Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; bunlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Şeir
Şeir (ərəb. شعر‎) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir. Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Öz aralarında cüt-cüt qafiyələnərək müstəqil məzmun ifadə edən misralara beyt deyilir.
Nir
Nir şəhəri, İranın Ərdəbil ostanında şəhər. Nir şəhristanının mərkəzidir.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,848 nəfər və 1,264 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Elegiya (şeir)
"Elegiya" — Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir İlk dəfə bu şeir 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bir qədər sonra isə bu şeirə Kəmaləddin Heydərov mahnı bəstələmiş, Ağadadaş Ağayevin ifasında Fuad Əlişovun rejissorluğu ilə klip çəkilmişdir. 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün "Ədəbiyyat" dərsliyinə salınmışdır Şeir sinifdənxaric oxu üçün nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Şahnaz Bəylərqızı. Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. == Həyatı == Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Konkret şeir
Konkret şeir və ya Şəkil şeir, hər cür tipoqrafik göstərən səhifə boşluğu üzərində heç bir biçimsəl qayda olmadan düzənlənməsiylə ibarət olan şeir növüdür.Konkret şeirdə köçürülməsinə niyyətlənilən duyğu və düşüncələr sözlərin səslərindən tamamilə qopmuş olmasalar da anlayışımları çox böyük nisbətdə şeirin vizual xüsusiyyəti üzərindən reallaşır.
Kürdi (şair)
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Leyla (şeir)
Leyla — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazdığı şeir. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyovaya həsr edilmiş əsər. == Tarixi == Səməd Vurğun "Leyla" şeirini Leyla Məmmədbəyova həsr etmişdir. Məmmədbəyova Azərbaycanın ilk peşəkar qadın təyyarəçisi olub. O, 1930-cu ildən Bakı aeroklubunun üzvü olub. Leyla Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir. Leyla Məmmədbəyovanın bu uğuru diqqətdən kənar qalmamış, ona bir sıra şeir və kinofilm həsr olunmuşdur.
Mənsur şeir
Mənsur şeir - lirik və epik elementlərin müştərək xüsusiyyətləri zəminində yaranan yeni bədii formalardan biridir. Mənsur şeir janrında rus ədəbiyyatında İ.Turgenev, fransız ədəbiyyatında R.Rollan, hind ədəbiyyatında R.Taqor və başqaları bu formanın ən yaxşı nümunələrini yaratmışlar. Azərbaycanda mənsur şeirin ilk nümunələrini 1908-ci ildə Məhəmməd Hadi yaratmışdır.Ondan sonra Abdulla Sur bu janra müraciət etmişdir. 1920-ci illərdən sonra bu janr ədəbiyyatımızda getdikcə daha geniş yer tutmuş, bir çox yazıçılar dəyərli mənsur şeirlər yazmışlar. Hüseyn Həşimli. Azərbaycan mənsur şeirinin təşəkkülü.Bakı:Nurlan,2006, 144 s. Hüseyin Haşimli.Azerbaycan mensur şiirinin tarihi. Ankara: Gündüz kitap evi, 2007, 112 s. Гусейн Гашимли. Азербайджанское стихотворение в прозе.
Nali (şair)
Molla Xıdır Əhməd Şüvəysi Mikayıli (kürd. مەلا خدر (خضر) کوڕی ئەحمەدی شاوەیسی ئاڵی بەگی میکایلی) və ya təxəllüsü ilə Nali (kürd. نالی) (1798, Süleymaniyyə – 1855, Konstantinopol) — kürd şairi və tərcüməsi. O, əsasən sorani poeziya məktəbinə verdiyi töhfələrə görə tanınır. Nali Kürdi və Səlim ilə birlikdə yanaşı sorani dilini İraq Kürdüstanın ədəbi dilinə çevirmişdir. Nalinin yaradıcılığının kürd dilində intibahın yaranmasına mühüm töhfə verdiyi geniş şəkildə qəbul edilir. Dîwanî Nalî. Researched and explained by Abdul Karim Mudarris and Fatih Abdoulkarim. ISBN 964-6546-74-9ISBN 964-6546-74-9 Keith Hitchins, "NALÎ" in Encyclopædia Iranica, online edition.
Nari (şair)
Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi. Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.
