Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. == Tarixi == Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. Bir neçə dərəcə şaxta şiddətini ("yüngül"dən "çox ağır"a qədər) müəyyən edən bəzi tərəzilər mövcuddur. Şaxtalı havanın əsas əlaməti suyun donmasıdır. Temperatur kifayət qədər uzun müddət aşağı olarsa, göllərdə, çaylarda və dənizdə donma baş verəcək. Bu, hətta yollarda, su təchizatı şəbəkələrində də baş verə bilər. == Şaxtasız dövr == Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Santa-Marta
Santa-Marta — Karib dənizi sahillərində, şimali Kolumbiyada şəhər və bələdiyyə. Maqdalena departamentinin inzibati mərkəzi hesab edilir. Santa Marta şəhəri əhəmiyyətli dəniz limanı, tarixi, mədəni və turistik mərkəzidir. 2005-ci ildə ərazinin, əhalinin siyahıyalınmasına görə, əhalinin sayı 415.270 nəfər idi, şəhərin sahəsi 2393.35 km² idi. == Tarixi == Şəhərin əsası 1525-ci il iyulun 29-da ispaniyalı Rodriqo de Bastidas tərəfindən qoyulub. Adı Svataya Marfanın şərəfinə verilən bu şəhərdə hər il 29 iyul xatirəsi qeyd edilir. Bir sıra tarixçilərə görə, şəhərin adını fərqli bir izah var.
Böyük Şaxta
Böyük Şaxta (ing. Younger Dryas və ya ing. Big Freeze) - eramızdan əvvəl 10800-9500-cü illər arasında soyuq iqlim vəziyyəti və quraqlığın izlədiyi 1300 (± 70) illik perioddur. Böyük Şaxta Şimali Amerikadakı buz təbəqələrinin toqquşması nəticəsində baş vermişdir.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Mənzil (Kahta)
Mənzil — Adıyaman əyalətinin Kahta rayonunda yerləşən kənddir. == Tarix == Kəndin adı 1928-ci ildəki qeydlərdə də indiki adı ilə qeyd edilmişdir. 1960-cı il qeydlərində isə kəndin adı Durak olaraq xatırlanır. 2012-ci ildən sonra isə kənd yenidən indiki adını almışdır. Türkiyədə şöhrət qazanmış Nəqşibəndi təriqətinin bir qolu olan Mənzil Camaatı öz adını bu kənddən götürmüşdür. == Coğrafiyası == Kənd Adıyaman şəhər mərkəzindən 75 kilometr, Kaxta rayon mərkəzindən 42 km isə məsafədə yerləşir.
Santa-Barbara
Santa Barbara — ABŞ-nin Kaliforniya ştatında istirahət şəhəridir. Sakit okean sahilində Los-Ancelesin şimal-qərbindədir. Əhali: 92,325 (2000). === Parklar === Santa Barbara irili xırdalı bir çox park var. Bəziləri: Alameda Park Elings Park Alice öğürmek Park Memorial Gardens De La Guerra Plaza Skofield Park Parma Park Sahil Park, Santa Barbara Douglas Ailə Qoruğu Şərq Beach (Santa Barbara) Leadbetter Beach Qərb Beach (Santa Barbara) Hendry çimərlik Andree Clark quş Cenneti === Üniversitetlər === Kaliforniya Universiteti, Santa Barbara Santa Barbara City College Westmont College Fotoqrafiya Brooks İnstitutu Qərb Musiqi Akademiyası Santa Barbara Business College Antakya Universiteti Fielding Graduate University == Qardaş şəhərlər == Derecik, İrlandiya Respublikası Palma de Mallorca, İspaniya Puerto Vallarta, Meksika San Juan, Filippin Toba City, Yaponiya Weihai, Çin Yalta, Ukrayna == Xarici keçidlər == Santa Barbara şəhərinin rəsmi səhifəsi http://flagspot.net/flags/us-ca-sb.html Santa Barbara Kaliforniya Arxivləşdirilib 2007-02-24 at the Wayback Machine Local Info: http://www.edhat.com Informational Pages: http://www.santabarbara.com/ avtobus tarifləri Santa Barbara earthquakes Arxivləşdirilib 2006-01-09 at the Wayback Machine Wikitravel'da Santa Barbara Santa Barbara Deniz Muzeyi Free to view video interview with Alan Heeger (Nobel laureatı at UCSB and resident of Santa Barbara) provided by the Vega Science Trust.
