Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filipp Sturm
Filipp Sturm (23 fevral 1999-cu ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Sturm Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Sturm 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 27 sentyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə Nikolas Meysteri əvəz etmiş və komandası 5-0 hesabı ilə qalib gəlmişdir. Sturm öz peşəkar karyerasında debütünü 24 fevral 2017-ci ildə LASK Linz klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Masaya Okuqavanı əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. O, karyerasında ilk qolunu 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda vurmuşdur. O, 57-ci dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Yakob Şturm
Yakob Şturm (alm. Jacob Sturm‎, 21 mart 1771, Nürnberq, Mərkəzi Frankoniya – 28 noyabr 1848, Nürnberq, Mərkəzi Frankoniya) — Alman entomoloqu, botaniki və oymaqçısı.
Şturm Qrats FK
Şturm (Qrats) FK — Avstriyanın futbol klubu == Tarixi == 1909-cu ildə yaranıb. == Avropa kuboklarında iştirak == 16 dəfə Avropa kuboklarında iştirak edib.
AIL Storm
AIL Storm (ivr. ‏סופה‏‎, Sufa) — İsrail təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilən İsrail istehsalı olan bir avtomobildir. Jeep Wrangler qovşaqları üzərində dayanır və Automotive Industries Ltd. tərəfindən tərtib edilir. 1990-cı ildən Chrysler lisenziyası altında Nazaret şəhərində istehsal edilir. İkinci nəslin 4 qapılı modelinin istehsalı, İsrail Silahlı Qüvvələrinin bəzi ziddiyyətli təhlillərinə baxmayaraq 2006-cı ildə başlamışdır. Jeep Wrangler JK bazasında üçüncü nəsil modelinin inkişafını tamamladı. == Storm I == M-240 Storm MultiMission Vehicle Stormun ilk nəsiliydi. 1991-ci ildə Jeep Wrangler YJ knotlarını köhnə CJ-6 / CJ-8 təkər bazası ilə birlikdə istifadə etdi və motorları istisna olmaqla, Automotive Industries Ltd tərəfindən tamamilə İsraildə toplandı. Storm əsasən İsrailin hərbi ehtiyacları üçün nəzərdə tutulmuşdu, ancaq vətəndaş bazarı üçün qısa və uzun təkər bazası modelləri də var idi.
Silent Storm
Silent Storm (azərb. Səssiz Fırtına‎) — Norveçin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Stur-Fiord
Stur-Fiord (norv. Storfjorden, nyunorsk Storfjorden) — Norveçin Myore-oq-Romstal rayonu ərazisində yerləşən fiord. Uzunluğuna görə 5-ci fiordudur. Fiord ölkənin daxilinə 110 km məsafəsə daxil olur. Maksimal dərinliyi 679 metrdir. Sahilləri sıldırımlıdır. Hündürlük 300-1200 metr arasında dəyişir. Sahillərində Olesunn və Stranda kimi yaşayış məntəqələri vardır. Norveş dilindəm tərçümədə «Böyük Fiord» anlamını verir.
Storm (SuRie mahnısı)
Storm (azərb. Fırtına‎) — Böyük Britaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. SuRie "Storm" mahnısı ilə Böyük Britaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Britaniyalı bəstəkarlar Nikol Bler, Qil Lyuis və Şon Harqrivs tərəfindən yazılmışdır.
Stur-ford boğazı
Stur-ford boğazı (norv. Storfjorden) — Qərbi Şpisbergen adasını Barens və Edj adalarından ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizinin akvatoriyasına daxildir. Boğaz Şpisbergen arxipelaqına daxil adaları ayırır. Uzunluğu 132 km təşkil edir. Yay ayları ərzində boğazda hərəkət edən buzlarla örtülür.
