START

I
сущ. старт:
1. начальный момент спортивного состязания по преодолению какого-л. расстояния на скорость. Start götürmək взять старт
2. момент взлёта летательного аппарата. Təyyarənin startı старт самолёта
3. место, с которого начинается спортивное состязание по преодолению какого-л. расстояния. Estafet iştirakçılarının starta çıxışı выход на старт участников эстафеты
4. место, с которого производится взлёт летательного аппарата
II
прил. стартовый:
1. относящийся к старту (начальному моменту соревнования). Start siqnalı стартовый сигнал
2. служащий для подачи сигнала старта. Start pistoleti стартовый пистолет, start raketi стартовая ракета
3. относящийся к старту (к месту, с которого начинается состязание), находящийся на старте, указывающий линию старта. Start meydançası стартовая площадка, start xətti стартовая линия
STARŞİNALIQ
STARTÇI
OBASTAN VİKİ
Start kodon
Start kodon — Başlanğıc kodonu, məlumat RNT (mRNA) transkriptinin ribosom tərəfindən tərcümə olunan ilk kodondur. Ən ümumi başlanğıc kodonu AUQ(yəni müvafiq DNT ardıcıllığında ATQ). Başlanğıc kodundan əvvəl 5' tərcümə edilməmiş bölgə (5' UTR) gəlir. Prokariotlarda bu ribosomun bağlanma sahəsini əhatə edir . Başlanğıc kodundan əvvəl 5 'tərcümə edilməmiş bölgə (5' UTR) gəlir. Prokaryotlarda bu ribosomun bağlanma sahəsini əhatə edir. Alternativ başlanğıc kodonları standart AUQ kodonundan fərqlənir və həm prokaryotlarda (bakteriya və arxey) həm də eukaryotlarda olur. Alternativ başlanğıc kodonları, zülalın başlanğıcında olduqda (kodon fərqli bir amin turşusu kodlaşdırsaydı belə), Met olaraq tərcümə olunur. Bunun səbəbi, başlanğıc üçün ayrı bir nəqliyyat RNT-nin (tRNT) istifadə edilməsidir . Alternativ başlanğıc kodonları (AUQ olmayan)eukaryotik genomlarda çox nadirdir.
Start menyusu
("Start" menyusu) Windows sisteminin əsas menyusu — tapşırıqlar panelində "Start" düyməsinin basılmasıyla və ya klaviaturada Windows loqotipi işarələnmiş klavişin sıxılmasıyla ekrana gələn Microsoft Windows menyusudur. Burası proqramların icrası üçün mərkəzi göndərilmə nöqtəsidir. İlk dəfə Windows 95 versiyasında çıxmışdır. Windows XP versiyasından başlayaraq, iki seçimə malikdir: "Klassik" — Windows ME/2000/98/95 versiyalarında çıxmışdır. "Standart" — Windows XP, Windows Vista defolt seçimdə təqdim olunur. Windows 7 versiyasında yalnız "Standart" menyu təqdim ounur "Klassik" seçim olmur. İş masasının bəzi mühitlərində (məsələn, GNOME, Xfce, IceWM, FVWM 95, JWM, QVWM, KDE, LXDE, XPWM) analoji menyu var. "Sənədlər", "Proqramlar", "Axtarış" və "Quraşdırmalar" aiddir. Menyunun sol tərəfində Windows versiyası göstərilmişdir. İstifadəçinin adı əks olunmurdu.
Start təpəsi
Start təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 265 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə Antarktidada yerləşən Start burnunun adını daşıyır. Start təpəsi 62°35′48″ c. e. 61°10′33″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Dronq təpəsindən 1.8 km cənubda, Battenberq təpəsindən 1.85 km qərbdə, Dulo təpəsindən 1.23 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Start a Fire
Start a Fire — Azərbaycanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki Dilarə Kazımova tərəfindən ifa edilən mahnı. Mahnının sözlərinin və musiqisinin müəllifləri isveçli Stefan Örn, Yohan Kronlund və Alessandra Günthartdırlar. Dilarə Kazımovanın mahnısında Azərbaycan milli musiqisinin aləti olan balabandan istifadə olunmuşdur və həmçinin klipdə də balaban göstərilmişdir.
