Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Sial
Sial — Yer qabığı süxurlarının tərkibi başlıca olaraq silisium və alüminiumdan ibarət olan üst qatıdır.
Sual
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Uval
Yamacları hamar və meylli, ətəkləri ətrafdakı sahələrdən kəskin seçilməyən, nisbi hündürlüyü 200 m-dən artıq olmayan uzunsov yüksəklikdir. Məsələn: Rusiya düzənliyində Şimal Uvalları.
ŞVAK
ŞVAK (rus: Шпитальный-Владимиров Авиационный Крупнокалиберный (ШВАК) Şpitalni-Vladimirov Aviatsionni Krupnokaliberni) Sovet istehsalı olan 20 mm-lik avtomatik topdur. Silah bir çox sovet təyyarələrinə quraşdırılmışdı və İkinci Dünya Müharibəsində istifadə edilmişdir. İkinci Dünya Müharibəsində geniş istifadə edilmişdir. Yüngül tanklar üçün istehsal edilən model TNŞ (ТНШ) kimi tanınır. Silahın istifadə etdiyi sursat 20×99mmR, kalibri 20 mm, atış sürəti dəqiqədə 700-800 mərmi, mərmisinin çıxış sürəti 750-790 m/s, effektli mənzili 600-800 m, maksimal mənzili 1000 m, bəsləmə sistemi kəmər olmuşdur.
Sal
Sal — yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olan qədim su nəqliyyatı vasitəsi. Qədim zamanlarda çayın bir sahilindən digər sahilinə keçmək və bəzən də müəyyən yerlərə getmək üçün ağac kötükləri suya salıb ondan tutur və yaxud da üstünə minib üzürdülər. Sonralar bu məqsədilə içərisi hava ilə doldurulmuş tuluqdan da istifadə edilirdi. Tikinti, yanacaq və sairə üçün çay kənarı meşlərdən qırılmış ağacları kəndir və ya tənək çubuqları ilə bir-birinə çatır, çayın axarı istiqamətində hərəkət etdirərək istənilən sahili çıxarırdılar. Ağac materiallarını su ilə bu cür axıdılması xalq arasında sal adlanırdı. Yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olub, su nəqliyyatı vasitəsi hesab edilən sal Azərbaycan dilində "ibtidai gəmi" mənasında işlədilmişdir. Salı çayın dayaz və burulğan yerlərindən keçirmək üçün üzgüçülər onun qabaq tərəfindən tutub çəkir, istiqamətini dəyişdirir, arxadan qabağa doğru itələyidilər. Sakit axınlı çaylarda isə salın arxa tərəfində, onun üstündə dayanaraq "çəp" (təxminən 2, 5–3 metr uzunluğunda) ucu iti ağac vasitəsilə istiqamətini lazımi səmtə yönəldirdilər.
Val
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün təbiq olunur. eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından tətbiq olunurlar. işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından tətbiq olunurlar.
Açıq sual
Açıq sual — Açıq sual bəli və ya yox və ya statik cavabla cavablandırıla bilməyən sualdır. Açıq suallar daha uzun cavab tələb edən bəyanat kimi formalaşır. Cavab artıq sual verənə məlum olan məlumatla müqayisə oluna bilər. == Nümunələr == Açıq suallara misal olaraq: Rəhbərinizlə münasibətiniz barədə bizə məlumat verin. Gələcəyinizi necə görürsünüz? Bu fotodakı uşaqlar haqqında bizə məlumat verin. Hökumətin məqsədi nədir? Niyə bu cavabı seçdiniz? == Təhsildə == Təhsildə ənənəvi müdriklik ondan ibarətdir ki, açıq suallar, geniş desək, "yaxşı" suallardır. Onlar tələbələri başa düşdüklərini nümayiş etdirən daha uzun cavablar verməyə dəvət edirlər.
Oval portret
Oval Portret (ing. The Oval Portrait) — Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir.
