Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Süzənək
Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər. İnkubasiya dövrü 3—5 gün-dür. Sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır. Bu da iltihabi infiltrata, irinli ifrazata səbəb olur.
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377ailədən ibarət idi.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Anjero-Sucensk
Anjero-Sucensk – Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər (1931-ci ildən). Əhalisi 85,6 min (2004). Dəmiryol stansiyası (Anjerskaya). 1897-ci ildə salınmışdır. Kuzbasın iri kömür sənayesi mərkəzidir. Maşınqayırma, traktor mühərrikləri, dağ-mədən avadanlıqları, kimya-əczaçılıq, şüşə, dəmir-beton məmulatları, yüngül və yeyinti sənayesi müəssisələri, muzey var.
Sirenik eskimosları
Sirenik yupikləri və ya Sirenik eskimosları (öz dilində olan adı: Сиӷы́ныгмы̄́ӷа tək Сиӷы́ныгмы̄́ӷий cəm) — Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində assimilyasiyaya məruz qalmış olaraq yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Sirenik Yupiklərinin dilləri digər Yupik dillərindən diqqətə çarpan şəkildə fərqlidir və bu fərqliliyə əsasında Menovşçikov (Меновщиков) kimi mütəxəssis dilçilər Sirenik Yupikçəsini Yupik dilləri xaricində dutaraq Sirenik Eskimocası adı altında Eskimo dillərinin üçüncü ana qolu olaraq təsnif edər. Özlərinə məxsus mədəniyyətləri böyük ölçüdə dəyişmişdir. İndiki vaxtda Rusiyada ayrı bir xalq olaraq qəbul edilməyib, Naukan və Sibir (Çaplino) yupikləri ilə birlikdə Asiya eskimosları adı altında xatırlanarlar. == Təsnifatı == Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları Yupik xalqları Sirenik yupikləri Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Nunivak çupikləri Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri == Tarix və Əhali == 20-ci əsrin başlarında Sirenik yupikləri Çukçi yarımadasının Provideniya (Провидения) ilə Preobrajeniya (Преображения) koyları arasında olan Sirenik və ya Sığınık (Сиӷы́ныӽ), İmtux (Имтух), Kınlığah (Кынлыӷаӽ), Asun (Асун) və Nunalıx (Нуналых) nöqtələrində yaşayırdı. 1895 yılında Sireniki (Sirinek) kəndində 79, İmtux kəndində də 43 danışanı var idi. 20-ci əsrin başlarında Sirenik yupikcəsini danışanlar 1954-ci ildə 130 nəfər ikən 1980-ci illərin başlarında yalnız 30 nəfər tərəfindən danışılırdı. 1988-ci ildə bu sayı 4-ə enmiş, 1997-ci ildə də son nəfər ölüncə də yox olmuşdur. == Dil == Anadilləri (Uqeghllistun) Valentina Vıye (Валентина Выйе) adlı son danışanının 1997-ci ildə ölməsiylə yox oldu. Anadillərini unudan Sirenik yupikləri indiki vaxtda Sibir yupikcəsinin Ungazik dialekti ilə və ya Rus dilində danışmaqdadır.
Sirenik yupikləri

Şürənab (Əhər)
Şürənab (fars. شوره ناب‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (17 ailə).
Anton Suseno
Anton Suseno (15 dekabr 1971) — İndoneziyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Anton Suseno İndoneziyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Anton Suseno İndoneziyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Anton Suseno İndoneziyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub.
Mureno zirvəsi
Mureno zirvəsi (bolq. връх Мурено, ‘Vrah Mureno’ \'vr&h mu-'re-no\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 1100 m hündürlüklü qaya zirvəsidir. Zirvə Aldomir silsiləsinin şimal hissəsidir. Syöqren buzlağı ilə Boydell buzlağı arasında yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Mureno şəhərinin adını daşıyır. == Yerləşməsi == Mureno zirvəsi 64°08′40″ c. e. 59°10′15″ q. u. koordinatlarında yerləşmişdir.
Sereno Vatson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826, Konnektikut — 9 mart 1892, Kembric (Massaçusets)) — Amerika botaniki.
Sereno Watson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826, Konnektikut — 9 mart 1892, Kembric (Massaçusets)) — Amerika botaniki.
