Sarxanbəyli
Sarxanbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi-Bir məlumata görə, Yünsür paşa Şahqulu paşa oğlu adlı bir el başçısı Anadoludan, Osmanlı dövlətindən eldöndülük edərək Qızılbaşlar məmləkətinə sığınmışdı. Özü ilə oğul-övladlarını, qohum-əqrabalarını da gətirmişdi. Onları Muğan düzündə yerləşdirmişdilər. Yünsür paşanın Allahqulu paşa adlı qardaşı, Sarıxan bəy, Bidalı bəy, Qoca bəy adlı nəvələri ilə məiyyəti Qurd bəyin də Polad bəy, Dəmir bəy, Quzat bəy adlı xidmətçiləri vardı.
Sarıxan bəydən Bədr xan və sarıxanbəylilər törəmişlər.
Bidali bəydən məstalıbəyli, qaraqasımlı, alıbabalı, novruzalıbəyli oymaqları yaranmışdır.
Qoca bəydən Qocabəylilər əmələ gəlmişdir.
Qurd bəydən isə göstərilən kimi poladlı, dəmirçili, quzatlı tayfaları meydana çıxıb.Bir versiyaya görə, Yünsür paşanın Qoca bəy, Bəndalı bəy, Polad bəy, Dəmir bəy, Sarıxan bəy, Novruzəli bəy adlı oğulları vardı. Novruzəlibəyli tayfasından olan 2008-ci ildə 98 yaşlı Hüseynxan bəy Nəcəfqulu xan oğluna görə, Qoca bəy, Novruzalı bəy, Sarıxan bəy, Dəmir bəy, Bəndalı bəy, Polad bəy qardaşdırlar.