Start heyət (futbol)
Start heyət və ya ilk 11-lik — futbol klubunun əsas komandasını təşkil edən on bir qabaqcıl futbolçu. Start heyətdə çıxış edən futbolçu oynadığı mövqedə komandasının ən yaxşısı hesab edilir. Məsələn, bir futbol klubunun bombardiri demək olar ki, həmişə bacarığı və komandaya verdiyi töhfə sayəsində start heyətdə çıxış etmək üçün seçiləcəkdir.
Re:ZERO -Starting Life in Another World-
Re:Zero -Starting Life in Another World- (azərb. Re: Sıfır -Başqa dünyada həyata başlamaq-‎), Yaponiyada tanınan adı ilə Re:Zero kara Hajimeru Isekai Seikatsu (Re:ゼロから始める異世界生活, azərb. Re: Fərqli dünyada sıfırdan həyat‎), bəzən Re: Life in a different world from zero və ya qısaca Re:Zero — Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyası. Yaponiyada yaşayan adi oğlan və hikikomori olan Subaru Natsukinin səhvən alternativ dünyaya düşməsindən, bu dünyada Emiliya adlı gümüş saçlı qız ilə tanış olmasından və "Ölümdən qayıdış" adlı gücə malik olduğunu aşkarlamasından bəhs edir. "Re:Zero" ilk öncə Shōsetsuka ni Narō veb-roman saytında yayımlanırdı, lakin daha sonra ranobe şəklinə salınmışdır. Media Factory 24 yanvar 2014-cü ildən bu yana ranobe seriyasının 38 cildini MF Bunko J imprinti ilə buraxmışdır. Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur.
Re:Zero -Starting Life in Another World- (I mövsüm)
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime adaptasiyasının birinci mövsümü Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir. Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktoru olmuşdur. Birinci açılış mahnısı Konomi Suzuki tərəfindən ifa olunan "Redo" mahnısı (13-cü seriyaya qədər), birinci və ikinci bağlanış mahnıları Myth & Roid tərəfindən ifa olunan "Styx Helix" və "Straight Bet" (ancaq 7-ci seriya üçün) mahnılarıdır. İkinci açılış mahnısı Myth & Roid tərəfindən ifa olunan "Paradisus-Paradoxum" mahnısı (14-cü seriyadan), ikinci bağlanış mahnısı Emiliya personajının səsləndiricisi Rie Takahaşi tərəfindən ifa olunan "Stay Alive" mahnısıdır (14-cü seriyanın bağlanış mahnısı Myth & Roid tərəfindən ifa olunan "theater D" mahnısı olmuşdur). 25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları, eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır. Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır.
Re:Zero -Starting Life in Another World- cildlərinin siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyasıdır. Ranobe seriyası əsasında 3 manqa adaptasiyası və bir neçə spin-offu istehsal olunmuşdur. Ranobe ilk öncə Tappey Naqatsuki tərəfindən "Shōsetsuka ni Narō" istifadəçi məzmunlu veb-roman saytında veb-roman kimi yayımlanırdı və 20 aprel 2012-ci ildən yayımlanmağa davam edir. 1 aprel 2016-cı ilə kimi bu saytda 6 roman və iki yan hekayə (ümumilikdə 429 fəsil) yayımlanmışdır. Veb-romanın yayımlanmasından sonra Media Factory tərəfindən MF Bunko J leyblı altında 25 yanvar 2014-cü ildə ilk ranobe cildi nəşr olunmuşdur. 2023-cı ilin sentyabr una kimi ranobenin seriyasının otuz beş cildi, eləcə də, beş yan hekayə cildi və yeddi qısa hekayə kolleksiyası nəşr olunub. Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur.
