Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sabina
Sabina — ad. Sabina Florian — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Sabina Azema — Fransa aktrisası. Sabina Derflinger — Avstriyalı rejissor, ssenarist və prodüser; Digər Sabina (region) — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Agrostis salina
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Alessandro Safina
Alessandro Safina (14 oktyabr 1963, Siena, Toskana) — İtalyan tenor. == Bioqrafiyası == === Erkən illəri === Alessandro Safina 14 oktyabr 1963-cü ildə İtaliyanın, Toskana regionunun Siena şəhərində doğulub. Çox kiçik yaşlarında mahnı oxumaq kimi istedadının olduğu ailəsi tərəfindən kəşf edilib. Alessandro musiqi təhsili almağa başladıqda sadəcə 9 yaşı olub və klassik musiqiyə maraq göstərməyə başlayıb. Valideynləri opera həvəskərı olduğundan klassik musiqini Alessandroya aşılaya bilib və bu sahədə ona dəstək olublar. Xüsusi istedadı Alessandronun cəmi 12 yaşında musiqi akademiyasına daxil olmasına səbəb olub. === Karyerası === Artıq 17 yaşında Alessandro, Florensiyadakı professional Musiqi Konservatoriyası "di Luiza Cherubini"yə müraciət edib. Onun müraciəti qəbul edilib və qısa müddətdə Avropanın müxtəlif səhnələrində məşhur operaların aparıcı hissələrini ifa etməyə başlayıb. 1989-cu ildə, Mantovada italyan soprano Katia Riçiarelliyə həsr olunmuş "Concorso Lirico Internazionale" adlı müsabiqədədə birinci yerə layiq görülüb və opera sahəsində ilk mükafatını qazanıb. Bu mükafat onun parlaq karyerasının başlanğıcı olub.
Anna Sajina
Anna Sajina — rəqqas. Azərbaycanı 2008 Avroviziya Rəqs Müsabiqəsində Eldar Cəfərov ilə birlikdə təmsil etmişdir. == Həyatı == Anna Sajina - 24 yaşlı bu xanım İrkutsk şəhərinin Sibir vilayətində anadan olub. Hələ erkən yaşlarında o, öz dövrünün mütləq çempionları olan atası Sergey və anası Olqanın rəqs şəkilllərinə baxırdı. O, balerina olmağı həmişə xəyal edib. Anna özünü idman və incəsənətin müxtəlif növlərində sınayıb. Bir neçə dəfə rəqs studiosuna qəbul olma cəhdi uğursuz alınıb. Bunun səbəbi isə özünə düzgün tərəf müqabili seçməməsi olub. Anna 12 yaşında "Lotos" rəqs klubuna yazılıb və burada Nataliya və Vladislav İnkijekovlarla tanışlıq onun həyatını dəyişib. Onlar bu sahədə Annaya böyük dəstək olublar.
Artemia salina
Artemia salina- Artemia cinsinə mənsub duzlu sularda yayılmış xərçəngkimilərin qədim növüdür. == Morfoloji quruluşu == Bədən baş, döş və qarıncıqdan ibarətdir. Başda tək nauplial göz, fasetlı göz, antennullalar və antennalar, döşdə isə döş ətrafları yerləşmişdir. Qarıncıq çəngəlciklə qurtarır . == Təsnifatı == Kar Linneyin 1758-ci ildə nəşr olunan "Təbiətin sistemi" əsərində Cancer salinus kimi təsvir edilmişdir == Yayılması == Şimali Afrika, Cənubi Avropa və Anadoluda geniş yayılmışdır . == Əhəmiyyəti == Artemia salina balıqçılıq zavodlarında çoxaldılıb, körpə nərə balıqlarının yemləndirilməsində istifadə olunur .
Atriplex salina
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Drosera salina
Drosera salina (lat. Drosera salina) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Juniperus sabina
Qazax ardıcı (lat. Juniperus sabina) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya, Orta Asiya (Qazaxıstan, Qırğızıstan), Rumıniya, Bolqarıstan, Şimali Monqolustan, Çin (Tyan-Şan), Ukrayna və Ermənistanda yayılmışdır. Azərbaycanda yayılması: Naxçıvan MR və Quba rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Azərbaycanda Quba rayonu meşələrində subalp və alp meşə qurşağında dəniz səviyyəsindən 2000–3000 m hündürlukdə daşlı-qayalı yamaclarda bitir. == Təbii ehtiyati == Azərbaycanda təbii ehtiyatı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Asimmetrik çətirli, ikievli və ya birevli sürünən alçaqboylu, hündürlüyü 0,5–1 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sığallı və qırmızımtıl – sarı rənglidir. Hündürlüyü 1 m-ə çatir.
