Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şpaqat
Şpaqat (rus. Шпагат; ing. Split) — ayaqların bir xətt istiqamətində 180 dərəcə açılmasından ibarət olan bədən vəziyyəti. Şpaqat müxtəlif idman növlərində həyata keçirilir: rəqs, fiqurlu konkisürmə, gimnastika, aerobika, döyüş sənəti, sinxron üzgüçülük, kapoeyra, yoqa. Şpaqat dartıb genəltmə (rus. растяжка) tapşırıqlarından biridir. == Növləri == Şpaqatın iki növü mövcuddur: "eninə" (ayaqlar tərəflərə yayılması) və "uzununa" (ayaqlar irəli və geri yayılması) şpaqat. Yuxarıya şpaqatda (ing. Oversplit) ayaqlar arasındakı bucaq 180 dərəcəni keçir. == Şpaqat açmaq qaydaları == Bir çox insan şpaqat açmaq istəyir.
Spilit
Spilit - albitləşmiş diabaz qrupuna aid olan paleotip bazalt süxur ("natriumlu bazalt"). Sualtı vulkanik püskürmə ilə əlaqədar olan lavalarda, araları, adətən, yəşəm tipli sementlə dolmuş kürəvi ayrılmaların olması və bu süxurların silisiumlu radiolariya süxurları ilə sıx assosiasiya onların su altında əmələ gəldiyini göstərir. Quruluşu mikrolit tipli, pilotaksit, yaxud intersertaldır. Mikrolitlər albitləşmiş plagioklazdan ibarətdir, onların arası isə xlorid və filiz mineralları (maqnetit, pirit, ilmenit), bəzən də dəyişilməyə uğramış hornblend və piroksenlə dolur. Spilit spilit-keratofir formasiya xarakter üzvü hesab edilir. Yer qabığının mütəhərrik zonalarının ilkin mərhələsi üçün səciyyəvidir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Spiral
Spiral — riyaziyyatda, mərkəzi nöqtəyə müəyyən qanunauyğunluqla tədricən yaxınlaşan (uzaqlaşan) əyilən xətt.
Spitak
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Saiga
Sayğaqlar (lat. Saiga)— Əsl antiloplar alt dəstəsinə daxiı olan bioloji cins. Pleystosen epoxası (2 milyondan 10 min il öncəyə qədər) dövründə Avrasiyanın şimalı, Britaniya adaları qərbi, Kanadanın şimal-qərb bölgəsinin savanna və çöl ərazilərində yayılmışdırlar. Hazırda bir-birindən arslı yayılmış bir nrcə populyasiya şəklində Mərkəzi Asiyanın çöl və yarımsəhra ərazilərində yayılmışlar. Cinsə bir nəsli kəsilmiş və bir müasir növ daxildir: Sayğaq (Saiga tatarica) — hazırda iki yarımnövə aid 5 təcrid olunmuş populyasiya qalmışdır: S. tatarica tatarica — Rusiya və Qazaxıstan ərazisində dörd populyasiya; S. tatarica mongolica — olduqca azsaylı polulyasiya Monqolustanın şimal-qərbində yerləşir; S. tatarica binagadensis † — Orta Pleystosen dönəmində Azərbaycanda iqlimin quraqlaşması ilə əlaqədar nəsli kəsilmişdir. Pleystosen sayğağı (Saiga borealis) † — qədim, hazırda nəslikəsilmiş növ. İki yarımnövə bölünürdülər: S. borealis borealis — Şərqi Sibir və Alyaska S. borealis prisca — Avropa, Ural və Qərbi Sibir == İstinadlar == == Ədəbiyyat == Baryshnikov G. and Tikhonov A. 1994. Notes on skulls of Pleistocene saiga of northern Eurasia. Historical Biology, Volume 8, Issue 1–4, pages 209–234.
