Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anton Şifner
Anton Antonoviç Şifner (alm. Franz Anton Schiefner‎) (18 iyul 1817, Revel — 16 noyabr 1879, Sankt-Peterburq) — filoloq, dilçi. == Həyatı == Anton Antonoviç Şifner 1817-cı ildə anadan olmuşdur. Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Schiefner 1840-cı ildə Berlin Universitetində şərq dilləri (xüsusilə sanskrit), Peterburqda isə yunan və latın dillərini öyrənmişdir. Rus Elmlər Akademiyasında Tibet dilləri üzrə mütəxəssis işləmişdir. 1863-cü ildən ömrünün sonunadək REA Kitabxanasının şöbə müdiri vəzifəsində çalışmışdır. Schiefner Qafqaz, türk, monqol, fin, Tibet dilləri üzərində çalışmışdır. O, tatar dilinin koybal və kasadas dialektlərini araşdırmışdır. Minusinsk tatarlarının dastanları haqqında bir əsər yazmışdır. Anton Şifner 16 noyabr 1879-cu ildə Peterburq şəhərində 62 yaşında vəfat etmişdir.
Pioner
Pioner 10
Şifer
Şifer — bir-birinin üstünə yığılmış tək elementlərdən ibarət dam örtüyü. Bu elementlər adətən düz və düzbucaqlı formalıdır və hər biri özündən aşağıdakı ilə bir qədər üst-üstə düşməklə damın aşağı qurtaracağından başlayaraq üzü yuxarı düzülür. Şiferlər ağac, metal, plastmas və kompozit materiallar kimi müxtəlif materiallardan hazırlanır. Avropada və Asiyanın bəzi yerlərində hələ də üstünlük təşkil edən kirəmit dam plitələrinə hələ də adətən şifer deyilir. 20-ci əsrə qədər gil şistə "şifer" deyilirdi. Bu söz bu mineralın almanca adıdır. Qatlı quruluşa görə, gilli şist asanlıqla ayrı-ayrı plitələrə bölünürdü, bu da tikinti işlərində istifadə etmək üçün əlverişli idi. ABŞ-də gilli şistlə örtülmüş damlar 1730-cu illərdən məlumdur və bu materialın istifadəsində əsl bum 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində baş vermişdir.
Klaudia Şiffer
Klaudia Şiffer (alm. Claudia Schiffer‎; d. 25 avqust 1970) — 1990-cı illərin məşhur alman model və aktrisası. Brijit Bardota (Brigitte Bardot) bənzəməsinin məşhur olmasında böyük payı var. 500-ə yaxın jurnalın üz qabığını bəzəyən Klaudia dünyanın ən uğurlu modellərindən biridir.
Marko Simone
Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir. "Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib. İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb. == Bioqrafiya == Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib. A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib.
Nina Simone
Eunice Kathleen Waymon (Yuunis Kətlin Veymn), səhnə adı ilə Nina Simone (d. 21 fevral 1933, Tryon, Şimali Koralina — ö. 21 aprel 2003 Carry-le-Rouet, Bouches-du-Rhône) — ABŞ müğənnisi, bəstəkar, ictimai fəal, antirasist. Caz, Blues, R&B (ritm və blues), Folk musiqi tərzlərində unudulmaz və əfsənələşən Simone, musiqi ilə iç-içə olan bir ailədə dünyaya gəldi. İlkin musiqi təhsilini anasının dəstəyilə mənimsəyən sənətçi, uşaq yaşlarında kilsə xorlarında mahnılar oxuyarkən, yardımsevər birinin köməyilə piano dərsləri aldı. 10 yaşında New York Juilliard musiqi məktəbində təhsilinə davam etməyə başladı. O zamanların gərgin irqçi basqıları ilə bərabər maddi sıxıntılar səbəbilə Philadelphia`ya köçdülər. 1954-cü illər müxtəlif barlarda musiqi istedadını göstərməyə başladı. 1958-ci ildə ilk albomu yayımlandı. Elə həmin il adını ispan dilində "qız" anlamına gələn Nina və pərəstişkarı olduğu aktrisa Simone Signoretin adından götürərək bildiyimiz Nina Simone təxəllüsünə keçdi.
