ƏLİŞİR

“Əlinin aslanı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏLİŞAN
ƏLİYALIN
OBASTAN VİKİ
Əlişir Musayev
Əlişir Musayev — AMEA-nın müxbir üzvü (2017), tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru. == Həyatı == Əlişir Musayev 1949-cu ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub. Bəy nəslindən olan atası Veys kişi ixtisasca müəllim idi. Əlişir səkkizvuğaşın ikincisi idi. Babası əsl-nəcabətinə görə repressiyaya məruz qalmışdı. 1966-cı ildə Əlişir Musayev Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. Tələbə dövründə elmi konfranslarda çıxışlar edir. 1972-ci ildə ali məktəbi bitirir. İki il ordu sıralarında xidmət edir, ixtisasını nəzərə alaraq onu alay tibb məntəqəsinin rəisi təyin edirlər. 1974-cü ildə Moskva şəhərində, Ümumittifaq Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda sinir xəstəlikləri ixtisası üzrə aspiranturaya daxil olur.
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat – 3 yanvar 1501, Herat) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] == Həyatı == Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.

Значение слова в других словарях

во́инский голографи́ческий градоно́сный переохлади́ться расчи́сленное стоя́чий шла́мовый обгоня́ть полете́ть пушкинисти́ческий стройба́товский тре́петность уставщи́на дудоля намеднись черкаться bona fides crossbred fizzle indexical large-handedness pedigree selection renewed totality гомонить