Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parovoz
Parovoz və ya buxar lokomotivi ― çəkmə gücünü buxar mühərriki vasitəsilə istehsal edən dəmir yolu lokomotiv növü. Bu lokomotivlər qazanda buxar çıxarmaq üçün adətən kömür, odun və ya neft kimi yanacaq materiallarından istifadə edirlər. Buxar lokomotivin əsas təkərlərinə mexaniki olaraq qoşulan porşenləri hərəkətə gətirir. Həm yanacaq həm də su lokomotivlə birlikdə ya lokomotivin özündə, ya da arxasında çəkilən vaqonlarda (tenderlərdə) nəql olunur. Buxar lokomotivləri ilk dəfə Birləşmiş Krallığda 19-cu əsrin əvvəllərində hazırlanmış və 20-ci əsrin ortalarına qədər dəmir yolu nəqliyyatında istifadə edilmişdir. İlk buxar lokomotivini Riçard Trevitik hazırlamışdır. Con Blenkinsopun müəllif olduğu ticari baxımından uğurlu olan ilk buxar lokomotivin adı Salamanka idi; Corc Stivenson və onun oğlu Robertin şirkəti "Robert Stephenson and Company"-nin istehsal etdiyi Locomotion № 1 1825-ci ildə Stokton — Darlinqton ictimai dəmir yolunda sərnişin daşıyan ilk buxar lokomotivi oldu. 1830-cu ildə Corc Stivenson Liverpul və Mançesteri birləşdirən ilk şəhərlərarası dəmir yolunu açdı. Buxarın dəmir yolları üçün istifadə olunmasının ilk onilliyində "Robert Stephenson and Company" Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Avropanın əksər hissəsində tanınmış buxar lokomotivi istehsalçısı idi. 20-ci əsrdə "London and North Eastern Railway" şirkətinin baş mühəndis mexaniki Naycel Qrezli bir neçə tanınmış lokomotivin layihəsini hazırladı, onlar içərisində sərnişin xidmətində rəsmi olaraq 100 mil / saat sürəti qət edən "Flying Scotsman" və hələ də dünyanın ən sürətli buxar lokomotivi (saatda 126 mil) olan "A LNER Class A4"-ə aid olan "4468 Mallard".
Sarovlu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. Kənddə əsas məktəb və tibb məntəqəsi var. Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Arkadi Yalovoy
Arkadi Yalovoy (rus. Аркадий Антонович Яловой; 1894, Yekaterinodar, Rusiya imperiyası) — SSRİ kinooperatoru. == Həyatı == Arkadi Yalovoy 1894 -cü ildə Yekaterinodar şəhərində dünyaya gəlib. Riqa Politexnikumunda təhsil alıb. 1922-ci ildən Mərkəzi Əmək İnstitutundakı kinofotolaboratoriyanın müdiri olub. ÜDKİ-də dərs deyib. == Filmoqrafiya == Bismillah (film, 1925) (tammetrajlı bədii film) — operator, ikinci rejissor. Dördüncü Bakı yarmarkası (film, 1925) (qısametrajlı sənədli film) Nəriman Nərimanovun dəfni (film, 1925) (qısametrajlı sənədli film) Şaxsey-vaxsey (film, 1925) (qısametrajlı sənədli film) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.
Vasili Lanovoy
Vasili Semyonoviç Lanovoy (16 yanvar 1934, Moskva – 28 yanvar 2021, Moskva) — rus aktyoru. SSRİ xalq artisti (1985). Lenin mükafatı laureatı (1980). Va­si­li La­no­voy 1934-cü il yan­va­rın 16-da dün­ya­ya göz açıb, uşaq­lıq il­lə­ri ba­cı­la­rı Va­len­ti­na və Lyud­mi­la ilə va­li­deyn­lə­ri­nin ça­lış­dı­ğı za­vo­dun ya­taq­xa­na­sın­da ke­çib. Bir də­fə Va­si­li dos­tu Vo­lod­ya ilə gəz­mə­yə ge­dir­lər. Yol­da afi­şa­da oxu­yur­lar ki, Pio­ner­lər sa­ra­yın­da Mark Tve­nin “Tom So­yer” ta­ma­şa­sı gös­tə­ri­lir. Dost­lar ta­ma­şa­ya bax­ma­ğa ge­dir­lər. Gö­rür­lər ki, ta­ma­şa­da oy­na­yan­la­rın ha­mı­sı on­la­rın həm­ya­şıd­la­rı­dır, qə­ra­ra gə­lir­lər ki, on­lar da akt­yor ol­sun­lar. Te­atr rəh­bə­rin­dən xa­hiş edir­lər ki, on­la­rın da ad­la­rı­nı dər­nə­yə yaz­sın. Be­lə­lik­lə, Va­si­li sə­nət alə­mi­nə qə­dəm qo­yur.