Sursok muzeyi
Sursok muzeyi - Livanın paytaxtı Beyrutda müasir incəsənət muzeyi. Muzey Beyrutun Əşrəfiyyə rayonunda tarixi Ru Sursok küçəsində yerləşir. Bu küçədə XVIII əsrdə Sursoklar və Bustroslar ailələri tərəfindən əzəmətli binalar inşa edilmişdir. == Tarixi == Sursok muzeyinin binası italyan və xüsusilə Venesiya və Osmanlı arxitektyrasının güclu təsiri altında olan Livan arxitekturasının ən gözəl nümunələrindən biridir. Beyrutun zadəgan dairəsi içərisində daha çox müvəffəqiyyət qazanan varlı Nikola Sursok XIX əsrin sonlarında bu muzeyin binasını öz villası kimi tikdirmişdi. 1961-ci ildə vəfat edən Nikola Sursok öz villasını Beyrut şəhərinə vəsiyyət etmişdir . Onun arzusuna uyğun olaraq villa muzey kimi yenidən qurulmuşdur . Muzey 1961-ci ildə müasir Livan rəssamlarının əsərləri ilə öz qapılarını tamaşaçılar üçün açdı. Bu hadisə Livanın mədəni həyatında böyük əks-səda doğurdu . Bu günədək muzeydə Livan və xarici ölkə rəssamlarının əsərlərindən ibarət yüzdən çox sərgi təşkil edilmişdir.
Sayano-Şuşensk qoruğu
Sayano-Şuşensk qoruğu — Sayano-Şuşensk su anbarının təsir zonasında Yenisey çayının sol sahilindəki Krasnoyarsk vilayətinin cənubundakı Qərbi Sayanın əlçatmaz bir ərazisindəki bir qoruq. Sahə 3904 km²-dir. Relyefi dağlıqdır, hündürlüyü 500 ilə 2735 m arasındadır. Qoruq su tutarının təbiətə təsirini araşdırır. Əsas qorunan növlər qar bəbiridir. Qoruğun faunası son dərəcə müxtəlifdir. Demək olar ki, 100 növ nadirdir, nəsli kəsilməkdədir və Qırmızı kitaba daxil edilmişdir. Qoruğun böyük bir hissəsi meşələrdir. Əsas dəyər Sibir sidridir. Sidr meşələrinin sahəsi 1000 km²-dən çoxdur.
Suren Adamyan
Suren Arutyunoviç Adamyan (erm. Սուրեն Հարությունի Ադամյան; 6 iyun 1913, Çartar – 27 fevral 1983, Çartar) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı. == Həyatı == Suren Arutyunoviç Adamyan 6 iyun 1913-cı ildə Şuşa qəzasının ərazisində yerləşən Çartar kəndində anadan olmuşdur. 1938-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Adamyan 1945-ci ildən Azərbaycan SSR Martuni rayonundakı "Kommunizm" kolxozunun sədri, 1948-ci ildən Sosialist Əməyi Qəhrəmanıdır. Onun rəhbərlik etdiyi kolxoz təsərrüfatda və mədəni quruculuqdakı nailiyyətlərə görə 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. Adamyan Sov.İKP 22–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. AKP 27–29-cu qurultaylarında MK üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (5–9-cı çağırış) deputatı olmuşdur. 3 dəfə "Lenin" ordeni və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Suren Adamyan 27 fevral 1983-cü ildə Martuni rayonu Çartar kəndindəki mənzilində ermənilər tərəfindən güllələnmiş, həyat yoldaşı isə baltalanmışdır.
Suren Arutyunyan
Suren Arutyunyan (5 sentyabr 1939, Tbilisi – 1 mart 2019, Moskva) — SSRİ partiya xadimi, Ermənistan KP MK-nın birinci katibi,
Suren Ayvazyan
Suren Baxşiyeviç Ayvazyan (erm. Սուրեն Բախշիի Այվազյան; 9 yanvar 1915, Xınzırək, Zəngəzur qəzası – 20 may 1981, İrəvan) — erməni şair, yazıçı, jurnalist və tərcüməçi. == Həyatı == Suren Baxşiyeviç Ayvazyan 1915-ci il yanvarın 9-də Zəngəzur qəzasının (indiki Ermənistanın Sünik mərzi) Xınzırək kəndində anadan olmuşdur. 1934-cü ildə Gorus pedaqoji məktəbini bitirmiş, Xanazax kəndində müəllim olaraq çalışmışdır. 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Böyük Vətən müharinəsində iştirak etmişdir. 1945-ci ildən Azərbaycan KP MK-nin Bakıda erməni dilində çıxan orqanı "Kommunist" qəzetində çalışmışdır. 1953-cü ildən İrəvanda yaşamışdır. 20 may 1981-cü ildə İrəvan şəhərində vəfat etmiş, doğma kəndində bastırılmışdır. == Yaradıcılığı == 1937-ci ildən çap olunur.
