Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekosid
Ekosid — canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və digər vasitələr (əsasən hərbi). Məsələn, ABŞ-nin Vyetnam, Laos , Kampocada apardığı müharibədə arorosid və herbisidlərdən istifadə etmişdir. Ekosid terminini A.Qalston (1970) Hind-Çindəki hadisələri şəxsən öyrənərək elmə daxil etmişdir.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Köse
Köse — Gümüşxanə ilinin bir ilçəsi.
Kösəm Sultan
Mahpeykər Kösəm Sultan (osman. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, Konstantinopol) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır. Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi.
Sultan Kösen
Sultan Kösen (10 dekabr 1982, Mardin) — Dünyanın ən uzun boylu adamı. Sultan Kösen 10 dekabr 1982-ci ildə Türkiyənin Mardin şəhərində anadan olub. Ginnesin Rekordlar Kitabına görə dünyanın ən uzun canlı insanıdır. Boyunun uzunluğu 2,51 metrdir. Eyni zamanda, yerin "ən böyük əllərinə" 27,5 sm və "ən böyük ayaqlara", 36 sm ölçüyə malikdir. Sultan Kösen 60 ölçülü ayaqqabı geyinir. Boyun həddindən artıq uzun olması hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu vasitəsilə baş verirən şiş ilə əlaqələndirilir. Gəzmək üçün qoltuq ağacından istifadə edir. Kösen üç qardaşı, bir bacısı və ailəsi ilə yaşayır. Ailə üzvlərinin hündürlüyü normal ölçüdədir.
Mahpeykər Kösəm Sultan
Mahpeykər Kösəm Sultan (osman. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, Konstantinopol) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır. Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi.
Mina Kösə
Mina Vasili oğlu Kösə (19 avqust 1933 – 25 noyabr 1999) — Qaqauz şairi. Qaqauz ədəbiyyatında didaktik şeirləri ilə tanınmışdır. Ömrünün çoxunu doğulub boya-başa çatdığı kənddəki məktəbdə öyrətmənliklə keçirən şair, bir ara məktəb direktorluğu, kolxoz-sovxozlarda partiya təşkilat katibi, Karaçoban adına Beşalma Tarix-Etnoqrafiya Muzeyinin direktoru da işləmişdir. Kişinyov Dövlət Universitetinin tarix fakültəsini bitirən Mina Kösənin ilk şeirləri 1959-cu ildə "Bucaktan sesler" toplusunda çap edilmişdir. 1973 ildə isə şairin "Kısmet" (Xoşbəxtlik) adlı ilk kitabı işıq üzü görmüşdür. Sovet təbliğatına ürəkdən inanan və xalqların xoşbəxtliyini kommunizmin dünyada qalib gələcəyinə, Sovet dövlətinin xalqları əsarətdən qurtaracağına ümid bəsləyən şair ömrünün sonunadək bu mövzuya sadiq qalmışdır. Moldova Yazıçılar Birliyinin üzvü olmuş Mina Kösə "Kardaşlık" (1975), "Zapax zemli" (1979), "Topraan yrek düülmesi" (Torpağın ürək döyünməsi, 1983), "Xazır ol" (Hazır ol, 1986), "Umutlar" (1988), "Dattım ömürden" (1991), "Sabansaarın gün" (1993) kitablarını çap etdirmişdir.
Möhtəşəm Yüz İl Kösəm (teleserial, 2015)
Möhtəşəm Yüz İl: Kösəm (Türkcə: Muhteşem Yüzyıl: Kösem) — Tims Productions tərəfindən hazırlanan, Star TV tərəfindən 12 noyabr 2015 tarixində yayıma başlayan tarixi türk teleserialıdır. 2011–2014 tarixlərində yayımlanan Möhtəşəm Yüz il teleserialının davamı olaraq çəkilən serialın prodüseri Timur Savcı, ssenaristi Yılmaz Şahin, rejissorları isə Mert Baykal və Yağız Alp Akaydındır. Serialın ilk bölümləri Yunanıstanın Saqqız adasında çəkilmişdir. Serialda Osmanlı padşahı I Əhmədin cülus mərasimi səhnələri üçün İstanbulun Hadımköy səmtində xüsusi studiya quruldu. Bu səhnənin çəkimləri üçün Topqapı sarayının bir hissəsi ilə Babüssəadət və Babüssalam qapıları xüsusi olaraq yenidən hazırlandı. Serialın mövzusu isə hələ 13 yaşında bir şahzadə ikən atası III Mehmedin vəfatı ilə taxta çıxan I Əhmədin və o illərdə saraya kölə olaraq gətirilən Kösəm Sultanın sevgisindən, ardından Kösəm Sultanın intiqam üçün girişdiyi taxt mübarizəsindən bəhs edir. Teleserial hələ televiziyada yayımlanmadan 50 fərqli ölkəyə satılmışdır. Atasının ani ölümünün ardından taxta çıxan Sultan Əhməd (Ekin Koç) kiçik qardaşını edam etdirməyəcəyini deyir. Bu əsnada Safiyə Sultanın əmriylə saraya gətirilən Anastasiya (Anastasia Tsilimpiou) Sultan Əhmədə hədiyyə edilir. Anastasiya ilk öncə evinə və ailəsinə dönmək istəsə də, saray ona burada qalacağını öyrədir və beləliklə, Sultan Əhmədə aşiq olaraq Kösəm (Beren Saat) adını alır.