Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəkilçi
Şəkilçi — lüğəvi mənası olmayan, sözün ayrılıqda işlənə bilməyən və kökə qoşulduqdan sonra leksik və ya qrammatik məna yaradan hissəsidir. Azərbaycan dilində, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir, lakin bəzi şəkilçilər sözün kökündən əvvələ də qoşula bilir. Məsələn: comərd, nakişi. Şəkilçilər 2 cür olur: leksik şəkilçilər və qrammatik şəkilçilər. İkinci adı sözdüzəldici şəkilçilərdir. Azərbaycan dili qrammatikasında leksik şəkilçilər ∧ işarəsi ilə göstərilir. Bu şəkilçilər sözlərin kökünə yaxud başlanğıc formasına qoşularaq yeni mənalı söz yaradır. Yeni yaranan sözlə kök arasında məna yaxınlığı olur. Leksik şəkilçilər həm milli, həm də alınma ola bilər. Alınma leksik şəkilçilər, əsasən, isim, sifət və zərflərin yaranmasında istifadə olunur.
Ön şəkilçi
Ön şəkilçi və ya prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər. Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir: Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq La- – inkarlıq bildirir. Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir.
Şəkilçi və şəkilçi... (film, 1995)
Nübar Novruzova
Sivilcə
Sivilcə — üz, çiyinlər, bel, sinədəki yağ bezləriylə əlaqəli dəri xəstəliyidir.14-20 yaş insanlar arasında daha çox yayılır və gənclər arasında psixoloji narahatlıqlara yol açır.Yağ bezlərinin kanalında tıxac yaranır və bu tıxacın başı daha da bərkiyib qaralır.Bəzən, kanal tıxalı olduğu halda, bez, yağ ifraz etməyə davam edər və beləcə içərisi yağ dolu kist yaranar.Qara nöqtələrə tibbdə komedon adı verilir.Genetik tutarlılıq, stres, yağlı kosmetik məhsullar, hiperandrogenizm risk faktorları arasında sayılır.
Dikili
Dikili (türk. Dikili) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 75 km-dir. İlçənin şərqində Berqama ilçəsi, şimalında Balıkəsir ili, qərbində və cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 534 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,806 nəfərdir.
Vikiçi
Vikiçi — Viki texnologiyası üzrə mütəxəssis.
Şəkili
Şəkili (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Şəkili (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Sığırçı durnalar
Sığırçı durnalar (lat. Aramidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ünsal Fikirci
Ünsal Fikirci (d. 3 oktyabr 1939) — Türkiyəli keçmiş üzgüçü. Ünsal Fikirci Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Ünsal Fikirci birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.0 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Şinkiçi Kikuçi
Şinkiçi Kikuçi (d. 12 aprel 1967) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Şəkilli kitab
Şəkilli kitab — vizual və şifahi hekayəni birləşdirən kitab növüdür. Əsasən mətn vasitəsilə izah edilən povestlə, bunu ilk növbədə ardıcıl şəkillər vasitəsilə edən komikslərdən fərqlənirlər və əsasən uşaqlara hədəflidirlər. Şəkilli kitablardakı təsvirlər yağlı boyalar, akril, akvarel və karandaş kimi müxtəlif vasitələrdə hazırlana bilər. Şəkilli kitablar çox vaxt uşaqlara dil inkişaf etdirməyə və ya dünyanı anlamağa kömək edən pedaqoji resurslar rolunu oynayır. Şəkilli kitablar gənc uşaqlar üçün nəzərdə tutulub. Çoxları uşağın başa düşə biləcəyi, lakin mütləq oxuya bilməyəcəyi lüğətlə yazılmışdır. Bu səbəbdən, şəkilli kitabların uşaqların həyatında iki funksiyası var: böyüklər onları əvvəlcə kiçik uşaqlara oxuyur, sonra isə oxumağı öyrənməyə başlayan kimi uşaqlar özləri oxuyurlar. Şəkilli kitabları bir sıra xüsusi növləri var: Stol kitabları — kitablarla daha az diqqətli olmağa meyilli olan gənc uşaqlar üçün möhkəm kartonda çap olunmuş şəkilli kitablardır. Həm üzlük, həm də daxili səhifələr üçün kartondan istifadə olunur. Səhifələr xüsusi olaraq qatlanır və bir-birinə bağlanır.
Fərman Şəkili
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. == Həyatı == Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. == Filmoqrafiya == Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Qəsr (tikili)
Qəsr (ing. castle, alm. schloss, is. castillo, fr. chateau) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara) məxsus istehkam tikili.
Sakiçi Toyoda
Sakiçi Toyoda (豊田 佐吉, Toyoda Sakiçi, 19 mart 1867, Fuçi rayonu[d], Şizuoka prefekturası – 30 oktyabr 1930, Naqoya) – Yaponiya ixtiraçısı və sənayeçisi. Toxucu dəzgahlar sahəsindəki töhfələrinə görə tanınır. Onu "Yaponiya ixtiraçılarının kralı" adlandırırlar. Sakiçi Toyoda 1867-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. O, İkiçi və Ey Toyoda cütlüyünün birinci oğlu idi. Atası fermer olmaqla yanaşı, dülgərliklə də məşğul olurdu. Sakiçi ibtidai məktəbdən məzun olduqdan sonra atasının yanında işləməyə başlamışdır. Toyoda milli məsələlərlə maraqlandığı üçün həyatını ixtiralara həsr etmək qərarına gəlmiş və toxucu dəzgahları inkişaf etdirməyə başlamışdır. 1890-cı ildə Tokionun Ueno bölgəsində keçirilmiş Üçüncü Sənaye Təşəbbüskarlığı Sərgisində maşınların çoxunun xaricdə istehsal olunduğunu görmüş və yerli maşınların istehsalının vacib olduğunu düşünmüşdür. O, insan gücü ilə işləyən toxucu dəzgahın dizaynını mükəmməlləşdirmiş, həmin dəzgahın məhsuldarlığını və istehsal etdiyi məhsulların keyfiyyətini artırmışdır.