Minilliyin şahini
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
Roza Şanina
Roza Şanina (rus. Роза Егоровна Шанина; 3 aprel 1924 – 28 yanvar 1945) — İkinci dünya müharibəsi dövründə 3-cü Belorusiya Cəbhəsinin qadın snayperlərdən ibarət ayrıca taqımının snayperi, "Şöhrət" ordeni laureatı, bu mükafatı alan ilk qadın snayperlərdən biri. 59 düşmən əsgər və zabitinin öldürüldüyü təsdiqlənib. == Həyatı == Roza Şanina 3 aprel 1924-cü ildə Voloqda quberniyasının Velski rayonunun Edma kəndində çoxuşaqlı ailədə anadan olub.
Sabina Azema
Sabina Azema (fr. Sabine Florence Azéma; 20 sentyabr 1949[…], XV arondisman (Paris)[d]) — Fransa aktrisası. == Həyatı == Sabina Azema 20 sentyabr 1949-cu ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, Paris Konservatoriyasını bitirdikdən sonra teatr səhnəsində uğurla çıxış etməyə başlamışdır. Azema 1977-ci ildə kiçik rollarla kinoda debüt etmişdir. O, yalnız 1980-ci illərin əvvəllərində Fransa kinosunun ən böyük ustaları Alen Rene və Bertran Tavernye onun aktrisalığını kəşf etmişlər. Azema Renenin "Həyat romantikadır" (1983), "Ölümə sevgi" (1984), "Melo" (1986, "Sezar" mükafatı), "Siqaret çəkmə" (1993) və Tavernyenin "Ölkədə bazar günü" (1984, "Sezar" mükafatı) və "Həyat və başqa heç nə" (1990) filmlərində rol almışdır. Aktrisa həmçinin, Rober Enrikonun "Qırmızı zona" (1986) və ya Jerar Urinin "Vanilli çiyələkli dondurma" (1989) kimi ənənəvi kommersiya janrlı filmlərində də rol almışdır.
Sabina Derflinger
Sabina Derflinger (alm. Sabine Derflinger‎ d. 1963) — Avstriyalı rejissor, ssenarist və prodüser; Avropa Film Akademiyasının üzvü. == Bioqrafiyası == 1963-cü ildə Avstriyanın Vels şəhərində anadan olmuşdur. 1991-ci ildə bir neçə il filmlərdə rejissor və prodüser kimi işlədikdən sonra Vyana Film Akademiyasında (ixtisas ədəbiyyatı və dramaturgiya) təhsil almağa başlamışdır. 1996-cı ildə təhsilini "Filmerzählungen zwischen Epik & Dramatik" diplom işi ilə uğurla başa vurmuşdur. Sabina Derflinger bədii və sənədli filmlərdəki bir çox rolu ilə tanınır. Bu rollarına görə bir çox mükafatlara layiq görülmüşdür. Avstriyanın ORF kanalında yayımlanan "Tatort" cinayət serialını idarə edən ilk qadın oldu. Sonra eyni kanaldakı digər seriallarda rol alır.
Sabina Florian
Sabina Florian (d. 28 may 1983; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Sabina Florian İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sabina dealbata
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Sabina Şıxlinskaya
Səbinə Şıxlinskaya (d. 26 aprel 1962 Azərbaycan SSR, SSRİ) — Azərbaycan rəssamı. == Həyatı == 2006-cı ildə Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar rəssam” fəxri adı" təltif olunub.
Yuliya Sanina
Yuliya Sanina (əsl adı Yuliya Aleksandrovna Qolovan; 11 oktyabr 1990, Kiyev, Ukrayna SSR) — Ukraynalı müğənni, The Hardkiss qrupunun solisti. == Həyatı == Yuliya Qolovan 11 oktyabr 1990-cı ildə Kiyevdə musiqiçi ailəsində anadan olmuşdur. Üç yaşında ilk dəfə səhnədə atasının rəhbərlik etdiyi ansamblın müşayiəti ilə oxumuş, sonra uşaq şou-qrupunda müxtəlif musiqiləri səsləndirmişdir. Caz qrupunun tərkibində də solist kimi çıxış edirdi. 2005-ci ildə Yuliya Caz və Estrada üzrə uşaq musiqi məktəbini bitirib. Sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən jurnalistika ilə maraqlanırdı. 2006-cı ildən 2008-ci ilədək Sister Siren qrupunun solisti olmuşdur. 2016-cı ildə Yuliya Sanina STB telekanalında "X-Faktor" şousunun yeddinci mövsümündə münsiflər heyətinin üzvü və müəllim oldu. Smurflar: İtirilimiş kənd cizgi filminin ukraynca dublyajında Şirinəni səsləndirmişdir.