Avengers in Galactic Storm
Avengers in Galactic Storm (yap. アベンジャーズ・イン・ギャラクティックストーム, azərb. Qısasçılar qalaktik qasırğada‎) — "DataEast" tərəfindən 1995-ci ildə hazırlanan və nəşr edilən və faytinq janrında olan ikiölçülü arkada oyunu. Oyunda birnəfərli və ikinəfərli hekayə modu və çoxnəfərli baş-başa modu var. Bu, köməkçi personajları olan ilk müasir faytinq oyunu idi. Bu personajlar oyunçular arasında "hücumçular" adlandırılırdı. Oyun "Marvel Comics" tərəfindən yaradılan "Qisasçılar" və "Krii" personajlarına əsaslanır. Oyunun süjeti və personajları "Qisasçılar"ın Şi'ar və Krii irqləri arasında baş verən qalaktikalararası bir müharibəyə müdaxilə etməsində bəhs edən "Operation: Galactic Storm" hekayə arkına əsaslanır. Bu, 2003-cü ildə bankrot olan "DataEast" şirkətinin son faytinq oyunlarından biri idi. 26 fevral 1996-cı il tarixində "Pony Canyon" və "Scitron Label" şirkətləri "Avengers in Galactic Storm" və başqa bir "DataEast" oyunu olan "Skull Fang"in fon musiqilərini "Skull Fang / Avengers in Galactic Storm" adlı bir albomda çıxarmışdır.
Calm After The Storm
Calm After The Storm (azərb. Fırtınadan Sonrakı Səssizlik‎) — Niderlandın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Riders on the Storm
"Riders on the Storm" (azərb. "Fırtınadakı atlılar"‎) — "The Doors" qrupunun 1971-ci ildə işıq üzü görən L.A. Woman albomundan musiqi. Musiqi sinql kimi buraxılmışdı və Amerika musiqi siyahılarında 14-cü pilləyə qalxmağa müvəffəq olmuşdur. Gitarist Robbi Kriqerin sözlərinə görə, musiqi Conni Keşin "(Ghost) Riders in the Sky: A Cowboy Legend" kompozisiyasından təsirlənərək yazılmışdır. Musiqi özündə göy gurultusu və yağış səsi effektlərini də birləşdirir ki, bunun fonunda da Rey Manzarek öz Fender Rhodes elektrogitarasında ifa edərək göy gurultusu və yağış səsini təqlid edir. Kompozisiyaya xüsusi məlahət verən isə Cim Morrison tərəfindən, onun öz ifasının fonunda səsləndirilən pıçıltı ilə deyilən sözlərdir. == Sözləri == Albomun adlandırıldığı digər bir trek olan "L.A. Woman" ilə "Riders on the Storm" adətən avtobioqrafik musiqilər hesab olunur. Riders on the storm (Fırtınadakı atlılar) Riders on the Storm (Fırtınadakı atlılar) Into this house we're born (Doğulduğumuz evlərə çapan) Into this world we're thrown (Atıldığımız dünyaya çapan) Like a dog without a bone (Sümüksüz bir it kimi) An actor out a loan (Qonorarsız aktyor kimi) Riders on the storm (Fırtınadakı atlılar) İkinci bənddəki "Yolda qatil var" obrazı, böyük ehtimalla Cim Morrisonun "HWY" -dəki rejissorluq işinin təsirindən yaranmışdır, hansı ki, Morrison orada onu maşını ilə aparmağa razı olan sürücünü öldürən avtostopçu rolunu oynamışdır. Bununla belə, başqa bir versiya da mövcuddur ki, həm film, həm də musiqi özünü avto dayanacağın səyyahı kimi qələmə verərək 1950-ci illərdə Kaliforniyada bir ailəni tamamilə qətlə yetirən, silsilə cinayətlər törətmiş Billi Kuka əsasən yazılmışdır. There's a killer on the road (Yolda qatil var) His brain is squirmin' like a toad (Beyni qurbağa kimi qıvrılır) Take a long holiday (Uzun bir tətil götür) Let your children play (Uşaqlarına icazə ver oynasınlar) If ya give this man a ride (Əgər, bu adama icazə versən sürsün) Sweet family will die (Sevimli ailən öləcək) Killer on the road, yeah (Yolda qatil var, yeah) Tanış mövzu 3-cü bənddə yenidən peyda olur - Pamelaya sevgi qışqırığı.