Re:Zero -Starting Life in Another World- personajlarının siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyasıdır. Ranobe seriyası əsasında anime serialı da çəkilmişdir. Natsuki Subaru (ナツキ・スバル [菜月 昴]?) Səsləndirən: Yuusuke Kobayaşi Seriyanın baş qəhrəmanıdır. Marketdən evə qayıdarkən Subaru özünü qəflətən başqa dünyada tapır. Burada Emiliya adlı gümüş saçlı yarıelf qızla tanış olur və ona vurulur. Subaru ölərkən zamanda geriyə qayıtmaq gücünə malikdir və bu gücü "Ölümdən qayıdış" adlandırır. Subaru "Ölümdən qayıdış" (死に戻り, Shinimodori) gücünə malik olduğunu heç kimə deyə bilmir, nə vaxt buna cəhd etsə, hansısa güc ona əzab verir və Subarudan Qısqanc cadugərnin qoxusu gəlir. Bu qoxu isə bədheybətlərin diqqətini cəlb edir. Real həyatda hikikimori və oyunçu olsa da, bu dünyada bir az məşq edir və bir az döyüşmək qabiliyyətinə malik olduğu görünür, buna görə də yeni dünyada tamamilə zəif deyil. Qara sehrdən də istifadə edə bilir, lakin sehri çox sadə səviyyədədir.
Re:Zero -Starting Life in Another World- seriyalarının siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime adaptasiyası Kadokawa tərəfindən 2015-ci ilin iyulunda anons edilmişdir. Anime serialının rejissoru Masaharu Vatanabe, ssenaristi Masahiro Yokotani, istehsalçısı White Fox studiyasıdır. Kyuta Sakay həm personaj dizayneri, həm də animasiya direktorudur. 25 seriyadan ibarət anime serialının birinci seriyası 4 aprel 2016-cı ildə yayımlanmış və 50 dəqiqə çəkmişdir. Anime serialı TV Tokyo, TV Osaka, TV Aichi, AT-X kanalları, eləcə də, Crunchyroll vasitəsilə 19 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır. Anime OVA-sı anons edilmişdir. Anime serialı Anime Limited tərəfindən Böyük Britaniya üçün lisenziyalaşdırılmışdır. 8 aprel 2016-cı ildən iyun ayının sonunda qədər anime serialının hər seriyasından sonra AT-X kanalında personajların super biçimsiz olduğu və "Re:Zero" dünyasının necə işlədiyindən söz açan və Studio Puyukai tərəfindən istehsal olunmuş "Re:Zero ~Starting Break Time From Zero~" (Re:ゼロから始める休憩時間(ブレイクタイム), Re:Zero kara Hajimeru Break Time) adlı qısa anime seriyaları nümayiş etdirilmişdir. 24 iyun 2016-cı ildə "Re:PETIT ~Starting Life in Another World from PETIT~" (Re:プチから始める異世界生活, Re:Petit kara Hajimeru Isekai Seikatsu) adlı yeni qısa anime seriyaları yayımlanmağa başlamışdır.
Spartakiadanın startları (film, 1983)
Film Moskvada keçirilən və Azərbaycan idmançılarının iştirak etdiyi SSRİ xalqlarının VIII yay Spartakiadasına həsr olunmuşdur.
Startap
Startap (ing. dilində startup company, startup), miqyaslana biləcək bir biznes modeli öncə axtarmaq, daha sonra inkişaf etdirmək və təsdiqləmək üçün yaranan şirkət və ya bir layihədir. Adətən startapların əməliyyat tarixi qısa olur və onlar qısa müddət ərzində ya uğurlu şirkətlərə çevrilir yaxud uğursuzluqla üzləşib müflis olurlar. Startap və sahibkarlıq anlayışları oxşardır. Halbuki, sahibkarlıq anlayışı bütün yeni müəssisələrə əhatə edir. Buraya özünüməşğulluq fəaliyyəti, və böyümək niyyətində olmayan müəssisələr də daxildir. Startap isə yalnız təsisçidən ibarət yox, kənar ərazilərdə inkişaf etmək niyyətində olan, işçiləri olan və sürətlə böyümək məqsədi daşıyan yeni müəssisə növüdür. Startap termini ilk dəfə 1973-cü ilin avqustunda Forbes və 1977-ci ilin sentyabrında Business Week jurnallarında istifadə edilmişdir. Konsepsiya 90-cı illərdə dildə daha da möhkəmləndi və dotkom iqtisadi köpüyün ortaya çıxması zamanı geniş yayıldı. Müştəri inkişafı metodologiyasının yaradıcısı (ing.
