1. Bir dildə işlənən və müəyyən qaydada sıralanan hərflərin məcmusu. Azərbaycan əlifbası. Ərəb əlifbası. Latın əlifbası.
– Biz buna təəccüb etmirik ki, Hüseynzadə cənabları əlifbamızın bilmərrə dəyişilməsinə fitva vermir.
Köhnə ərəb əlifbasının çətinliyi geniş xalq kütləsinin savadlanmasına imkan vermirdi.
□ Əlifba sırası – əlifbada olan hərflərin müəyyən sistem üzrə düzülüş sırası.
2. Əlifbanı öyrədən kitab. Əlifba kitabı.
3. məc. Ən bəsit, ən sadə, hamıya məlum olan şey. Bu, cəbrin əlifbasıdır.
◊ Morze əlifbası – teleqrafda işlənən şərti işarələr sistemi.
Not əlifbası – musiqi notlarında işlənən işarələr sistemi.