onun kitablarına “Zəfəran yuxuları”, “Kayen divarından kənar” və üç uşaq kitabı daxildir: “Rani Göy qurşağının axtarışında”, “Dostum Suhana” və “Markonun bələdçisi”. O, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kitablar yazmışdır.2014-cü ilin əvvəlində Vaşinqton və Li Universitetindən bir araşdırma qrupu apardıqları araşdırmada, Saffron Dreams-dən 3000 sözlük bir keçidin oxumağın insanı daha az irqçi edə biləcəyini müəyyən etdilər. Roma Açıq Təhsil Məlumat Bazası tərəfindən İmmiqrasiya Ədəbiyyatının 50 Ən Böyük Əsərindən 1-i seçildi. == Əsərləri == Beyond the cayenne wall : collection of short stories, Lincoln, NE : iUniverse, 2005. ISBN 9780595370092 Saffron dreams : a novel, Ann Arbor, MI : Modern History Press, 2010. ISBN 9781615990252 My friend Suhana, Ann Arbor, MI : Loving Healing Press, 2014.
Şayla Staylz
Şayla Staylz (23 sentyabr 1982, Armstrong, Kanada – 9 noyabr 2017, Los-Anceles, Kaliforniya, ABŞ) — Kanadalı pornoqrafik film aktrisası. == Həyatı == Şayla Staylz Kanadanın Britaniya Kolumbiyası əyalətində kiçik bir şəhər olan Armstronqda anadan olub. O, alman mühacir ailəsinin qızı idi. Orta məktəbi doğulduğu Armstronqda bitirib. Orta məktəbi bitirdikdən sonra o, sekslə dolanmaq qərarına gəlib. Sonra onun cinsi qabiliyyətləri böyüklər agentliyinin kəşfiyyatçısı Erik Everhard tərəfindən aşkar edildi. Karyerasını inkişaf etdirmək üçün Vankuverə köçdü. Burada o, canlı söhbət və böyüklər saytlarında iş tapdı. Özünə sonradan istifadə edəcəyi "Şayla Staylz" səhnə adını seçdi. Bundan əlavə, striptizlə məşğul olmağa başladı.
Ayba Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.
Saba rayonu
Saba rayonu (tatar. Саба районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimalında yerləşir. Rayonun inzibati mərkəzi şəhər tipli Baylar Saba qəsəbəsidir. == Coğrafiyası == Rayon respublikanın şimalında yerləşir. Baltaç, Kukmara, Teləçe, Arça rayonları ilə həmsərhəddir. == Tarixi == 1920-ci ilə qədər rayonun ərazisi Mamadış və Layiş qəzalarının, 1920-ci ildən Mamadıış kantonunun tərkibinə daxil olur. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 28 noyabr 1991-ci ildə Respublika Ali Sovetinin qərarı ilə Teləçe rayonu Saba rayonu ərazisindən ayrılır. == Əhali == UrbanizasiyaŞəhər şəraitində (Baylar Saba qəsəbəsində) rayon əhalisinin 28,24% -i yaşayır.
Saya tikmə
Saya tikmə — bədii tikmələrdə geniş tətbiq edilən texnikalardan biri. == Texnika və növləri == Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli.
Saya xan
Saya Xan - türk, yakut və altay mifologiyasında sürü ilahı. Çaya Xan və ya Taya Xan olaraq da bilinər. Moğollar Zaya Xan və ya Yaya Xan deyərlər. Sürünü hər cür bəladan və pislikdən qoruyar. Mal və heyvanları gözləyib, güdər. Bu tanrıya bağlı Zayaçılar (Zayaqçılar/Çayaçılar/Çayaxçılar/Tayaçılar) adlı ruhlar olar və yer üzünə bərəkət aparırlar. Adına Saya mərasimi təşkil edilər. Altaylılar və yakutlar (bu gün belə) qurban olaraq kəsdikləri atın dərisini uzun bir sırığa keçirib eynilə at şəklinə salaraq asarlar. Bu qurban mərasiminə Tayılqa/Xayılqa (Tayıq/Tayığ/Tayalqa/Taylaqan) adı verilər. Mərasimi idarə edən yaşlıya isə Tayığçı deyilir.
Saya İçikava
Saya İçikava (市川 紗椰, 14 fevral 1987, Naqoya) – Yaponiya fotomodeli və tarento. 2011-ci ilə kimi orijinal səhnə adı Saya idi. Atası çeroki əsilli amerikalıdır, anası isə yapondur."Super Continental" agentliyi ilə əməkdaşlıq edir. == Həyatı == Saya İçikkava 14 fevral 1987-ci ildə Yaponiyanın Aiçi prefekturasının Naqoya şəhərində doğulmuşdur. 4-13 yaşlarında Detroyt şəhərində yaşamışdır. Kolumbiya, Çikaqo və Nyu-York Universitetlərinə qəbul olmuşdur. Kolumbiya Universitetinə daxil olmağı planlaşdırsa da, fotomodel karyerasına diqqət ayırmaq üçün kolleci bir il gecikdirmişdir. İçikava bir ildən sonra ABŞ-də qayıtmaq istəsə də, karyerasından zövq almış və Yaponiyada qalmaq qərarına gəlmişdir. 2010-cu ildə Vaseda Universitetindən məzun olmuşdur. İçikava 16 yaşında "Vivi" və "25ans" jurnalları üçün fotomodel olmağı qəbul etmişdir.
Şaya LaBaf
Shia Saide LaBeouf (ing. Shia LaBeouf; 11 iyun 1986) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.Transformers,Disturbia,Even Stevens və s. filmlərindəki rolları ilə tanınır.