Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sumo
Sumo — qədim yapon döyüş sənətidir. 13 əsrlik tarixi vardır. == Döyüşdən əvvəl və sonra == Sumo döyüşçüləri oyundan əvvəl mərasim əsnasında meydana duz səpir. Bunun məqsədi həm pis ruhları uzaqlaşdırmaq həm də meydanın sürüşkənliyini azaltmaqdır. Turnirlərdə hər günün sonunda xüsusi sumo ritualı keçirilir. Bu ritualda, əlində ənənəvi bir çubuq olan bir gənc, döyüşün sonunu xəbər verən bir mahnı çalır və zərb alətləri ilə müşayiət olunan çubanı ritmik şəkildə döndərməyə başlayır. == Döyüşçülərin kateqoriyası == .Sumo döyüşçülərinin ən əhəmiyyətlisi yokozuna (böyük çempion) və ozeki (çempion) adlanır. Turnirlər zamanı daha çox bu kateqoriyadakı sumoçular populyardır. == Əsas fəndlər və qaydalar == Təkbətək döyüş zamanı sumoçunun qurşaq hissəsi və ayaqlarının arasından dolanmış xüsusi parça mavasi adlanır.Sumo güləşçisinə Rikişi deyilir. Sumoda gözə və beldən aşağı zəif nöqtələrə zərbə vurmaq, saçdan dartmaq qadağandır.
Damno
Kumdo
Kendo – Yaponiyada yaranmış qılınc ilə rəftar etmə sənəti. Yapon dilində ken qılınc, do isə yol deməkdir. Ümumiyyətlə do kəlməsi fəlsəfi məna daşıyır və bir çox döyüş növlərinin adları bu kəlmə ilə bitir (Karatedo, Aykido, Cüdo və s.). Yaponiyada qılınc daşımanın qadağan edilməsi ilə bir çox qədim döyüş növləri və əsasən də qılıncla rəftaretmə məktəbləri süquta uğradı. Bəzi məktəblər itib-batdı, ənənələri davam etdirmədi, bəzi məktəblər qadağan edildi. Kencitsu texnikaları isə bir qədər yumşaq formaya gətirilməklə idman yarışı şəklinə çevrildi və beləliklə Kendo döyüş növü peyda oldu. Kendo döyüş növü hazırda elitar döyüş növlərindən sayılır. Yaponiyada bir çox məktəblərdə və universitetlərdə əlavə dərs kimi keçilir və bu ölkədə çox məşhur bir idman növüdür. Kendo döyüş növü Koreyada Kumdo adı ilə tanınır. == Məqsədi == Bir çox Şərq döyüş növləri kimi Kendonun da müxtəlif fəlsəfi təməl prinsipləri vardır.
Quano
Quano – quru iqlim şəraitində dəniz qurşaqlarının peyin yatağıdır. Yaxşı gübrədir. Çili və Peru sahili yaxınlığındakı adalarda, Karib dənizindəki adalarda böyük quano yataqları vardır.. Quanin ilk dəfə quanodan əldə edildiyi üçün bu çür adlandırılmışdır.
Rudno
Rudno — Polşanın cənubunda kənd. Krakov şəhərinin qərbində, ondan 28 km aralı (sərhəddən 20 km) yerləşir. 745 nəfər əhalisi var. == İnfrastrukturu == Yehovanın Şahidləri abidəsi, orta məktəb.
Sambo
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 — (sumu), monqol dilində sum, tuva dilində sumon) — Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı — 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon — (<in dilində 民族苏木, mintszu sumu) — Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon — Evenk milli somonu mövcuddur.
Sukko
Sukko — Krasnodar diyarının Qara dəniz sahilində yerləşən kənd. Kənd dəniz kurort ərazisi hesab olunur. İnzibati cəhətdən Anapa kurort şəhəri ərazisinə daxildir. Supsexski kənd dairəsinin bir hissəsidir. == Coğrafiyası == Kənd Sukko çayı vadisində yerləşir. Dağlarla əhatə olunub. Anapadan 12 km cənubdadır. Qafqaz dağları buradan başlayır. Lakin kəndin ərazisində onlar hündür deyil, təxminən 300–400 metrdir. Ətrafdakı dağlar əsasən palıd və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələrlə örtülüdür.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Sumax
Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça. == Ümumi məlumat == Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları — yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir. Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir.
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. == Coğrafiyası == Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. == Tarixi == Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Sumik
Sumik — Gədəbəy rayonu ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 2125 m. Güman etmək olar ki, dağın adı Ermənistanla Qarabağ arasında, Sevan gölündən cənubda yerləşən Sünik və ya Sisakan adlanan tarixi ərazinin adı ilə bağlıdır. Türk dillərində sumik "forma", "görüntü", "mənzərə", sünik isə "şiş uclu", "niza" mənalarında işlənmişdir.