Santa-Katarina
Santa-Katarina (port. Santa Catarina) — Braziliyanın cənubunda yerləşın ştat. Ştatın inzibati mərkəzi Florianopolis şəhəridir. Cənubdan Riu-Qrandi-du-Sul və şimaldan Parana ştatları, üstəlik şərqdən Argentina ilə sərhədə malikdir. Şərqdən Atlantik okeanla sərhədə malikdir. Santa-Katarina Braziliyanın avropalılardan təşkil olunmuş ştatıdır. Burada əhalinin böyük əksəriyyətini portuqallar, almanlar və italyanların törəmələridir. == Coğrafiya == İqlimi mülayimdir. Mərkəzi hissəsi əsasən tropik meşələrlə ötülüdür. Atlantik okean sahilləri çimərlik, buxta, körfəz və laqunlarla zəngindir.
Santa-Klaus
Milad Baba, Müqəddəs Nikolay, Müqəddəs Nik, Kris Krinql və ya sadəcə Santa kimi tanınan Santa Klaus — Milad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personaj. Müasir qırmızı geyimli, gülərüz Santa 1930-cu illərdə illüstrator Heddon Sandblom (Haddon Sundblom) tərəfindən soft içki Koka-Kolanın reklam plakatı üçün dizayn edilib. Santa özünü yaxşı aparan uşaqlara milad ərəfəsində hədiyyələr paylayan ağsaqqal kimi təsvir olunur. O, Şimal qütbündə arvadı xanım Klaus və elfəri ilə birgə yaşamaqdadır. İkisinin işlətdiyi oyuncaq emalatxanası var - onlar orada yaşıl geyimli cırtdanabənzər elfərin köməyilə əsasən oyuncaqlar istehsal edirlər. Amerikalılar Santanın Alyaskada, avropalılar isə onun Laplandiyada yaşadığına inanır. Santa, maralı Rudolfun (Rudolph) başçılıq etdiyi sehrli kirşəsində uçur. Rudolf da daxil olmaqla 9 şimal maralı var: Dasher, Dancer, Prancer, Vixen, Comet, Cupid, Blitzen, Donner. Milad gecəsində uşaqlar Santaya peçenye və süd, onun maralları üçün isə yerkökü qoyub yatmağa gedirlər. Santanın müasir fiquru folklor ənənələrinə əsaslanır.
Santa-Monika
Santa-Monika (ing. Santa Monica) — ABŞ-nin qərbində Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Los-Anceles şəhərinin şimal-qərbindədir. 2008-ci ilə olan məlumata görə əhalisi 87.664 min nəfərdir. Santa Monika 20-ci əsrdə istirahət şəhəri olmuşdur.
Santa-Pola
Santa-Pola (isp. Santa Pola) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 58,6 km² hissəsini əhatə edir. 2017-cu ildə hesablamalara görə əhali 31137 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 19 km uzaqlıqda yerləşir..