Çasovoy adası
Çasovoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində hissəsində, Komsomoles (4,5 km şimalda) və Oktyabr İnqilabı adası (3 km cənubda) arasında adasının Qırmızı Ordu boğazında yerləşir. Ovalvari formaya malikdir. Dianetri 200 metr təşkil edir. Sahilləri hündürdür. Sahillində dərinlik 155 metrə çatır.
Şaronov binası
Yevgeni İvanoviç Şaronovun binası - Taqanroq şəhərinin mərkəzində, XX əsrin əvvəllərində inşa edilən bina. Şaronovun binası Taqanroq şəhəri Frunze küçəsi, ev 80 ünvanında yerləşir. Bina 1912-ci ildə modern stilində inşa edilmişdir. Şaronovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina layihəsinin rəhbəri Fyodr Opisoviç Şextel olmuşdur. Bina 1912-ci ildə Fyodr Opisoviç Şextelin layəsi əsasında modern stilində inşa edilmişdir. 1917-ci ilə qədər binanın sahibi un məmulatları taciri Yevgeni İvanoviç Şaronovun olmuşdur. O, binanı qızının şərəfinə tiktirmişdir. 1920 - 1922 illərdə binada ipəkçilik stansiyası yerləşirdi. Böyük Vətən müharibəsi dönəmində binada Almaniyanın 1-ci tank diviziyasının qərargahı yerləşirdi.
Erməni Sarovu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. == Yerləşməsi == Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. == Dövlət müəssisələri == Kənddə əsas məktəb və tibb məntəqəsi var. == İş müəssisələri == Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.
Şarvyo-Şavanyo
Şarvyö-Şavanyö (fr. Charvieu-Chavagneux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Şeryuy kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38085. Kommunanın 1999-cu il üçün əhalisi 7889 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 251 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Şatovyo (Yuxarı Alplar)
Şatovyö (fr. Châteauvieux, oks. Chasteuvielh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05037. 2008-ci ildə əhalinin sayı 438 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 286 nəfərdən (15-64 yaş) 214 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.8%, 1999-cu ildə 68.2%). 214 fəal 200 nəfərdən (118 kişi və 82 qadın), 14 nəfər işsiz (6 kişi və 8 qadın) idi.
Maralyan-Sarov
Maralyansarov — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == Qarabağda iki Sarov adlı kənd vardı. Onlardan biri Maralyan Sarov, digəri Bəyim Sarov adlanırdı. Maralyan kənd adı Cənubi Azərbaycanın Ərdəbil əyalətinin Bərzənd mahalında Maraluy kəndindən çıxmış ailələrin XVI əsrdə məskunlaşması nəticəsində yaranmışdır. Bu da Maraluy kənd- adından fars dilində cəm bildirən-an şəkilçisindən ibarətdir. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Tərtər rayonunun ərazisinə düşüb. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Maralyansarov kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Maralyansarov kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Sarov (Goranboy)
Sarov — Azərbaycan Respublikasının Goranboy rayonunun Sarov kənd inzibati ərazi dairəsində kənd. Sarov kəndi Gəncə-Qazax düzənliyindədir. Oykonim özündə Sərab mahalının adını əks etdirir. Yasayış məntəqəsi 1820-ci ildə Şəkiyə, oradan isə bu əraziyə köçmüş ailələr tarəfindən məskunlaşmışdı. Sonralar Qarabağdan, Gəncə ətrafı kəndlərdən, Qazax, Gədəbəy r-nlarından, Dağıstandan gəlmis ailələr də burada yerləsdilər. İkinci kənd isə həm də Erməni Sarov, Təzə Sarov, Paşakənd də adlanır. 1937-ci ildə Ermənistanın Axta (indiki Razdan) rayonunun Paşakand (indiki Marmarik) kəndindən yerli azərbaycanlıları köçürüb ennəniləri yərləşdirdilər. Azərbaycan ailələr isə buraya gəlib Sarov kəndinə məxsus torpaq sahəsində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoydular. Kəndin adl 1992-ci ildən Sarovlu kimi rəsmiləşdirilmisdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 914 nəfər əhali yaşayır.
