ŞAHMALI
ŞAHMAR
OBASTAN VİKİ
Şahmansurlu
Şahmansurlu (əvvəlki adı: Şahmasur) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Şahmasur kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Şahmasur kəndi Şahmansurlu kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərinə qədər qışlaq kimi istifadə olunmuşdur. 1917-ci ildə Şaqmasur, 1937-ci ildə Şaxnasur variantı qeydə alınmışdır. Oykonim türk dilinlərindəki şaxma\şaxna (dairə\halqa), ərəb dilindəki sur (əhatə olunmuş, çəpər, hasar) sözlərindən düzəlib, dairəyə alınmış mənasını verir. /Oykonimi qurumuş meşənin ətrafı kimi də izah etmək olar. == Tarixi == Şahmansurlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Şahmansurlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
допры́гать ма́мушка поразводи́ть промоли́ться без руля и без ветри́л иконоско́п има́го кета облокоти́ть пе́ресыпь слабора́звитый устраша́ться bashi-bazouk coverage elder Low Week porridge альтерация глицерин дрема инженерно-технический отверстие подпаливать распродать цезура