Suren Osepyan
Suren Osepyan (11 dekabr 1890, Yelizavetpol – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında "Bakı şurasının xəbərləri" qəzetinin redaktoru. Suren Osepyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Suren Papikyan
Suren Rafiki Papikyan (erm. Սուրեն Ռաֆիկի Պապիկյան; 26 aprel 1986, Cəlaloğlu) — Ermənistan siyasətçisi, Ermənistanın müdafiə naziri. O, əvvəllər ərazi idarəetmə və infrastruktur naziri və qısa müddət ərzində baş nazirin müavini vəzifələrində çalışmışdır. Papikyan həmçinin, hakim "Mülki Müqavilə" Partiyasının idarə heyətinin sədridir. == Həyatı == Suren Papikyan 26 aprel 1986-cı ildə Ermənistanın Loru mərzinin Cəlaloğlu şəhərində anadan olmuşdur. O, 1 saylı Cəlaloğlu texnikumunu bitirmiş, 2003-cü ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. Papikyan universitetdə oxuyarkən Ermənistan Silahlı Qüvvələrində xidmətə çağırılmışdır. O, hərbi xidmətdə olduğu zaman komandirlə zorakılıq insidentinə görə iki il üç ay müddətinə azadlıqdan məhrum olunmuşdur, lakin təxminən bir ildən sonra ümumi amnistiyaya əsasən azad edilmişdir. Qısa müddətə baş nazirin müavini vəzifəsini tutduqdan sonra Papikyan 15 noyabr 2021-ci ildə Ermənistanın müdafiə naziri təyin edilmişdir. Onun təyinatından bir gün sonra Azərbaycan–Ermənistan sərhədində mühüm toqquşmalar baş vermiş, nəticədə Ermənistan tərəfi insan və ərazi itkiləri vermişdir.
Sayano-Şuşensk su anbarı
Sayano-Şuşensk su anbarı — Yenisey çayında Sayano-Şuşensk Su Elektrik Stansiyasının tikintisi nəticəsində meydana gələn su anbarı. Hündürlüyü dəniz səviyyəsindən 540 metrdir. == Təsviri == Su anbarı layihəsi Sayano-Şuşensk Su Elektrik Stansiyasının ayrılmaz hissəsidir. Sayano-Şuşensk SES layihəsinin ayrı-ayrı komponentlərinə aşağı byref və ətraf mühitin qorunması bölmələri də daxil edilmişdir. Su anbarının ətraf mühitə təsirini müxtəlif dərəcədə azaltmaq üçün tədbirlər planlaşdırılmış və həyata keçirilmişdir: ictimai səhiyyə üçün təhlükəli olan su anbarının mümkün çirklənmə mənbələriaradan qaldırılmışdır. Rusiya Federasiyası hökumətinin 16 noyabr 2006-cı il tarixli qərarı ilə Sayano-Şuşensk su anbarı, müstəsna federal mülkiyyətində olacaq strateji içməli su mənbəyi olan 70 su anbarı siyahısına daxil edildi. Onların su ehtiyatlarının istifadəsi Rusiya Federasiyasının bir və ya daha çox subyektinin əhəmiyyətli ərazilərinin içməli və məişət suyu təchizatı ilə təmin etmək üçün həyata keçirilir. Su anbarının səthinin 42% -i Tuvada yerləşir. Bunun çox hissəsi Tuva vadisinə düşür - respublikanın Uluq-Xem və Çaa-Xol kojunları. Su anbarının doldurulması zamanı Şaqonar (Köhnə Şaqonar) şəhəri və Çaa-Xol kəndi su altında qalmışdır.