Şahika Ercümən
Şahika Ercümən (16 yanvar 1985, Çanaqqala) — sərbəst suya tullanma və sualtı hokkey oynayan Türkiyə idmançısı. Sərbəst suya tullanmada Türkiyə rekordçusu olmuşdur. Başkənd Universitetinin Qidalanma və Dietologiya fakültəsinin məzunudur. Həmçinin bu univeristetinin magistrı olmuşdur. == Karyerası == === 2006 === 2006-cı ildə İspaniya suya tullanma üzrə keçirilən oyunlarda birinci yeri tutmuş və türkiyə rekordçusu oldu. 26-27 may 2007-ci ildə AnkaraODTU qapalı üzmə hovuzunda keçirilən dinamik apneanda Tükriyə çempionu olur. O birnəfəslə 145,35 m uzunluğunda üzərək Türkiyə çempionu olur. === 2008-2010 === 2008-ci ildə Türkiyə Sualtı Hokkeyi Milli Komandasında Avropa üçüncüsü, Sərbəst suya tullanmada üzrə Avropa Çempionatında dördüncü yeri tutmuşdur. 2009-cu ildə Türkiyədə sərbəst suya tullanmada Türkiyə çempionu olur. 2010-cu ildə Türkiyə rekordu və dünya rekorduna yaxın nəticə əldə edir (-65 m).
Sabina (region)
Sabina — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region. Onun ən əhəmiyyətli şəhəri indiki Rietidə olmuşdur. Tarixən Sabina dili italik dillərindən olmuş, osk və umbr dilləri ilə yaxın, latın dili ilə qohum olan sabin dilində danışan sabinlərin yaşadığı ölkə olmuşdur.
Sorb Şahini
Sorb Şahini (y.sorb Serbski Sokoł) — Sorbların idman assosiasiyası. Əsas diqqət kütləvi idmanın təbliğinə yönəlib. Kooperativ üzvləri ilə yanaşı, birliyə çoxsaylı fiziki şəxslər də daxildir. 1993-cü ildə yaradılan Sorb idman federasiyası Veymar Respublikası dövründə mövcud olan Sorb Şahinlərinin ənənələrinə əsaslanır. Bu gün assosiasiya müxtəlif komanda idman növləri üzrə idman festivalları və turnirlər təşkil edir və beynəlxalq Şahin görüşlərində iştirakını təşkil edir. == Tarixi == Sorb Şahini 1920-ci ildə Bautzendə sorb ictimai xadimlər Herman Şlez, Marko Smoler və Yan Skala tərəfindən təsis edilmişdir. Assosiasiyanın məqsədi milli kimliyin möhkəmlənməsinə töhfə vermək üçün sorb uşaqları, yeniyetmələri və böyükləri idmanla tanış etmək idi. Hələ 1920-ci illərdə Sorb Şahin fəalları Çexoslovakiyada və Yuqoslaviyada keçirilən panslavist Şahin yığıncaqlarında iştirak edirdilər. 1930-cu ildə Sorb Şahini dini əsaslarla iki şərti hissəyə - katolik və lüteran qollarına bölündü. Təşkilat 1933-cü ilə qədər fəaliyyət göstərib və o, nasistlər tərəfindən ləğv edilib.
Sagina ammannioides
Ammaniyayabənzər bergiya (lat. Bergia ammannioides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinin bergiya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lechea verticillata Willd. === Heterotipik sinonimləri === Sagina ammannioides B.Heyne ex Wall. Tillaea rubella Blanco Bergia ammannioides var. glaber Abdallah & Sa'ad Bergia ammannioides var. pentandra Wight Bergia oryzetorum Fenzl ex Zoll. Bergia pentandra Cambess. ex Guill. & Perr.
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa == Həyatı və Karyerası == Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. == Filmoqrafiya == Film Televiziya == Mükafatlar == Ümid vəd edən aktrisa- 2.
Emil Şahin
Emil Şahin oğlu Qonaqov (19 may 1987, Bakı) — azərbaycanlı bəstəkar. == Həyat və yaradıcılığı == Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxaq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü. == Erkən həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. == İctimai fəaliyyəti == 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Sıla Şahin
Sıla Şahin (türk. Sıla Şahin; 3 dekabr 1985, Berlin, AFR) — Türk əsilli alman aktrisası. Yaxşı Vaxtlar, Pis Vaxtlar sabun operasında çəkilərək populyarlıq qazandı. Playboy-da çəkilən birinci müsəlman olan Sıla Şahin (may, 2011) müsahibələrinin birində bildirmişdi ki, özünü Çe Gevara kimi hifz edir, lakin o birində etiraf edib ki, Janna d'Ark kimi olmaq istəmir. == Bioqrafiya == Sıla Şahin Berlində, 3 dekabr 1985-ci ildə anadan olub. O, Berlindəki Avropa Teatr İnstitutunda təhsil almışdır. Aktyorluq incəsənəti və balet dərslərinə getmişdir. Birinci aktyor işi "Verfolgt"-da idi, lakin populyarlığı məhz "Yaxşı Vaxtlar, Pis Vaxtlar-da" çəkilərək qazanıb.
Marina Lapina
Marina Lapina (6 mart 1981, Volqoqrad) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Marina Lapina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, çəkic atma turnirində 55.34 metr nəticə göstərdi və təsnifat mərhələsini 46-cı pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.