Startap akselerator
Startap akseleratorlar — startapları dəstəkləmək üçün yaradılan qısamüddətli proqramdır. Akseleratorlar startapları mentorluq, məsləhət, maliyyə, netvorkinq və digər resurslarla təmin edir. Buraya, investorlar cəmiyyətinin diqqətini startaplara yönəltmək üçün təşkil olunan "demo günü" də daxildir. Akselerator proqramı adətən bir neçə ay davam edir və bu müddət ərzində, sənaye mütəxəssisləri gənc sahibkarlara təlimlər keçirir və məsləhət verir. bir layihə hazırlamağa kömək edir və ona investisiya qoyur və ya investor tapmaqda kömək edir. Belə sürətləndiricilər vençur kapitalı fondları, biznes inkubatorları, texnoparklar, universitetlər və ya böyük korporasiyalar əsasında işə salınır. Xidmətlərinin əvəzində təşkilatçılar startapdan pay alır və ya proqram üçün ödəniş tələb edirlər. Adətən akseleratorlar startaplara xüsusi ofis sahəsi təklif etmir. Lakin mentorluq, məşhur natiqlərin çıxıları, sahə mütəxəssisləri ilə görüş və digər tədbirlər keçirtmək üçün fiziki bir yerə sahib ola bilərlər. Bundan fərqli olaraq, inkubatorlar müəyyən bir müddət üçün startaplara xüsusi ofis sahəsi təklif edirlər.
Startlar (1977)
Film Bakıdakı 83 saylı texniki məktəbdə hazırlanan peşələr-satıcılar, aşpazlar, dəlləklər, ofisiantlar, kargüzarlar və s. haqqındadır.
Startlar (film, 1977)
Film Bakıdakı 83 saylı texniki məktəbdə hazırlanan peşələr-satıcılar, aşpazlar, dəlləklər, ofisiantlar, kargüzarlar və s. haqqındadır.
Wanna Be Startin' Somethin'
Wanna Be Startin' Somethin' — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Yevgeniya Startseva
Yevgeniya Starseva (rus. Евгения Александровна Старцева) — Rusiyalı qadın voleybolçu. Dinamo Kazanın sözləşməli voleybolçusudur. Yevgeniya karyerasına 2004-cü ildə Avtodor Metarda başlamışdır. Bu komanda da elə böyük uğurlara sahib olmasa da, göstərdiyi əla oyunla ara-sıra Rusiya milli komandasına da çağrılırdı. Nəhayət, 2010-cu ildə doğma komandasını tərk edir və Dinamo Krasnodara imza atır. Yevgeniyanın karyerasının ən böyük uğuru heç şüphəsiz 2010-cu il Dünya Çempionatında milli komanda ilə qazandığı qızıl medaldır. Əlbəttə ki, bu titul bir voleybolçunun qazana biləcəyi ən böyük medal olduğundan voleybolçu dünyanın ən xoşbəxt oyunçularından sayılır. O, həmçinin Rusiyanın 2012 London Yay Olimpiya Oyunları heyətində də yer alaraq bu mənada ilk təcrübəsini qazanır. Voleybolçu 2012-ci ildə Dinamo Kazanla müqavilə imzalayır.
Qənaətcil startap
Qənaətcil startap (ing. Lean startup) — məhsulun inkişaf dövrlərini qısaltmaq və təklif olunan biznes modelinin məqsədəuyğun olub-olmadığını tez bir zamanda aşkar etmək məqsədi daşıyan biznes və məhsulların inkişafı üçün metodologiya. Buna iş hipotezinə əsaslanan təcrübələr, iterativ məhsul buraxılışları və təsdiq edilmiş öyrənmənin kombinasiyasını qəbul etməklə nail olunur. Qənaətcil startap planlaşdırmadan daha çox intuisiya və çeviklik üzərində müştəri rəyini vurğulayır. Bu metodologiya ənənəvi məhsul inkişaf üsulları ilə müqayisədə uğursuzluqların daha tez bərpasını təmin edir.