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Spika
Spika və ya Başaq (α Vir / α Qız / ) - Qız bürcünün α ulduzu. Tipik "Qoşa Ulduzdur". Qırmızı rəngi ilə seçilir. Parlaqlığına görə 16-cı olub, Günəşdən təqribən 2100 dəfə parlaqdır. Bu parlaqlıq özlüyündə yanıldıcıdır, çünki Spika bir-birinə çox yaxın yerləşən iki ulduzdan ibarət sistemdir. Bu da onları ayrı-ayrılıqda incələməyə imkan vermir. Bizdən təqribən 260 işıq ili (80 Parsek) uzaqda yerləşir. Qız bürcü və gecə səmada 16 parlaq ulduzun ən parlaq ulduzu olan Spika (/ spaɪkə /), eyni zamanda Alpha Virginis (α Virginis, qısaldılmış Alpha Vir, α Vir) olaraq ifadə edilmişdir. Parallaks analizi, Günəşdən 250 ± 10 işıq ili uzaqlıqda olduğunu göstərir. Bu spektroskopik bir ikili və dönən elipsoidal dəyişkəndir; iki ana ulduzu bir-birinə çox yaxın olan bir sistemdir, qlobal olmaqdan çox yumurta şəklindədir və yalnız spektral analiz nəticəsində ayrıla bilər.
Siqal
Siqal (fr. Sigale) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,62 km², əhalisi — 205 nəfərdir (2006) artım tendensiyası ilə: 210 nəfər (2012), əhalinin sıxlığı 37,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 210 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 210 nəfər.
Actaea spicata
Sünbülvari qarğaotu (lat. Actaea spicata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qarğaotu cinsinə aid bitki növü.
Agrostis spicata
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Amelanchier spicata
Sümbülvari irqa (lat. Amelanchier spicata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Zaqafqaziyada və Krımda təbii yayılmışdır. == Botaniki təsviri == 5 metrə çatan hündür ağac və koldur. Gövdədə çətri kül rəngli, bəzən qara, cavan çətirləri sarı-çəhrayı, bəzən ağ, parlaq, açıq xallı olub, köhnə budaqlara görə dəyişir. Tumurcuqları xırda, qırmızımtıl-qonur, uzunsov və iti, zoğa yapışıq, kənarları ağ tükcüklüdür. Yarpaq yarığı çox ensiz, üstə çıxan yarpaq balışlı və 3 izlidir. Özəyi yaşılımtıl, oduncağı seyrək məsaməli, çəhrayı rəngli, bərk və ağırdır. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 4 sm-dək, kənarları dişlidir. Bünövrəsi yumru və ya bir az ürəkvaridir.
Baccharis spicata
Baccharis spicata (lat. Baccharis spicata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Buddleja spicata
Buddleja americana (lat. Buddleja americana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja callicarpoides Kunth Buddleja cana Willd. Buddleja dentata Kunth Buddleja floribunda Kunth Buddleja occidentalis L. Buddleja spicata Ruíz & Pav. Buddleja verbascifolia Kunth Buddleja americana var. albiflora Gómez Buddleja americana var. rothschulii Loes.
Eclipta spicata
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Eria spicata
Pinalia spicata (lat. Pinalia spicata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü.
Etiqat Hacıyev
Etiqat Balaxan oğlu Hacıyev (25 fevral 1974 – 5 iyul 1993, Bakı) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etiqat Hacıyev Balaxan oğlu 25 fevral 1974-cü ildə doğulmuşdur. Lənkəran şəhərində süruculuk üzrə təlim almışdır. 1992-c ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətə Ağdam şəhərində yerləşən N saylı artilleriya batalyonundan başlamışdır. Tank sürucusu olmuşdur. Ağdamın Quzanlı, Mərizli və digər kəndlərin müdafiəsində şəxsi igidlik göstərib. Ağdamda gedən döyuşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanmışdır. Və yaralı halında Bakı şəhərində Hərbi Hospitalda yerləşdirilmişdir. 5 iyul 1993 Hospitalda olduğu zaman dünyasını dəyişmişdir.
