Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şarğun
Şarğun (özb. Shargʻun) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Margun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Parkur
Parkur (fr. parkour, parcours, parcours du combattant - "məsafə", "maneə həddi" sözünün təhrif olunmuş forması) — bir qayda olaraq şəhər şəraitində yerdəyişmə, maneələri aşma sənəti. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Hərəkatın ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir. Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri (məhəccərlər, hasarlar, divarlar və s.) də, xüsusi hazırlanmış konstruksiyalar (məşqlər və tədbirlər zamanı istifadə olunan) da ola bilər.
Qarpun
Qarpun — ilk qarpundan istifadə Mezolit dövrünə təsadüf edir. Bununla belə Konqonun Katande ərazisində 74-174 min il öncəyə aid olan sümükdən hazırlanmış qarpun aşkarlanmışdır. Qarpun həmcinin kope adlandırılır. Əsasən sualtı tüfəngi və qarpun topunda istifadə edilir. İri dəniz məməlilərini ovlamaq məqsədilə qarpuna partlayıcı yerləşdirilir.
Qarxun
Qarxun (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Qarxun (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Qarxun (Aşağı Tarım) — Qəzvin ostanında kənd.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Sarkel
Sarkel (və ya Şarkil, Xəzər dilində "ağ ev") ― müasir Rusiyanın Rostov vilayətində, Don çayının sol sahilində mövcud olmuş qala. Qala 830-840-cı illərdə Bizansın köməyi ilə Xəzərlər tərəfindən tikilmişdir. İnşasında istifadə olunan ağ əhəngdaşı səbəbilə qala Sarkel, yəni "ağ ev" adlandırılmışdır. Sarkel Don çayının sol sahilindəki təpədə yerləşirdi. Hal-hazırda həmin ərazi Simlyansk su anbarının inşasından sonra su altında qalmışdır. Sarkel 833-cü ildə Xəzər dövlətinin şimal-qərb sərhədini qorumaq üçün tikilmişdi. Xəzərlər müttəfiqləri olan Bizans imperatoru Feofildən istehkamla əhatə olunmuş bir paytaxt qurmaq üçün mühəndislər istəmiş və Teofil baş mühəndisi Petronas Kamaterosu göndərmişdi. Bu xidmətlərin müqabilində isə Xəzər xaqanı bəzi Krım müstəmləkələrini Bizansa vermişdi. Tarixçilər Donda niyə bu qədər güclü bir qala tikildiyini müəyyənləşdirə bilməmişdirlər. Onlar bu məsrəfli tikintinin Xəzərlər üçün təhlükə yaradan hər hansı bir regional gücün yüksəlməsindən qaynaqlandığını iddia edirlər.
Sarvan
Şəhərlər Gürcüstan Sarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi. Kəndlər Azərbaycan Sarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Gürcüstan Sarvan (kənd) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Bələdiyyələr Azərbaycan Sarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə. Gürcüstan Sarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Sarxan
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Sirkən
Sirkən (lat. Atriplex) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Atriplex amnicola Atriplex argentea Atriplex bunburyana Atriplex californica Atriplex canescens Mərkəzi Asiya sirkəni (Atriplex centralasiatica Iljin) Atriplex cinerea Atriplex confertifolia Atriplex cordulata Atriplex coronata Atriplex coulteri Atriplex depressa Atriplex elegans Yabanı sirkən (Atriplex fera (L.) Bunge) Atriplex fruticulosa Şoranlıq sirkəni (Atriplex halimus L.) Atriplex hortensis Atriplex hymenelytra Atriplex joaquiniana Atriplex lentiformis Atriplex leucophylla Atriplex lindleyi Atriplex littoralis Atriplex nummularia Atriplex pacifica Atriplex paludosa Atriplex paludosa subsp. baudinii Atriplex parishii Atriplex parryi Atriplex patula Atriplex phyllostegia Atriplex plebeja Atriplex polycarpa Atriplex pusilla Atriplex rosea Atriplex semibaccata Atriplex serenana Atriplex spinifera Atriplex suberecta Atriplex subspicata Atriplex truncata Atriplex tularensis Atriplex vesicaria Atriplex vesicaria subsp. variabilis Atriplex watsonii Armola (Kirschl.) Montandon Blackiella Aellen Halimus Wallr. Haloxanthium Ulbr. Morrisiella Aellen Neopreissia Ulbr. Obione Gaertn. Pachypharynx Aellen Senniella Aellen Theleophyton (Hook.f.) Moq.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Şampun
Şampun — Tədricən saçda toplanan yağları, çirki, dəri parçacıqları, kəpəyi, ətraf mühitin çirklədicilərin və digər çirkləndirici maddələri aradan qaldırılması üçün istifadə olunan saç qayğı məhsuludur.
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Ellen Barkin
Ellen Barkin (ing. Ellen Rona Barkin; d. 16 aprel 1954, Bronks, Nyu-York) — Emmi mükafatı almış Qızıl Qlobus mükafatına namizəd olmuş ABŞ aktrisası. Kimyəvi maddə satan ata və xəstəxana idarəçisi olan ananın övladı olan Barkin, yəhudi ailəsində anadan olmuşdur. Barkin, Manhetten liseyinin "Səhnə Sənətləri Fakültəsi"ndə təhsil almışdır. Daha sonra "Hunter Kolleci"ndə tarix və teatr təhsili alan sənətkar, antik tarix mövzusunda peşəkarlaşmaq istəyərkən aktyorluq təhsili almağa başlamışdır.