Sarov (Tərtər)
Sarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kənd Cənubi Azərbaycanın Sərab mahalından gəlmə ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Goranboy və Tərtər rayonlarında keçmişdə üç Sarov adlı kənd vardı. İkisi Goranboy rayonunda Sarovların birində ermənilər gəlib yaşadığına görə erməni Sarov, digəri Müsəlman Sarov adlanmışdır. 1954-cü ildən Goranboy rayonundakı Sarov kəndi Tərtər rayonundakı Sarovdan çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmış və "Müsəlman Sarov" adlanmışdır.
Sarov bələdiyyəsi
Sarov bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Sarov bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə.
Şaroy rayonu
Şaroy rayonu (çeç. Шаройн кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Ximoy kəndidir. Rayon Çeçenistan Respublikanın cənub hissəsindək dağlıq bir ərazidə yerləşir. Şimalda Çeberloev ilə, qərbdə Çeçenistanın İtum-Kali rayonu, şərqdə Dağıstan Respublikası və cənubda Gürcüstanla həmsərhəddir. Gürcüstanla sərhəd təbii sərhəd olaraq Tuşeti silsiləsindən keçir. Ərazisi demək olar ki, bütünlüklə yüksən sahələrdən ibarətdir. Ən yüksək zirvəsi Tebulosmtadır (4493 m). 4000 m-dən yuxarı olan zirvələri vardır: Komito (4261), Diklosmata (4285 m), Danosmta (4174 m) və s. Keçidlər 3000–3500 m yüksəklikdədir.
Sarov bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Savoy Homann Hotel
Savoy Homann Bidakara Hotel — İndoneziyanın Bandunq şəhərinin Asiya-Afrika küçəsində yerləşən tarixi lüks dördulduzlu hotel. Bu otel 1939-cu ildə 19-cu əsrdə inşa edilmiş Homann otelini əvəz etmişdir. Hollandiyalı memar Albert Aalbers tərəfindən dizayn edilmiş otel art-deko eksteryer, interyer və tarixi mebellərə malikdir. Bu bina memarlıq irsi və Niderland Ost-Hindinin art-deko kolonial memarlığının gözəl nümunəsidir. 1810-cu ildə Böyük Poçt Yolu açıldıqdan sonra Preanger bölgəsində çoxlu müstəmləkə dövrünə aid əkin sahələri yaradıldı. 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə qədər Bandunq zəngin plantasiya sahibləri üçün xüsusən də həftə sonları tanınmış biznes, alış-veriş və istirahət məkanına çevrildi. Nəticədə şəhərdə otel biznesi çiçəklənirdi. İndiki sələfi olan otelin Homann Oteli 1871–72-ci illərdə Homann ailəsinə məxsus idi və bu ailə tərəfindən istifadə olunmuşdu. Bu otel xanım Homannın ləzzətli "Rijsttafel"i (hərfi mənada "düyü süfrəsi" kimi tərcümə olunan Holland sözü Qərbi Sumatranın Padanq bölgəsindən Nasi-padanqın hidanq təqdimatından sonra hollandlar tərəfindən uyğunlaşdırılmış İndoneziyaya aid yemək) ilə məşhur idi. Bu ilk kiçik bina qotika-romantik üslubda dizayn edilmişdir.