Santa Klaus
Milad Baba, Müqəddəs Nikolay, Müqəddəs Nik, Kris Krinql və ya sadəcə Santa kimi tanınan Santa Klaus — Milad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personaj. Müasir qırmızı geyimli, gülərüz Santa 1930-cu illərdə illüstrator Heddon Sandblom (Haddon Sundblom) tərəfindən soft içki Koka-Kolanın reklam plakatı üçün dizayn edilib. Santa özünü yaxşı aparan uşaqlara milad ərəfəsində hədiyyələr paylayan ağsaqqal kimi təsvir olunur. O, Şimal qütbündə arvadı xanım Klaus və elfəri ilə birgə yaşamaqdadır. İkisinin işlətdiyi oyuncaq emalatxanası var - onlar orada yaşıl geyimli cırtdanabənzər elfərin köməyilə əsasən oyuncaqlar istehsal edirlər. Amerikalılar Santanın Alyaskada, avropalılar isə onun Laplandiyada yaşadığına inanır. Santa, maralı Rudolfun (Rudolph) başçılıq etdiyi sehrli kirşəsində uçur. Rudolf da daxil olmaqla 9 şimal maralı var: Dasher, Dancer, Prancer, Vixen, Comet, Cupid, Blitzen, Donner. Milad gecəsində uşaqlar Santaya peçenye və süd, onun maralları üçün isə yerkökü qoyub yatmağa gedirlər. Santanın müasir fiquru folklor ənənələrinə əsaslanır.
Santa Kroçe
Santa Kroçe—(Müqəddəs Xaçın Baziliyası), İtaliyanın Florensiyadakı əsas Frank kilsəsidir və Roma Katolik Kilsəsinin kiçik bir bazilikasıdır. Duomo kilsəsindən təxminən 800 metr cənub-şərqdə, Piazza di Santa Croce'də yerləşir. Həmin ərazi əvvəllər şəhər divarlarından kənarda bataqlıqda idi. Mikelancelo, Qaliley, Makiavelli, şair Foskolo, filosof Centile və bəstəkar Rossini kimi ən məşhur İtalyanların dəfn yeridir, beləliklə də İtalyan Məşhurlarının Məbədi olaraq tanınır (Tempio dell'Itale Glorie). == Bina == Bazilika dünyanın ən böyük Frank kilsəsidir. Bazilikanın əsas diqqət çəkən hissəsi on altı ibadətgahdır, onların bir çoxu Ciotto və şagirdləri tərəfindən hazırlanmış, freskalarla bəzədilmiş məzarlar və məqbərələrdir. Əfsanədə deyilir ki, Santa Kroçe, Müqəddəs Françesko tərəfindən təsis edilmişdir. Hazırkı kilsənin inşasına köhnə bir binanın əvəz edilməsi üçün 12 may 1294-cü ildə başlandı. Ehtimal edilir ki, Arnolfo di Kambio və şəhərin bəzi varlı ailələri tərəfindən bu tikinti üçün ödəniş edilib. 1442-ci ildə Papa IV Yevgeni tərəfindən təqdis edilib.
Santa Mariya
"Santa Mariya" — Xristofor Kolumbun 1492-ci ildə reallaşdırmış olduğu dəniz səyahətində Atlantik okeanını keçərkən istifadə etdiyi gəmilərdən ən böyüyü. == Tarixi == "Santa Mariya" XV əsrin II yarısında İspaniyanın Bask vilayətində hazırlanmışdır. 1492-ci ildə Kolumb tərəfindən kirayəyə götürülüb. O, bu gəmi ilə Asiyaya yeni yol tapmaq üçün başlanan tarixi dəniz səfərinə başçılıq edib. 37 günlük səfərdən sonra "Santa Mariya" ilə Baham adalarına yaxınlaşan kapitan Kolumb və heyəti 10 həftədən sonra Haiti yaxınlığında qayalara çırpılıb.
Santa Monika
Santa-Monika (ing. Santa Monica) — ABŞ-nin qərbində Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Los-Anceles şəhərinin şimal-qərbindədir. 2008-ci ilə olan məlumata görə əhalisi 87.664 min nəfərdir. Santa Monika 20-ci əsrdə istirahət şəhəri olmuşdur.
Santa Muerte
Santa Muerte (ispancadan – "Müqəddəs ölüm") — əsasən Meksika və ABŞ-də yayılmış, xalq katolisizmində və Meksika neopaqanizmində idol və ilahə. O, ölümün təcəssümüdür və onun fədailəri onu sağalma, qoruma və axirətə təhlükəsiz çatdırılma ilə əlaqələndirirlər. Katolik kilsəsinin və yevangelist hərəkatların liderləri tərəfindən qınanılmasına baxmayaraq, onun kultu XXI əsrin əvvəlindən bəri getdikcə artır. == Təşkilat == Kultun bəzi nümayəndələrini "Meksika və ABŞ-nin ənənəvi Katolik kilsəsi" adlanan kilsə birləşdirir. Təsisçisi David Romodur. Bu təşkilatın ilk kilsəsi 1999-cu ildə meydana çıxmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Chesnut, R. Andrew. Devoted to Death: Santa Muerte, the Skeleton Saint (Second). New York: Oxford University Press. 2018 [2012].
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Şahtac Qızılbaş
Şahtac Qızılbaş — Pakistanlı qadın hüquqları müdafiəçisi idi.Şahtac Qızılbaş Qadın Fəaliyyəti Forumunun(Women's Action Forum) təsisçi üzvü idi.Şahtaj Qızılbaş Pakistanın Pəncab əyalətində olan Lahor şəhərinin nəcib Qızılbaş ailəsinə mənsub idi və Müzəffər Əli xan Qızılbaş onun əmisi idi.
Şaxta Baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz) — Santa-Klausa bənzər Slavyan mifologiyası personajı.
Şaxta baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz) — Santa-Klausa bənzər Slavyan mifologiyası personajı.
Saha (İcrud)
Saha (fars. سها‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 601 nəfər yaşayır (15 ailə).
Nugedu-Santa-Vittoriya
Nughedu Santa Vittoria (sardin: Nughèdu Santa Itòria) Sardiniyanın Oristano əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 28,57 km²-dir. Kommunanın əhalisi 485 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 17 nəfərdir.
Santa-Katarina adası
Santa-Katarina (port. Ilha de Santa Catarina) — Atlantik okeanda, Braziliyanın cənub-şərq sahilində yerləşən ada. Ada bütünlüklə inzibati cəhətdən Florianopolis şəhərinə daxildir. == Coğrafiya == Sahəsi 523 km² təşkil edir. Santa-Katarina ştatı ərazisinə daxildir. Materiklə iki körpü vastəsi ilə birləşir. Ada ilə materik arasında olan boğaz 500 metr enə, 28 km dərinliyə malikdir. Eyni adlı arxipelaqın ən iri adasıdır. Arxipelaqa 30 ada daxildir. == Tarix == Kaliforniya qızıl xəstəliyi dönəmində Nyu-Yorkdan Kaliforniyaya hərəkət edən gəmilər adada dayanırdılar.
Santa-Mariya Formoza
Santa Mariya Formoza Kilsəsi (it. Santa Maria Formosa) -Venesiyada, Kastello rayonunda kilsədir. Eyniadlı Santa Mariya Formoza meydanında yerləşir. Kilsə 1492-ci ildə köhnə kilsənin yerində Mauro Koduççinin layihələsi əsasında inşa edilib. Memarlıq xüsusiyyətlərindən qabarıq krem rəngli apsidləri, zəng qülləsinin ətəyindəki qrotesk maskanı — məbədin bir çox barokko stilində olan detallarından birini qeyd etmək olar. Kilsədə Venesiya rəssamlıq məktəbinin nümayəndələrinin bir neçə şah əsəri var. Bunlardan ən böyüyü Palma il Vekkyo tərəfindən çəkilən "Müqəddəs Barbara digər qüqəddəslər ilə" adlı poliptixidir. Bu əsər rəssamın ən yaxşı rəsmi hesab olunur. Digər bir şedevr, Bartolomeo Vivarini tərəfindən yaradılmış "Mizerkordiya Madonna" triptixidir. Bu əsər, 1473-cü ildə kilsə konqreqrasiyasının vəsait ayrılmasından sonra yaradılmışdı.
Kalta
Malta
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.