Seval Birinci
Stal Sayad
Stal Sayad (1880 – 1900) — ləzgi şair. Stal Sayad 1880-ci ildə anadan olub. Onun şerlərini xalq mahnılarından, xalq yaradıcılığından ayırmaq çətindir. Sayadın şerlərinin çoxu nakam məhəbbətə həsr olunsa da, onlarda yaşamaq uğrunda mübarizə, o dövrün ədalətsizliklərinə qarşı mübarizə var. Həmkəndlisi kasıb rəncbərin oğlu Şıxrəhimlə Sayadın arasında böyük məhəbbət yaranır. Amma atası onu başqa kənddə yaşayan dövlətli adama verir. Qanunlara tabe olmaqdan başqa çarəsi olmayan Sayad çətin dövrdə başını aşağı əymir. Sayad ömrünün axırına kimi məhəbbətinə sadiq qalır. Onunla ömür yoldaşı olan adam onun ürəyinə yatmır. Uşaq vaxtlarından anasını itirən Sayad həyatın bütün çətinliklərini yaşayır.
Sual-cavab
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Sual cümləsi
Sual cümləsi - Bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat almaq məqsədilə işlədilən cümlələrə deyilir. Əgər nəqli cümlələr vasitəsilə danışan şəxs müsahibinə məlumat verir, bir məlumat ötürürsə, sual cümlələri dinləyənin fikrini bilmək, ondan məlumat almaq, onun köməyi ilə məlumatını dəqiqləşdirmək, zənginləşdirmək məqsədi daşıyır. Məsələn: - Kimsiniz, hara gedirsiniz? - Elçiyik, Sultanın yanına gedirik. - Bu zənən xaylağı da elçidir? - O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi-başçı. (F. Kərimzadə) Sual cümlələri intonasiyanın, sual əvəzliklərinin və sual ədatlarının köməyi ilə qurulur. İntonasiya sual mənası yaradan ən universal vasitədir. Sual cümlələrinin bir qismi başqa heç bir vasitə olmadan, yalnız intonasiyanın köməyi ilə yaranır.
Sual işarəsi
Sual işarəsi (?) — Sual cümləsindən sonra qoyulan durğu işarəsi. Bundan əlavə həmcinis üzvlü sual cümlələrində hər üzvü müstəqilləşdirmək, nəzərə çapdırmaq istədikdə onlardan sonra sual və nida işarəsi qoyulur. Məs.: Kimdir müqəssir?! Başqasından sitat verərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da sual işarəsi qoyulur. İşarənin yazılışı latın hərfləri olan q və o (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? salınıb. Cəbr şahmat notasiyasında bəzi şahmat durğu işarələri aşağıdakı kimidir: "?" — pis bir hərəkət, "???" — kobud səhv, "?!" — şübhəli hərəkət, "!?" — maraqlı hərəkət. Scrabble-da sual işarəsi boş xananı göstərir.
Svan dili
Svan dili — Kartvel dillərindən biri, svanların ana dilidir. Daşıyıcıları əsasən Gürcüstanda yaşayırlar. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində svan dilində danışanların ümumi sayını 35 min nəfər təxmin etmişdir.. Bütün svanlar gürcü dilini bilirlər. Dilin əlifbası yoxdur.
Aqustin Ştal
Aqustin Ştal (isp. Agustín Stahl, 21 yanvar 1842, Aquadilya[d], Puerto Riko – 12 iyul 1917, Bayamon[d], Puerto Riko) — Puerto-Riko etnoqrafı. Aqustin Ştal Vürtsburqda universitetdə təhsil almış, eləcə də Praqada Karlov Universitetini bitirmişdir (1864-cü ildə tibb doktoru olaraq məzun olmuşdur.). Məzun olduqdan sonra Puerto Rikoya qayıtmışdır. Boş vaxtlarında etnoqrafiya, tarix, botanika və zoologiya ilə məşğul olmuşdur. Elmin bu sahələrində yüksək nəticələrə nail olmuşdur. == Həyatı == == Ştalın şərəfinə adlandırılmış taksonlar == === Bitki cinsləri === Stahlia Bello Stahlianthus Kuntze === Bitki növləri === Adipera stahlii Britton & Rose Adipera stahlii Britton & Rose Adipera stahlii (Urb.) Britton & P.Wilson Argithamnia stahlii Urb. Cassia stahlii Urb. Cousinia stahliana Bornm. & Gauba Eugenia stahlii (Kiaersk.) Krug & Urb.