Storm (Viktor Kron mahnısı)
Storm (azərb. Fırtına‎) — Estoniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Viktor Kron "Storm" mahnısı ilə Estoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2015 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil edən Stiq Rasta və eyni zamanda Viktor Kron, Vallo Kikas və Fred Krüqer tərəfindən bəstələnmişdir.
Oturum
Oturum və ya Suya oturma dərəcəsi – hərbi və mülkü gəmiqayırmada gəminin və ya qayığın suya oturma (dalma) dərəcəsi. Gəmilərin hərkətlərinin nizamlamasında mühüm rol oynayır. == Növləri == Oturumun aşağıdakı növləri vardır: Layihə (hesablama) oturumu Midelşpanqoutuya görə layihə oturumu Gəminin burun tərəfi ilə ilə oturum Gəminin dal tərəfi ilə oturum Orta oturum Dərəcəsinə görə: Gəminin ən dərin bölmədə suya oturumu (ds) gəminin yay yük xəttinə müvafiq suya oturma dərəcəsidir. Gəminin ən az istismar olunan suya oturma dərəcəsi (dl) gözlənilən ən az yüklənmə və onunla əlaqədar maye ehtiyatlarına, o cümlədən, zədəyə qarşı davamlılıq və/yaxud suya batma üçün zəruri ola bilən bu tip ballasta müvafiq olan gəminin istismar olunan suya oturma dərəcəsidir. Gəminin bölmədə qismən suya oturma dərəcəsi (dp) gəminin az istismar olunan suya oturma dərəcəsi, üstəgəl gəminin az istismar olunan suya oturma dərəcəsi ilə ən dərin bölmənin suya oturma dərəcəsi arasındakı fərqin 60%-dir.
Saturn
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Sperm
Sperma — kişilərə xas qamet. Xayada olan bu hüceyrələrin yaranması yetkinlik dövründə başlayır. Üst hissəsində və döllənmə əsnasında yumurtaya irsi məlumat (DNT) köçürür. Quyruqlu və hərəkətlidir. İnsanlarda cütləşmə əsnasında təxminən 150-200 milyon sperma atılır. Lakin yumurtanı təkcə bir sperma hüceyrəsi dölləyə bilər. Bir sperma bir yumurta hüceyrəsinə çatanda, yumurtaya girmək üçün quyruğunu çöldə qoyub, yumurta zərindən keçərək irsi məlumatları yumurtaya çatdırmış olur. Spermalar sıx konsistensiyada bir mayenin içində olurlar. Bu mayenin adına meni və ya daha geniş yayılmış adı ilə sperma deyilir. Spermanın içində irsi məlumatlar olur.
Starz
Starz — ABŞ-də fəaliyyət göstərən kabel telekanalıdır. Yayımında original proqramlar və seriallar üstünlük təşkil edir. 2016-cı ilin yanvar ayında edilmiş hesablamaya görə kanal Birləşmiş Ştatlarda 31 milyondan çox evdə izlənilir.
