1. İçində şəkillər olan; rəsmli. Şəkilli jurnal. Şəkilli məcmuə.
– Qonça şəkilli kitabı istəyir, Aqil vermir, bacısına gözlərini ağardırdı.
2. məc. Gözəl, göyçək, qəşəng, gözə xoşgələn, gözəşirin.
Yaylığı kirli balam; Qəlbi fikirli balam; Cahıl-cuhul içində; Mənim şəkilli balam. ( ).
Biri sərtasər ağ, həm siyah telli; Biri buğdayıdır, alma şəkilli.
[Nəcibə] alagöz, ağbəniz, qırmızıyanaq, qara şəvəsaç, ucaboy, şəkilli … ceyran kimi bir qızdır.
3. Adətən rəqəmlərlə – səhnədə və ya kinoda göstərilən əsərin neçə şəkildən ibarət olduğunu bildirir. 10 şəkilli əsər.
– Səməd Vurğun şerinin yüksək inkişaf nümunəsi, şübhəsiz ki, şairin 1938-ci ildə yazdığı on bir şəkilli “Vaqif” adlı dramatik poemasıdır.