Klaus Şvab
Klaus Martin Şvab (30 mart 1938, Ravensburq[d]) — alman mühəndis, iqtisadçı və Dünya İqtisadi Forumunun (DİF) yaradıcısıdır. O, 1971-ci ildə təşkilatı yaradandan bəri DİF-in sədri kimi fəaliyyət göstərir. == Həyatı və təhsili == Klaus Martin Şvab 30 mart 1938-ci ildə Ravensburqda ing. Eugen Wilhelm Schwab və Erika Epprecht ailəsində anadan olub. Üçüncü Reyx dövründə onun valideynləri İsveçrədən Almaniyaya köçmüşdü. Şvabın ailəsinə Gestapo nəzarət edirdi, Atası lüteran olsa da, Şvab katolik olaraq böyüyüb. 1961-ci ildə Sürixdə İsveçrə Federal Texnologiya İnstitutunda mühəndis-mexanik məzunu oldu və bu institut ona Der längerfristige Exportkredit als betriebswirtschaftliches Problem des Maschinenbaues adlı mühəndislik üzrə doktorluq dərəcəsi verdi. (Maşınqayırmada biznes problemi kimi daha uzunmüddətli ixrac krediti). O, həmçinin Friborq Universitetində iqtisadiyyat üzrə doktorluq, və Harvard Universitetində Dövlət İdarəçiliyi üzrə Magistr dərəcəsinə layiq görülüb. Harvardda oxuyarkən Şvab keçmiş Milli Təhlükəsizlik müşaviri və Dövlət Katibi Henri Kissinceri özünə mentor olaraq tapdı.
Oval kabinet
Oval kabinet (ing. Oval Office) — ABŞ Prezidentinin Ağ Evdəki iş otağıdır (ofisi). Binanın qərb hissəsində yerləşən və cənuba baxan üç böyük pəncərəsi və dörd qapısı var. Şərqi Qızılgül bağına, qərbi kiçik şəxsi ofis və yeməkxanaya, şimal-qərbi qərb qanadının dəhlizinə, şimal-şərqi isə Prezidentin katibinin kabinetinə açılır. Dövlət başçısının masası cənub pəncərələrinin qarşısındadır. Şimal tərəfdə kamin var. Oval kabinetin ilk versiyası 1909-cu Prezident Uilyam Taftın rəhbərliyi altında memar Neytan Vayt tərəfindən hazırlanmışdır. 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında kabinet yenidən qurulmuşdur. Onun modernləşdirilməsi Erik Qaqler tərəfindən həyata keçirilmişdir.
Con Stal
Con Malkolm Stal (ing. John Malcolm Stahl; 21 yanvar 1886, Bakı – 12 yanvar 1950, Hollivud, Kaliforniya) — amerikalı kinorejissor və prodüser. O, daha çox "Onu cənnətə buraxın (1945)", "Həyatın imitasiyası" (1934), "Krallığın açarları" (1945) və "Arxa küçə" (1932) kimi filmləri ilə tanınır. == Həyatı və karyerası == Yakob Morris Strelitski Bakıda rus-yəhudi ailəsində anadan olub. O, uşaq olanda ailəsi Rusiya imperiyasını tərk edərək Nyu-Yorka köçüb. Gənc yaşda Con Malkolm Stal adını götürüb və əvvəlcə teatrda, sonra isə şəhərin böyüyən kino sənayesində işləməyə başlayıb. İlk qısametrajlı səssiz filmini 1913-cü ildə çəkib. 1919-cu ildə Hollivudda Louis B. Mayer Pictures ilə müqavilə bağlayıb. 1924-cü ildə MGM Studios-u quran Mayer komandasının üzvlərindən biri idi. 1927-ci ildə Stal Kino Sənəti və Elmləri Akademiyasının otuz altı qurucu üzvündən biri olmuşdur.
Svan qülləsi
Svan qülləsi (gürc. სვანური კოშკი) — Gürcüstanın şimal-qərbindəki tarixi dağlıq bölgə olan Svanetidə yerləşən, tetraedral quruluşa malik müdafiə qülləsi. VIII-XVIII əsrlərdə tikilmiş bu tarixi tikililərdən eyni zamanda yaşayış yeri, fövqaladə vəziyyət olduğu zaman və tez-tez oluna biləcək hücumlardan qorunmaq üçün mühafizə, müdafiə postları kimi də istifadə edilmişdir. Adətən bir tərəfindən Svan ailələrinin yaşayış binası kimi istifadə olunan qüllə taxta və ya daş tavanlarla ayrılmış üç-beş, nadir hallarda altı mərtəbəli olurdu. Birinci mərtəbəsi pəncərələri və boşluqları olmayan yaşayış yeridir. Burada, müdafiə zamanı kvadrat zalın ətrafında taxta arakəsmələrin arxasında təkcə ailələr deyil, həmçinin mal-qaralar da yerləşirdirilirdi. Zalın mərkəzində tavanı yanmaqdan qoruyan nazik daş plitəli açıq kamin də var idi. Qüllənin girişi bir mərtəbə yuxarıda, taxta pilləkənlə qalxılan yerdədir. Həmçinin bu mərtəbədə mal-qaranın yemi və alətləri üçün anbar var idi. Mərtəbələr biri-birinə taxta pilləkənlərlə bağlanırdı.
La Val
La Val— Bolzano şəhərindən təxminən 45 kilometr şimal-şərqdə İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il məlumatına görə əhalisi 1307 nəfər və ərazisi 39,0 kvadrat kilometrdir. == Tarixi == Emblem bir əyri budaqdan ibarətdir, iki yarpağı ilə əyilmiş formada təsvir edilmiş, Rü ailəsinin emblemidir. Emblem 1969-cu ildə qəbul edilmişdir. == Cəmiyyət == 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.66%-i Ladino dilində, 1.53%-i italyan dilində və 0.81%-i alman dilində birinci dil kimi danışırlar. == İqtisadiyyat == === Turizm === Turizm mərkəzlərində də insanlar ingilis dilində danışırlar. Dini Roma Katolikidir. Kənd turizmin (yürüyüş, alpinizm, dağ velosipedi) və kənd təsərrüfatla yaşayır. Ərazidə xizək turizmi yoxdur, lakin qış servis avtobusları Alta Badia kimi yaxınlıqdakı xizək mərkəzlərinə turistlər gətirir. Qışda yaydan daha çox turist qonaq olur.
Martin Val
Martin Val (dan. Martin Vahl, 10 oktyabr 1749, Bergen – 24 dekabr 1804, Kopenhagen) — Danimarka (Norveç) botaniki və zooloqu. == İstinadlar == Christensen, Carl (1932) Martin Vahl, pp. 85–88 in: Meisen, V. Prominent Danish Scientists through the Ages. University Library of Copenhagen 450th Anniversary. Levin & Munksgaard, Copenhagen. == Xarici keçidlər == Flora Danica. The Royal Copenhagen Porcelain Manufactory’s page on the Flora Danica dinner set. Facsimile of Enumeratio plantarum, Hauniae, 1805–1806.
Mişel Şal
Mişel Şal (ing. Michel Floréal Chasles; 15 noyabr 1793[…] və ya 1793 – 18 dekabr 1880[…] və ya 1880, Paris) — Fransız riyaziyyatçısı, riyaziyyat tarixçisidir; "Həndəsi üsulların yaranması və inkişafının tarixi xülasəsi" (1837) kitabının müəllifidir; onun həndəsi tədqiqatları proyektiv həndəsənin işlənib hazırlanmasına təkan vermişdir.
Paylayıcı val
Paylayıcı val qazpaylayıcı mexanizmin əsas hissəsi olub, daxili yanma mühərrikində qazın verilməsini və çıxışını, həmçinin işçi taktını sinxronizə etməyə xidmət edən dirsəkli valdır. Müasir avtomobillərdə paylayıcı val silindr blokunun üst tərəfində yerləşdirilir və dirsəkli valla qayış və ya zəncirlə əlaqələndirilir. Paylayıcı vallar dirsəkli vala nisbətən iki dəfə kiçik sürətlə fırlanır, çünki dirsəkli valın iki dövrü bir iş tsiklini yaradır (dördtaktlı mühərriklərdə). Valın üzərində yerləşən dirsəklərin sayı sorma və xaricetmə klapanların sayına bərabərdir. Beləliklə hər klapana bir dirsək uyğun gəlir, hansı ki, klapan itələyicilərinin dəstəklərinə toxunaraq onu açır. Dirsək klapanı sətbəst buraxdıqda o, güclü geriyə itələmə yayların köməyi ilə sürətlə qapanır. Paylayıcı val mühərrik boyu uzanır. Sorma və xaricetmə dirsəklərində əlavə olaraq, hər silindrdə püskürtmə nasosunu işə salan yanacaq dirsəyi nəzərdə tutulur. İki istiqamətdə fırlanan mühərriklərdə hər bir istiqamət üçün nəzərdə tutulmuş paylayıcı vallar yanaşı yerləşdirilir. Valı şaquli istiqamətdə hərəkət etdirməklə lazımı valı işə salmaq olur.