Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sütriö
Sütriö (fr. Sutrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 235 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 134 nəfər (15-64 yaş) arasında 100 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 74,6%, 1999-cu ildə 71.4%) olmuşdur. 100 fəal sakindən 92 nəfər (53 kişi və 39 qadın), 8 nəfər işsiz (3 kişi və 5 qadın) idi.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.
Şuştari (Bicar)
Şuştari (fars. شوشتري‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Austriya Vyana FK
Austriya Qeroskipu FK — Avstriyanın futbol klubu.
Austriya Zalsburq FK
Austriya Zalsburq FK — 1933-cü ildə Zalsburqda qurulan Avstriya futbol klubu. Ev oyunlarını 1500 nəfərlik UFC-Platz stadionunda keçirir. Komandanın hazırkı baş məşqçisi Auqust Koflerdir.
Küstrin uğrunda döyüşlər
Lal Bahadur Şastri
Lal Bahadur Şastri (hind. लालबहादुर शास्त्री, 2 oktyabr 1904 — 11 yanvar 1966) — Hindistanın ikinci baş naziri == Həyatı == Lal Bahadur Şastri 2 oktyabr 1904-cü ildə hazırkı Uttar Pradeş ştatında anadan olmuşdu. 1966-cı ildə Şastri 61 yaşında idi və olduqca sağlam görünürdü. Ona görə də, onun qəfil ölümü beynəlxalq aləmdə birmənalı qarşılanmadı. Qərbdə çıxan qəzetlər Şastrinin zəhərlə öldürüldüyü barədə sensasiyalı xəbər yaydılar. Ancaq SSRİ həkimləri Şastrinin ölümünü ürəktutması ilə izah etdilər. Şastrinin çaydan sonra öldüyünü söyləyən xidmətçinin sözlərinə inansaq, Hindistan Baş Nazirinə zəhər verildiyini ehtimal etmək olar. Çünki, adətən, belə qəfil ölümlər zəhərdən sonra baş verir. Böyük Britaniya və ABŞ həmin dövrdə SSRİ-nin Hindistanda möhkəmlənməsindən və oraya sosializm ixrac etməsindən ciddi narahatlıq keçirirdilər. Üstəlik, Cavahirləl Nehru kimi Ləl Bahadur Şastri də sosializmə meyl göstərirdi və bu çərçivədə də SSRİ ilə sıx iqtisadi və siyasi münasibətlər qurmuşdu.
Ö3 Austria Top 40
Ö3 Austria Top 40 - Avstriyanın rəsmi hit paradı. Hər həftənin cümə günü "Hitradio Ö3" - də yayımlanır.