Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sakyurd
Sakyurd — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Sakyurd - Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Azərbaycanlıların mənşəyi baxımından qiymətli toponimlərdəndir. E.ə. VII əsrdə Cənubi Qafqaza gəlmiş qədim türk mənşəli sak tayfasının adını əks etdirir. Dağın adındakı "yurd" sözü göstərir ki, dağ sakların maldar elləri üçün yaylaq yeri olmuşdur. Azərbaycanda Tuqyurd, Xəzəryurd, Çoryurd və b. tayfa adı ilə bağlı dağ adları kimi, Sakyurd dağ adı da sakların maldar el olduğunu göstərir. Azərbaycanda Sakdağ (Şəki rayonu) və Türkiyənin şərqində Sakdağ adları ilə mənşəcə eynidir.
Sakura
Sakura (yap. さくら, yap. 桜, 櫻) — 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır. Sakura adlanan növlərin çoxu əsasən dekorativ bitkilərdir və kiçik, yeyilməyən meyvələr bitirirlər.
Sakura Noşitani
Sakura Noşitani (d. 29 sentyabr 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Sakura Noşitani 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Sakura Noşitani həmdə 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. Sakura Noşitani 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Rie Matsubara, Sayuri Sugimoto və Kiko Yokota ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Sakura Soqoro
Sakura Soqoro (佐倉惣五郎, 1605 – sentyabr 1653) və ya Sakura Soqo – XVI əsrin ikinci yarısında Yaponiyada yaşamış əfsanəvi fermer. Əsl adı Kiuçi Soqorodur. Əfsanəyə görə Şimosa əyalətinin Sakura hanında bir kənd başçısı olan Sakura Soqo ağır vergilərdən əziyyət çəkən kəndliləri xilas etmək üçün Sakura daymyosuna müraciət etmiş və regiondakı vergiləri azaltmasını istəmişdir. Lakin müraciəti nəticəsiz qaldıqdan sonra təkbaşına Edo şəhərinə getmiş və birbaşa şoquna müraciət təqdim etmişdir. Həmin dövrdə birbaşa şoquna müraciət təqdim etmək ölümlə cəzalandırılırdı. Deyilənə görə şoqun onun müraciəti müsbət qiymətləndirərək vergiləri azaltmış, lakin Sakura və ailəsini edam etdirmişdir. Sakura Soqoronun real şəxs olub-olmadığı mübahisə mövzusudur və onun mövcudluğu haqqında tarixi dəlillər çox azdır. 1652-ci ilə aid fermer siyahısında Soqo adlı fermer də var. 1722-ci ildə aid "Sakura fudoki" qəzeti Soqoro adlı birinin edamından bəhs etmişdir. Buna baxmayaraq, Sakura Soqoro əfsanəsi kabuki tamaşalarından və populyar ədəbiyyatda çox istifadə edilən mövzuya çevrilmişdir.
Stiven Sakur
Stiven Sakur (ing. Stephen Sackur; 9 yanvar 1964, Spilsbi[d], Linkolnşir qraflığı[d]) — HARDtalk proqramında aparıcı, BBC World News və BBC News telekanallarında xarici işlər üzrə müxbir. Həmçinin, BBC World News telekanalında GMT proqramının da əsas aparıcısıdır. On beş il fəaliyyəti dövründə Stiven, BBC-nin xarici işlər üzrə müxbiri, HARDtalk proqramında aparıcı, bir sıra qəzet və jurnallarla müntəzəm əməkdaşlıq aparan jurnalist olmuşdur. Sakur İngiltərənin Linkolnşir əyalətinin Şpilsbi şəhərində anadan olmuş və Kral VI Eduard adına Akademiyada tam orta təhsilini başa vurduqdan sonra Kembric və Harvard Universitetində ali təhsil almaq şansı qazanmışdır. Sakur 1986-cı ildə BBC-də təcrübəçi olaraq işə başlamış və 1990-cı ildə xarici işlər üzrə müxbir təyin edilmişdir. BBC Radio müxbiri olaraq, Sackur 1989-cu ildə Çexoslovakiyanın Məxməri inqilabı və 1990-cı ildə Almaniyanın yenidən birləşməsi haqqında məlumatları canlı yayında otürmüşdür. Körfəz müharibəsi əsnasında, qarşıdurmanı işıqlandıran bir BBC komandasının bir hissəsi olmuş və səkkiz həftəni ingilis ordusu ilə birlikdə bir jurnalist olaraq keçirmişdir. Müharibənin sonunda, Küveytdən çıxan yolda geri çəkilən İraq ordusunun qırğını barədə məlumatları KİV-ə yansıdan ilk jurnalist olmuşdur. Sakur, 1992–1995-ci illər arasında Misirin Qahirə şəhərində yaşamış və BBC-nin Yaxın Şərqdəki müxbiri olaraq çalışmışdır.
Tupak Sakur
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
Qışlaq-i Şakur (Urmiya)
Qışlaq-i Şakur (fars. ‎‎قشلاق شكور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası — Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən böyük xəstəxana kompleksi. Çam ve Sakura adı ilə simvollaşdırılan Türkiyə və Yaponiya əməkdaşlığı ilə birgə hazırlanmışdır. Xəstəxana kompleksi 2020-ci ilin may ayında istifadəyə verilib. == Tarixi == Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası Türkiyənin üçüncü ən böyük səhiyyə investisiya layihəsidir. O, Səhiyyə Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlıq (PPP) modelində həyata keçirilib, Yaponiya Bankı və Nippon İxrac və İnvestisiya Sığortası da daxil olmaqla doqquz müxtəlif qlobal maliyyə korporasiyası tərəfindən maliyyələşdirilib. Layihənin dəyəri 163 milyard yapon yeni (təqribən 1,5 milyard ABŞ dolları) təşkil edib. O, Türkiyənin Rönesans Səhiyyə və Yaponiyanın Sojitz korporasiyası tərəfindən hazırlanıb. Xəstəxana kompleksinin tikintisinə 2016-cı ildə başlanılıb və 2020-ci ildə başa çatdırılıb. Səhiyyə sahəsində investisiya layihəsi Tomson Reuters Fondunun Layihə Maliyyələşdirmə Beynəlxalq Mükafatları çərçivəsində “İlin PPP Müqaviləsi” mükafatına layiq görülüb. Xəstəxananın ilk bölməsi yalnız COVID-19 xəstələrinin müalicəsi üçün 20 aprel 2020-ci ildə istifadəyə verilmişdir.