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. == Kimyəvi tərkibi == Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Sünni
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Sünnə
Sünnə (ərəb. سُنَّة‎; hərf. xüsusi; misal) — müsəlman icmasında (ümmət) islam peyğəmbəri Məhəmmədin həyatından nümunələr verən ənənə. Sünnə islam hüququnun (fiqh) Qurandan sonra ikinci mənbəyidir və onunla sıx bağlıdır. Ənənəçilər üçün Məhəmməd peyğəmbərin sünnəsinə əməl etmək müsəlmanın həyatının əsas məzmunudur. Müsəlmanların dini təhsilinin mühüm hissəsi sünnənin öyrədilməsidir. Heç bir islam hüquqşünası (fəqih) sünnədən kifayət qədər biliyə malik olmadıqda islam hüququ sahəsində nüfuz sahibi sayıla bilməz. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Пиотровский М. Б. ас-Сунна // Ислам: энциклопедический словарь / Отв. ред. С. М. Прозоров. — М. : Наука, ГРВЛ, 1991.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Şumşu
Şumşu adası (yap. 占守島) — Kuril arxipelaqının şimal qrupuna daxil olan adalardan biri Kamçatka yarımadasından (Lopatka burnu) Birinci Kuril boğazı ilə ayrılır. Boğazın eni 11 km təşkil edir. Cənubdan idə Paramuşir adasından eni 2 km təşkil edən İkinci Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən isə Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. XXI əsrdən adada daimi yaşayış məntəqəsi yixdur. Bununla belə sərhəd zastavası və mayak fəaliyyət göstərir. Əvvəllər adada Baykov, Şutov, Şumnıy, Babuşkin, Kurbatov, Kozırevsk adlı yaşayış məntəqələri olmuşdur. Baykovda yaponların tərk edilmiş keçmiş hərbi hava limanı var. Hələ XX əsrin 90-cı illərində burada L-410 təyyarələri Elizovdan uçuşlar həyata keçirirdi.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Üçvəcli sümük
Üçvəcli sümük (lat. os triquertum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun oynaqarası qığırdağa məxsus yuxarı, aypara sümüyə məxsus bayır və noxudabənzər sümüyə məxsus ovuc səthləri vardır. == İstinadlar == == Mənbə == Prof.
İma Sumak
İma Sumak (ing. Yma Sumac, Imma Sumack, əsl adı — Soila Auqusta İmperatris Kavarri del Kastilyo (Zoila Augusta Emperatriz Chavarri del Castillo); 10 sentyabr 1923 — 1 noyabr 2008) — dünya şöhrətli Peru opera müğənnisi və aktrisası, 7 alt oktavalı və iki səslə oxuya bilirdi == İstinadlar == == Mənbə == Vikianbarda İma Sumak ilə əlaqəli mediafayllar var.
Şimon Bartko
Şimon Bartko (11 iyul 1996) — Slovakiyalı biatlonçu. Şimon Bartko Slovakiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Şimon Bartko birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Bartko 26:18.4 saniyəlik nəticəsi ilə 87 atlet arasında 74-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Şimon Buskila
Şimon Buskila (ivr. ‏שמעון בוסקילה‏‎; 2 fevral 1966) — İsrailli musiqiçi, musiqiçi, musiqi müəllifi. == Həyatı == Şimon Buskila 1966-cı ildə Ofakimdə anadan olub. 9 yaşında anası vəfat etdi və 1976-cı ildə, 10 yaşında olanda atası ilə birlikdə Netivota köçdü. Musiqi karyerası Netivotda, nağaraçı kimi başladı və daha sonra yaşında gitara çalmağa başladı. Hərbi xidmətini başa vurduqdan sonra "Sahara" və "Gün gələcək" adlı iki albomu çıxardığı "Sevinc" qrupunu yaratdı. 1999-cu ilin may ayında 2-ci kanalda Aşer Nahmiasın rejissoru olduğu Şimon Buskilanın həyatından bəhs edən "Sahara gitara" adlı sənədli film nümayiş olundu. Film Buskilanın irəliləməsinə və Şlomo Artzi ilə mahnılar buaxmağa səbəb oldu. Daha sonra o, Artzi ilə "Onların sevgisi" mahnısını ifa etdi.2003-cü ildə Buskila "Bu dəfə sənin növbəndir" mahnısını ifa etdi.
Şimon Marsinyak
Şimon Marsinyak (7 yanvar 1981, Plotsk[d]) — 1981-ci ilin yanvarın 7-də Polşanın Plosk şəhərində doğulub. 2011-ci ildən etibarən FİFA-nın Beynəlxalq dərəcəli fit sahibi olan Marsinyak, UEFA və FİFA-nın təşkilatçılığı il keçirilən turnirlərdə oyunlara təyinat alır. === Karyera === FİFA bayrağı altında ilk oyununu 2014-cü il Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində F qrupunun Portuqaliya və Azərbaycan milli komandaları arasında keçirilən matçı idarə edib. 2015-ci ildə UEFA Avropa Liqasının oyunlarıına təyinat alıb. 2016-cı ildə keçirilən Avropa Çempionatında da oyunları idarə etmk üçün təyinat alıb. Marsinyak 2018-ci il Dünya Kubokunun final mərhləsinin oyunlarına da təyinat alıb.