Onir (mifologiya)
Onir (yun. Όνειρος, "yuxu") — yunan mifologiyasında yuxunu tərənnüm edən yarımtanrı, yarımruh, Niks və Erebin oğlu, Hipnos, Tanat və Momun qardaşı. Hesioda görə "Onirlər" yuxu kütlələri olub Niksdən tırənmişlər. Troya müharibəsində Zevsin göstərişi ilə Onir Nestor cildində Aqamemnonun yuxusuna girərək ona döyüşü başlayacağı təqdirdə yunanların qələbə çalacağını deyərək, onu aldatmış olur. LXXXVI orfik nəğmə tanrı Onirə həsr edilmişdir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Qapayıcı sinir
Qapayıcı sinir (lat. Nervus obturatorius) bel kələfiniə aid II - IV bel sinirlərinin (L2 - L4) liflərindən təşkil olunmuşdur.
Qitə (şeir)
Qitə (ərəb. قطعة‎ parça, hissə) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Qitə ərəbcə parça, hissə deməkdir. Qitənin qafiyə quruluşu qəzələ və qəsidəyə yaxındır. Fərq ondadır ki, birinci beytin misraları qəzəl və qəsidədə həmqafiyə olduğu halda, qitədə həmqafiyə olmur. Qitədə yalnız ikinci misralar bir-biri ilə həmqafiyə olur. Həcmi 2 beytdən 10 beytə qədər olur. Qitənin sonuncu (məqtə) beytində şair, adətən, öz təxəllüsünü bildirmir. Qəzəl daha çox məhəbbət mövzusunda yazıldığı halda, qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır. Qazi Bürhanəddininin, Nəsiminin, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin bəzi şeirləri qitə janrındadır.
Simfonik şeir
Simfonik poema - mövzusu müəyyən bir hadisə ilə bağlı olan və əsasən orkestr tərəfindən ifa edilən musiqili bəstə növü. İlk dəfə 19-cu yüzillikdə yaranıb, banisi Ferens List olmuşdur. Bu janr həmin dönəmlərdə dahi bəstəkar Bethovenin uverturaları ilə tərəqqisinin ən pik nöqtəsinə çatmışdır. Avropada romantizm cərəyanın ən yüksək inkişaf mərhələsində formalaşmışdır. Əsasən, 10-20 dəqiqə aralığında ifa edilir.
Sinir sistemi
Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir. Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir.
Cami (şair)
Əbdürrəhman Cami – tacik şairi, musiqişünası, filosof və alimi. == Həyatı == Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur. Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi. İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir. Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir.
Füzuli (şair)
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1494, Ağqoyunlu dövləti – 1556, Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Hafiz (şair)
Hafiz Şirazi (fars. خواجه شمس‌‌الدین محمد حافظ شیرازی‎ Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez. Tam adı: Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. == Həyatı == Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310–1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında büruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub.
Sinir toxuması
Sinir toxuması — sinir sisteminin əsasını təşkil edən və onun funksiyalarının həyata keçirilməsi üçün şərait yaradan xüsusi strukturlar sistemi olan ektodermal mənşəli toxuma. Sinir toxuması sinir impulsları yaradaraq stimulları qəbul edir və bu impulsları orqanizmi ətraf mühitlə birləşdirərək effektora ötürür. Sinir toxuması orqanizmin toxumalarının, orqanların və sistemlərinin qarşılıqlı əlaqəsini və tənzimlənməsini təmin edir. Sinir toxumaları sinir sistemini təşkil edir və sinir qanqliyası, onurğa beyni və beynin bir hissəsidir. Onlar sinir hüceyrələrindən - neyronlardan ibarətdir, ulduz formasındadır, uzun və qısa proseslər həyata keçirir. Neyronlar qıcıqlanmanı (afferent, sensor, reseptor və ya mərkəzdənqaçma neyronları) qəbul edir və həyəcanı əzələlərə, dəriyə, digər toxumalara, orqanlara (efferent, motor, motor və ya mərkəzdənqaçma neyronları) ötürür. Sinir toxumaları bədənin koordinasiyalı işləməsini təmin edir. Sinir toxuması - əsas funksiyanı yerinə yetirən neyronlardan (neyrositlər) və neyronlar üçün xüsusi mikromühit təmin edən neyroqliyadan ibarətdir. O, həmçinin ependimaya (bəzi elm adamları onu qliadan təcrid edirlər) və bəzi mənbələrə görə, kök hüceyrələrə (üçüncü beyin mədəciyinin bölgəsində yerləşdirilib, oradan iybilmə lampasına və hipokampusun dişli girusuna köçürlər) aiddir. ).
Qabil (şair)
Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı – 4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976). == Həyatı == Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.