Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekstraksiya
Ekstraksiya — iki faza arasında, bir çox hallarda iki qarışmayan mayelər arasında (adətən su və üzvi həlledici arasında)maddənin fiziki-kimyəvi paylanma prosesi və maddələrin uyğun ayrılma, parçalanma və qatılaşdırma üsuludur. == Ekstraksiya zamanı baş verən prosesler == Ekstraksiya zamanı aşağıdakı prosesler baş verir: Ekstraksiya olunan birləşmələrin yaranması Su və üzvi fazalar arasında ekstraksiya olunan birləşmələrin paylanması Üzvi fazada nüfuz olan reaksiyalar –dissosiasiya, assosiasiya və polimerizasiya Ekstraksiya olunan birləşmələrin yaranması hesabına birləşmə (adətən üzvi fazada)ekstraqent adlanır.Ekstraqentin fiziki və ekstraksiya xassələrinin yaxşılaşdırılması üçün tətbiq olunan təsirsiz üzvi həlledicilər-xloroform, karbon turşuları, benzol və s.durulaşdırıcı adlanır. Su fazasından ayrılan ekstraksiya olunan birləşmələri saxlayan üzvi faza ekstrakt adlanır.Üzvi fazadan su fazasına maddə köçürülməsi reekstraksiya, reekstraksiya üçün istifadə olunan məhlul reekstraqent adlanır. == Maddənin ekstraksiya şərtləri == Metal ionunun və digər yüklü zərrəciklərin üzvi fazaya keçməsi üçün yükü neytrallaşdırmaq lazımdır.Metal ionlarını yüksüz kompleksə birləşdirmək olar, yükü olan kompleksləri ion assosiatları şəklində ekstraksiya etmək olar. Əgər ekstraksiya olunan birləşmələrin üzvi həlledicidə həllediciliyi sudaki həlledicidən yüksəkdirsə, ekstraksiya mümkündür.Solvatasiya enerjisi nə qədər çox və hidrotasiya enerjisi nə qədər azdırsa ayrılma dərəcəsi bir o qədər yüksəkdir. Birləşmənin üzvi həlledicidə yaxşı həll olunması üçün onun hidrofobluğunu təmin etmək lazımdır, yəni bir qayda olaraq (-SO3H,-COOH,-OH) və s. olmalıdır və xelatın xarici üzvi hissəsi kifayət qədər həcmli olmalıdır ki,molekulun hidrofil hissəsini təcrid edə bilsin. Ekstraksiya olunan birləşmə malekulunun ölçüləri artdıqca ayrılma dərəcəsi adətən artır, çünki iri malekullar suyun strukturunu pozur. Ekstraqentin malekulları ilə solvatasiya ekstraksiyaya səbəb olur. İon assisotlarının ekstraksiyası zamanı ionlarının yükü və ölçüsü mühümdür: ionların yükü artdıqca və olçüsü azaldıqca ekstraksiya pisləşir.Digər bərabər şəraitlərdə biryüklü ionlar pis ekstraksiya olunur.
Ekstraksiya (film, 2020)
Xilasetmə (ing. Extraction) — ABŞ istehsalı triller filmi. Film 24 aprel 2020-ci ildə Netflix-də yayımlanmışdır. == Mövzu == Muzdlu əsgər Tayler Reyk, Hindistanın ən böyük narkotik alverçisinin qaçırılan oğlu Ovi Mahacanı Banqladeşin Dəkkə şəhərindən xilas etmək üçün tapşırıq alır. Ovini xilas etdikdən sonra şəhərin ən böyük narkotaciri Əmir şəhəri bağladır. Tayler artıq hər addımında düşmənlə üz-üzə gələcək. Yolboyu Taylerin kiçik yaşda itirdiyi oğlu ağlına gəlir və Oviyə qarşı yaxınlıq hiss edir. Ovinin atasının sağ qolu Sacu xidmət haqqını ödəməmək üçün uşağı tək başına xilas etməyə cəhd edir. Hər nə qədər Sacu və Tayler bir-biriləri ilə dalaşıb Ovini xilas etməyə cəhd etsələr də şərtlər ikisini də əsgərlər və polislər ilə döyüşüb şəhərdən çıxmağa məcbur edir. Sacu döyüş zamanı ordu lideri tərəfindən öldürülür.