Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinovac
CoronaVac və ya Sinovac — Çin biofarmatsevt şirkəti Sinovac tərəfindən hazırlanmış COVID-19 peyvəndi üçün potensial namizəd. Namizəd peyvəndi 2020-ci ilin ortalarından bəri III klinik sınaqlardan keçirilmişdir. Oktyabrın 19-da Braziliyada keçirilmiş III mərhələ tədqiqatının ilkin nəticələri CoronaVac-ın COVID-19-a qarşı etibarlı bir müdafiə olduğunu göstərdi. Braziliyada bir nəfər könüllünün intihar etməsindən sonra noyabrın 10-da III mərhələ sınaqlarını qısa müddətə dayandırdı və daha sonra noyabrın 11-də bərpa etdi.. Dekabrın 3-də Braziliyaya bir milyondan çox doza CoronaVac gətirildi. Dekabrın 6-da isə İndoneziya 1,2 milyon doza CoronaVac-ın ilk partiyasını aldı.. Dekabrın 13-də da Butantan İnstitutu III mərhələ sınaqlarında təsdiqlənmiş COVID-19-a yoluxmuşların sayının 170-ə çatdığını və bu ilkin analiz üçün tələb olunan 151 hadisəni aşdığını və tam peyvəndləşmənin başlaması üçün sənədlərin həm ANVISA-ya, həm də Milli Tibbi Məhsullar İdarəsinə 23 dekabr tarixinə qədər təqdim ediləcəyini açıqladı. CoronaVac vaksini inaktiv peyvənddir. Belə ki, onun kimyəvi tərkibi genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. 2021-ci il yanvarın 7-də effektivlik dərəcəsinin necə hesablandığını açıqlamadan, Butantan İnstitutu peyvəndin 13.000 könüllüdən 220 COVID-19 hadisəsinə əsaslanan yüngül hallarda 78%, ağır və orta infeksiyalara qarşı 100% təsirli olduğunu elan etdi.
Şikotan
Şikotan (aynu. Сикотан, yap. 色丹島) — Aynu dilində "Əla yer" ("Şi" — əla; "Kotan" — yer) — Kuril adalarının cənubunda yerləşən cənubi kuril sırasına daxil olan ən iri ada. Rusiya adaya nəzarət edir. İnzibati cəhətdən Saxalin vilayətinin Cənubi Kuril şəhər dairəsi ərazisinə daxil edilir. Yaponiya isə adalara iddia edir. Adanı Hokkaydo qubernatorluğunun Nemuro dairəsinə daxil edilir. Ada federal əhəmiyyətli "Kiçik Kuril" qoruğu ərazisinə daxil edilmişdir. == Coğrafiya == Ada şimal-şərqdən cənub-qərbə 27 km uzanır. Eni 5–13 km təşkil edir.
Oksana Şişkova
Oksana Valerivna Şişkova (ukr. Оксана Валеріївна Шишкова; d. 10 iyun 1991, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna xizəkçisi, biatleti. == Bioqrafiya == Oksana Şişkova 1991-ci il iyunun 10-da Xarkov şəhərində anadan olmuşdur. Üç il akrobatik gimnastika bölməsində oxuyub. Yeddi yaşında kunq-fu öyrənməyə başlayıb. On yaşlarında onun görməsi pisləşməyə başladı və gözdən əlil oldu. On üç yaşında Paralimpiya idmanı və atletika (100 m və 200 m) məşqlərinə başlamış, «Ukrayna idman ustası» adını almışdır. 2003-cü ildə Ukrayna Atletizm çempionatına qatıldı. 2004-cü ildə, gözdən əlil uşaqlar üçün olan internat məktəbində təhsil alarkən xizək və biatlona başladı.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Sikora adası
Sikora adası — Nordenşeld arxipelaqına daxil olan 90 adadan biri. Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub-şərqində qərarlaşır. İnzibati cəhətdən Rusiya Federasiyasınln Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildən digər Nordenşeld arxipelaqına daxil olan adalar kimi Rusiyanın və bütün Asiyanın ən böyük qoruğu ərazisinə daxildir. Böyük Arktik qoruğu Arktik qurşağın qorunması məqsədi ilə yaradılmışdır. == Coğrafiyası == Sikora adası öz növbəsində Nordenşeld arrxipelaqınln tərkibinə daxil olan Litke adaları qrupuna aiddir. Litke adaları isə Sikorada daxil olmaqla on adadan ibarətdir. Ada maksimal olaraq 350 metr uzunluğa malikdir. 900 metr şimalda Sofiya adası, şimal-şərqdə qrupun ən böyük adası olan Yermolov yerləşir. Cənubdan isə Lelin boğazı ilə Paxtusov adalarından ayrılır.
Yekaterina Şişova
Yekaterina Şişova (d. 13 sentyabr 1978) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yekaterina Şişova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Yelizaveta Bıkova
Yelizaveta Bıkova (rus. Елизаве́та Ива́новна Бы́кова; 4 noyabr 1913 – 8 mart 1989, Moskva) — SSRİ şahmatçısı qadınlar arasında üçüncü və beşinci dünya çempionu. == Həyatı və dünya çempionluğu == Yelizaveta Bıkova 1913-cü il noyabrın 4-də Vladimir vilayətində anadan olub. Dördüncü sinfi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya, qardaşının yanına gedir. Məktəbi bitirdikdən sonra əvvəlcə plan-iqtisadiyyat texnikumunu, sonra isə ali məktəbi qurtarmışdır. Şahmat oynamağı qardaşından öyrənmişdir. Lakin oxuduğu üçün turnirlərdə iştirak etməmişdir. İlk dəfə 1935-ci ildə Moskva çempionatında oynayan Bıkova sonuncu yeri tutmuşdur. Lakin tezliklə istəyinə nail olaraq, şahmat məktəbinə üzv yazıldı və nəzəriyyəni öyrənməyə, tez-tez turnirlərdə çıxış etməyə başladı. Çox keçmədi ki, Moskvanın, sonralar isə ölkənin ən güclü qadın şahmatçılarından biri oldu.