Startap ekosistemi
Startap ekosistemi — yeni və erkən mərhələdə olan şirkətlərin böyüməsini və inkişafını dəstəkləyən mühit. Sahibkarların öz ideyalarını həyata keçirmələri və iqtisadiyyatın böyüməsinə və uğurlarına töhfə vermələri üçün dəstəkləyici mühit təmin edir. Ümumilikdə, startap ekosistemi innovasiyaları, iqtisadi artımı təşviq etmək və iş imkanları yaratmaq üçün vacibdir. Bu, inkişaf edən və dinamik iqtisadiyyat üçün mühüm komponentdir. Startap ekosistemi yeni bizneslərin və innovasiyaların böyüməsində və inkişafında həlledici rol oynayır. Startap ekosisteminin mahiyyəti sahibkarlara öz bizneslərini inkişaf etdirmək və inkişaf etdirmək üçün dəstəkləyici mühit yaratmaqdır. Bu mühitə adətən maliyyə, mentorluq və həmfikir şəxslər və təşkilatların şəbəkələri kimi resurslara çıxış daxildir.
Azərbaycan startaplarının siyahısı
Azərbaycan startapları (ing. Startups of Azerbaijan) — Azərbaycan startap ekosistemi barədə məlumatları əhatə edir. Bu məqalədə həm yerli, həm də qlobal miqyasda Azərbaycan startap eksosistemi ilə bağlı görülən işlər barədə məlumatlar verilir. Azərbaycan startaplarına bazarda olan startaplar, investorlar, maliyyə fondları, startapa dəstək məqsədilə yaradılan inkubasiya və akselerasiya mərkəzləri barədə məlumatlar daxildir. Kontentlər sektorun inkişafına uyğun olaraq daim yenilənir. Startap platformaları startapçılara öz layihələrini geniş ictimaiyyətə təqdim edib maliyyə dəstəyi əldə etməyə, həmçinin komandalarına mütəxəssis cəlb etməyə dəstək olur. Startaplar startap komandasında çalışmaq istəyən bacarıqlı şəxslərə iş imkanı da yaradır. == Azərbaycanda startap == "Startap" şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. "Startap" şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Müraciətlər Agentliyə yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada ([email protected]) təqdim edilməlidir.
Azerbaijan startups
Azərbaycan startapları (ing. Startups of Azerbaijan) — Azərbaycan startap ekosistemi barədə məlumatları əhatə edir. Bu məqalədə həm yerli, həm də qlobal miqyasda Azərbaycan startap eksosistemi ilə bağlı görülən işlər barədə məlumatlar verilir. Azərbaycan startaplarına bazarda olan startaplar, investorlar, maliyyə fondları, startapa dəstək məqsədilə yaradılan inkubasiya və akselerasiya mərkəzləri barədə məlumatlar daxildir. Kontentlər sektorun inkişafına uyğun olaraq daim yenilənir. Startap platformaları startapçılara öz layihələrini geniş ictimaiyyətə təqdim edib maliyyə dəstəyi əldə etməyə, həmçinin komandalarına mütəxəssis cəlb etməyə dəstək olur. Startaplar startap komandasında çalışmaq istəyən bacarıqlı şəxslərə iş imkanı da yaradır. == Azərbaycanda startap == "Startap" şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. "Startap" şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Müraciətlər Agentliyə yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada ([email protected]) təqdim edilməlidir.
Azərbaycan startapları
Azərbaycan startapları (ing. Startups of Azerbaijan) — Azərbaycan startap ekosistemi barədə məlumatları əhatə edir. Bu məqalədə həm yerli, həm də qlobal miqyasda Azərbaycan startap eksosistemi ilə bağlı görülən işlər barədə məlumatlar verilir. Azərbaycan startaplarına bazarda olan startaplar, investorlar, maliyyə fondları, startapa dəstək məqsədilə yaradılan inkubasiya və akselerasiya mərkəzləri barədə məlumatlar daxildir. Kontentlər sektorun inkişafına uyğun olaraq daim yenilənir. Startap platformaları startapçılara öz layihələrini geniş ictimaiyyətə təqdim edib maliyyə dəstəyi əldə etməyə, həmçinin komandalarına mütəxəssis cəlb etməyə dəstək olur. Startaplar startap komandasında çalışmaq istəyən bacarıqlı şəxslərə iş imkanı da yaradır. == Azərbaycanda startap == "Startap" şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. "Startap" şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Müraciətlər Agentliyə yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada ([email protected]) təqdim edilməlidir.

Значение слова в других словарях