Hallavar (Sarvan)
Hallavar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Haruun-Kel
Haruun-Kel (ing. Haruun Kal) — "Ulduz müharibələri" kainatında uydurma planet. Klon müharibələri zamanı Haruun-Keldə Qalaktik respublika ilə Müstəqil Sistemlər Konfederasiyası arasında döyüş baş vermişdir. Ceday ustası Meys Vindu bu planetdəndir. Klon müharibələrinədn sonra Qalaktik imperiya Haruun-Keldəki üsyanı yatırmaq üçün oraya öz qüvvələrini göndərmiş, döyüş orbital bombardman və imperiyanın qələbəsi ilə başa çatmışdır. Planet haqqında "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də daha geniş məlumat verilir. Planetin səthi Yerə bənzəyir, cəngəlliklərdən, yaylalardan və vulkanlardan ibarətdir. Planetin sıx yaşıllığı xəstəlik törədən həşəratlar, parazitlər və davamlı göbələklərlə doludur. Buna baxmayaraq, planetdə korunnay adlanan insanlar yaşayır. == İstinadlar == == Xarici keçidlər == Haruun Kal — Vukipediya saytında.
Helen Şarman
Helen Şarman (ing. Helen Patricia Sharman; 30 may 1963, Şeffild, İngiltərə) — Böyük Britaniya kosmonavtı.
II Sarkis
II Sarkis — Mesxetiyanın III Çarı. Səlcuqlarla müharibə siyasətinə davam etmiş. Bibisioğlu V Georgi tərəfindən Gürcüstanın baş sərkərdəsi təyin olunmuşdu. 1334-cü ildə vəfat etmiş, yerinə qardaşı I Kvarkvare keçmişdi.
II Sarqon
II Sarqon (assuriyaca Şarrum-ken, mənası "Həqiqi padşah"; təq. e.ə. 765, Nimrud – e.ə. 705) — Assuriyanın çarı, 722 — 705, III Tiqlatpalasarın kiçik oğlu. == Hakimiyyəti == Ullusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. O, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini də Urartuya güzəştə gedir. Hadisələrin bu cür dönüşündən qəzəblənən Assuriya Manna üzərinə hücuma keçir. Assuriya şahı II Sarqon Baqdattunu tutaraq onun dərisini soymağı əmr edir. Baqdattunun dərisini soyur, cəsədini isə mannalara görk olmaq üçün nümayiş etdirirlər. Assuriyalılar Mannanın paytaxtı İzirtu şəhərini yandırır, bir çox qalalarını zəbt edirlər.
I Sarkis
I Sarkis (gürc. სარგის I ჯაყელი) - 1268-ci ildə hakimiyyətə gəlmiş ilk Mesxetiya çarı. VII Davidin Elxanilərə qarşı üsyanına başçılıq etmişdir. Arqun ağa Oyrotu 1262-ci ildə məğlub etmişdi. Daha sonra Hülakü xana təslim olaraq əfv olunmuş, hətta xanın həyatını Bərkəyə qarşı müharibədə xilas etmişdi. Xan ona görə də ona Ərzurum şəhərini hədiyyə vermişdi. 1266-cı incu statusunu qazanmışdı. 1268-ci ildə isə xan ona muxtar hakimiyyət hüququ verdi və o II Demetrenin mərkəzi hakimiyyətinə tabe olmamağa başladı. 1279-cu ildə taxtdan əl çəkərə Sapara monastırında keşiş oldu və Saba adını aldı, yerinə oğlu keçdi. 1285-ci ildə vəfat etdi.
Jan Şarden
Jan Şarden (fr. Jean Chardin; 16 noyabr 1643[…], Paris – 26 yanvar 1713, Çizik[d]) — fransız səyyahı. == Həyatı == Jan Şarden (1643–1711) varlı zərgər oğlu idi, ömrünün bir neçə ilini Azərbaycanda və İranda yaşamışdı. O, şərqə briliant almağa yollanmışdı.
Keşəli (Sarvan)
Keşəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Kəpənəkçi (Sarvan)
Kəpənəkçi (Kürüstü Kəpənəkçi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kəpənəkçi ərazi birliyinə daxildir bu kəndlər: İkinci Kosalı Birinci Kosalı Kəpənəkçi İlməzli Keşəli Ambarovka Alget üzümçülük təsərüfatı == Coğrafi mövqeyi == Kəpənəkçi kəndi Marneuli rayonunun Qardabani ilə sərhəd zonasında Kür çayının sağ sahilində dəniz səviyyəsindən 280-300 metr hündürlükdə yerləşir. == Əhalisi == 2002-ci ilin siyahıyaalmasının nəticələrinə əsasən kənddə 1383 nəfər əhali yaşayır ki, bunların da 711-i kişilər, 672-si isə qadınlardır. Kənd əhalisinni 96%-i azərbaycanlılardan ibarətdir. = Xarici keçidlər = Региональный Информационный портал Квемо-Картли: Поселившимся в Квемо Болниси беженцам выдали удобрение для аграрной деятельности.