Pioner 10
Pioner 10 (ing. Pioneer 10) və ya Pioner F — 1972-ci ildə astoroid qurşağının xaricinə səyahət etmiş ilk insansız kosmik gəmi. 3 mart 1972-ci ildə buraxılmışdır. Pioner 10 uluzlararası səyahət üçün hazırlanmışdır. Pioner 10-un içinə insan şəkilli qızıl disk yerləşdirilmişdir. Pioner 10 1983-cü ildə Günəş sistemini tərk edərək ulduzlararası səyahətə başlamışdır. Pioner 10 1969-cu ildə dizayn edilmişdir. Əsas məqsəd kimi Yupiterin öyrənilməsi görülürdü. Kosmik gəmi TRV üsulu ilə hazırlanmışdır. Öz kütləsi 258 kq, yanacağının və alətlərinin kütləsi uyğun olaraq 30 və 27 kq idi.
Pioner 11
Pioner 11 və ya Pioner G (ing. Pioneer 11, Pioneer G) — NASA tərəfindən 6 aprel 1973-cü ildə göndərilən kosmik gəmi. Gəminin vəzifəsini Yupiter və Günəş sisteminin xarici səthinə səyahət təşkil edir. Yalnız Yupiterə səyahət edən Pioner 10-dan fərqli olaraq Pioner 11 həmçinin Saturna da səyahət etmişdir. Yupiter səyahətini bitirdikdən sonra Günəş sisteminin xaricinə yol alaraq səyahətini davam etdirən Pioner 11 təxminən 4 milyon il sonra Oxatan bürcünün yaxınlığından keçəcək. Alimlərin təxminlərinə görə gəmi Yer kürəsindən, hətta Günəşdən də daha uzun müddət həyatda qalacaq. Pioner 10 və Pioner 11 avtomatik planetlərarası stansiyalar vasitəsilə üzərində xüsusi mesajlar qeyd edilmiş lövhələr daşıyır. Hər ikisindəki lövhələr eynidir. Əgər yerdən kənar sivilizasiyalar varsa, onlar bu sonsuz uçuş zamanı Pionerlə qarşılaşacaq və mesajları görə biləcək. Lövhədə insan təsvirlərindən başqa hidrogen atomunun strukturu və Günəş sisteminin qalaktikamızdakı koordinatını göstərən rəsm də mövcuddur.
Pioner adası
Pioner adası — Şimal Torpağı arxipelaqının şimal-qərbində yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Rusiyayanın Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarına daxildir. Arxipelaqın qərb hissəsində yerləşir. Komsomoles adasından eni 4–9 km plan Yunıy boğazı , Oktyabr İnqilabı adasında isə eni 9–14 km olan Qırmızı Ordu boğazı ilə ayrılır. Sahəsi 1522 km²təşkil edir. Uzunluğu 58 km, eni 25 km təşkil edir. Adanın cənub-şəqində yarımada yerləşir ki, onun uzunluğu 7 km, eni isə 5 km olur. Adadan qərbdə Krupskoy adası yerləşir. Adanın böyük hissəsində sahillər nisbətən hündürdür.
