Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Antonio Saloso
Antonio Saloso (4 sentyabr 1940) — Filippinli keçmiş üzgüçü. Antonio Saloso Filippini 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antonio Saloso birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:53.3 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Şalot xanım
Şalotun ledisi (ing. Lady of Shalott) — Alfred Tennison (1809-1892) tərəfindən yazılmış romantik şeir adıdır. Bu şeir Kral Artur haqqında əfsanələr toplumunun bir hekayəsidir. Orta əsrlər dövründə (VI-XVI əsrlər) xalq arasında çox populyar idi. == Xülasəsi == Bu uzun şeir Astolatlı Eleyna (XIII əsr) əfsanəsindən ilham alınıb. Bu, bir gənc xanımın hekayəsidir, o, Kral Arturun ölkəsinin paytaxtı yaxınlığında olan Şalott adasındakı qalada yaşayır. Bu xanım rəvayətə görə tilsimlənib. O, dünyaya birbaşa baxa bilmir. Ona görə də o, hər gün dünyaya güzgü vasitəsi ilə baxır. Qalanın başındaki pəncərə qarşısında güzgüyə baxaraq, gördüyünü xalça üstünə toxuyur.
SACLOS
SACLOS (ing. Semi-Automatic Command to Line of Sight azərb. Görmə Xəttinin Yarım Avtomatik Komandası‎) termini ikinci nəsil raket başlığı sistemidir. Bu sistemdə, raket atıldıqdan sonra operator hədəf vurulana qədər hədəfi işarələməyə davam edir. Bu iş üçün elektron işarələmə sistemləri istifadə olunur. SACLOS-da iki növ işləmə sistemi mövcuddur: == Kabel və ya radio SACLOS-u == Nişangah hədəfin yeri ilə və raketin marşrutunu hesablayır. Raket atıldıqdan sonra sistem hədəfdəki vəziyyəti və raketin dəqiq marşrutunu hesablamağa davam edir. Əgər raketin marşrutu hədəf yolundan çıxarsa, sistem raketə yeni bir uçuş marşrutu verir və onu düzəldir. Bu düzəlişi edərkən sistem radio siqnallarından və ya bir kabeldən (simdən) faydalanır. Radio siqnallarının istifadəsinin mənfi tərəfi budur ki, düşmən qarışdırma siqnalları yaradan jammer cihazları istifadə edərək raketi hədəfdən kənar bir nöqtəyə yönəldir.
Salfet
Salfet (fr. serviette) — yemək zamanı istifadə olunan süfrə aksesuarı == Tarixi == Salfetlərdən istifadə hələ orta əsrlərdə mövcud idi. İnsanlar yemək zamanı salfet kimi işlətdikləri dəsmalları sol çiyinlərinə asırdılar. Kağız salfetlərdən istifadə olunması XIX əsrin ortalarına təsadüf edir. Süfrədə ipək əl dəsmalları ilə yanaşı, kağız dəsmallarda olmalıdır. Bir neçə sadə hərəkətlə adi salfetlərə çox görkəm vermək olar ki, bu da süfrəni daha maraqlı göstərir.
Satoşi
Satoşi — ad
Waldst.
Frans Adam fon Valdeşteyn (alm. Franz Adam von Waldstein‎; 14 fevral 1759, Vyana – 24 may 1823) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Frans Adam fon Valdeşteyn toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == «Descriptiones et icones plantarum rariarum Hungariae», Vena, 1803—1812 == Şərəfinə adlandırılmış taksonlar == Waldsteinia Willd. — Rosaceae fəsiləsinə aid bitki cinsi Növlər: Campanula waldsteiniana Roem. et Schult. Salix waldsteiniana Willd.
Şarlott
Şarlott (ing. Charlotte) — ABŞ-nın Şimali Karolina ştatında şəhər.
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Alosa
Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi. Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır. Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. == Qaloş sözü necə yaranmışdır? == Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. == Növləri == Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır; Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. == Salatlar haqqında maraqlı məlumatlar == Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salou
Salou (yun. Salauris) — İspaniyanın Taraqona vilayətində şəhər və qəsəbə.
Salsk
Salsk — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Andre Salvat
Andre Salvat (1920 - 2017) — Fransa Ordusunun polkovniki.
Azeri (volost)
Azeri (est. Aseri vald) — Estoniyada balaca bir volost. Volostin sahəsi — 67,1 км². Onlardan 30 % meşədir. Volost mərkəzinin ərazisində 8 kənd var. Məlumatlara görə 2003-cü ildə Kooqu kəndində 38 insan yaşayırdı, Rannu kəndində — 201, Kırtsialuse kəndində — 33, Azerialu kəndində — 30, Kırkkyula kəndində — 38, Kalvi kəndində — 40, Kestla kəndində — 37, Oru kəndində — 24 adam.
Dudleya saxosa
Dudleya saxosa (lat. Dudleya saxosa) — dovşankələmikimilər fəsiləsinin dudleya cinsinə aid bitki növü.
Icadyptes salasi
Icadyptes salasi — Pinqvinkimilər fəsiləsinə aid olan nəsli kəsilmiş növ. Onlar əsasən Cənubi Amerikanın tropik ərziləri sahillərində yayılmışdılar. Cins adı iki sözün birləşməsindən əmələ gəlmişdir: "Ica" — Perunun İka regionu, "dyptes" yunan məşhəlli soz olub "üzgüçü". Növ adı isə Peru paleontoloqu Rodolf Salasın şərəfinə adlandırılmışdır. Bu növə aid tapintılar İka departamentində Şimali Karolina Universiteti əməkdaşı olan Culii Klarkın rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Bu tapıntıya aid qalıqlar 1,5 m uzunluğa malikdirlər. Bu canlılar indiyənə qədər mövcud olmuş pinqvinlər arasında ölçüsünə görə üçüncüdürlər. Icadyptes salasi və Perudyptes devriesi növləri yaşadığı ərazilər əsasən isti bölgələr təşkil etmişdir. Hazırda isə, ancaq Eynəkli pinqvin və Qalapaqos pinqvini isti enliklərdə yaşayır. Alimlərin fikirinə görə pinqvinlər Antarktida, Yeni Zelandiya və cənub enliklərindən ekvatora 10 mln il öncə yayılmışlar.
Lu Salome
Lu Andreyas Salome (rus. Луиза Густавовна Саломе; 12 fevral 1861[…], Sankt-Peterburq – 5 fevral 1937[…], Göttingen) — rus əsilli psixoanalitik və yazıçı. Onun fərqli intellektual maraqları Nitşe, Freyd, Rilke də daxil olmaqla görkəmli qərb mütəfəkkirləri ilə dostluğuna səbəb olmuşdur. == İlk illər == Lu Salome Sankt Peterburqda müharibə generalının ailəsində dünyaya göz açıb. Salome valideynlərinin tək qızı, beş qardaşın bir bacısı olub. Sonradan ona nasistlər tərəfindən " fin yəhudisi" deyilsə də, onun valideynləri əslində Fransız protestantı və şimali alman mənşəli olublar. Təhsil axtarışında olan Salome 17 yaşında 25 yaşlı holland pastoru Hendrix Qilyotdan fəlsəfə, ilahiyyat, dinlər və alman, fransız ədəbiyyatını öyrəndi. Qilyot Salomeyə o qədər vurulur ki, öz arvadından boşanıb onunla ailə qurmağı planlaşdırır. Salome universitet təhsili almaq üçün anası ilə birgə Zürixə köçür. Bu səfərin onun fiziki durumu üçün də xeyirli olacağını düşünürdülər; həmin vaxtlar Salome qan öskürürdü.
Masaj salonu
Masaj salonu — masaj xidmətlərinin ödənişli olduğu yer. Masaj salonu termini ümumiyyətlə kommersiya məqsədli erotik masaj xidməti təklif edən məkanlar üçün istifadə olunur. Fahişəliyin qeyri-qanuni olduğu dövlətlərdə, ərazilərdə, regionlarda masaj salonları saunalar və spa müəssisələri kimi müntəzəm olaraq, fahişəliyin ön təşkilatı kimi çıxış edirlər. Masaj salonu termini adətən fahişəxana üçün evfemizm kimi istifadə olunur və masaj salonları kimi maskalanan qeyri-qanuni fahişəxanalar bir çox ölkələrdə olduqca geniş formada yayılmışdırlar.