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında,artıq Steam-də dörd mindən çox oyun yayılır.Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir.Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib.Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar,treylerlər yayımlanırdı ancaq,Valve bir neçə dəfə bildirmişdi ki onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi,filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker,Art Rage kimi proqramlar mövcuddur. == Yaranma tarixçəsi == Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı.Steam-ın tarixçəsi 1999 ildə Team Fortress Classic və Counter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı. Hələ bu iki oyun final stadiyasına çatmamışdılar ancaq ən yaxşı multipleyerlərdən biri hesab olunurdular.Həmçinin,bu vaxtda artıq bu oyunların istifadəçilərinin sayı 2-3 minə çatmışdı.TFC və CS oyunçularının sayı bir neçə ildən sonra qat-qat çoxalmağa başladı.Bu hadisələri diqqətlə müşahidə edən Valve şirkəti artıq,ənənəvi onlayn-oyunların hazırlanmasına yenidən,başqa bir açıdan başlamaq istəyirdi.Onların əsas məqsədlərindən biri də gələcəkdə bu proqramın istifadəçilərinin sayının daha da çoxalması idi.Bunun üçün isə artıq oyunların avtomatik şəkildə yenilənməsi,VAC-ın daha da təkmilləşdirilməsi və s. kimi vacib ünsürlər müəlliflərin qarşısında maneəçilik törədirdi və onlar belə qərara gəldilər ki,artıq yeni bir sistem yaratmaq lazımdı,bütün səciyyəvi əməliyyatlar bu platforma vasitəsilə həyata keçirilməli idi.Ancaq bu ideyanın həyata keçirilməsi üçün külli miqdarda vəsait tələb olunurdu.Valve şirkəti özünə yeni əməkdaşlar axtarırdı bunlardan biri də Yahoo!,Cisco,Amazon idi.Ancaq bu şirkətlərdən heç biri Valve-nin təklifini qiymətləndirə bilmədi.Ancaq bu platforma Valve üçün o qədər dəyərli idi ki,artıq onların özü bu sistem üzərində işləməyə başladılar. Steam birinci dəfə 2002-ci ilin 22 mart ayında,Game Developers Conference-də təqdim olundu.Steam-ın 1.0 versiyası CS 4.1 beta-versiya vaxtlarına təsadüf edirdi.CS 4.1-in beta-testerləri bu proqramı məcburi olaraq yükləməli idilər,ancaq,proqram final versiyanın əlavə komponenti kimi hesab olunurdu. == Proqramın adı == Steam (azərb.
Sturmia
Liparis (lat. Liparis) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Alatiliparis Margonska & Szlach. Alipsea Hoffmanns. Anistylis Raf. Apation Blume Cestichis Thouars Distichis Thouars Diteilis Raf. Empusa Lindl. Empusaria Rchb. f. Gastroglottis Blume Iebine Raf.
Stüard
Stüard, stüardessa (ing. stewardess, flight attendant) — təyyarə və gəmilərdə sərnişinlərə qulluq etmək üçün ekipajın sıravi üzvü. Sərnişinlərə yemək və su verir, təhlükəsizlik qaydalarını izah və təmin edir, bortda və gəmidə səliqə yaradır.. Hərbi aviasiyada bu vəzifəni ekipaj üzvlərindən biri: borttexnik, bortmexanik və ya operator yerinə yetirir. == Təyyarələrdə stüard və stüardessaların istifadə tarixi == İlk dövrdə təyyarələrdə sərnişinlərə qulluqla ikinci pilot məşğul olurdu, ancaq bu uçuş üçün təhlükəli idi. 1928-ci ildə Almaniyada ekipaja xüsusi işçi – stüard əlavə etdilər. 1930-cu ildə ABŞ-də stüard kimi qızları cəlb etməyi təklif etdilər. Birincisi, qızlar özlərinin xarici görünüşləri ilə təyyarələri reklam edə bilirdilər. İkincisi isə, qızlar çəkicə az olurdular ki, bu isə təyyarənin az yük götürməsinə şərait yaradırdı. Aviasiya tarixində ilk dəfə 15 may 1930-cu ildə San-Fransiskodan Ellen Çerç qadın stüard kimi uçuş etdi.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Şatura
Şatura — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Şaurma
Şavarma — Levant ərəb və türk ət bişirmə növü. Qoyun əti, toyuq əti, hinduşka əti, mal əti, dana əti, və ya qarışıq ətlər fırlanan şişə çəkilir və müddətcə bir gün olaraq qril ola bilər. Ətin taraşları boşqabda yeyilir və ya sandviç şəklində pita çörəyinin içində yeyilir. Şavarma Fatuş, Tabule, Tabun çörəyi, pomidor, soğan, cəfəri, kahı, kələm və xiyar ilə yeyilir. Sousları tahini, humus, şalğam və iti mango turşusundan ibarətdir. İndi bütün dünyada fəstfud kimi tanınır. Şavarma türk sözü olub, "çevirmə"-dən ərəb dilinə "şavarma" kimi keçmişdir.