İkinci rejissor
İkinci rejissor, Rejissor köməkçisi və ya Köməkçi rejissor — rejissora köməklik göstərən, yazı blanklarını hazırlayan, yazışmalara nəzarət edən, çəkilişlər üçün lazım olan icazələri alan, proqram layihəsini və kamera kartlarını hazırlayan insandır. Çəkiliş məşqləri zamanı çəkilişin mərhələlərini və digər əmrləri hazırlayır. Redaktə mərhələsində rejissora köməklik göstərir. Proqramın vaxtını əvvəlcədən müəyyənləşdirir. Rejissor tərəfindən verilmiş olan digər vəzifələri və tapşırıqları yerinə yetirir.
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
Şəkili (Ağdaş)
Şəkili — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəkili kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd Şəkidən köçən ailələr tərəfindən yaradılıb. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Qoşaqovaq bələdiyyəsi təsis edilmişdir. 2007-ci ildə Şəkili bələdiyyəsi təsis edilmiş, lakin 2014-cü ildə bələdiyyə ləğv edilmiş və kənd yenidən Qoşaqovaq bələdiyyəsinin tərkibinə daxil edilmişdir. Şəkili kəndi Şəkili kanalı və Neymətabad kanalı sahilində yerləşir, kəndin yaxınlığında Türyançay çayı axır.
Şəkili (Göyçay)
Şəkili — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Əsl adı Molla Şəkilidir. Yaşayış məntəqəsini Şəkidən köçüb gələn ailələr salmışlar. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 353 nəfər əhali yaşayır.
Şəkili bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub. Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib. 1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.
İkinci sofistika
İkinci sofistika və ya yeni sofistika — sofistika dövrlərindən biri. Əsas nümayəndələri Samosatalı Lukian və Flavi Filostrat olmuşdur. II əsrin əvvəlindən, yəni Antoninlərin "qızıl dövrü"ndən IV əsrin sonuna qədərki dövrü əhatə edir. İkinci sofistikanın nümayəndələri adətən Filostratın "Sofistlərin bioqrafiyası" kitabında bəhs etdiyi filosoflar hesab olunurlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, ikinci sofistika b.e. I əsrinin əvvəllərinə gedib çıxır. Yeni sofistika dövrünü V əsrdən başlayaraq üçüncü sofistika dövrü, digər adı ilə Bizans ritorikası izləmişdir. İkinci sofistikanın nümayəndələri xüsusi boşluqları ilə seçilirdilər, çünki onların dövründə fəlsəfə çox yüksək ehtiramla qarşılanırdı, Roma hökmdarları sofistləri hər formada təşviq etməyə çalışırdı. Məsələn, Eli Aristid yuxuda ona tanrının göründüyünü və ona dahi olaraq Platon və Demosfenə bərabər olduğunu elan etdiyini söyləmişdir. Odur ki, ikinci sofistika ümumiyyətlə Demosfen və Platonun tərənnümü ilə xarakterizə olunur.
İkinci aliya
İkinci aliya (ivr. ‏העלייה השנייה‏‎, HaAliyah HaShniya) — 1904–1914-cü illər arasında baş verən aliya. Bu dövrdə əksəriyyəti Rusiya imperiyasından, bəziləri də Yəməndənolan təxminən 35,000 yəhudi Osmanlının idarə etdiyi Fələstinə köçmüşdü. İkinci aliya 1870-ci illərdən 1920-ci illərə qədər davam edən yəhudilərin Şərqi Avropadan daha böyük köçünün kiçik bir hissəsi idi. Bu müddət ərzində iki milyondan çox yəhudi Şərqi Avropadan köç etmişdi. Bu immiqrantların bir çoxu ABŞ-də məskunlaşmışdılar, çünki burada böyük iqtisadi imkanlar var idi. Digərləri Cənubi Amerika, Avstraliya və Cənubi Afrikada məskunlaşmışdılar və mühacirət edən yəhudilərin yalnız kiçik bir hissəsi Fələstinə getmişdi. Şərqi Avropadan bu kütləvi mühacirətin bir çox səbəbi var və ən çox danışılanlar Rusiyada artan antisemitizmdir. Bu antisemitizmin təzahürləri müxtəlif poqromlar və 1905-ci il Rusiya inqilabı ilə müşayiət olunan talanlar idi. Miqrasiya üçün digər mühüm amil iqtisadi çətinliklər idi.
İkinci pərdə
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. Süjetin əsasını xəyanət motivi təşkil eləyir.
İkinci bahar
İkinci bahar (teatr)
İkinci güllə
İkinci güllə — toy axşamı gəlinin bakirə olmasını kəndə bildirmək üçün iki qüllə atılması adətini tənqid edən 2017-c il istehsalı qısametrajlı dram filmi. Filmin quruluşçu rejissoru və ssenaristi Natiq Rəsul, produseri Nəriman Məmmədovdur. 2013-cü ildə keçirilən "Yeni nəfəs-1" ssenari müsabiqəsinin qalibi olan film Fransada "Qadın hüquqları və Kino" festivalında nümayiş olunmuşdur.