Pioner proqramı
Pioner proqramı-planetar kəşfiyyat üçün nəzərdə tutulan Amerika Birləşmiş Ştatlarının pilotsuz kosmik uçuşlar seriyasından biridir.Proqramda bu cür missiyaların sayı var, amma ən məşhuru xarici planetləri tədqiq edən və Günəş sistemi ni tərk edən Pioner 10 və Pioner 11 idi.Pioner 10 və Pioner 11 bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar. İlk zondu adlandırmaq Air Force eksponatlarının baş dizayner kimi tanınan Stiven A.Saliqaya həvalə edilmişdir.O brifinqdə olanda kosmik gəmi infraqırmızı yoxlama cihazı olan alət kimi təsvir edilmişdir.Saliqa ad üçün çox fikirləşdi və Pioner adını təklif etdi. Ən erkən pioner missiyalarının məqsədi birinci kosmik sürəti əldə edərək Yer kürəsini tərk edilməsi və Ayın müəyyən qədər öyrənilməsindən ibarət idi.Bu köhnə NACA nın təşkil ediyi NASA tərəfindən həyata keçirilən ilk iş idi.Bu missiya ABŞ Hərbi Hava Qüvvələri və Ordusu tərəfindən həyata keçirilmişdir. Əsas missiyalar və mötərizədə onların alternativ adları aşağıda verilmişdir. Pioner 0 (Tor-Able 1,Pioner) məhv oldu (Buraxılışdan 77 saniyə sonra) 17 avqust 1958 Pioner 1 (Tor-Able 2,Piner I) Aya çatmadı (üçüncü mərhələ uğursuz oldu) 11 oktyabr 1958 Pioner 2 (Tor-Able 3,Pioner II) geri qaytarıldı (üçüncü mərhələ uğursuz oldu) 8 Noyabr 1958 Pioner P-1 (Atlas-Able 4A, Pioner W),zond itdi 24 Sentyabr 1959 Pioner P-3 (Atlas-Able 4, Atlas-Able 4B, Pioner X) Ay zondu,buraxılışın yerinə yetirilməməsi uğursuz oldu 26 Noyabr Pioner 5 (Pioner P-2, Tor-Able 4, Pioner V) Yer və Venera arasındasındakı planetlərarası kosmik fəzanın tədqiqi 11 Mart 1960 Pioner P-30 (Atlas-Able 5A, Pioner Y) Ayın orbitinə çata bilmədi 25 Sentyabr 1960 Pioner P-31 (Atlas-Able 5B, Pioner Z) (yuxarı mərhələ uğursuz oldu) 15 Dekabr 1960 Pioner 3—buraxılış səhvi səbəbi ilə Aya çatmadı 6 Dekabr 1958 Pioner 4—birinci kosmik sürət əldə edildi 3 Mart 1959 Beş il sonra erkən Pioner missiyaları sona çatdı və NASA-nın Ames Tədqiqat Mərkəzi yeni missiyalar seriyasını adlandırmaq üçün Pioner adını istifadə etdi.Bu missiyada Yupiter və Saturn missiyalarından əvvəl ilkin olaraq daxili günəş sistemi hədəflənmişdir.Missiya uğur əldə edərək 5 il sonra olacaq Voyacer proqramına nəzərən çox aşağı keyfiyyətli şəkillər göndərdi.1978-ci ildə proqramın sonunda, Pioneer Venus Orbiter və Multiprobe zondları ilə daxili günəş sistemindən geri döndü. Yeni missiyalar Pionner 6-dan başlayaraq nömrələndi (mötərizədə alternativ adları sonra buraxılış tarixləri verilmişdir). Pioner 6,7,8 və 9 kosmik aparatları Pioner 6 (Pioner A) 1965-ci il Dekabr Pioner 7 (Pioner B) 1966-cı il Avqust Pioner 8 (Pioner C) 1967-ci il Dekabr Pioner 9 (Pioner D) 1968-ci il Noyabr Pioner E-uğursuz buraxılış 1969-ci il Avqust Pioner 6 və Pioner 9 Günəşdən 0.8 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də orbital orbital periodları Yer ilindən qısadır. Pioner 7 və 8 günəşdən 1.1 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də onların orbital periodları Yer ilindən uzundur. Pioner 10 (Pioner F)—Yupiter,Ulduzlararası mühit 1972-ci il Mart ayında buraxılıb Pioner 11 (Pioner G)—Yupiter,Saturun,Ulduzlararası mühit 1973-cü il Aprel ayında buraxılıb Pioner H Pioner 10 və 11-ə oxşar idi.Heç vaxt buraxılmadı. Pioner Venara orbiter (Pioner Venera 1, Pioner 12) 1978-ci May ayında buraxılıb.
Simone Petersano
Simone Petersano (it. Simone Peterzano, təq. 1540, Berqamo – təq. 1596, Milan)— italyan rəssam, Manyerizm dövrünün nümayəndəsi. O, Mikelancelo Merisi de Karavacconun ilk müəllimi olaraq tanınır. Simone Petersano haqqında məlumat olduqca azdır. O, Venesiyada Tisian Veçellionun şagirdi olmuşdur. 1578-1582-ci illərdə Petersano, ona şöhrət qazandıran işlərindən biri sayılan Qareqnano kilsəsinin freskalarını işləmişdir. Petersano 1583-1592-ci illər ərzində aktiv fəaliyyət göstərmişdir. Onun emalatxanası Milan şəhərində yerləşirdi.
Sinner (qrup)
Sinner — 1982-ci ildə vokalçı və bas gitaraçı Mat Sinner tərəfindən yaradılmış alman ağır metal (heavy metal) qrupudur. Sonradan Primal Fear qrupuna qoşulmuşdur. Onlar alman ağır/sürət/güc metal musiqi səhnəsinin bir hissəsi idi. Onların son albomu Brotherhood 15 iyul 2022-ci ildə buraxılıb. == Diskoqrafiya == === Studiya albomları === Fast Decision (1983) Danger Zone (1984) Touch of Sin (1985) Comin' Out Fighting (1986) Dangerous Charm (1987) No More Alibis (1992) Respect (1993) Bottom Line (1995) Judgement Day (1997) The Nature of Evil (1998) The End of Sanctuary (2000) There Will Be Execution (2003) Mask of Sanity (2007) Crash & Burn (2008) One Bullet Left (2011) Touch of Sin 2 (2013) Tequila Suicide (2017) Santa Muerte (2019) Brotherhood (2022) === Konsert albomları === In the Line of Fire (Avropada konsert) (1996) === Kompilyasiyalar (albomlar külliyatı) === The Best of Sinner — Noise Years (1995) Germany Rocks — The Best of Sinner (1995) Treasure — The Works 93–98 (1998) The Second Decade — Best of (Includes three new tracks) (1999) Emerald — Very Best of Sinner (1999) Jump the Gun — Collection (2009) No Place in Heaven the Very Best of the Noise Years 1984–1987 (2016) === Tribyut (həsr olunmuş) albomlar === A Tribute to Accept (covers "Balls to the Wall") (2000) The Spirit of the Black Rose — A Tribute to Phil Lynott (covers "The Sun Goes Down") (2001) Emerald — A Tribute to the Wild One (covers "The Sun Goes Down") (2002) A Tribute to the Four Horsemen (covers "Wherever I May Roam") (2002) === Mat Sinner solo albomu === Back to the Bullet (Mat Sinner) (1990) === Sinqllar === Born to Rock (1986); Hypnotized (1986); Fight the Fight (1987); Knife in My Heart (1987); Rebel Yell (1989); Where Were You (1992). === Musiqi klipləri === Used to the Truth (1997); Diary of Evil (2007); Black (2007); Revolution (2008); Back on Trail (2011); Don’t Believe a Word (2013); Tequila Suicide (2017); Road to Hell (2017); Fiesta Y Copas (2019); Death Letter (2019); Brotherhood (2021); The Last Generation (2021).
Sifon (dəqiqləşdirmə)
Sifon (termin) Sifonoforlar -ərbəst üzən dəniz heyvanları dəstəsi. Sifon (hidrotextika) - avtomatik suötürücü. Sifon (məişət) - içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab.
Sifon (hidrotextika)
Sifon — əsasən SES su anbarlarından (bəndlərdə), kanal və basqı hovuzlarından izafi suyu kənar etmək üçün tətbiq olunan boruşəkilli avtomatik suötürücü. Giriş hissəsi çox vaxt geniş olur və yuxarı byefin su səviyyəsindən aşağıda yerləşdirilir ki, içərisinə hava, zibil və ya buz girməsin.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) — yun.siphon-kiçik boru, nasos – geomorfologiyada, yeraltı karst çaylarının kanalının şaquli səthdə dirsəkvari əyilməsi.
Soner Sarıkabadayı
Soner Sarıkabadayı – (8 dekabr 1978, Qəhrəmanmaraş) türk pop ifaçısı və söz yazıçısı. Soner Sarıkabadayı 8 dekabr, 1978-ci ildə Türkiyənin Qəhrəmanmaraş vilayətində dünyaya gəlib. Anasının adı Güngör, atasının adı Həsəndir. Pərixan və Zəfər adlı bacısı və qardaşı var. 4 yaşına qədər ailəsi ilə Qəhrəmanmaraşda yaşayan Soner, daha sonra Mərsinə köçmüşdür. İlk, orta məktəb və lisey təhsilini də Mərsində tamamlayıb. Universiteti İstanbulda oxumuşdur və İstanbula köçmüşdür. Yıldız Teknik Universitetində İqtisad fakültəsində oxuyarkən musiqiyə olan marağı səbəbilə klassik gitara dərsləri almağa başlamışdır. 2008-ci ildə imtahanlara gedən Soner, Yıldız Teknik Universiteti "Sənət və Layihə" fakültəsinə qəbul edilir və eyni il də buradan məzun olur. İlk albomu 2001-ci ildə buraxılmışdır.
İohan Şöner
İohan Şöner (alm. Johannes Schöner‎; 16 yanvar 1477, Karlştad – 16 yanvar 1547, Nürnberq) — bir çox sahədə iz qoymuş alman alimi. Keşiş, astronom, astroloq, coğrafiyaşünas, kosmoqraf, kartoqraf, riyaziyyatçı, qlobusların və elmi alətlərin istehsalçısı, elmi kitabların redaktoru və naşiri. 1543-cü ildə Nürnberqdə Şöner Kopernikin məşhur "Göy cisimlərinin fırlanması haqqında" kitabının nəşr olunmasında mühüm rol oynamışdır. Şönerin adına Marsda krater adlandırılmışdır. O, Erfurt Universitetində ilahiyyat təhsili almış, daha sonra Bamberqdə katolik keşişi olaraq işləmişdir. Orada, öz evində o, çap mağazası yaradaraq astroloji ədəbiyyat çap etməyə başladı. Şöner həm göy, həm də yer qlobuslarının yaradıcısı kimi tanınır, həmçinin yeni kəşf edilmiş Amerika materikinin təsvir edildiyi ilk yer qlobusunun. Şönerin qlobusu Nürnberq şəhər kitabxanasında saxlanılır. 1526-cı ildən, Nürnberqdə Melanxton Gimnaziyasının açılışından sonra Şöner orada riyaziyyat müəllimi oldu və 20 il bu vəzifədə qaldı.
Azərbaycan Pioner Təşkilatı
Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı (Азәрбајҹан Пионер Тәшкилаты) — Azərbaycan SSR pionerlərinin kütləvi təşkilatı. Vladimir Lenin adına Ümumittifaq Pioner Təşkilatının hissəsi. Azərbaycan Pioner Təşkilatına Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi rəhbərlik etmişdir. Ali orqanı Respublika Şurası olmuşdur. Azərbaycan Pioner Təşkilatı gənc nəsli kommunizm ideyaları, sovet vətənpərvərliyi və beynəlmiləlçilik ruhunda tərbiyə etmişdir. == Tarixi == Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı 23 may 1923-cü ildə yaradılmışdır. Azərbaycan ilk pioner dəstələri 1922-ci ildə Bakıda, Vladimir Lenin adına toxuculuq fabrikində, leytenant Şmidt adına zavodda, Sabunçu, Suraxanı, Bibiheybət rayonlarında və Gəncədə təşkil edilmişdir. 1924-cü ildə Azərbaycanda 22,817 pioner var idi. 1975-ci ildə onların sayı 826 minə çatmışdır. Azərbaycan Pioner Təşkilatı 1920-ci illərdə uşaqların məktəblərə cəlb olunmasında, mövhumata və cəhalətə qarşı mübarizə hərəkatında fəal iştirak etmişdir.
Pioner evi (Taqanroq)
Pioner evi — Taqanroq şəhərində mövcud olmuş və 1991-ci ilə qədər fəaliyyət göstərmişdir. Taqanroqda pioner təşkilatı 9 aprel 1923-cü ildə 10 nömrəli məktəbdə təşkil edilmişdir. Pionerlərin sarayı isə təntənəli şəkildə Taqanroqda 24 yanvar 1936-cı ildə açılışı gerçəkləşmişdir. Bu isə Azov-Qara dəniz diyarı ərazisində ilk pioner sarayı olmuşdur. Bütün SSRİ ərazisində isə dördüncü olmuşdur. Pioner evinin direktoru M. M. Podolski olmuşdur. 17 oktyabr 1941-ci ilə qədər Pioner sarayı və şagirdlər Şəhər idarə binasında cəmləşmişdi. Burada yeniyetmələrin fəaliyyəti üçün hər cür şərait olmuşdur. 1988-ci ildə Pioner evi Petrovskaya küçəsi 72 ünvanında yerləşirdi. 1999-cu ildə Məktəbdən kənar işlər üzrə uşaq mərkəzinə çevrilmişdir.
RSD-10 Pioner
RSD-10 Pioneer (ракета средней дальности (РСД) «Пионер» az.: Raketa Sredney Dalnosti (RSD) “Pioneer”; Orta Mənzilli Raket “Pioneer”) nüvə döyüş başlığı daşıya bilən köhnə orta mənzilli ballistik raket. 1976-1988-ci illər arasında SSRİ tərəfindən istifadə edilmişdir. NATO kod adı SS-20 Saber idi. Döyüş raketi 16,5 metr hündürlüyündə, 1,9 metr çapında və 37,1 ton ağırlığındaydı. SS-20 - Saber - (MAZ-547A base), RSD-10, Pioneer – Walk around photos Arxivləşdirilib 2007-12-27 at the Wayback Machine SS-20 Installations RSD-10 "Pioneer" Arxivləşdirilib 2006-12-20 at the Wayback Machine Cant, James "The SS-20 Missile-Why Were You Pointing at Me?" pages 240-253 from Russia War, Peace and Diplomacy edited by Ljubica and Mark Erickson, London: Weidenfeld & Nicolson, 2004 ISBN 0-297-84913-1.
Latin Simone (Que Pasa Contigo)
Latin Simone (Que Pasa Contigo) — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın öz adını daşıyan debüt studiya albomunda səslənmiş mahnı. Bu mahnıda Kuba müğənnisi İbrahim Ferrer xüsusi qonaq qismində çıxış edir.
I Want a Little Sugar in My Bowl (Nina Simone)
Fincanım üçün azacıq şəkər istəyirəm (ing. I Want a Little Sugar in My Bowl) — Nina Simonenın Sings the Blues singlına daxil olan mahnılarından biri.
Pioner və Məktəblilərin II Respublika Mahnı və Rəqs Bayramı (film, 1976)
Film Azərbaycan pioner və məktəblilərinin istedadlarının nümayişinə-ikinci respublika mahnı və rəqs olimpiadasına həsr olunmuşdur. Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.