Şütür
Şütür — Azərbaycanın erkən şəhərlərindən biri. Goranboy bölgəsində yerləşirdi. Qədim mənbələrdən məlum olur ki, Şütür V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şütür şəhərini yerlə yeksan etmişlər. Şütür şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi "qala yeri", yaxınlıqdakı kənd isə "sevinc, şənlik, səadət" mənasında Şadlı adlanır. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi. Şütür şəhəri qədim mənbələrdə Xanagahi-Şütür də adlanırdı. Bu da Şütür xanagahı deməkdir. Araz sahilindən Gəncəyə kimi olan 34 fərsənglik yol Xaar, Qark, Lənbəran, Bazarcıq, Bərdə, Cuqbuq, Dih-Isfahan, Xanəgah-Şütür kimi ticarət mərkəzləri və yaşayış məskənlərindən keçirdi.
Stera
Cratystylis (lat. Cratystylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Stera Ewart == Növləri == Cratystylis centralis Albr.
Acipenser sturio
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Aleksandr Stüart
Aleksandr Stüart (30 aprel 1514, Stirlinq – 18 dekabr 1515) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən kiçik oğlu.
Anna Stüart
Anna Stüart (ing. Anne Stuart) (6 (16) fevral 1665 və ya 6 fevral 1665, Sent-Ceyms sarayı, Böyük London regionu[d] və ya London – 1 (12) avqust 1714 və ya 1 avqust 1714, Kensinqton, Midlseks[d] və ya London) — İngiltərə, Şotlandiya və İrlandiyanın, 1 may 1707-ci ildə bağlanan uniyanın ardından Böyük Britaniya krallığının kraliçası. Anna və bacısı Mariya qatı protestant olan əmisi II Karlın səltənətində dünyaya gəldi. Əmisinin övladı olmadığı üçün ataları Ceyms İngiltərə taxtının vəliəhdi elan edilmişdi. Ancaq onun katolik inancına mənsub olması ölkədə tərəfdar itirməsinə səbəb olmuşdu. Bu səbəblə hər iki qız əmiləri II Karlın himayəsində əsl anqlikan-protestant olaraq böyüdüldülər. Yenə əmisinin istəyilə Mariya 1677-ci ildə protestant olan bibisi oğlu Oranjlı Vilhelmlə, Anna isə 1683-cü ildə yenə protestant-lüteran olan Danimarka kralı III Fridrixin oğlu Corcla evləndirildi. 1685-ci ildə II Karl vəfat etdi və varisi olan qardaşı Ceyms taxta çıxdı. Ancaq cəmi 3 il sonra baş tutan Şanlı inqilabla taxtdan devrilərək Fransaya qaçdı. Kralın böyük qızı Mariya və əri Oranjlı Vilhelm İngiltərənin ortaq monarxları olaraq taxta çıxarıldılar.
App Store
App Store — proqramlar mağazasıdır, iTunes Store onlayn-supermarketinin bölməsi, iPhone mobil telefonları, iPod Touch pleyerləri və iPad planşetləri üçün müxtəlif əlavələri özündə saxlayan mağazadır. Proqramların bir hissəsi ödənişli, bir hissəsi də pulsuzdur. == Mağaza haqqında == App Store - iPhone və iPod Touch üçün 900 mindən çox proqram təklif edir, iPad üçün təxminən 375 min (12 iyun 2013), ümumi yükləmələrin sayı 50 milyardı örtmüşdür. İstifadəçi bazası 575 milyon userdən ibarətdir. Proqramlar kateqoriyalardan təşkil olunub.
Brendon Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.