Fumaria spicata
Vaylant şahtərəsi (lat. Fumaria vaillantii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. == Sinonimləri == Fumaria camerarii Bubani Fumaria chavinii Reut. Fumaria officinalis Hohen. [Illegitimate] Fumaria parviflora subsp. vaillantii (Loisel.) Hook.f. Fumaria spicata Balb. ex Parl. Fumaria tenuiflora Janka ex Nyman Fumaria vaillantii f. longibracteata Panov Fumaria vaillantii var.
Gennadi Şpiqun
Gennadi Şpiqun (5 fevral 1947, Babayurd, Dağıstan MSSR – mart 2000, İtum-Kali rayonu, Çeçenistan) — Rusiya dövlət xadimi. Milis general-mayoru, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasındakı səlahiyyətli nümayəndəsi. 1999-cu ildə Qroznı hava limanında bir təyyarədən qaçırılır. Qaçıranlar fidyə tələb etsələrdə, lakin federal hökumət bunu rədd edir. Həm Rusiyanın, həm də İçkeriyanın güc strukturları tərəfindən həyata keçirilən Şpiqunu tapıb azad etmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayır. Onun cəsədi 2000-ci ilin martında İtum-Kali kəndi yaxınlığında tapılır. == Bioqrafiyası == Dağıstanın Babayurd rayonunda anadan olmuşdur. Dağdizel zavodunda freze maşını operatoru işləyir. 1969-cu ildən ictimai və siyasi işlə məşğul olur: 1969–1980-ci illərdə Kaspiysk şəhər komsomol komitəsinin katibi, Komsomolun Dağıstan vilayət komitəsinin şöbə müdirinin müavini, komsomol katibi vəzifələrində çalışır. 1980-ci ildə Şpiqun Sovet İttifaqı Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin şöbə təlimçisi, təşkilati və partiya işləri şöbəsinin müdir müavini vəzifəsini icra edir.
Matamoria spicata
Pseudelephantopus (lat. Pseudelephantopus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Pseudelephantopus spicatus (B.Juss. ex Aubl.) Rohr ex C.F.Baker == Sinonim == Cins Növ Ageratum dubium Blanco Ageratum quadriflorum Blanco Distreptus spicatus (B.Juss. ex Aubl.) Cass.
Mentha spicata
Sünbüllü nanə (lat. Mentha spicata) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Sinonimləri == Mentha aquatica var. crispa (L.) Benth. Mentha cordifolia Mentha crispa Mentha spicata var. ciliata Druce Mentha spicata var. crispa (Benth.) Danert Mentha spicata var. viridis L. Mentha × villosa var.
Rhodanthe spicata
Rhodanthe spicata (lat. Rhodanthe spicata) — mürəkkəbçiçəklilər fəsiləsinin rhodanthe cinsinə aid bitki növü.
Sibqat Həkim
Sibqat Həkim (tatar. Сибгат Хәким; 4 (17) dekabr 1911, Kazan quberniyası – 3 avqust 1986, Kazan) — Sovet, tatar şairi. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Böyük Vətən müharibəsi iştirakçısı. Rafael Həkimovun atasıdır. == Bioqrafiya == Sibqat Həkim 4 dekabr 1911-ci ildə Kulle-Kimi kəndində (indiki Tatarıstan Respublikası, Ətnə rayonu, Kulle-Kiminskoye kəndində) kasıb kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildə Kazandakı işçilər fakültəsində oxumuşdur, sonra 1937-ci ildə məzun olduğu Kazan Pedaqoji İnstitutuna daxil olur. 1941-ci ildə Qırmızı Ordu sıralarına çağırılır, 1942-ci ilin mayından döyüş əməliyyatlarının iştirakçısı olur. Hərbi xidmətlərinə görə, 375-ci atıcı diviziyasının 1243-cü atıcı alayının taqım komandiri, leytenant Həkimov 1943-cü ilin avqustunda Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. 1963-1967-ci illərdə Tatar MSSR Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur.