Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
Eliza Kazanova
Eliza Kazanova (26 noyabr 1973, Genuya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Eliza Kazanova, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Daha sonra Eliza Kazanova, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Eliza Keyrolo
Eliza Keyrolo (d. 6 mart 1991) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Eliza Keyrolo, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Eliza Norvud
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Eliza Orjeşkova
Eliza Orjeşkova (tam adı: Eliza Orjeşkova, pol. Eliza Orzeszkowa; 6 iyun 1841[…], Milkovşina[d], Litva general-qubernatorluğu[d] – 18 may 1910[…], Qrodno, Litva general-qubernatorluğu[d]) — polyak roman yazarı və Polşanın parçalanması zamanı pozitivizm hərkatının aparıcı yazıçısı. 1905-ci ildə Henrik Senkeviç ilə birlikdə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur. == Həyatı == Eliza Orjeşkova Milkovşçina kəndində əsil-nəcabətli Pavlovski ailəsində anadan olmuş və yaxınlıqda yerləşən Qrodno şəhərində (indiki Belarus) vəfat etmişdir. On altı yaşında Eliza özündən iki dəfə böyük polyak şlyaxtası, 1863-cü il qiyamından sonra Sibirə sürgün edilmiş Pyotr Orjeşko ilə ailə həyatı qurmuşdur. Onlar 1869-cu ildə qanuni ayrılmışdılar. Eliza ikinci dəfə 1894-cü ildə 30 illik sevgi münasibətində olduğu, lakin nikahdan bir neçə il sonra həyatını itirən Stanislav Nahorski ilə ailə həyatı qurur. 1866-cı ildə Qrodnoya köçür və roman yazarı olmağa qərar verir. Orjeşkova işğal olunmuş ölkəsinin sosial şəraitindən bəhs edən 30 roman və 120 sketç, dram və novella yazmışdır. Onun Eli Makower romanı (1875) yəhudilərlə polyak şlyaxtaları arasındakı münasibəti, Meir Ezofowicz romanı (1878) isə yəhudi ortodoksları ilə müasir liberlaizm arasındakı münaqişəni təsvir edir.
Eliza Skanlen
Eliza Jane Skanlen (6 yanvar 1999, Sidney) — avstraliyalı aktrisadır. == Həyat == Skanlen Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində anadan olub və Annabel adlı əkiz bacısı var. O, təxminən 7 yaşında ikən fortepiano öyrənib, lakin on üç yaşında ifa etməyi dayandırıb.
Eliza MakKardl-Conson
Eliza MakKardl-Conson (ing. Eliza McCardle Johnson; 4 oktyabr 1810[…], Telford[d], Tennessi – 15 yanvar 1876[…], Qrin qraflığı[d], Tennessi) - ABŞ-nin 17-ci Prezidenti Endrü Consonun həyat yoldaşıdır.
Frensis Eliza Börnet
Frensis Eliza Börnet (24 noyabr 1849[…], Mançester, Lankaşir – 29 oktyabr 1924[…]) – Britaniya əsilli amerikalı yazıçı. == Həyatı == Frensis Eliza Börnet 1849-cu ildə Mançesterdə anadan olmuşdur. Atasını erkən yaşlarda itirən Frensis əsasən nənəsinin himyəsində tərbiyə almışdır. Nənəsinin Frensisə aldığı kitablar onda ədəbiyyata qarşı maraq oyandırmış və gələcəkdə bu sahəyə yönəlməsində ciddi əhəmiyyətə malik olmuşdur. 1865-ci ildə ABŞ-nin Tennesi ştatında yaşayan dayısının yanına köçür. 1873-cü ildə isə Suan Börnetlə evlənir. == Ədəbi fəaliyyəti == Erkən yaşlarda yerli qəzetlər üçün yazılar yazan Frensisin ilk iriçaplı əsər 1868-ci ildə bir jurnalda çapdan çıxmışdır. == Əsərləri == "The Secret Gordon" (Gizli Bağça. (1911). Roman.
Albizia
Güləbrişin (lat. Albizia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Delilia
Delilia (lat. Delilia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Elazığ
Elazığ — Türkiyənin Elazığ ilinin inzibati mərkəzi. Şərqi Anadolu regionunun Yuxarı Fərat bölməsində yerləşir. == Etimologiya == Elazığ ili eramızdan əvvəl 4000-ci ildə qurulan Harput şəhərinin düzənlikdəki davamıdır. Bu səbəbdən illər boyu Harput adlanırdı. Böyük Səlcuq imperatorluğunun hökmranlığının Anadoluya keçməsi ilə Harputun türk yurduna çevrilməsində ən mühüm döyüşün Malazgird döyüşü olduğu şübhəsizdir. Əslində Harput və ətrafı Malazgird döyüşündən sonra türklərin əlinə keçdi və bölgədə Böyük Səlcuq imperatorluğuna tabe olan Çubukoğulları bəyliyi quruldu (1085). Harput türklər tərəfindən alınana qədər sadəcə möhkəmləndirilmiş qala olaraq qalan bu yer türklərlə böyüyən bir şəhərə çevrildi. Çubukoğulları bəyliyinin hakimiyyəti uzun sürməmiş, daha sonra 1110-cu ildə Artukoğulları dövrü başlamışdır. Bir müddət sonra Harput Artuqluları kimi tanınan müstəqil bir bəylik quruldu. Harput 1230-cu ildə monqollar tərəfindən tutuldu və 1234-cü ildən etibarən Anadolu Səlcuqlu İmperatorluğunun hakimiyyəti altına keçdi.
Eleziya
Eleziya və ya Eliziya — bir neçə sözün qovuşması, eləcə də sözə şəkilçilərin bitişdirilməsi nəticəsində əmələ gələn çoxhecalılığı azaltmaq üçün bəzən də saitlə qovuşmuş olan samit səs də ixtisar olunur ki, buna səsdüşümü hadisəsi deyilir. == Təsnifatı == Müasir Azərbaycan ədəbi dilində saitdüşümü hadisəsi iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən saitdüşümü həm sözlərdə, həm də şəkilçilərdə ola bilir. Məsələn, oğul-onun oğ-lu, alın-onun al-nında və s. 2)İkihecalı alınma sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə ikinci hecadakı sait düşür: şəkil–şək-lim, fikir–fik-rin və s. 3)Ora, bura, hara sözlərinə yerlik və çıxışlıq hal şəkilçiləri bitişdirildikdə sondakı a saiti ixtisar olunur: ora–or-dan, bur–bur-da, hara–har-dan və s. 4)Saitlə bitən sözlə saitlə başlanan söz birləşməsindən düzələn mürəkkəb sözlərdə birinci tərəfin sonundakı sait ixtisara düşür: Əli-Əkbər–Ələkbər, Əli–Abbas-Əlabbas və s. 5)İnkar şəkilçisi qəbul etmiş sözlərə indiki və müzare zaman şəkikçiləri bitişdirildikdə inkar şəkilçisinin saiti ixtisara düşür: yaz–yaz-ır, gör–gör-ər-əm və s. 6)Sıra sayı düzəldən şəkilçiləri saitlə bitən miqdar sayı kökünə bitişdirildikdə şəkilçinin başındakı sait ixtisara düşür: bir-inci, iki-inci və s. 7)Xəbər şəkilçisinin sonundakı r, ümumən, danışıqda bəzən də yazıda ixtisar olunur: getməlidi(r), gedibdi(r) və s.
Elista
Elista — Rusiya Federasiyasında yerləşən şəhər Kalmıkiya Respublikasına daxildir
Elixir
Elixir — Erlang (BEAM) virtual maşınında işləyən funksional və bölünmüş çoxməqsədli proqramlaşdırma dili. Erlang əsasında hazırlanması bölünmə, imtinaya qarşı dözümlülük, yumşaq real vaxt rejimində icra və protokollar vasitəsilə tətbiq olunan markoslar və polimorfizm ilə metoproqramlaşdırmanı təmin edir. Proses ağacları ilə işləmək üçün Erlang / OTP istifadə edir. Əvvəllər Ruby on Rails yaratma çərçivəsinin əsas inkişaf etdiricilərindən biri Plataformatec-in həmtəsisçisi Xose Valim tərəfindən hazırlanmışdır. Onun məqsədi Erlang alətləri və ekosistemi ilə uyğunluğu saxlayaraq Erlang VM-də daha yüksək genişlənmə qabiliyyəti və səmərəliliyi təmin etmək idi.
Eloiza
Eloiza Arjantöy (Fransız:Héloïse d’Argenteuil; 1101[…], Paris, Fransa krallığı – 15 may 1164) — fransız rahibə, yazıçı, alim və baş rahibə idi. Pyer Abelar ilə aşnabazlıq və yazışma üçün ən yaxşı bilinir. == Qalereya == == Mənbə == Betty Radice (trans.), The Letters of Abelard and Heloise (Harmondsworth: Penguin, 1974), p. 287 == Həmçinin bax == Pyer Abelar == Xarici keçidlər == Abelar və Eloiza məktubları About.com məqaləsi İstinadlarla Abelar və Eloizanın qısa tarixi.
Emilia
Emilia (lat. Emilia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Felicia
Felicia (lat. Felicia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Plazia
Plazia (lat. Plazia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Plazia cheiranthifolia Wedd. Plazia daphnoides Wedd.
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Əlifba
Əlifba (ərəb. أبجدي‎) — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi. Hərflərin müəyyən qayda ilə düzülüşü əlifba adlanır. Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcə də keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır.
Erinia
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Əlirza
Əlirza — Ad. Əlirza Rasizadə — Azərbaycanlı maarifçi, həcvyazan, marksist inqilabçı Əlirza Atayev — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru (1919–1920). Əlirza xan Vəziri — İran hərbçisi. Əlirza Zihaqq — azərbaycanlı yazıçı, romançı, nağıl yazıçısı, ədəbiyyatşünas, şair və tərcüməçi. Əlirza Bayramzadə — Azərbaycan-sovet energetiki, dövlət xadimi, Azərbaycan SSR naziri (1962–1963). Əlirza Saçar Zərif — Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq. Əlirza Fərşi ― azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu. Əlirza xan Qaragözlü — Şamlı elinin Qaragözlü oymağından olan İranın maliyyə və ədliyyə naziri. Əlirza Seidov — Ləzgi şairi, şeirlər və balladalar müəllifi. Əlirza Amanbəyli — Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini Əlirza xan Qovanlı-Qacar — Qacarlar dövlətinin ədliyyə naziri.
Elita
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir. Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir. "Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir.
Əlili
Əlili, Salvard — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kəngərli türk tayfasına mənsub əlili etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur.
Əlzin
Əlzin (az-əbcəd. الزین‎, fars. الزین‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 398 nəfər yaşayır (124 ailə).